xahiş sözü azərbaycan dilində

xahiş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xahiş • 95.2474%
  • Xahiş • 4.7038%
  • XAHİŞ • 0.0348%
  • xahiŞ • 0.0070%
  • XAhiş • 0.0070%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

xahiş sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Bir arzunu, ehtiyacı yerinə yetirmək üçün edilən müraciət, təmənna; rica, təvəqqe, istək. Sizdən bir xahişim var. – …Mən Qasımın xahişini əmələ gətirdim, yəni gedib oturdum onun yanında. C.Məmmədquluzadə. Bir ittifaq bu xahişi tezliklə əmələ gətirməyə səbəb oldu. S.S.Axundov. // İstək, arzu, tələb. Xahişin tərki-dilü can idi, mən həm etdim; Söylə, ey yar, görüm şimdi nə fərmanın var? M.Ə.Sabir. [Xumar:] Yoxsa bir xahişinmi var, Sənan? Hər nə qəlbində varsa eylə bəyan. H.Cavid. Mehriban Zeynalın bir çox xahiş və tələblərini qəbul edirdi. S.Hüseyn. □ Xahiş etmək (eləmək) – rica etmək, təmənna etmək, təvəqqe etmək, istəmək. [Nüsrət Toğrula:] Xahiş edirəm, sən mənim işlərimə qarışmayasan. C.Cabbarlı. [Kamal:] Onda xahiş eləyirəm, elə çağırın ki, anası bilməsin. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / xahiş

xahiş sözünün etimologiyası

xahiş sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 rica — təvəqqe — yalvarış — istək — dilək — arzu

    Azərbaycan dilinin sinonimlər lüğəti / xahiş
  • 2 XAHİŞ Xanım pəncərədən bağçanı nura qərq eləmiş mülayim payız günəşinə baxıb bu xahişin səbəbini dərhal anladı.. (M.İbrahimov); İLTİMAS (yazılı surətdə xahiş) Odur ki, üzümü tuturam bizim evə tərəddüd edən övrətlərin savadlı ərlərinə və qardaşlarına və orlardan iltimas edirəm ki, mənim iltimasımı özləri oxuyandan sonra, onun məzmununu bizə gələn övrətlərə də yetirsinlər (C.Məmmədquluzadə); MÜRACİƏT Şöbə müdirinin ..müraciətini bir həftə təxirə uğratmışdısa da, yenə Zeynaldan bir xəbər çıxmamışdı (S.Hüseyn); RİCA [Qızıl Arslan:] Son ricam budur ki, Toğrula qarşı başladığım hazırlığın əsas məzmununu Azerbaycan xalqı arasında intişar etdirəsiniz (M.S.Ordubadi); TƏMƏNNA Mənim hörmətimdə, zarafatımda; Bir umu, təmənna hiyləsi yoxdur (M.Araz); TƏVƏQQE (köhn.) Hatəmxan isə papiros muzdunun yarısını özünə tənbəki haqqı götürər, yarısını Talıbxana verər, ağız açıb kişilərin təvəqqesini yerinə yetirərdi (S.Rəhimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / xahiş

xahiş sözünün rus dilinə tərcüməsi

  • 1 просьба, испрашивание

    Azərbaycanca-rusca lüğət / xahiş
  • 2 сущ. просьба (обращение к кому-л., призывающее удовлетворить какие-л. нужды, какое-л. желание; исполнить, соблюсти что-л.). Kömək üçün xahiş просьба о помощи, gözlənilməz xahiş неожиданная просьба, bir çox xahişdən sonra после многочисленных просьб, xahişi yerinə yetirmək выполнить просьбу, xahişini çatdırmaq kimə передать просьбу кому, xahişinə əməl etmək исполнить просьбу, xahişini rədd etmək kimin отказать в просьбе кому; xahiş etmək (eləmək) просить, попросить (обращаться, обратиться с просьбой к кому-л., к чему-л.)

    Azərbaycanca-rusca lüğət / xahiş

xahiş sözünün inglis dilinə tərcüməsi

  • 1 i. request; ~ etmək to ask (d.); to request (d.); ~lə müraciət etmək to make* a request (for); kiminsə ~ini yerinə yetirmək to comply with smb.’s request; kiminsə ~inə görə at smb.’s request; Mənim sizdən xahişim var I have a favour to ask of you; Xahiş edirəm səs salmayın I request you to stop making such a noise, Silence, please

    Azərbaycanca-ingiliscə lüğət / xahiş

xahiş sözünün fransız dilinə tərcüməsi

  • 1 is. demande f ; ~ etmək demander vt, réclamer vt, solliciter ; ~ lə müraciət etmək adresser une demande ; kiminsə ~ ini yerinə yetirmək accomplir la demande de qn ; kiminsə ~inə görə à la demande de qn ; mənim sizdən bir ~im var j’ai une demande à vous faire ; ~ edirəm səs salmayın prière f d’observer le silence

    Azərbaycanca-fransızca lüğət / xahiş

xahiş sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. хагьиш, тавакъу, рижа; кӀани затӀ, мурад, тӀалаб; xahiş etmək (eləmək) хагьиш авун, тавакъу авун, рижа авун, кӀан хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / xahiş

xahiş sözünün türk dilinə tərcüməsi

"xahiş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xahiş nədir? #xahiş sözünün mənası #xahiş nə deməkdir? #xahiş sözünün izahı #xahiş sözünün yazılışı #xahiş necə yazılır? #xahiş sözünün düzgün yazılışı #xahiş leksik mənası #xahiş sözünün sinonimi #xahiş sözünün yaxın mənalı sözlər #xahiş sözünün əks mənası #xahiş sözünün etimologiyası #xahiş sözünün orfoqrafiyası #xahiş rusca #xahiş inglisça #xahiş fransızca #xahiş sözünün istifadəsi #sözlük