namus sözü azərbaycan dilində

namus

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • namus • 80.5726%
  • Namus • 18.4049%
  • NAMUS • 1.0225%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Namus Zöhrabov
Namus Zöhrabov — Əməkdar artist. == Həyat və fəaliyyəti == Namus Zöhrabov 1959-cu ildə Bakıda dünyaya gəlib. 1972-ci ilədək 167 nömrəli məktəbdə oxuyub. 5-ci sinfi bitirdikdən sonra indiki Bakı Xoreoqrafiya Akademiyasına qəbul olunub. 1975-ci ilədək oranın xalq rəqsləri şöbəsində təhsil alıb.Rəqsə Bakı Pionerlər Evində Böyükağa Məmmədovun rəhbərliyi altında "Cücələrim" ansamblında başlayıb. Sonradan müxtəlif mədəniyyət evlərində fəaliyyət göstərən rəqs dərnəklərinin üzvü olub. 1974-1975-ci illərdə Qorxmaz Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında çalışıb. 1975-ci ildə Tanxo İzrayilovun Dağıstanda rəhbərlik etdiyi "Ləzqinka" Dövlət Rəqs Ansamblına dəvət alıb. 1977-ci ilədək bu heyətdə çıxışlar edib. 1977-ci ildə Leyla Vəkilovanın təkidi ilə yenidən işlədiyi ansambla qayıdıb, 1995-ci ilədək orada çalışıb.
Namus qətli
Adət və namus cinayətləri — xüsusilə aldatmaq, zina etmək, evlənməyi rədd etmək, boşanmaya çalışmaq, təcavüzə uğramış olmaq kimi səbəblərlə, başda qadınlar olmaq üzrə ailə fərdlərinə yönəldilən şiddət. Qərbli qaynaqlarda ümumiyyətlə qürur günahları şəklində adlandırılar. İnsan Haqqları İzləmə Təşkilatı adət və namus günahlarını bu şəkildə tərifləyir: "Qürur cinayətləri; ailənin qürurunu zədələdikləri səbəbiylə, kişi fərdlər tərəfindən qadın fərdlərə yönəldilən, ümumiyyətlə cinayət şəklində reallaşan şiddətdir. Hər hansı bir qadın, ailəsinin seçdiyi bir adamla evlənməyi rədd etmək, təcavüzə uğramaq, -əri tərəfindən sui-istifadəyə uğrasada- boşanmaya çalışmaq ya da zina (günahlandırması) kimi səbəblərin də tapıldığı çox müxtəlif səbəblərlə hədəf göstərilə bilər.
Namus (film, 1925)
Namus (erm. Նամուս) — Aleksandr Şirvanzadənin 1885-ci ildə yazdığı eyniadlı romanı əsasında, 1925-ci ildə Hamo Beknazaryanın çəkdiyi ağ-qara, səssiz bədii film. Film ilk erməni bədii filmi sayılır. == Məzmun == Film XIX əsrin sonlarında Şamaxıda uşaqlıqdan qonşu və yoldaş olan nişanlı iki gəncin dramından bəhs edir. Gizli görüşən nişanlıları qızın atası görüşdə tutur. Atanın olduqca pis qarşıladığı bu görüşmə səbəbindən nişan pozulur. Daha sonra qızın atası Rüstəm adlı biri ilə öz qızını evləndirir. Bu evliliyə dözməyən qızın köhnə nişanlısı — Seyran içkinin təsiri ilə Rüstəmə onun arvadı — Süsən ilə yatdığını deyir. Sübut olaraqsa, uşaqlıqdan onda olduğunu bildiyi, döşündə xal olduğunu deyir. Rüstəm aldadıldığını düşünərək Süsəni öldürür.
Azərbaycana namus və sevgiylə (film, 2006)
Azərbaycana namus və sevgiylə qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Nəcəfzadə tərəfindən 2006-cı ildə çəkilmişdir. ANS televiziyasında istehsal edilmişdir. Film ANS televiziyasının 15 illik fəaliyyətini əks etdirir. == Məzmun == Film ANS televiziyasının 15 illik fəaliyyətini əks etdirir.
Euphorbia namuskluftensis
Euphorbia namuskluftensis (lat. Euphorbia namuskluftensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Harriet Namusoke
Harriet Namusoke (1 yanvar 1977) — Uqandalı qadın ağır atlet. 63 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Uqandanı təmsil edir. Harriet Namusoke dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1998 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Təbriz namusu (Fərman Kərimzadə)
Təbriz namusu — Fərman Kərimzadənin tarixi romanı == Məzmun == “Təbriz namusu” əsərində Fərman Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Uzaq keçmişimizə parlaq güzgü tutmağa çalışan müəllif üçün başlıca mənbə isə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin "Tarixlər toplusu" ("Came ət-təvarix") əsəridir. Fəzlullah Rəşidəddinin yaradıcılığında mühüm yer tutan bu əsərdə XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusilə Azərbaycanda Elxanilər hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir. Lakin yazıçı tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir. == Nəşr == Roman 2017-ci ildə Bakı Kitab Klubunda 256 səhifədə çap edilmişdir. == İstinadlar == == Həmçinin oxu == Tehran Əlişanoğlu. Tarixlə belletrizmin arasında (F.Kərimzadənin «Təbriz namusu» romanı haqqında) - «Ədəbi tənqid» jurnalı, 1992-ci il № 1, s. 76-79 == Xarici keçidlər == "Təbriz namusu (tarixi roman)" ( (az.)). kitabklubu.org. 2017-06-06 tarixində arxivləşdirilib.
Təbriz namusu (roman)
Təbriz namusu — Fərman Kərimzadənin tarixi romanı == Məzmun == “Təbriz namusu” əsərində Fərman Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Uzaq keçmişimizə parlaq güzgü tutmağa çalışan müəllif üçün başlıca mənbə isə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin "Tarixlər toplusu" ("Came ət-təvarix") əsəridir. Fəzlullah Rəşidəddinin yaradıcılığında mühüm yer tutan bu əsərdə XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusilə Azərbaycanda Elxanilər hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir. Lakin yazıçı tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir. == Nəşr == Roman 2017-ci ildə Bakı Kitab Klubunda 256 səhifədə çap edilmişdir. == İstinadlar == == Həmçinin oxu == Tehran Əlişanoğlu. Tarixlə belletrizmin arasında (F.Kərimzadənin «Təbriz namusu» romanı haqqında) - «Ədəbi tənqid» jurnalı, 1992-ci il № 1, s. 76-79 == Xarici keçidlər == "Təbriz namusu (tarixi roman)" ( (az.)). kitabklubu.org. 2017-06-06 tarixində arxivləşdirilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.44 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 •• 0.39
2004 •••• 1.35
2006 •••• 1.35
2007 •••• 1.06
2008 ••• 0.97
2009 ••••••••• 3.04
2010 ••••••••• 2.90
2011 ••• 0.86
2012 •• 0.34
2013 •••••••••••••• 4.67
2014 ••••••• 2.23
2015 •• 0.51
2016 ••• 0.69
2017 0.16
2018 ••• 0.90
2019 •••• 1.11
2020 •••• 1.19

namus sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. İnsanın öz şəxsi və ictimai davranışını təyin edən mənəvi və əxlaqi prinsiplərin məcmusu; şərəf, qeyrət, heysiyyət. [İmamverdi:] Bəy, namus bir bəyzadələrdə deyil, kasıb-küsubun da özünə görə namusu var və namusum da məni qeyzlənməyə vadar eləyir. Ə.Haqverdiyev. [Nazlı:] Maral! Maral!… Həyat beşgünlükdür, fəqət namus… Namus əbədidir. H.Cavid. [Babası Fatmaya:] Sənin namusun olsa, mənim qapıma gəlməzsən, itil gözümün qabağından, çəngi! Çəmənzəminli. □ Namusdan salmaq – ləkələmək, abırdan salmaq, biabır etmək, rüsvay etmək. Namusuna qısılmaq – abır gözləmək, öz heysiyyətini, şərəfini gözləmək. Namusuna toxunmaq – bax qeyrətinə toxunmaq (“qeyrət”də). [Mərcan bəy:] Buraxın, məni tutmayın, bu saat mən bu kişini qanına bələşdirim, bu mənim namusuma toxunan işdir. Ü.Hacıbəyov. Namusunu satmaq – özünü rüsvay etmək, abırdan salmaq, öz heysiyyət və şərəfini atmaq. [Səttar xan:] Namərd sən özünsən, sən həm bacının, həm də vətənin namusunu satmaq istəyirsən. M.S.Ordubadi. [Gülnaz] qaravaş kimi işləyir, amma namusunu satmağa razı olmur. M.İbrahimov. // Bəkarət, ismət, təmizlik. 2. Namusla şəklində zərf – 1) şərəflə, şərəf və heysiyyətini gözləyərək. Namusla yaşamaq. – Mən deyirəm; Bu namusla yaşayanlar bəxtiyardır. S.Vurğun. Namusla sürmüşəm öz dövranımı; Verərəm haqq üçün şirin canımı. M.Rahim; 2) çox yaxşı, yüksək səviyyədə, əla surətdə. Namusla işləmək. Öz vəzifəsini namusla və vaxtında yerinə yetirmək.

    Azərbaycan dilinin izahlı lüğəti / namus

namus sözünün sinonimləri (yaxın mənalı sözlər)

namus sözünün rus dilinə tərcüməsi

  • 1 честь, стыд, амбиция

    Azərbaycanca-rusca lüğət / namus
  • 2 сущ. честь: 1. совокупность морально-этических принципов, которыми человек руководствуется в своём общественном и личном поведении. Namus işi дело чести, namusa and içmək клясться честью 2. целомудрие, непорочность, девственность (о женщинах). Namusuna toxunmaq kimin задевать честь чью, кого; namusunu qorumaq беречь честь чью, кого; namusunu itirmək потерять честь, namusdan salmaq, namusunu ləkələmək kimin бесчестить, обесчестить, опозорить кого, namusuma and içirəm клянусь честью; namusuna qısılmaq оберегать свою честь (воздержаться от какого-л. поступка, дорожа честью)

    Azərbaycanca-rusca lüğət / namus

namus sözünün inglis dilinə tərcüməsi

  • 1 i. honour, good name; rectitude, honesty; ~una toxunmaq / sataşmaq 1) to affect one’s honour, to hurt* one’s pride; to dishonour (d.), to digrace (d.), to bring* dishonour; 2) (zorlamaq) to rape (d.), to violate (d.), to ravish (d.)

    Azərbaycanca-ingiliscə lüğət / namus

namus sözünün fransız dilinə tərcüməsi

namus sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. намус, гъейрат, ягь, шереф; // исмет, михьивал; namusdan salmaq намусдай вегьин, абурдай вегьин, леке кутун, беябур авун, русвагь авун; namusuna toxunmaq кил. qeyrət (qeyrətinə toxunmaq); namusunu satmaq намус маса гун, вичи-вич русвагь авун, абурдай вегьин; 2. namusla нареч. намусдалди а) шерефдалди; б) гзаф хъсан, гьакъисагъвилелди (мес. кӀвалахун).

    Azərbaycanca-ləzgicə lüğəti / namus

namus sözünün türk dilinə tərcüməsi

namus sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

Fərd tərəfindən özünün ictimai əhəmiyyətini, dəyərini dərk etməsini və bu dəyərin cəmiyyət tərəfindən qəbul edilməsi anlarını özünə daxil edən əxlaqi şüur anlayışı;etik kateqoriya.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. əsli y. 1) qeyrət, mənlik; 2) Allaha yaxın mələk.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

şərəf, qeyrət, heysiyyət.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"namus" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#namus nədir? #namus sözünün mənası #namus nə deməkdir? #namus sözünün izahı #namus sözünün yazılışı #namus necə yazılır? #namus sözünün düzgün yazılışı #namus leksik mənası #namus sözünün sinonimi #namus sözünün yaxın mənalı sözlər #namus sözünün əks mənası #namus sözünün etimologiyası #namus sözünün orfoqrafiyası #namus rusca #namus inglisça #namus fransızca #namus sözünün istifadəsi #sözlük