* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••• | 13.70 |
2003 | •••• | 4.72 |
2004 | •••••••••••• | 13.81 |
2005 | •••• | 4.05 |
2006 | •••••••• | 9.01 |
2007 | ••••••••••••••• | 17.34 |
2008 | ••••••••••• | 12.67 |
2009 | ••••••••••••••• | 17.28 |
2010 | •••••••••••••••••••• | 24.05 |
2011 | •••••••••••• | 14.07 |
2012 | •••••••••• | 11.79 |
2013 | ••••••••••••• | 15.32 |
2014 | •••••••••••••• | 16.13 |
2015 | •••••••••••••••••••• | 23.99 |
2016 | •••••••••• | 11.45 |
2017 | •••••••••••••••••••• | 23.41 |
2018 | ••••••••••••••••• | 19.78 |
2019 | ••••••••••••• | 14.47 |
2020 | •••••••••••••• | 16.58 |
1 sif. [fars.] 1. Heç bir qatışığı olmayan, saxta olmayan; saf, təmiz. Xalis gümüş. Xalis yun. Xalis spirt. – [Hacı Qara:] Əgər nəqd pulunuz yox isə, mən yağ ilə sövda edərəm, bəşərti ki xalis inək yağı ola. M.F.Axundzadə. [Hurizad] xalis xına tapmadığı üçün başını “türkəsayaq” davalarla boyar(dı). Çəmənzəminli. [Oğlan:] Biz bu daş-qaşı xalis qızıla satırıq, bəy! S.Rəhimov. // Düzgün, təmiz. [Oğlan] güləgülə və oranın yerli şivəsinə uyğun, xalis və təmiz bir Azərbaycan dilində mənə cavab verdi. M.Rzaquluzadə. 2. Əsil, həqiqi. …[Mirzə] başının tüklərini pırtlaşdırıb özünə bir laübalı sifət verib aynaya baxdı və dedi: – Afərin, Səfər, indi xalis şairsən! Ə.Haqverdiyev. 3. məc. Məsum, ismətli, bakir, təmiz. Qardaşlar qızı yuxarı çəkib gördülər ki, bu qız deyil, xalis mələkdir. (Nağıl). 4. məc. Səmimi, doğru, saf. Qızxanım xala dəxi səbəti boşaldıb verdi və üzünü qibləyə, əllərini göyə tutub, xalis ürəklə onlara dua etdi. “Məktəb”.
Azərbaycan dilinin izahlı lüğəti / xalis4 1. XALİS (heç bir qarışığı olmayan) [İskəndər bəy:] Xala, doğrudan da, bu xalis sudur (N.Vəzirov); ƏSİL Vahid: Bilirsən, Bənövşə, bu əsil brilyant deyil, əldəqayırmadır, sənə əslini alacağam (M.İbrahimov); TƏMİZ Faytonçu ev sahibinin təmiz rusca danışdığını görüb sevindi (İ.Şıxlı); XAS. 2. XALİS, ƏSİL, HƏQİQİ
Azərbaycan dilinin sinonimlər lüğəti / xalis1 XALİS – QARIŞIQ Hə, bacı, mən əminəm ki, bu xalis brilyantdır (C.Əmirov); Bu rənglərin qarışıq naxışı; otağımı baharlayır; ətirlər, könül dolusu qalaydı (R.Rza).
Azərbaycan dilinin antonimlər lüğəti / xalis2 прил. 1. чистый: 1) без примеси чего-л. постороннего. Xalis qızıl чистое золото 2) не разбавленный, не разведённый чем-л.; голый. Xalis spirt чистый (голый) спирт, xalis şirə чистый сок 3) не смешанной породы, чистокровный, чистейшей крови. Xalis Qarabağ cinsi чистая карабахская порода 4) правильный, соответствующий определённым правилам, нормам. Xalis Azərbaycan dilində на чистом азербайджанском языке 5) получающийся, остающийся после вычета чего-л. Xalis çəkisi nəyin чистый вес чего, xalis gəlir чистый доход 6) очень, весьма похожий на кого-л., что-л.; вылитый. Xalis atasıdır (он) вылитый отец, xalis anasıdır (она) вылитая мать 7) отвлечённый от практического применения. Xalis nəzəriyyə чистая теория, xalis elm чистая наука 2. чистой (чистейшей) воды (прозрачный, высшего качества). Xalis almaz алмаз чистой воды 3. сплошной (не содержащий ничего другого). Xalis yağ сплошной жир (о мясе) 3. настоящий: 1) подлинный, истинный, натуральный. Xalis (həqiqi) qızıl настоящее золото 2) соответствующий определённым требованиям. Xalis şairdir он настоящий поэт, xalis rəssamdır он настоящий художник 3) представляющий собой полное подобие кого-л., чего-л. Xalis mələkdir она настоящий ангел
Azərbaycanca-rusca lüğət / xalis1 s. 1. real, pure, neat; straight; ~ ipək real silk; ~ qızıl pure / real gold; ~ gümüş pure / real silver; ~ spirt pure alcohol; ~ viski straight / neat whisky; 2. (gəlir, çəki və s. haq.) net, clear; ~ çəki net weight; ~ gəlir net profit, clear profit
Azərbaycanca-ingiliscə lüğət / xalis1 sif. pur, -e, net, -te, réel-le ; ~ ipək soie f pure ; ~ qızıl or m pur ; ~ spirt alcool m pur ; ~ çəki poids m net ; ~ gəlir profit m réel
Azərbaycanca-fransızca lüğət / xalis1 [fars.] прил. халис (1. акахьай затӀ авачир, къалп тушир, михьи, саф (мес. къизил, спирт); 2. асул, гьакъикъи; 3. пер. са гунагьни квачир, михьи, пак; 4. пер. дугъри, саф, михьи (мес. рикӀ).
Azərbaycanca-ləzgicə lüğəti / xalisə. qarışığı olmayan; təmiz, saf.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətitəmiz, saf, qatışığı olmayan.
Azərbaycan kişi adlarının izahlı lüğəti