* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və is. [ər.] 1. Zülm edən, zülmkar, qəddar, mərhəmətsiz, insafsız. Zalım padşah. Zalım istismarçılar. – Mən görmüşəm, kafirim də görməsin; Nə yaman dərd imiş zalım ayrılıq. Molla Cümə. …Bir dəstə zalım bir yerə cəm olub və özlərinə bir başçı qərar verib minmişdilər camaatın boynuna. C.Məmmədquluzadə. Eh zalım xan! Zalım xan! Sən qorxub öz canından; Yurdu versən hər yada; Kor olasan dünyada. S.Vurğun. 2. zar. Bəzən bacarıqlı, zirək, məharətli adam haqqında. Avropa üləmasının övrət məsələsinə dair yazılarını oxuyanda görürsən ki, bu zalımlar dünyanın hər bir guşəsindən xəbər verirlər. C.Məmmədquluzadə. // Eyni mənada bəzən oğlu, balası, uşağı və s. sözlərlə işlənir. Zalım oğlu yaman güləşirdi. Zalım qızında bir səs var ki… – Ağzını açan kimi, Hacı zalım oğlu onun kimi, bəlkə ondan da yaxşı danışmağa başlayır. C.Cabbarlı. [Mərcan bəy:] Ay zalım balası, zalım! Məni sən aldatdın! Ü.Hacıbəyov. Sarı simə keç, ay zalım balası, sarı simə. M.İbrahimov. [Qaradonlu:] Dedi-qodu gəzdirməsə, dinclik tapmır da, zalımın qızı. İ.Hüseynov. ◊ Zalım sual – çətin sual, cavab verilməsi çətin olan sorğu. Bir tərəfdən uşaqların faciəli halları, o biri tərəfdən Zəhranın zalım sualı Zeynala artıq dərəcədə təsir etdi. S.Hüseyn. Bu zalım sual qılınc kimi qarşımda durdu. T.Ş.Simurq.
Azərbaycan dilinin izahlı lüğəti / zalım2 ZALIM [Tağı:] Bəradər, mən deyəndə ki, .. padşah zalın idi, onun zamanında dədəm yazığın köynəyinin boynu barmaq qalınlığında çirk bağlamışdı, siz nə dedüz? (M.İbrahimov); ALLAHSIZ (məc., dan.) Sonra da “allahsızın” biridir, Cəbrayıl xəbər gətirib ki, qanı halaldır – deyirdilər (M.İbrahimov); AMANSIZ Sinəmdə yer salıb o gündən bəri; Amansız ovçunun yara izləri (M.Rahim); BAŞKƏSƏN (dan.) Əjdər: O biri tərəfdən, deyir, cavan, bığıburma sağlam oğlandır, gəl ki, başkəsəndir (Anar); BİMƏRHƏMƏT Bimərhəmət əyanlarına şükr, xudaya! Bu sahibi-milyonlarına şükr, xudaya! (M.Ə.Sabir); BİRƏHM Cabbar bəy: Əhməd bəy, bilmirsən necə zalımdırlar, birəhmdirlər... (N.Vəzirov); CƏFAKAR Yox böylə iki dilli, yaman üzlü cəfakar; Bir zərrə utanmaz (M.Ə.Sabir); CƏLLAD (məc.) Rüstəm: Gəl bu cəlladın qapısından uzaqlaşaq (A.Şaiq); ƏZAZİL Səslər: Deyirlər Zəki müəllim əzazildir (Anar); ƏZRAİL (məc.) Qurban: Amma onu çox əzrail arvad söyləyirlər (Ə.Haqverdiyev); XUNXAR (kl.əd.)Xunxar olan əfradi-bəni-növünə daim; Bu vəhşiyü ğürranlarına şükr, xudaya! (M.Ə.Sabir); İMANSIZ (məc.) Yunis: ..o, Yaqutun anası necə imansız arvaddır... (Ə.Məmmədxanlı); İNSAFSIZ İnsafsız, avam bir adam olan əmim arvadı iri mis səhəngi çiyninə verib səhərdən axşama qədər... mənə su daşıtdırardı (İ.Əfəndiyev); QANİÇƏN Nüşabə: Heç inanmaq olarmı bu qaniçənə? (A.Şaiq); QANSIZ (məc.) Nə qansız adamsan, a kişi! (Mir Cəlal); QƏDDAR Selimə: Ən qəddar insanların da qəlbində vicdan əzabı doğuran bir düha məharətdən məhrum ola bilməzdi... (M.Hüseyn); MƏRHƏMƏTSİZ Solmaz: Sus, Altun bəy, mərhəmətsiz! (C.Cabbarlı); MÜSTƏBİD (köhn.) İbrahim xan da müstəbid idi, xalqa olmazın zülm edirdi.. (Çəmənzəminli); RƏHMSİZ Muxtar: Ana da təkcə balasına bu qədər rəhmsiz olarmı? (B.Bayramov); SİTƏMKAR Hacı Qəmbər: Əlavə mən deyirəm ki, əzizim, qoy gedim bu tiği-sitəmkarı oxlatdırım (N.Vəzirov); YAMAN Dostuna dost, düşməninə yamanam (Aşıq Əziz); YIRTICI (məc.) Solmaz: O çox yırtıcıdır (C.Cabbarlı); ZÜLMKAR Bəhlul: Sizin zülmkar olduğunuz hamının bildiyi, danışdığı köhnə və məlum bir şeydir (A.Şaiq); ƏZAZİL (məc.).
Azərbaycan dilinin sinonimlər lüğəti / zalım1 ZALIM – ADİL Bu, Cahan xanım kimi zalım və qorxulu deyildi (M.İbrahimov); Mötəbər hədisə görə, üç nəfər adil şahid şəhadət versə, ...övrətin nikahı fəsx hesab olunur (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / zalım1 1. жестокий, бесчеловечный, безжалостный, бессердечный; 2. мучитель, угнетатель, деспот, тиран;
Azərbaycanca-rusca lüğət / zalım2 I сущ. 1. деспот, тиран, самодур 2. ловкач II прил. 1. жестокий, беспощадный, безжалостный, бесчеловечный, бессердечный 2. изворотливый, находчивый, ловкий; zalım oğlu, zalımın qızı, zalım balası (перифрастическое выражение удивления, восхищения кем-л.)
Azərbaycanca-rusca lüğət / zalım1 I. i. cruel man* / person; (zülmkar) oppressor, despot, tyrant II. s. cruel; brutal; ruthless, hard-hearted; (zülmkar) despotic, tyrannical, tyrannous; oppressive; ~ tale cruel fate
Azərbaycanca-ingiliscə lüğət / zalım1 1) is. despote m, tyran m (zülmkar) ; 2) sif. cruel, -le ; brutal, -e ; despotique, tyrannique (zülmkar) ; impitoyable, implacable (mərhəmətsiz, amansız) ; ~ adam homme m impitoyable ; ~ düşmənlər d’implacables ennemis m pl
Azərbaycanca-fransızca lüğət / zalım1 [ər.] прил., сущ. залум (1. зулум ийидай, зулумкар, къансар, къаддар, мергьяметсуз, инсафсуз; zalım padşah залум пачагь; 2. зар. алакьун авай, зиринг, викӀегь касдин гьакъинда; // гьа са манада хва, руш, бала гафар галаз; мес. залумд(ин) хва, залумд(ин) руш); ** zalım sual четин суал, жаваб гуз четин жузна.
Azərbaycanca-ləzgicə lüğəti / zalım