Dağlı sözü azərbaycan dilində

Dağlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Dağlı • 81.7143%
  • dağlı • 17.3333%
  • DAĞLI • 0.9524%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dağlı
Dağlı (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd Dağlı (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd; Dağlı bələdiyyəsinin mərkəzi. Dağlı (Türkiyə) — Türkiyədə kənd.
Dağlı (Quba)
Dağlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dağlı-Qələdüz bələdiyyəsinin tərkibindədir. Dağlı kəndi Qubanın yeni, müasir, şəhər mərkəzinə ən yaxın kəndlərindən sayılır. Yerli sakinlər hər hansı xüsusi nəqliyyat vasitəsindən istifadə etmədən, 10-12 dəqiqəyə şəhərin mərkəzinə çox rahatlıqla çata bilirlər. Kənd müasir dövrdə salınsa da, yaxın, ətraf ərazilərdə yaşayış məskənlərinin tarixi azı 5000 il əvvələ gedib çıxır. Dağlı kəndi Quba şəhəri, Qırmızı Qəsəbə, Mirzəməmmədkənd, Qələdüz, Digah, Alpan kəndləri hüdudlarında yerləşir. Kəndin bir hissəsi Qudyal çayı sahilindəki qayalıq üzərində yerləşdiyindən nisbi sürüşmə zonası sayılır. Burada xüsusən Qudyal çayının orta axarında sahil zolağının bərkidilməsinə ehtiyac duyulur. Çayda su axını elə güclü olmadığından bunu həm betonlama, həm də sahil boyunca ağac zolağının salınması vasitəsilə həyata keçirmək mümkündür. Kənd Dağlı-Qələdüz bələdiyyəsinə daxildir.
Dağlı (Zaqatala)
Dağlı (əvvəlki adı:Əli Bayramlı) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd; Dağlı bələdiyyəsinin mərkəzi. Əzgilli, Qalal və Qarqay, Qass kəndləri ilə birlikdə Dağlı bələdiyyəsinin tərkibindədir. 29 may 2015-ci ildə Əli Bayramlı kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Dağlı kəndi adlandırılmış və Əli Bayramlı kənd inzibati ərazi dairəsi Dağlı kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Kənd Gürcüstanla sərhəddə yerləşir. Ərazisinin tam hissəsi düzən ərazidə yerləşir. Qismən düzən meşəliklə əhatə olunub. Yay aylarında havanın temperaturu 40–50 C-ə qədər artır. Əhalisi 3001 nəfərdir (2012) Kənd əhalisini əsasən saxurlar və digər millətlər təşkil edir. Əhalisinin əsas məşğuliyyəti maldarlıq və taxılçılıqdır. Bundan başqa arıçılıq və tütünçülük sahələri də qismən inkişaf edib.
Dağlı Cavanşir
Cavanşir Əmirşah oğlu Ağayev (18 dekabr 1967, Bakı – 22 mart 1995, Bakı) — kriminal avtoritet, qanuni oğru. Cavanşir Ağayev 18 dekabr 1967-ci ildə Bakıda anadan olmuşdur. Əslən Xızıdan olduğuna görə kriminal çevrələrdə "Dağlı Cavanşir" kimi tanınmışdır. Yasamalda 21 saylı orta məktəbdə təhsil almışdır. Cavanşir Ağayev 1978-ci ilin aprel ayında ilk məhkumluğunu yaşayıb, 6 il müddətində azadlıqdan məhrum edilib. Cəzasını əvvəlcə Bakı, sonra isə Qroznı şəhərindəki uşaq islah əmək müəssisəsində, həddi-buluğa çatandan sonra isə ciddi rejimli kolonda çəkib. İkinci dəfə 1985-ci ildə həbs olunub. Üzərindən Makarov və APS tapançaları tapılıb. Cavanşir Ağayev 22 mart 1995-ci ildə Bakıda Yasamal ərazisində MTN əməkdaşları ilə atışma zamanı güllə yarasından həlak olub. Atışma zamanı Cavanşirə silahı yerə qoyub təslim olmaq əmri verilsədə onun cavabı belə olur: Mən son axan damla qanımacan siz Mentlərlə vuruşacam.
Dağlı kəndi
Dağlı (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd Dağlı (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd; Dağlı bələdiyyəsinin mərkəzi. Dağlı (Türkiyə) — Türkiyədə kənd.
Dağlı məhəlləsi
Dağlı məhəlləsi — Bakının məhəllərindən biri. Yasamalda yerləşir. Sovetskidən sonra Bakının ikinci böyük məhəlləsi hesab edilir. Məhəllə sonradan salınmışdır. Əhalisi əsasən Xızıdan köçən tatlardan ibarətdir. Azərbaycanın qədim farsdilli tat xalqının nümayəndələri olsalar da , dağlı məhəlləsində yaşayanlar özlərini daha çox dağlılar olaraq identifikasiya edirlər. Məhəllənin xalq arasında "Dağlı Məhəlləsi" kimi tanınması da elə sakinlərin soy-kökü ilə bağlıdır. Dağlı tat etnosunun eksonimidir. Dağlılar XIX sonu XX əsrin əvvəllərində Xızı-Bərmək mahalından Bakıya gələnlərdir. Tarixçi Tərlan Ağayev "Azərbaycanın Xızı-Bərmək mahalının tarixi" (2006) kitabında qeyd edir ki, həmin dövrdə Bakıya köçün səbəbi maddi vəziyyətin çətinliyi və işsizlik idi.
Dağlı Şoran
Dağlıq Şor (rus. Горная Шория, şor. Tağlığ Şor), Kemerovo vilayətinin cənubunda Altay, Sayan və Aba-Tura Aladağı (Alatau) qovuşan yerdə dağlar və meşələrdən ibarət (Tayğa) bölgə. Məşrut olaraq, bölgəni Altay Dağ sisteminə salmaq olar. Şoran öz adını bu yerdə tarix boyu dəmirçilik ilə məşğul olan və o işə görə Sibirdə peşəkar bilinən azsaylı bir türk xalqı Şorlardan (keçmiş adı Aba-Tura tatarları) aldı.
Dağlı-Qələdüz bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Abay Dağlı
Abay Dağlı və ya Cəmil Ağayev (1906, Şuşa – 1975) — azərbaycanlı mühacir şair, dramaturq, publisist. Cəmil İbrahim oğlu Ağayev 1906-cı il yanvarın 27-də Şuşa şəhərində anadan olub. İlk təhsilini Şuşa real məktəbində alıb. 1925–1927-ci illərdə pioner təşkilatçısı vəzifəsində çalışıb, 1927–1929-cu illərdə isə Azərbaycan Mərkəzi Partiya Məktəbinin müdavimi olub. 1929–1932-ci illərdə Şəmkir rayonunun Zəyəm və Anino kənd məktəblərində müəllimlik edib. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1936-cı ildə buranı bitirdikdən sonra təyinatla Nuxaya göndərilib və burada 1940-cı ilin fevralına qədər Stalin adına pedməktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib. Nuxada fəaliyyət göstərdiyi müddətdə "Gənc işçi", "Kommunist", "Gənc pedaqoq" qəzetlərində müxtəlif yazılarla çıxış edir. 1940-cı ildə Bakıya gəlib və burada N. Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi kimi işləməyə başlayıb. 1941-ci il avqustun 15-də ixtisara düşüb və həmin il oktyabrın 25-dən Sumqayıt rayonunda 94 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi işləyib.
Rəşad Dağlı
Rəşad Dağlı (Rəşad Vaqif oğlu Əmirov; 21 aprel 1984, Oktyabr rayonu) — azərbaycanlı meyxanaçı. Rəşad Dağlı 1984-cü il aprelin 21-də Azərbaycanın Bakı şəhərinin Yasamal rayonunda anadan olub. Ustadı Nizami Rəmzi olub. O, 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" meyxana yarışmasında iştirak edib və populyarlıq qazanıb. 2010-cu ildə Nailə Süleymanzadə ilə ailə qurub. Onun bu cütlükdən Yusif adlı oğlu və Bətül adlı qızı var. 2019-cu ilin avqust ayında Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirərək, bununla bağlı məhkəməyə müraciət edib. 2015-ci ildə ANS TV-də yayımlanan "Maşın Şou" realiti verilişində iştirak edib. 2016-cı ilin iyun ayında Rəşad Dağlı Bakı-Qaza yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında xəsarət alıb. Onun idarə etdiyi, Pərviz Bülbüləyə məxsus olan"Toyota Prado" markalı 10 KC 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.
Seyfəddin Dağlı
Abbasov Seyfəddin Əliağa oğlu (Seyfəddin Dağlı) (27 avqust 1921, Xızı, Quba qəzası – 18 yanvar 1983) — Azərbaycan yazıçısı, şair, dramaturq, jurnalist. Seyfəddin Dağlı 1921-ci avqustun 27-də Xızıda doğulub. Bir müddət "Kommunist" və "Ordu" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Dövlət Radio Komitəsində baş redaktor (1956–1959), sonra Bakı Telestudiyasının direktoru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət "Kirpi" jurnalının baş redaktoru olub. "Azərbaycanfilm" kinostudiyasında ssenari redkollegiyasının üzvü, "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1948-ci ildə "Dəniz kəşfiyyatçısı" adlı kitabı nəşr edilib. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" pyesləri, "Bahar oğlu", "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" və sair kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb. Yazıçı Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 26.08.1981 Onun bəlalı sevgisi (film, 1980) Qayınana (film, 1978) Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv) Gecəniz xeyrə qalsın (film, 1977) Kommunist (film, 1969) Solmaz bir bahar kimi (film, 1979) Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.
Əlihüseyn Dağlı
Həmidov Əlihüseyn Həmid oğlu (Əlihüseyn Dağlı) (1898, Xızı, Quba qəzası – 28 yanvar 1981) — Mikayıl Müşfiqin dayısı oğlu Əlihüseyn Dağlı 1898-ci ildə Xızıda kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından ailəsi ilə Bakıya köçürlər. Atası Həmid kişi qəbirstanlıqda qəbir daşları hörməklə məşğul olur. Anası Göhər xanım qatı dindar idi. Əlihüseyn rus-tatar məktəbində 3 sinifi bitirib. Ailə vəziyyəti ağır olduğundan şəhər məktəbində də yalnız 3 sinif bitirir və 1917-ci ildən Bakı şəhər dəmiryol idarəsində, son vaxtlar isə dəmiryolunda konduktor (nəzarətçi) işləyir. Həmin illərdə sol-eser partiyasına daxil olur. 1918-ci ildə tif xəstəliyinə tutulur. Sağalandan sonra Müsavat ordusunda sıravi əsgər kimi qulluq edir. ÜİK(b) partiyasının üzvi olmağa can atır.
Dağlı Yunus
Yunis Dağlı və ya tam və rəsmi adı ilə Yunus Əbdülcavad oğlu İsmayılov — azərbaycanlı şair-qəzəlxan. Yunus İsmayılov "Dağlı" təxəllüsü ilə əsasən Azərbaycanca, həmçinin rus və tatca şeirlər, əsasən qəzəllər yazıb. Sürgün edilən vaxt Yunis təzə yazmağa başlayan həvəskar şair idi. On bir il həbs və sürgündən sonra Azərbaycana qayıdır. Şeirləri indi də Xızıda və Bakıətrafı kəndlərdə dillər əzbəridir. Əslən Xızıdan İsmayılzadələrdəndir. 1922-ci ildə Bakıda Dağlı məhəlləsində doğulub. Atası Əbdülcavad Molla İsmayıl oğlu bənna işləyib. İlk təhsilini Bakıda, Çəmbərəkənddəki II şura məktəbində almışdır. Məktəbdə qabiliyyəti, biliyi və hazırcavablığı ilə seçilən şagirdlərdən olub.
Yunis Dağlı
Yunis Dağlı və ya tam və rəsmi adı ilə Yunus Əbdülcavad oğlu İsmayılov — azərbaycanlı şair-qəzəlxan. Yunus İsmayılov "Dağlı" təxəllüsü ilə əsasən Azərbaycanca, həmçinin rus və tatca şeirlər, əsasən qəzəllər yazıb. Sürgün edilən vaxt Yunis təzə yazmağa başlayan həvəskar şair idi. On bir il həbs və sürgündən sonra Azərbaycana qayıdır. Şeirləri indi də Xızıda və Bakıətrafı kəndlərdə dillər əzbəridir. Əslən Xızıdan İsmayılzadələrdəndir. 1922-ci ildə Bakıda Dağlı məhəlləsində doğulub. Atası Əbdülcavad Molla İsmayıl oğlu bənna işləyib. İlk təhsilini Bakıda, Çəmbərəkənddəki II şura məktəbində almışdır. Məktəbdə qabiliyyəti, biliyi və hazırcavablığı ilə seçilən şagirdlərdən olub.
Mirzə Abay Dağlı
Abay Dağlı və ya Cəmil Ağayev (1906, Şuşa – 1975) — azərbaycanlı mühacir şair, dramaturq, publisist. Cəmil İbrahim oğlu Ağayev 1906-cı il yanvarın 27-də Şuşa şəhərində anadan olub. İlk təhsilini Şuşa real məktəbində alıb. 1925–1927-ci illərdə pioner təşkilatçısı vəzifəsində çalışıb, 1927–1929-cu illərdə isə Azərbaycan Mərkəzi Partiya Məktəbinin müdavimi olub. 1929–1932-ci illərdə Şəmkir rayonunun Zəyəm və Anino kənd məktəblərində müəllimlik edib. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1936-cı ildə buranı bitirdikdən sonra təyinatla Nuxaya göndərilib və burada 1940-cı ilin fevralına qədər Stalin adına pedməktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib. Nuxada fəaliyyət göstərdiyi müddətdə "Gənc işçi", "Kommunist", "Gənc pedaqoq" qəzetlərində müxtəlif yazılarla çıxış edir. 1940-cı ildə Bakıya gəlib və burada N. Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi kimi işləməyə başlayıb. 1941-ci il avqustun 15-də ixtisara düşüb və həmin il oktyabrın 25-dən Sumqayıt rayonunda 94 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi işləyib.
Qışlaq Dağlı (Xudafərin)
Qışlaq Dağlı (fars. قشلاق داغلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 180 nəfər yaşayır (36 ailə).
Rəfail Oğuztürk Dağlı
Rəfail Oğuztürk – şair, tarixçi-etnoqraf, pedaqoq, hərbçi. Rəfail Oğuztürk Dağlı (Mustafayev Rəfail Salman oğlu) 1966-cı il may ayının 22-də Bakı şəhərində anadan olub. Əslən Sayad-Xızı (indiki Xızı) rayonundandır. Səlcuqlu Dövlətinin qurulmasında misilsiz xidmətləri olan, Türk tarixində daha çox "Arslan Yabqu elatı" kimi tanınmış "Dağlı" (Qara Dağlı) oğuz elatının məşhur isalu-əfşar tayfasındandır. 1973–1983-cü illərdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 21 saylı orta məktəbdə oxuyub. 1983-cü ilin dekabr ayından 1985-ci ilin iyunayına qədər fəhləişləyib. 1985-ci ilin avqust ayında Leninqrad (indiki Sankt-Peterburq) Ali Hərbi Mühəndis Məktəbinə daxil olub və 1990-cı ildə bu məktəbi bitirib. 1990 – 1991-ci illərdə Şimali Qafqaz Hərbi Dairəsində xidmət edib. 1991-ci ildə Zaqafqaz Hərbi Dairəsinə keçirilib. 1992-ci ildən 2003-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib.
Ayşəgül Doğan Dağlı
Ayşəgül Doğan Dağlı (1977, Ankara) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Ayşəgül Doğan Dağlı 1977-ci ildə Ankara şəhərində anadan olub. İbtidai, orta və lisey təhsilini Cizrə ilçəsində alıb. Fransanın Metz Universitetindən məzun olub. Tələbə olan illərdə Agence France-Presse (AFP), Courrier International və Voice of America (VoA) Kürdcə xidmətində, həmçinin Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitutunun (INALCO) Kürdologiya şöbəsində çalışıb. Vətənə qayıtdıqdan sonra Le Monde Diplomatique qəzetində tərcüməçi-jurnalist olaraq çalışıb. Növbəti illərdə isə HaberSİZsiniz, webiz, Tele1, Gazete Duvarda çalışıb. 2020-ci ildə Yeniden TV-ni təsis edib. Barış Məclisində Leyla Zananın siyasi əlaqələr üzrə məsləhətçisi olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Şırnak ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Dağlılar Dövlət Aqrar Universiteti
Dağlılar Dövlət Aqrar Universiteti — Şimali Osetiyanın paytaxtı Vladiqafqazda dövlət ali təhsil müəssisəsi. Böyük kənd təsərrüfatı tədqiqat mərkəzidir. Universitet 1918-ci ildə yaradılmışdır. Şimali Qafqazın ən qədim universitetidir. Universitet Moskva Dövlət Universitetinin təşəbbüsü ilə 1918-ci ildə dosent V.F.Razdorski tərəfindən açılmışdır. İnstitutun ilk rektoru İosif Qavriloviç Esman (1918-1922) olmuşdur. İnstitutun yaranmasında alimlərdən - Razdorski V.F., Günter A.R., Pankov A.P., Ryazantsev N.V., Dzokaev K.X., İosifov İ.M., Tarnoqradski D.A., Dzanaqov X.B., Qutiyev M.N., Salamov A.B., Rubil E.V., Trofimenko K.İ., Qrabovski İ.S., Smolski Y.V., Djanayev G.G., Kaloyev A.V., Stoyuşkin İ.A., Tsabolov R.G., Kulçiyev B.X., Tsoqoyev N.D., Kizinov F.İ., Xilkeviç N.M., Xilkeviç N.M. və s. xidmətləri olmuşdur. Fəaliyyət göstərdiyi illər ərzində universitet qırx səkkiz mindən çox mütəxəssis hazırlayıb. Universiteti bitirənlər arasında tanınmış kənd təsərrüfatı rəhbərləri, elm, dövlət və ictimai xadimlər var ki, bu dövrdə məzunlardan 20 nəfəri Sosialist Əməyi Qəhrəmanı, biri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Dağlılar Muxtar Sovet Sosialist Respublikası
Dağlılar Muxtar Sovet Sosialist Respublikası (DMSSR) – 1921–1924-cü illərdə keçmiş Terek vilayəti və Kuban (Qaraçay) vilayətinin bir hissəsində yaşayan xalqların RSFSR tərkibində muxtariyyəti. Sahəsi 73 min km2, əhalisi təqribən 786 min nəfər idi. Əhalinin milli tərkibi əsasən çeçenlər, inquşlar, osetinlər, kabardalar, balkarlar, qaraçaylılar, ruslardan ibarət idi. Paytaxtı Vladiqafqaz şəhəri idi. Dağlılar Muxtar Sovet Sosialist Respublikası Terek vilayətinin xalqlarının qurultayında (1920, 17 noyabr) elan edilmişdi. DMSSR-in 1-ci Sovetlər qurultayında (1921, 16–22 aprel) DMSSR yaradılması haqqında Ümum Rusiya Mərkəzi İdarəetmə Komitəsin 1921-ci il 20 yanvar tarixli dekreti elan olundu. Qurultay dövlət hakimiyyəti və idarəetmə orqanları sistemini, DMSSR-in inzibati-ərazi quruluşunu müəyyənləşdirdi, torpaq, ərzaq, xalq maarifi, şəriət məsələləri haqqında qərarlar qəbul etdi. Dağlılar Muxtar Sovet Sosialist Respublikası Mərkəzi İdarəetmə Komitəsii seçdi. 1921-ci ildə DMSSR MİK iki inzibati ərazi vahidinin formalaşmasına qərar verdi: 1) Diqorski dairəsi — osetinlər və diqorlar üçün. 2) Sunjenski kazak dairəsi — Sujen kazakları üçün.
Dağlılar Respublikası
Dağlılar Respublikası (Millətlər Birliyi arxivlərinə görə rəsmi Fransız adı: République de l'Union des peuples montagnards du Caucase;tərcümə: Dağlıq Qafqaz Xalqları Birliyinin Respublikası) — 1917–1922-ci illərdə Şimali Qafqazda mövcud olmuş müstəqil dövlət (konfederasiya). Dağlılar Respublikasının ərazilərinə müasir dövrdə Rusiyanın Çeçenistan, İnquşetiya, Dağıstan və Kabardin-Balkar respublikaları və Qaraçay-Çerkesiya muxtar vilayətləri daxil idi. 16 aprel 1919-cu il tarixində respublikanın rəhbəri Pşemaxo Kosyev Dağıstanın Azərbaycan Demokratik Respublikasının tərkibinə keçməsi barədə qərar qəbul etdi. Amma ki, 18 mayda Dağıstan general Denikinin ordusu tərəfindən tutuldu, bundan sonra Dağlılar Respublikası rəhbərliyi özü özünü buraxdığını və yenidən Tiflisə köçdüyünü elan etdi. Dağlılar Respublikasının ərazisi 407,000 min kvadrat kilometr, əhalisi isə təxminən 11 milyon nəfər olmuşdur. Temirxan-Şura dövlətin əsas şəhəri və paytaxtı olmuşdur. Dağlılar Respublikasının 115 min ordusu vardır. Dağlılar Respublikasının qurucularından biri Şeyx Şamilin nəvəsi Seyid Şamil olmuşdur. Dövlətin ilk rəhbəri isə Tapa Çermoyev seçilmişdir. Şeyx Əli Hacı Akuşa və Heydər Bamat kimi nüfuzlu bəylər dövlətin idarə olunmasında yaxından iştirak etmişdilər.
Dağlılar Respublikası bayrağı
Dağlılar Respublikasının bayrağı — 1917-ci il tarixində tanınmamış Dağlılar Respublikası tərəfindən qəbul edilmiş bayraq.
Dağlıq Borçalı
Dağ Borçalı — qədim Borçalı mahalının yüksək dağlıq zonası. Borçalı mahalının əsasən Ermənistan SSR-in tərkibində qalan hissəsini ehtiva edir. 1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı mahalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır.. 30-cu illərdə Kalinino , Cəlaloğlu (Stepanavan), Noyemberyan və Allahverdi (hazırkı Alaverdi ) rayonlarına parçalanmışdır. Dağ Borçalı hazırda Ermənistanda Lori ( Loru-Pəmbək ) və Tavuş adlı əyalətlərin tərkibinə qatılmışdır. Ermənistanın şimal-şərqində yerləşən Dağ Borçalı Qaraxaç silsiləsi (indiki Cavaxet silsiləsi) və Ağlağan dağları (indiki Bazum silsiləsi), eləcə də Ermənistanın Gürcüstan və Azərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır.
Dağlıq Bədəxşan Muxtar Vilayəti
Dağlıq Bədəxşan Muxtar Vilayəti (tac. Вилояти Мухтори Кӯҳистони Бадахшон) — Tacikistan Respublikası ərazisində yerləşən muxtar vilayət. 15 avqust 1923-cü ildə Pamirdə Sovet hakimiyyəti bərqarar olduqdan sonra Türkistan Muxtar Sovet Sosialist Respublikası, Fərqanə vilayətinin tərkibinə Pamir Pamir dairəsi daxil edilir. 1925-ci ilin 2 yanvar tarixində SSRİ MİK Tacikistan Muxtar Sovet Sosialist Respublikası tərkibində Dağlıq Bədəxşan Muxtar Vilayətini təsis edir. 1929-cu ilin 16 oktyabrında Tacikistan SSR adı ilə SSRİ tərkibinə daxil edilir. 5 dekabr 1936-cı ildə adı Dağlıq Bədəxşan Muxtar Vilayəti olaraq dəyişdirilir. 4 avqust 1967-ci ildə təsərrüfat və mədəniyyət sahəsində tikintilərdə uğurlarına görə Lelin ordeni, 1972-ci ildə isə Xalqlar dostluğu ordeninə layiq görülmüşdür. DBMV şimaldan Qırğızıstan, şərqdən Çin, cənub və qərbdən Əfqanıstanla sərhədə malikdir. Vilayətin ərazisi 64 100 km² (Tacikistan ərazisinin 44,9 %) təşkil edir. Vilayətin inzibati mərkəzi Xoroq şəhəridir.
Dağlıq Ermənistan Respublikası
Dağlıq Ermənistan Respublikası (erm. Լեռնահայաստանի Հանրապետութիւն, translit. Leřnahayastani Hanrapetutyun) — indi ki Ermənistanın Vayots dzor və Sünik mərzlərini, eləcə də Azərbaycan Respublikasına daxil olan Naxçıvan Muxtar Respublikası və Qarabağın qərbini əhatə edən, tanınmamış antibolşevik dövlət. Bu dövlət 1921-ci ilin aprel ayında baş tutan Fevral üsyanının yatırılmasından sonra hərbi komandir və siyasətçi Qaregin Njde ilə onun müttəfiqləri tərəfindən yerli partizan qüvvələrinin dəstəyi ilə qurulmuşdur. Dövlət həmin ilin iyul ayının ortalarında süquta uğramışdır. Ermənistan Demokratik Respublikasının Qızıl Ordu tərəfindən işğal edilməsindən sonra daşnaklar 18 fevral 1921-ci il tarixində İrəvan şəhərində antisovet qiyamına rəhbərlik edilər və hakimiyyəti ələ keçirirlər. Daşnaklar İrəvan və ətraf bölgələri təxminən 42 gün nəzarətdə saxlaya bilir, 1921-ci ilin aprel ayınca sayca üstün olan Qızıl Ordu qoşunları tərəfindən məğlub edilirlər. Üsyan liderləri daha sonra Zəngəzur bölgəsinə çəkilirlər. 26 aprel 1921-ci il tarixində, Tatev monastırında keçirilmiş II Ümumzəngəzur qurultayında Dərələyəz, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin Dağlıq Ermənistan Respublikası adı altında müstəqilliyi elan edilir. Bu dövlətin adı 1 iyun 1921-ci il tarixində Ermənistan Respublikası olaraq dəyişdirilir.
Dağlıq Krım Neolit Mədəniyyəti
Dağlıq Krım Neolit Mədəniyyəti — Krımın dağlıq ərazisində Neolit dövrünə (e.ə 6-4-cü minilliyin ortaları) aid arxeoloji mədəniyyəti Abidələr XIX əsrin sonlarından məlumdur. 1936-cı ildə S.N.Bibikov tərəfindən müəyyənləşdirilmişdir. Düşərgələri Krım dağlarının birinci silsiləsindəki yaylalarda,ikinci silsiləsindəki qobularda,mağaralarda və çıxıqlarda var. Dağlıq Krım Neolit Mədəniyyəti Dağlıq Krım Mezolit mədəniyyətinin əsasında formalaşmışdır. İki hissəyə bölünür. Erkən mərhələ üçün yastı qəlpələmə üslulu ilə işlənmiş seqmenti və trapesiyalar üstünlük təşkil edir. Sümükdən, çüyür buynuzundan, qaban dişindən düzəldilmiş əmək alətləri tapılmışdır. Erkən dövrə aid qabların divarları qalın, ağzı düz olur, saxsının tərkibində döyülmüş balıqulağı qatışığı əlavə edilən sivri və dairəvi oturacaqlı qablar,Dağlıq Krım Neolit Mədəniyyətinin son mərhələsində isə yastı oturacaqlı keramika meydana gəldi. Saxsı qabların yuxarı hissəsində müxtəlif ornamentlərə rast gəlinir: dəlmə və daraqvarı naxışlar,cızılmış xətlər və s. Təsərrüfat ovçuluq (qaban,cüyür,maral) və yığıcılığa əsaslanırdı.
Dağlıq Qarabağ
Dağlıq Qarabağ — Azərbaycan Respublikasının cənub-qərb bölgəsi olan Qarabağın dağlıq hissəsi. Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada ərazisi 4,4 min km², yaxud Azərbaycan Respublikasının ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 1970-ci ildə aparılmış siyahıyaalmaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur. Vilayətin tərkibinə Əsgəran rayonu, keçmiş Ağdərə rayonu, Xocavənd rayonu, Şuşa rayonu və vilayət tabeli Xankəndi şəhəri daxil idi. Tarixən Qafqaz Albaniyasının (Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olmuşdur. Dağlıq Qarabağın əhalisini 19-cu əsrin əvvəllərinə qədər azərbaycanlılar təşkil etmişdir. 1820-ci ildən başlayaraq ermənilər Azərbaycana, xüsusilə bu bölgəyə kütləvi şəkildə köçürülmüşdür. Ermənidilli mənbələrdə bölgənin adı "Artsax" kimi işlənir. Amma maraqlı olan odur ki, bu sözün də kökü Azərbaycana, türklərə gedib çıxır.
Dağlıq Qarabağ (1948)
Dağlıq Qarabağ — 1948-ci ildə çəkilmiş film. Film Dağlıq Qarabağ Muxtar Vilayətinin 25 illiyinə həsr olunmuşdur.
Dağlıq Qarabağ (1977)
Dağlıq Qarabağ — 1977-ci ildə çəkilmiş film. Televiziya filmi Dağlıq Qarabağ Muxtar Vilayətinə, onun tarixinə, sakinlərinə, mədəni həyatına, sənaye və kənd təsərrüfatına həsr olunmuşdur.
Dağlıq Qarabağ (dəqiqləşdirmə)
Dağlıq Qarabağ — Azərbaycan Respublikasının qərb bölgəsi. Dağlıq Qarabağ (film, 1948) — Azərbaycan filmi. Dağlıq Qarabağ (film, 1977) — Azərbaycan filmi.
Dağlıq Qarabağ (film, 1948)
Dağlıq Qarabağ — 1948-ci ildə çəkilmiş film. Film Dağlıq Qarabağ Muxtar Vilayətinin 25 illiyinə həsr olunmuşdur.
Dağlıq Qarabağ (film, 1977)
Dağlıq Qarabağ — 1977-ci ildə çəkilmiş film. Televiziya filmi Dağlıq Qarabağ Muxtar Vilayətinə, onun tarixinə, sakinlərinə, mədəni həyatına, sənaye və kənd təsərrüfatına həsr olunmuşdur.
Dağlıq Qarabağ Muxtar Vilayəti
Dağlıq Qarabağ Muxtar Vilayəti (azərb-kiril. Дағлыг Гарабағ Мухтар Вилајәти) — Azərbaycan SSR-in Dağlıq Qarabağ bölgəsində 1923–1991-ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. Dağlıq Qarabağ Muxtar Vilayətinə Əsgəran, Hadrut, Ağdərə, Xocavənd, Şuşa rayonları və vilayət tabeli Xankəndi şəhəri daxil olmuşdur. 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. 1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib. 1987-ci ildə Ermənistan və Azərbaycan SSR arasında Dağlıq Qarabağ münaqişəsinin başlanmasının ardından, bu münaqişə 1991-ci ilin sonuna tam miqyaslı müharibəyə çevrilmişdir. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası "DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə" qərar qəbul etdi. Bunun ardınca, 1989-cu ilin noyabr ayında SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyətliyinin ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar qəbul etmişdir, lakin 1989-cu ilin dekabr ayının 1-də Ermənistan Sovet Sosialist Respublikası Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclası həmin qərarı əsassız hesab edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsini açıqlamışdır. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur.
Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsi
Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsi — Azərbaycan Kommunist Partiyasının Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərmiş regional komitəsi. Vilayət 7 iyul 1923-cü ildə yaradılmışdır və 26 noyabr 1991-ci ildə ləğv edilmişdir. Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət Komitəsi Sovet İttifaqı Kommunist Partiyasının vilayət üzrə mərkəzi partiya orqanı kimi hesab olunmuşdur. Vilayət Komitəsinin birinci katibi de-fakto olaraq adətən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu və ya Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinib baş katibi təyin edirdi. Vilayətin tarixində 23 nəfər birinci katib olmuşdur. Onlardan 2 nəfər etnik azərbaycanlı, 2 nəfər rus əsilli, 19 nəfəri isə erməni əsilli olmuşdur. Vilayət Komitəsinin ikinci katibi birinci katibin idarəetmə məsələləri üzrə köməkçisi hesab edilirdi.
Dağlıq Qarabağ Muxtar Vilayətinin Katibləri
Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsi — Azərbaycan Kommunist Partiyasının Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərmiş regional komitəsi. Vilayət 7 iyul 1923-cü ildə yaradılmışdır və 26 noyabr 1991-ci ildə ləğv edilmişdir. Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət Komitəsi Sovet İttifaqı Kommunist Partiyasının vilayət üzrə mərkəzi partiya orqanı kimi hesab olunmuşdur. Vilayət Komitəsinin birinci katibi de-fakto olaraq adətən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu və ya Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinib baş katibi təyin edirdi. Vilayətin tarixində 23 nəfər birinci katib olmuşdur. Onlardan 2 nəfər etnik azərbaycanlı, 2 nəfər rus əsilli, 19 nəfəri isə erməni əsilli olmuşdur. Vilayət Komitəsinin ikinci katibi birinci katibin idarəetmə məsələləri üzrə köməkçisi hesab edilirdi.
Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası
Dağlılar Respublikası (Millətlər Birliyi arxivlərinə görə rəsmi Fransız adı: République de l'Union des peuples montagnards du Caucase;tərcümə: Dağlıq Qafqaz Xalqları Birliyinin Respublikası) — 1917–1922-ci illərdə Şimali Qafqazda mövcud olmuş müstəqil dövlət (konfederasiya). Dağlılar Respublikasının ərazilərinə müasir dövrdə Rusiyanın Çeçenistan, İnquşetiya, Dağıstan və Kabardin-Balkar respublikaları və Qaraçay-Çerkesiya muxtar vilayətləri daxil idi. 16 aprel 1919-cu il tarixində respublikanın rəhbəri Pşemaxo Kosyev Dağıstanın Azərbaycan Demokratik Respublikasının tərkibinə keçməsi barədə qərar qəbul etdi. Amma ki, 18 mayda Dağıstan general Denikinin ordusu tərəfindən tutuldu, bundan sonra Dağlılar Respublikası rəhbərliyi özü özünü buraxdığını və yenidən Tiflisə köçdüyünü elan etdi. Dağlılar Respublikasının ərazisi 407,000 min kvadrat kilometr, əhalisi isə təxminən 11 milyon nəfər olmuşdur. Temirxan-Şura dövlətin əsas şəhəri və paytaxtı olmuşdur. Dağlılar Respublikasının 115 min ordusu vardır. Dağlılar Respublikasının qurucularından biri Şeyx Şamilin nəvəsi Seyid Şamil olmuşdur. Dövlətin ilk rəhbəri isə Tapa Çermoyev seçilmişdir. Şeyx Əli Hacı Akuşa və Heydər Bamat kimi nüfuzlu bəylər dövlətin idarə olunmasında yaxından iştirak etmişdilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.82 dəfə / 1 mln.
2003 •••• 0.79
2004 •• 0.34
2006 •••• 0.68
2007 •••• 0.63
2008 ••••• 0.97
2009 ••••••• 1.28
2010 ••••••••••• 2.27
2011 •••••••• 1.54
2012 •••••••••••••••••••• 4.13
2013 •••••••••••••• 2.77
2014 •••••••••••• 2.40
2015 ••••• 1.02
2016 ••••• 0.87
2017 ••••••• 1.30
2018 •••••••••••• 2.40
2019 ••••••• 1.39
2020 ••••••••••• 2.12

dağlı sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Qızdırılmış dəmirlə damğa vurulmuş, damğası olan. Dağlı heyvan. Dağlı at. 2. məc. Adətən “sinəsi”, “ürəyi”, “qəlbi” sözləri ilə – çox dərdli, çox qəmli, çox mütəəssir, ürəyi yaralı. Ürəyi dağlı adam. – Qəribəm, ağlaram aləm içrə mən; Ciyəri eşq oduna dağlıyam mən. “Aşıq Qərib”. [Tamara:] Bir dustağam, qolum bağlı; Bir qəribəm, sinəm dağlı. S.Vurğun. Övlad sarıdan Murad kişinin ürəyi əvvəldən dağlı idi. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / dağlı
  • 2 is. Dağlıq yerdə yaşayan adam. Burada dağlılar yaşar bəxtiyar; Qürurdan aralı, kindən aralı. S.Vurğun. // Dağıstanlı, Dağıstan əhli. Keçmiş əsrin altmışıncı illərində … bir mütəxəssis rus əlifbasını dağlıların məxrəcinə görə tətbiq etmişdir. F.Ağazadə. // Sif. mənasında. Dağlı əhali.

    Azərbaycan dilinin izahlı lüğəti / dağlı

dağlı sözünün sinonimləri (yaxın mənalı sözlər)

dağlı sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DAĞLI – DƏRƏLİ Bizim yerlər dağlı-dərəlidir (“Jurnalist”). DAĞLI – ŞAD Övlad sarıdan Murad kişinin ürəyi əvvəl də dağlı idi (Mir Cəlal); Qadın hər qüssədən, qəmdən azaddır; Ağ günlər eşqilə ürəyi şaddır (H.Hüseynzadə).

    Azərbaycan dilinin antonimlər lüğəti / dağlı

dağlı sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 DAĞLI I is. Dağda yaşayan adam. Gəlmiş hüzuruna bir qara dağlı; Bir qara qulundur qolları bağlı (M.Müşfiq). DAĞLI II sif. Dağ olan (yer). Yolun dağlı, qayalı; Hər işdən oldum halı (Bayatı). DAĞLI III sif. Dərdli, dərdi olan, dağı olan. Bağrı eşqinlə dağlı bir şair; Edəcək dərdi dərbədər, gözəlim! (S.Rüstəm).

    Azərbaycan dilinin omonimlər lüğəti / dağlı

dağlı sözünün rus dilinə tərcüməsi

  • 1 горец, горный житель

    Azərbaycanca-rusca lüğət / dağlı
  • 2 1 прил. 1. клеймёный, подвергнутый клеймению 2. в сочет. со словами sinəsi, ürəyi, qəlbi и т.п. Sinəsidağlı (ürəyidağlı) с неутешным горем, с неутешной скорбью 2 I сущ. горец, горянка. Dağlı qadınlar женщины-горянки, əslən dağlıdır он по происхождению горец II прил. нагорный

    Azərbaycanca-rusca lüğət / dağlı

dağlı sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. mountain-dweller, mountainee; (Şotlandiyada) Highlander II. s. 1. branded; (i.s.) with brand on, (i.s.) having brand on; 2. məc. (i.s.) filled with sorrow, sore at heart

    Azərbaycanca-ingiliscə lüğət / dağlı

dağlı sözünün fransız dilinə tərcüməsi

dağlı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. сущ. дагъви (дагъдин чкада яшамиш жезвай кас); // дагъустанви, Дагъустандин эгьли; 2. прил. дагъдин; dağlı əhali дагъдин агьали.

    Azərbaycanca-ləzgicə lüğəti / dağlı
  • 2 прил. 1. тагъма алай, тагъма янвай; dağlı heyvan тагъма алай гьайван; 2. пер. гзаф дерт авай, рикӀе тӀал авай, рикӀел хер алай.

    Azərbaycanca-ləzgicə lüğəti / dağlı

"dağlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dağlı nədir? #dağlı sözünün mənası #dağlı nə deməkdir? #dağlı sözünün izahı #dağlı sözünün yazılışı #dağlı necə yazılır? #dağlı sözünün düzgün yazılışı #dağlı leksik mənası #dağlı sözünün sinonimi #dağlı sözünün yaxın mənalı sözlər #dağlı sözünün əks mənası #dağlı sözünün etimologiyası #dağlı sözünün orfoqrafiyası #dağlı rusca #dağlı inglisça #dağlı fransızca #dağlı sözünün istifadəsi #sözlük