Zağlı sözü azərbaycan dilində

Zağlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Zağlı • 51.3514%
  • zağlı • 43.2432%
  • ZAĞLI • 5.4054%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zağlı
Zağlı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati-ərazi vahidində kənd. Kənddə tarixən Quba-Şirvan xalça tipinin Quba qrupuna aid olan "Zağlı" çeşnisi və eləcə də "Pirəbədil","Herat Pirəbədil" və Çiçi kəndinin adını daşıyan "Qollu Çiçi", "Sırt Çiçi" və"...gül Çiçi" xalçaları toxunmuşdur. Kəndin əhalisinin vətən müharibəsindən sonra kəskin azlması və yerli qadınların başqa kəndlərə ərə getməsi nəticəsində "Zağlı" çeşnisinin toxunmamasına, digər xalçaların isə nadir halda toxunmasına gətirib çıxarmışdır. Kənddə ev tikmə mədəniyyəti tarixən çox qədimdən inkişaf etmişdir. Kənddə evlər əsasən "Ayı balası" adlanan çay daşından seçilərək düzəldilmiş kərpiclərdən tikilib. Evlər zəlzələyə davam etsin deyə xüsusi palıd tirlərlə hörülüb. Zağlı kəndi Azərbaycan Respublikasının şimal-şərqində, Şabran rayonunun dağlıq hissəsində, rayon mərkəzindən 18 km aralı olan dağ kəndidir. Kənd 650-700 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Kənd enliyarpaqlı meşələrlə əhatələnmişdir. 3 tərəfdən yüksək dağlarla əhatə olunmuşdur.
Aşağı Zağlıq (Əhər)
Aşağı Zağlıq (fars. زگليك سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 54 nəfər yaşayır (15 ailə).
Zağlıca
Zağlıca (Bostanabad)
Zağlıca (Bostanabad)
Zağlıca (fars. زگلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 59 nəfər yaşayır (25 ailə).
Zağlıca (Ucan-i Şərqi dehistanı)
Zağlıca (fars. زگلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı, Ucan-i Şərqi dehistanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 689 nəfər yaşayır (131 ailə).
Zağlıq-i Kürbulaq (Əhər)
Zağlıq-i Kürbulaq (fars. ‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 223 nəfər yaşayır (40 ailə).
Zağlıq-i Süfla (Əhər)
Aşağı Zağlıq (fars. زگليك سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 54 nəfər yaşayır (15 ailə).
Zağlıq-i Ülya (Əhər)
Yuxarı Zağlıq (fars. زگليك عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (15 ailə).

zağlı sözünün leksik mənası və izahı

  • 1 sif. Zağ verilmiş, cilalanmış, cilalı. Zağlı tüfəng. Zağlı xəncər. – …Yanan lampanın qüvvətli işığı altında göy zağlı xəncər yaşıl bir parıltı buraxırdı. S.Rəhimov. Kölgələnməsin deyə; Bəhramın gül rəngi; Mən hazır saxlamışam; Əldə zağlı tüfəngi. R.Rza. [Nazlı:] Kəndçi başıbatmışa zağlı beşaçılan verin, onda özünüz görərsiniz kəndçilərin bəylər haqqında fikri nədir? Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / zağlı
  • 2 Zağ verilmiş, cilalanmış, cilalı. (“Koroğlu” dastanının lüğəti) Qılıncın ağzı zağlıdı, Dostunun yolu bağlıdı, Koroğlu qəlbi dağlıdı, Qoyma batsın çən-dumana!                        (“Koroğlunun Qars səfəri”)                        * Qılıncın ağzı zağlıdı, Düşmanın qolu bağlıdı, Koroğlu çox damağlıdı, Eyvaz, buyur nərdivana!          (“Koroğlunun Qars səfəri”) (“Koroğlu–Hümmət”)

    Azərbaycan dastanlarının leksikası / zağlı

zağlı sözünün sinonimləri (yaxın mənalı sözlər)

zağlı sözünün rus dilinə tərcüməsi

zağlı sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. (cilalı, pardaxlı) burnished, blued, polished, grounded, glossy; ~ sikkə / pul blued / burnished coin; 2. (kimyəvi üsulla zağlanmış) oxidized

    Azərbaycanca-ingiliscə lüğət / zağlı

zağlı sözünün fransız dilinə tərcüməsi

zağlı sözünün ləzgi dilinə tərcüməsi

zağlı sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Qax) it II (Cəbrayıl) yağlı (süd). – Ölən inəyimizin südü yaman zağlıydı

Azərbaycan dilinin dialektoloji lüğəti.

"zağlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zağlı nədir? #zağlı sözünün mənası #zağlı nə deməkdir? #zağlı sözünün izahı #zağlı sözünün yazılışı #zağlı necə yazılır? #zağlı sözünün düzgün yazılışı #zağlı leksik mənası #zağlı sözünün sinonimi #zağlı sözünün yaxın mənalı sözlər #zağlı sözünün əks mənası #zağlı sözünün etimologiyası #zağlı sözünün orfoqrafiyası #zağlı rusca #zağlı inglisça #zağlı fransızca #zağlı sözünün istifadəsi #sözlük