xamuş sözü azərbaycan dilində

xamuş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xamuş • 86.0465%
  • Xamuş • 9.3023%
  • XAMUŞ • 4.6512%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pir Xamuş xanəgahı
Pir Xamuş xanəgahı və ya Pirqamış xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Şahab məhəlləsində ziyarətgah. Əvvəllər möhrədən tikilmiş kiçik bir binadan ibarət olmuşdur. Bəzi tədqiqatçıların fikirlərinə görə isə, əvvəllər burada məscidin yerinə ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir.Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu xanəgah yenidən bərpa olunmuşdur. Ümumi həyətyanı sahəsi 3000 m², iç sahəsi isə 484 m²-dir. Hündürlüyü döşəmədən günbəzədək 13 metr, minarəsinin hündürlüyü 18 metrdir. Bəzi fikirlərə görə əvvəllər məscidin yerində ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir. Əslində isə məscidin adı orta əsrlər zamanı bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda da geniş yayılan və ölkənin ictimai-siyasi və ideoloji həyatında mühüm rol oynayan sufi təriqətləri ilə əlaqədar yaranmışdır. Keçmişdə məscidin yerində sufi təriqətinin fəaliyyət göstərdiyi xanəgah da olmuşdur.Məscidin ilkin adı Pirqamış deyil, Pir Xamış olmuşdur. Adın birinci hissəsində qeyd olunan Pir titulu sufilikdə ən yüksək məqam sayılır və orta əsrlər zamanı çox nadir şəxsiyyətlərə verilirdi. Lüğətdə Pir sözü ziyarətgah, ocaq, qoca mənaları ilə yanaşı təriqət başçısı, şeyx, dini rəhbər, mürşid, bir təriqətin banisi və başçısı kimi də mənalan dırılır.
Qızıl Arslan Xamuş
Atabəy Qızıl Arslan Xamuş və ya II Qızıl Arslan — Atabəylər dövlətinin hakimliyinə iddiaçı. Sultan Özbəyin oğlu. = Həyatı = Dövlətin süqutundan və atasının ölümündən sonra Məlik Qızılarslan özünü sultan və atabəy elan etdi. O, Sultan Cəlaləddinin yanına gəldi və ona tabeliyini bildirdi. Daha sonra nizari-xaşxaşi hökmdarı III Məhəmmədin yanına gəldi və orada öldü.
Əkbər Xamuş oğlu
Əkbər Xamuş oğlu (əsl adı: Əkbər Əhəd oğlu; 1873, Bağbanlı, Şuşa qəzası – 1928, Ağdam, Ağdam qəzası) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyatı == Əkbər Əhəd oğlu 1873-cü ildə Şuşa qəzasının Bağbanlar kəndində anadan olmuşdur. Yerli əhali ona atasına görə "Xamuş oğlu", bəzən də Bağbanlar kəndindən olduğuna görə "Bağban Əkbər" deyə müraciət etmişdir.Əkbər gənc yaşlarından yaxın qohumu Qurban Pirimovla birlikdə Qarabağ, eləcə də Şuşa məclislərində xanəndə kimi çıxış etmişdir. O, əsasən, sadə qəzəllər oxumuş, Molla Pənah Vaqif və Qasım bəy Zakir yaradıcılığına üstünlük vermişdir. "Şüştər", "Simayi-şəms", "Üzzal", "Hicaz" kimi muğamları özünəməxsus şəkildə ifa etmişdir.Əkbər Xamuş oğlu 1914-cü ildə Cabbar Qaryağdıoğlunun təklifi ilə Tiflis şəhərinə gedərək səsini qrammofon vallarına yazdırmışdır. O, Qurban Pirimovun müşayiəti ilə "Mənsuriyyə", "Bayatı-Əcəm", "Kürdü-Şahnaz", "Şüştər", "Qatar", "Hisar", "Müxalif" muğamlarını, "Axşam oldu", "Cüt sona" kimi təsnifləri ifa etmişdir. Əkbər Xamuşoğlu Cabbar Qaryağdıoğlu ilə birlikdə "Kərəmi", "Kürdü", "Təsnif əsli" duetlərini ifa etmişdir. Onun oxuduğu "Hisar" və "Müxalif" muğamlarının qrammofon valları var.Əkbər Xamuş oğlu 1928-ci ildə Ağdamda vəfat etmişdir.

xamuş sözünün leksik mənası və izahı

  • 1 zərf [fars.] Dinməz, susmuş, sakit (halda). Xamuş dayanmaq. Xamuş olmaq. – Nadir daxil oldu, qeybət kəsildi, hamısı xamuş oturub çay içməyə məşğul oldu. B.Talıblı. // Əmr şəklində: xamuş! – sus! dinmə! sakit! səssiz! Mən böylə kəlamə dutmazam guş; Leyli sözü söylə, yoxsa xamuş! Füzuli. [Şah qəzəblə:] Xamuş! Artıq söz lazım deyildir. Ü.Hacıbəyov. □ Xamuş eləmək (etmək) – 1) susdurmaq. Mədhi-güldən bülbüli gülşəndə xamuş eylədim. S.Ə.Şirvani; 2) məc. keçirmək, söndürmək. Kəsdim öz əlimlə öz ayağım; Xamuş elədim mən öz çırağım. M.Ə.Sabir. Xamuş olmaq – 1) susmaq, səsini kəsmək, dinməmək, sakit olmaq. [Cəfərqulu xan:] Camaat, xamuş olun, Ağa Məhəmməd xan söz demək istəyir. Ə.Haqverdiyev; 2) məc. keçmək, sönmək. Gah olur xamuş, gahi odlanır yerdən çıraq. Qövsi.

    Azərbaycan dilinin izahlı lüğəti / xamuş

xamuş sözünün sinonimləri (yaxın mənalı sözlər)

xamuş sözünün rus dilinə tərcüməsi

  • 1 1. молчаливый, тихий, безмолвный; 2. молчаливо, тихо, безмолвно;

    Azərbaycanca-rusca lüğət / xamuş
  • 2 устар. нареч. молча (сохраняя молчание, ничего не говоря, не издавая звука). Xamuş oturmaq сидеть молча, xamuş durmaq стоять молча; xamuş! молчи! xamuş eləmək: 1. заставить молчать; 2. перен. гасить, погасить; xamuş olmaq: 1. молчать, безмолствовать; 2. умолкать, умолкнуть, замолкать, замолкнуть, смолкать, смолкнуть; 3. перен. гаснуть, погаснуть

    Azərbaycanca-rusca lüğət / xamuş

xamuş sözünün inglis dilinə tərcüməsi

xamuş sözünün fransız dilinə tərcüməsi

xamuş sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] нареч. кисна, чуькьни тавуна, тапана, секин (гьалда); xamuş dayanmaq кисна акъвазун; // xamuş! буйругъ. форм. кис! чукьмир! тапан!; xamuş eləmək (etmək) а) кисарун; б) пер. элухъарун, хкадарун, туьхуьрун (мес. чирагъ); xamuş olmaq а) ван атӀун, кисун, чуькь тавун, тапанна акъвазун, секин хьун; б) элуьхъун, хкахьун, туьхуьн.

    Azərbaycanca-ləzgicə lüğəti / xamuş

xamuş sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. bax xəmuş.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"xamuş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xamuş nədir? #xamuş sözünün mənası #xamuş nə deməkdir? #xamuş sözünün izahı #xamuş sözünün yazılışı #xamuş necə yazılır? #xamuş sözünün düzgün yazılışı #xamuş leksik mənası #xamuş sözünün sinonimi #xamuş sözünün yaxın mənalı sözlər #xamuş sözünün əks mənası #xamuş sözünün etimologiyası #xamuş sözünün orfoqrafiyası #xamuş rusca #xamuş inglisça #xamuş fransızca #xamuş sözünün istifadəsi #sözlük