dağla sözü azərbaycan dilində

dağla

Yazılış

  • dağla • 83.3333%
  • Dağla • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dağlaləsi
Dağlaləsi (lat. Tulipa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi. Latınca adı fars mənşəli toliban (çalma, əmmamə) sözündən götürülüb. Soğanağı yumurtavarı, çiçəkləri iri, çiçəkyanlığı ağ (bəzən qırmızı və ya sarı), meyvəsi qutucuqdur. Gövdəsinin hündürlüyü 6 sm-dən 50 sm-ədək olur. Onun ucunda günəşli havada açılan, axşamlar və tutqun havada bükülən al rəngli bir (bəzən bir neçə) çiçəyi olur. Çarpaz tozlanır. May–iyun aylarında çiçəkləyir. Çiçəkləmə müddəti 30 günə qədərdir. İlk dəfə 16-cı əsrdə Türkiyədə becərilmişdir.
Dağlaləsi həyəcanı
Dağlaləsi həyəcanı (nid. tulpenmanie, tulpomanie, tulpengekte və bollengekte) — Hollandiyada Qızıl Dövründə dağlaləsi (tulipa) soğanının qiymətinin anidən yüksəlməsinə verilən ad. Digər analoji hallarla müqayisədə bu nisbətən daha məşhuru hesab edilir. 1637-ci ilin fevral ayı dağlaləsi həyəcanının zirvə nöqtəsi hesab olunur. Həmin vaxt dağlaləsi istehsalı ilə bağlı müqavilələrin qiyməti bir işçinin illik gəlirinin 10 mislinə çatmışdır. Bu xəbər qısa zamanda bütün Hollandiyaya yayılır. Qısa zamanda bütün Avropada sahibkarlığın dağlaləsi növünə böyük maraq formalaşmışdır. Dağlaləsi həyəcanı terminindən indiki vaxtda varlıq qiymətlərinin gerçək qiymətlərindən fərqliləşməsini ifadə edən bir bənzətmə olaraq istifadə edilməkdədir. Dağlaləsi həyəcanının məşhurlaşmasında bir ingilis jurnalist tərəfindən 1841-ci ildə yazılan "Fövqəladə Kütləvi yanılmalar və İzdihamların Həyəcanı" (ing. Extraordinary Popular delusions and the Madness of crowds) adlı əsərin böyük rolu olmuşdur.
Dağlaləsi çılğınlığı
Dağlaləsi həyəcanı (nid. tulpenmanie, tulpomanie, tulpengekte və bollengekte) — Hollandiyada Qızıl Dövründə dağlaləsi (tulipa) soğanının qiymətinin anidən yüksəlməsinə verilən ad. Digər analoji hallarla müqayisədə bu nisbətən daha məşhuru hesab edilir. 1637-ci ilin fevral ayı dağlaləsi həyəcanının zirvə nöqtəsi hesab olunur. Həmin vaxt dağlaləsi istehsalı ilə bağlı müqavilələrin qiyməti bir işçinin illik gəlirinin 10 mislinə çatmışdır. Bu xəbər qısa zamanda bütün Hollandiyaya yayılır. Qısa zamanda bütün Avropada sahibkarlığın dağlaləsi növünə böyük maraq formalaşmışdır. Dağlaləsi həyəcanı terminindən indiki vaxtda varlıq qiymətlərinin gerçək qiymətlərindən fərqliləşməsini ifadə edən bir bənzətmə olaraq istifadə edilməkdədir. Dağlaləsi həyəcanının məşhurlaşmasında bir ingilis jurnalist tərəfindən 1841-ci ildə yazılan "Fövqəladə Kütləvi yanılmalar və İzdihamların Həyəcanı" (ing. Extraordinary Popular delusions and the Madness of crowds) adlı əsərin böyük rolu olmuşdur.
Dağlar Abdullayev
Dağlar Məmməd oğlu Abdullayev (15 avqust 1938, Ağdaş – 10 may 2014, Bakı) — Azərbaycan tibb xidməti general-mayoru. Dağlar Abdullayev 1938-ci il 15 avqustdə Ağdaş rayonunda anadan olmuşdur. 1956-cı ildə 1 saylı Ağdaş şəhər orta məktəbini bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1960-cı ildə həmin institutu "həkim-stomotoloq" ixtisası üzrə bitirmişdir. 1961-ci ildə kadr kimi Silahlı Qüvvələrə çağırılaraq, Cənub Qrupu Qoşunları komandanının sərəncamına göndərilmişdi. 1965-ci ilədək Cənub Qoşun Qrupu qvardiya tank diviziyasında "həkim-stomotoloq" kimi xidmət edən Dağlar Abdullayev sonralar Zaqafqaziya Hərbi Dairəsi motoatıcı diviziyasında xidmətini davam etdirmiş, 1968-ci ildən isə alayın tibb məntəqəsinin rəisi, baş həkimi, tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir. 1978–1983-cü illərdə Cənub Qoşun Qrupu əlahiddə tibb-sanitar taborunun komandiri və hərbi hospitalın rəisi vəzifələrində işləmişdi. 1983-cü ildə SSRİ Müdafiə nazirinin əmri ilə xidmətini davam etdirmək üçün yenidən Zaqafqaziya Hərbi Dairəsi komandanının sərəncamına göndərilib və Zaqafqaziya Hərbi Dairəsi hospitalının rəisi təyin olunmuşdu. 1985-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Hərbi kafedrasının tədris hissə üzrə rəisi təyin edilmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsi hərbi-tibb şöbəsinin rəisi, 1993-cü ildən idarə rəisi, Silahlı Qüvvələrin Tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir. 2009-cu ildən Müdafiə nazirinin məsləhətçisi, müşavirlər qrupunun müşaviri, inspektorlar qrupunun müşaviri vəzifələrində xidmətini davam etdirmişdi.
Dağlar Günü
Dağlar Günü — beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırmaq məqsədi ilə keçirilən tədbir. BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır. BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq "Dağlar Günü" kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır. "Dağlar Günü" hər il bir başlıq altında qeyd olunur. 2007-2008-ci illərdə keçirilən dağlar günü dağlarda iqlim dəyişikliyinə və ərzaq təhlükəsizliyinə həsr olunmuşdur. 2009-cu il dekabrın 11-i "Dağlar fəlakət təhlükəsinin idarəedilməsi" adlandırılmışdır. Dağlarda kənd təsərrüfatı üçün yararlı otlaqların mövcudluğu və təbii fəlakət təhlükələrinin olması burada insan fəaliyyətinin tənzimlənməsini tələb edir. Təbii ki, bunu həyata keçirmək üçün milli səviyyədə müvafiq inkişaf strategiyası hazırlanmalıdır və ona əsasən mərhələlər üzrə tədbirlər planı tərtib olunmalıdır.
Dağlar Oğlu (1965)
Bu film sonradan həkim olan çoban haqqında hekayədir.
Dağlar oğlu (film, 1965)
Bu film sonradan həkim olan çoban haqqında hekayədir.
Dağlar qızı Reyhan
Dağlar qızı Reyhan (mahnı)
Dağlar qızı Reyhan (film, 1969)
Dağlar qızı Reyhan (türk. Dağlar Kızı Reyhan) — 1969-cu ildə Mətin Erksanın rejissorluğu, Bülənd Oran və Müzəffər Arslanın ssenari müəllifliyi ilə çəkilmiş Türkiyə dram filmi. Filmin prodüseri Müzəffər Arslandır. Filmin baş rollarını Filiz Akın, Kartal Tibet və Ömər Dönmez canlandırır.
Dağlar qızı Reyhan (mahnı)
Dağlar qızı Reyhan — Azərbaycan xalq mahnısı. 1960-ci ildə mahnını ilk dəfə SSRİ xalq artisti Rəşid Behbudov ifa etmişdir. 1918-ci il Mart soyqırımı zamanı erməni daşnakları azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazdan olan Reyhan adlı gəlin isə qaçıb gizlənməyi bacarır. Sonradan dağlara çəkilən Reyhan başına dəstə yığaraq Qubada "Gəlinqaya" adlandırılan yerdə daşnakları darmadağın edir. 1928-ci ildə Reyhan həbs olunur, amma bolşeviklər tərəfindən güllələnməyə aparılan zaman o, xilas edilir. Reyhanın adı və soyadı dəyişdirilir. O, Krımdakı bir monastrda yerləşdirilir. Hansı monastra yerləşdirildiyi məlum deyildir. Əslən Xaçmazın Padar kəndindəndir.
Dağlarda Ada (1971)
Dağlarda Ada (film, 1971)
Dağlarda Zavod (1962)
Dağlarda zavod (film, 1962)
Dağlarda İşıq (1973)
Film Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil olunmasının 50 illiyinə həsr edilmişdir. Kinolentdə vilayətin sənaye və kənd təsərrüfatı sahəsindəki nailiyyətləri göstərilməklə bərabər Vaqif, Üzeyir Hacıbəyov, Bülbül, Natəvan haqqında, Qarabağın şeir və sənət ocağı olduğu barədə konkret tarixi faktlarla söhbət açılır. Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: Cəmil Əlibəyov Operator: Tofiq Sultanov Səs operatoru: Kamal Seyidov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 268.
Elsuort dağları
Elsuort dağları (ing. Ellsworth Mountains) — Antarktidada yerləşən ən hündür dağ sistemidir. Tərkibinə Sentinel və Heritic silsilələri daxildir. Antarktidanın ən hündür zirvəsi olan Vinson massivi Sentinel dağları silsiləsində yerləşir. Elsuort dağları 401 km uzunluğa və 223 km enə malikdir. Gilli suxurlardan ibarətdir. Silsilə ərazisində zəngin daş kömür ehtiyatları vardır. Dağ sistemi 1935-ci ildə ABŞ araşdırmaçısı Linkoln Elsuort tərəfindən kəşf edilmiş və bir müddət sonra onun şərəfinə adlandırılmışdır. 1958—1966 illərdə ABŞ geologiya xidməti tərəfindən tətqiq edilmişdir.
Eyxler dağlaləsi
Eyxler dağlaləsi (lat. Tulipa eichleri) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Şərqi Zaqafqaziyanın nadir endemik növüdür. Qazax (Ceyrançöl, Molladağ ətrafında), Şamaxı (Xilmilli, Təklə, Bəklə, Mirzəbaba kəndləri ətrafında) rayonları, bozqır yaylası, Samur-Dəvəçi ovalığı və Alazan-Əyriçay ovalığında yayılmış, Azərbaycandan kənarda isə İranda yayılması güman edilir. Quru, otlu yamaclarda bitir. Seyrək rast gəlir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Çoxillik ot bitkisidir. Soğanağı 2-3 sm diametrdə, dərivari, qara, qonur qınla örtülmüşdür. Gövdə 30-40 sm-ə qədər hündürlükdədir.
Florenski dağlaləsi
Florenski dağlaləsi (lat. Tulipa florenskyi) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Nadir, atropatan endemik növüdür. Çoxillik ot bitkisidir. Soğanaq 2 sm-ə qədər diametrdə, yumurtavari uzunsovdur, tünd-qonur qınla örtülüdür. Gövdə 10–25 sm hündürlükdədir. Yarpaqlar 3–4 ədəd bükülmüş, göyümtül, çılpaq, aşağıdakılar çox və ya az enli-neştərşəkilli, yuxarıdakılar dar-xətvaridir. Çiçəklər təkdir, çiçəkyanlığının yarpaqcıqları 2,5–4 sm uzunluğunda, alovu qırmızı, əsası daxili tərəfdən tünd-göyümtül və ya qara ləkəli, sarı haşiyəlidir, xaricdən yumurtavari, rombvari, qısa-sivri, daxildən uzunsov, tərs-yumrtavari, təpə hissəsi adətən kəsikdir. Erkəkcik çiçəkyanlığından qısa, sapı qara, tozcuğu sarı, sapdan qısadır.
Girne dağları
Girne dağları və ya Kiriniya (yun. Κερύνεια) — Kipr adasında yerləşən dağ silsiləsi. Girne dağları adanın şimal sahili boyunca uzanan bir dağ silsiləsidir. Geoloji baxımdan dağlar əhəng daşından, qismən mərmərdən ibarətdir. Ən yüksək nöqtə Kiparisovunon dağıdır (1024 m). Şərq hissəsi daha genişdir (25–30 km), qərb hissəsi daha dardır (təxminən 15 km), lakin daha yüksəkdir. Dağların şərq davamı Karpaz yarımadasında yerləşən Karpaz dağlarıdır. Silsilənin qərb hissəsi "Beşbarmaq" mənasını verən alçaq (740 m) Pentadaktilos dağlarının (Yunan Πενταδάκτυλοδάκτυλ) adından götürülmüşdür. Maraqlıdır ki, türk dilində də silsilə Beşbarmak dağları adlanır. Sahildəki dağların ətəyində Şimali Kiprin turizm paytaxtı sayılan Girne şəhəri yerləşir.
Hacıqır dağları
Hacıqır dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Naxçıvançayın sağ sahilindədir. Nəzərabad kəndindən 1 km qərbdə başlayaraq meridional istiqamətdə Uzunoba su anbarınadək 4 km məsafəyə uzanır. Ayrı-ayrı yüksəkliklərdən ibarətdir. Ən yüksək zirvəsinin hündürlüyü 1058,0 m-dir. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq qanadının quruluşunda iştirak edir.
Hindukuş dağları
Hinduquş dağları
Hinduquş dağları (puşt. هندوکش, urdu ہندوکش - fars mənbələrində Hindistan dağları olaraq keçərlidir. Orta Asiyada yerləşən dağ sistemi. Bəzən «hindliləri öldürən» adlandırırlar. Ərazisinin böyük hissəsi Əfqanıstan və Pakistan ərazisində yerləşir. Hinduquş dağları əsasən qayalı dağlardır. Onlar vulkan məşhəlli deyildir. Onların yaranmasına səbəb Hindistan tavasının Mərkəzi asiyaya təzyiqi sayəsində meydana gəlmişdir. Geoloji baxımdan dağlar cavandır və hələdə qalxmaqda davam edir. Qərbdən şərqə Hinduquş dağları 1200 km, şimaldan cənuba isə 240 km məsafədə uzanır.
Humboldt dağları, Antarktida
Humboldt dağları, Antarktidada Kraliça Mod Torpağında Voltat dağlarının qərb hissəsini təşkil edən Pitermann dağlarının tam olaraq qərbində yerləşən bir qrup dağdır. Dağlar, Alfred Ritşer liderliyindəki üçüncü Alman Antarktida Səfəri (1938-1939) zamanı kəşf edilmiş və xəritəyə alınmışdır. Dağlara 19-cu əsrin ilk yarısında yaşayan məşhur Alman təbiətşünas və coğrafiyaçı Aleksandr von Humboldtun adı verilmişdir. Hindistan Geolojik Araşdırmaları üçün təşkil edilən doqquzuncu Hindistan Antarktida Səfəri zamanı reallaşan qəzada ölən Hind donanmasında texnik olaraq vəzifə yerinə yetirən üç elm adamı xatirəsinə Humboldt dağlarındaki İndia nöqtəsində (71°45′08″ c. e. 11°12′30″ ş. u.) bir lövhə tikilmişdir . Lövhə, Antarktida müqaviləsi Məsləhət Yığıncağında Hindistanın təklifi ilə, "Tarixi yer və ya abidə" (HSM 78) elan edilmişdir. Skarşovdin dağı (71°47′ c. e.
Humboldt dağları (Antarktida)
Humboldt dağları, Antarktidada Kraliça Mod Torpağında Voltat dağlarının qərb hissəsini təşkil edən Pitermann dağlarının tam olaraq qərbində yerləşən bir qrup dağdır. Dağlar, Alfred Ritşer liderliyindəki üçüncü Alman Antarktida Səfəri (1938-1939) zamanı kəşf edilmiş və xəritəyə alınmışdır. Dağlara 19-cu əsrin ilk yarısında yaşayan məşhur Alman təbiətşünas və coğrafiyaçı Aleksandr von Humboldtun adı verilmişdir. Hindistan Geolojik Araşdırmaları üçün təşkil edilən doqquzuncu Hindistan Antarktida Səfəri zamanı reallaşan qəzada ölən Hind donanmasında texnik olaraq vəzifə yerinə yetirən üç elm adamı xatirəsinə Humboldt dağlarındaki İndia nöqtəsində (71°45′08″ c. e. 11°12′30″ ş. u.) bir lövhə tikilmişdir . Lövhə, Antarktida müqaviləsi Məsləhət Yığıncağında Hindistanın təklifi ilə, "Tarixi yer və ya abidə" (HSM 78) elan edilmişdir. Skarşovdin dağı (71°47′ c. e.
Həzar Məscid dağları
Həzar Məscid dağları (fars. رشته‌کوه هزارمسجد‎) — İranda dağ silsiləsi. Kopetdağ silsiləsinin cənub-şərq hissəsini təşkil edir. İranın Rəzəvi Xorasan ostanında, Dərgəzdən təxminən 20 kilometr (12 mil) şərqdə və Məşhəddən 70 kilometr (43 mil) şimalda yerləşir. Dağ silsiləsi ölkənin ucqar şimal-şərq hissəsində yerləşir. Hündürlüyü 3,040 metr olan Həzar Məscid dağı qrupun ən yüksək zirvəsidir və dağ silsiləsinin demək olar ki, mərkəzi hissəsində yerləşir. "Həzar Məscid" fars dilindədir və iki sözdən ibarətdir. Bunlar "min" mənasını verən "həzar" və "məscid"dir. Odur ki, . "Həzar Məscid" adı "min dənə məscid" deməkdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.45
2007 •••••••••• 0.21
2008 ••••••••••• 0.24
2010 ••••• 0.09
2011 •••• 0.09
2012 •••••••••••• 0.26
2014 •••••••• 0.17
2015 •••••••• 0.17
2019 ••••••• 0.14

"dağla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dağla nədir? #dağla sözünün mənası #dağla nə deməkdir? #dağla sözünün izahı #dağla sözünün yazılışı #dağla necə yazılır? #dağla sözünün düzgün yazılışı #dağla leksik mənası #dağla sözünün sinonimi #dağla sözünün yaxın mənalı sözlər #dağla sözünün əks mənası #dağla sözünün etimologiyası #dağla sözünün orfoqrafiyası #dağla rusca #dağla inglisça #dağla fransızca #dağla sözünün istifadəsi #sözlük