Mirzə Nəcəfəlixan Daniş
Mirzə Nəcəfəlixan Daniş (tam adı:Mirzə Nəcəfəlixan Daniş Həsənəli oğlu) — XIX əsr Azərbaycan şairi, "Əxtər qəzeti"nin təsisçilərindən biri olmuşdur.
Mirzə Nəcəfəlixan Daniş Həsənəli oğlu Təbrizdə anadan olmuşdur. Fiqh, üsul, hədsiz, əxbar və ədəbiyyatı dərindən bilmişdir.
istabulda şəhərində vəfat etmişdir.
1885-ci ildə İstanbulda İran dövlətinin konsulu olmuşdur.
İstanbulda konsul olarkən məşhur xəttat, alim və səyyah, "Təzkirət ül-xəttatin" əsərinin müəllifi Mirzə Sənqulaxla tanış olmuş, müasirlərinin Sənqulaxa həsr olunmuş mədhlərini toplayaraq "Məcmuəül-övsaf" (Mədhlər məcmuəsi) adı ilə çap etdirmişdir. "Əxtər qəzeti"nin (1875-96) təsisçilərindən biri olmuşdur. "Mizanül-məvazin fi əmrid-din" (Din işində yeganə ölçü; 1870-ci ildə İstanbulda çap edilmişdir) adlı əsəri var. Mirzə Mülküxan, Mirzə Fətəli Axundzadə, Mirzə Ağaxan Kirmani, Məhəmmədəli Tərbiyət və başqaları ilə dost və həmfikir olmuşdur.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan».