* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Dağılmaq, dağınıq, darmadağın kəlmələri ilə qohumdur. Sözün kökü “dağ”dır. -ı şəkilçisi isimdən feil düzəldib (bərk-i-mək qəlibi üzrə). İndi dağı feili müstəqil söz kimi işlədilmir, amma dağı-t, dağı-l sözləri göstərir ki, dağı törəmə kökdür. Bəs niyə ilk kök “dağ”dır? Çünki dağıtmaq “bu dağdan o dağa səpələmək”, ”diyarbadiyar etmək” deməkdir. İkinci ehtimal da var: söz, əslində, yağıtmaq kimi olub ki, bu da yaymaq feili ilə bağlıdır. Türk dillərində d-y əvəzlənməsi mümkündür. Məsələn, qabaqlar quyu yerinə, qudu işlədilib və s. Deməli, dağıtmaq sözü yaymaq kəlməsi ilə qohum ola bilər. Darmadağın (əsli: dağ-ma-dağ-ın) sözü də dağıtmaq kəlməsi ilə qohumdur. Darmadağın kəlməsinin birinci komponenti (dağ) feil deyil, -ma bağlayıcıdır (“və” deməkdir), dağın isə feildən düzəlib (dağ-ı-n). Əslində, dağıl, dağıt formaları göstərir ki, törəmə kökü dağı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dağıt