naqis sözü azərbaycan dilində

naqis

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • naqis • 91.5966%
  • Naqis • 5.0420%
  • NAQİS • 3.3613%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Naqisə
Naqisə (fars. ناگيسا‎‎; VII əsr) — Sasani hökmdarı II Xosrovun sarayında yaşamış musiqiçi. Görkəmli arfa ifaçısı kimi şöhrət qazanmışdır. Bərbəd Mərvəzi kimi o da II Xosrova həsr olunmuş nəğmələrin müəllifi idi. Mənbələrə görə, bir gün tamaşaçılar onun ifasından o qədər təsirlənmişdilər ki, bir çoxları onun musiqisinin yaratdığı həddən artıq emosiyadan huşunu itirmiş və ya paltarlarını cırmışdılar. == İstinadlar == == Əlavə ədəbiyyat == During, Jean; Mirabdolbaghi, Zia, eds. (1991). The Art of Persian Music. Washington D.C.: Mage Publishers.

naqis sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Tam və mükəmməl olmayan, yarımçıq, natamam, əskik. Naqis kitab. Naqis məktub. – Çağırdı yarımı əğyar, qaldı ülfəti naqis. S.Ə.Şirvani. 2. Eyib və qüsuru olan; nöqsanlı, eyibli, qüsurlu. Cahangir ağa zəif iradəli, naqis ağıllı, düşkün fikirli bir adam idi. Ə.Vəliyev. □ Naqis etmək – nöqsanlı etmək, şikəst etmək. [Həsən ağa:] Hüsnü xanım mənə yalvararaq: – Nə üçün məni naqis edirsən? – dedi. M.S.Ordubadi. 3. riyaz. köhn. Çıxma əməli. Beş naqis iki – elər üç.

    Azərbaycan dilinin izahlı lüğəti / naqis
  • 2 ə. 1) tam olmayan; əskik; 2) qüsurlu, eyibli, nöqsanlı; 3) riyaziyyatda: çıxma işarəsi.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / naqis

naqis sözünün sinonimləri (yaxın mənalı sözlər)

naqis sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 NAQİS – KAMİL Bu yaşa gəlmişəm, məndən bir pis söz, bəd hərəkət, naqis əməl görməmisiniz və eşitməmisiniz (Ə.Vəliyev); Kamil bir şəxsdir (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / naqis

naqis sözünün rus dilinə tərcüməsi

  • 1 1. дефективный, несовершенный, имеющий изъян, недостаточный, неполный; 2. недостача, нехватка;

    Azərbaycanca-rusca lüğət / naqis
  • 2 прил. 1. неполный: 1) недостаточный (нуждающийся в дополнении, не удовлетворяющий в каком-л. отношении). Naqis məlumat неполное сведение, naqis cavab неполный ответ 2) не доведённый до конца, не совсем законченный 3) не содержащий полного комплекта. Naqis komplekt неполный комплект 2. неполноценный, дефективный (ненормальный, с дефектом ума). Ağlı naqis (ağıldan naqis) с дефектом ума 3. дефектный. Naqis nüsxə дефектный экземпляр 4. мат. устар. минус, вычитание; naqis feil лингв. недостаточный глагол; naqis işlənmiş недоработанный; naqis eləmək (etmək) делать, сделать дефектным; naqis olmaq: 1. быть дефективным; 2. не доставать, не хватать

    Azərbaycanca-rusca lüğət / naqis

naqis sözünün inglis dilinə tərcüməsi

naqis sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. adj incompl//et, -ète ; imparfait, -e ; défectueu//x, -se ; défecti//f, -ve ; ~ fellər verbes m défectifs ; ~ olmaq être défectueu//x, -se ; être imparfait, -e

    Azərbaycanca-fransızca lüğət / naqis

naqis sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. 1. бегьем (тамам) тушир, кими, зуракӀ, эксик, натамам (мес. ктаб, ччар); 2. айиб (кимивал) квай, рехне квай, нукьсан квай; naqis etmək рехне кутун, шулу авун; 3. мат. хкудун, хкатун.

    Azərbaycanca-ləzgicə lüğəti / naqis

"naqis" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#naqis nədir? #naqis sözünün mənası #naqis nə deməkdir? #naqis sözünün izahı #naqis sözünün yazılışı #naqis necə yazılır? #naqis sözünün düzgün yazılışı #naqis leksik mənası #naqis sözünün sinonimi #naqis sözünün yaxın mənalı sözlər #naqis sözünün əks mənası #naqis sözünün etimologiyası #naqis sözünün orfoqrafiyası #naqis rusca #naqis inglisça #naqis fransızca #naqis sözünün istifadəsi #sözlük