Zahir sözü azərbaycan dilində

Zahir

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Zahir • 85.9466%
  • zahir • 13.2404%
  • ZAHİR • 0.8130%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zahir
Zahir — kişi adı. Zahir Abbas — Azərbaycan şairi Zahir Baba — Avşar Babanin xəlifələrindən.
Nur Zahir
Nur Zahir (ing. Noor Zaheer) — Hindistan solçu feminist yazıçısı. Zahir Arvind Kecrivalın rəhbərlik etdiyi Delhi Urdu Akademiyasının üzvüdür. Nur Zahir qısa hekayələri və ədəbiyyatı vasitəsilə XX əsrin mütərəqqi urdu müəlliflərindən qalan sosial-iqtisadi problemlərə diqqət yetirir. O, İsmət Çuğtayın urdu dilindəki "Hai Pairahan" memuarını ingilis dilinə tərcümə etmiş və həmçinin, 2017-ci ildə Laknauda keçirilən teatr festivalında "Kahani Ki Kahani, İsmat Ki Zabaani" tamaşasını idarə etmişdir. Zahir şifahi mədəniyyətin sənədləşdirilməsinə və Hindistanın Himaçal Pradeşində yerləşən buddist monastırlarının bərpasına töhfə vermişdir. Z̤ahīr, Nūr. My God is a Woman. India, Vitasta Pub., 2008. ISBN 9788189766528 Z̤ahīr, Nūr.
Zahir Abbas
Abbas Zahir Tapdıq oğlu (Zahir Abbas; 1 yanvar 1978, Güləbird, Laçın rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (2012). Zahir Abbas- 1 yanvar 1978-ci ildə Laçın rayonunun Güləbird kəndində müəllim ailəsində anadan olub. 1985-1995-ci illərdə orta məktəbi əla qiymətlərlə bitirərək 1996-2000–ci illərdə Azərbaycan Kooperasiya Universitetinin iqtisad fakültəsini, 2000-2002-ci illərdə həmin universitetin "ümumi iqtisadiyyat" ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildən müxtəlif maliyyə qurumlarında çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 10 kitabı işıq üzü görüb. Bir neçə mahnının, o cümlədən "Sarışınım" (Nazpəri Dostəliyeva), "Bu gecə yurduma qayıdacağam" (Məhəbbət Kazımov), "Əllərin əlimə dəymir nə vaxtdır" (Baloğlan Əşrəfov), "Yuxuma gəl" (Zülfiyyə Xanbabayeva), "Quzu kəsərəm" (Rəhim Rəhimli), "Tələsmə hələ" (Zeynəb Xanlarova), "Unuda bilmədim" (Qədir Qızılsəs), "Ömrümüzün bu çağında" (Brilyant Dadaşova), "Əzizim" (İlhamə Quliyeva), "Getmisən" (Nadir Qafarzadə), "Bacara bilmirəm" (İ. Fərhadoğlu), "Hansını sevim görən" (E. Hüseynov)"O mənəm"(Damla) və s. mahnılarının sözlərinin müəllifidir. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən "Fəxri fərmanla", ADTGT tərəfindən "Fəxri diplom"la təltif edilmişdir. 2008-ci ildə "V&V Company" tərəfindən "Söz yazarı" və 2012-ci ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.
Zahir Baba
Zahir Bağırov
Zahir Feyzullayev
Zahir Hüseynli
Zahir Manafov
Zahir Mehdiyev
Zahir Nuriyev
Zahir Rzayev
Zahir Vəlişov
Zahir məscidi
Zahir məscidi — Malayziyanın Kedah ştatında yerləşən məscid. Alor Setar şəhərində yerləşir. Məscid 1912-ci ildə tikilib. Məscid 1821-ci il Kedah-Siam müharibəsi zamanı şəhərin müdafiəsi uğrunda döyüşərək həlak olmuş döyüşçülərin xatirəsinə inşa olunub. Zahir məscidi Malay-İslam memarlığının ən gözəl nümunəsi kimi Kedahın ən fərqli memarlıq abidələrindən biri sayılır. Məscidin rəsmi açılış mərasimi 1915-ci ilin 15 oktyabrı həftənin cümə günü baş tutub. Məscidin açılışında Kedah sultanı Sultan Əbdül-Həmid Halim Şah iştirak edib. Cümə xütbəsini Tunku Mahmud oxuyub. Zahir məscidinin arxa tərəfində şəriət məhkəməsi və uşaqların məktəbəqədər təhsil müəssisəsi yerləşir. Zahir məscidi təxminən 11,558 m² sahə tutur.
Zahir Əbdürəhmanov
Zahir Əbdürəhmanov (Zahir Şahismayıl oğlu Əbdürəhmanov; 1 yanvar 1934, Göyçay – 16 sentyabr 2004, Bakı) — Azərbaycan SSR əməkdar mühəndisi (1980); Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı; Nərimanov rayon partiya komitəsinin I katibi (1981). Zahir Əbdürəhmanov 1934-cü ilin yanvar ayının 1-də Azərbaycan SSR-nın Göyçay şəhərində anadan olmuşdur. 1951-ci ildə Göyçay şəhərində orta məktəbi Qızıl medalla bitirib, Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1956-cı ildə İnstitutu fərqlənmə diplomu ilə bitirərək Leytenant Smidt adına Neft Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. Mühəndislikdən baş direktor vəzifəsinədək yüksəlmişdir. Bir müddət zavodun partiya komitəsinin katibi vəzifəsində də çalışmışdır. Bakı şəhər Xalq Deputatları Sovetinin X, XIII, XIV, XV, XVI çağırış deputatı olmuşdur. 1979-cu ildə Azərbaycan Kommunist Partiyası Nərimanov rayon komitəsinin II katibi, 1981-ci ildən I katibi vəzifələrində çalışmışdır. Bir müddət "Ümumittifaq Neft Maşınqayırma" İstehsalat Birliyi rəhbərliyində, sonra isə "Qaratəkrarmetal" İB-nin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. Müxtəlif dövrdə Azərbaycan Politexnik İnstitutunda Dövlət İmtahan Komissiyasının sədri kimi gənc mütəxəssislərin hazırlanmasına öz töhfəsini vermişdir.
Əz-Zahir
Əz-Zahir (ər. الظاهر) — Allahın adlarından biri.
Zahir Əliyev
Məhəmməd Zahir şah
Məhəmməd Zahir Şah (15 oktyabr 1914[…], Kabil, Əfqanıstan əmirliyi – 23 iyul 2007[…], Kabil, Əfqanıstan İslam Respublikası[d]) — Əfqanıstanın sabiq kralı (1935–1973). Məhəmməd Zahir Şah 15 oktyabr 1914-cü ildə Kabildə anadan olub. Məhəmməd Zahir Şah atasının ölümündən sonra 21 yaşında taxta çıxıb. 1973-cü ildə əmisi oğlu Məhəmməd Davud tərəfindən taxtdan devrilən kral İtaliyaya qaçıb və 29 il vətəndən kənarda yaşamalı olub. Kral öz ölkəsinə 2002-ci ildə qayıdıb. Əfqan xalqı onun hakimiyyətdə olduğu 40 ili ölkənin ən çiçəklənən dövrü hesab edirlər. 23 iyul 2007-ci ildə vəfat edib.
Zahir Əmənov
Əmənov Zahir Əbiş oğlu — azərbaycanlı jurnalist, "Cənub xəbərləri" qəzetinin baş redaktoru. Zahir Əmənov 1952-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1992-ci ildə Masallıda ilk müstəqil qəzetin - "Masallı" qəzetinin redaktoru olub. 1993-cü ildən 2003-cü ilə kimi onun təsisçiliyi və baş redaktorluğu ilə "Masallı xəbərləri" qəzeti çap olunub. 2003-cü ildə həmin qəzetin bazasında "Cənub xəbərləri" qəzetini yaradıb. Hazırda həmin qəzetin sahibidir. "Cənub xəbərləri" qəzeti 2002-ci ildə RUH Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "İlin ən mübariz regional qəzeti" elan edilib. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin keçirtdiyi müsabiqənin bir dəfə 1-ci ("Ünvanı səvh düşən ünvanlı yardımlar, yaxud sübut et ki, kasibsan"), bir dəfə isə 2-ci ("Əyalət mətbuatı və aşkarlıq") mükafatına sahib olub. Cənub bölgəsinin problemlərindən yazdığı yazılara görə 2004-cü ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən Bəy Zərdabi adına mükafatına layiq görülüb.
Abdul Vahab Zahiri
Abdul Vahab Zahiri (27 may 1992) — Əfqanıstanı təmsil edən atlet. Abdul Vahab Zahiri Əfqanıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdul Vahab Zahiri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.56 saniyəlik nəticə ilə 7-ci yeri tutdu və mübarizəni dayandırdı.
Nazim Zahirov
Qasıməli Zahirnejad
Qasıməli Zahirnejad (1924, Ərdəbil – 13 oktyabr 1999, Tehran) – İranın Azərbaycan əsilli hərbçisi və general-mayoru. Qasıməli 1924-cü ildə Ərdəbil şəhərində anadan olmuşdur. 1999-cu ildə ürək tutması nəticəsində vəfat etmişdir. Tehran şəhərində Behişti-Zəhra məzarlığında dəfn edilmişdir. 1951-ci ildə İmam Əli Hərbi Universitetini bitirmişdir. O, 1973-cü ildə polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxmışdır, lakin 1979-cu il İran İslam inqilabından sonra yenidən orduda xidmət etməyə çağırılmışdır. Beləliklə, Urmiyadakı 64-cü diviziyaya komandan təyin edilmişdir. 1980-ci ildə general rütbəsi verilməklə İran jandarmasının komandanı təyin edilmişdir. 1981-ci ildə İran nizami ordusunun baş qərərgah rəisi təyin edilmişdir. İran-İraq müharibəsi zamanı onun israrla bəzi taktikalar izləməsi İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbər şəxsləri ilə arasında toqquşmalar yaşanmasına səbəb olmuşdu.
Vilayət Zahirov
Vilayət Həsən oğlu Zahirov (2 yanvar 1958, Yengicə, Noraşen rayonu) — Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri. Vilayət Zahirov 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. O, 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunda böyük müstəntiq vəzifəsi üzrə stajor olmuş, Şəki rayon prokurorluğunun böyük müstəntiqi, respublika Baş prokuroru yanında, sonradan respublika prokurorluğu İstintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifələrində işləmişdir. 1995–2004-cü illərdə V. Zahirov Şəki rayon və Gəncə şəhər prokuroru vəzifələrində çalışmışdır. 2004-cü ilin iyun ayında Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Azərbaycan Respulikasının Konstitusiya dövlət quruluşunun qorunmasında, xüsusi təhlükəli dövləti cinayətlər üzrə istintaqın aparılmasında, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli Fərmanı ilə "İgidliyə görə" medal ilə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiyinə və cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştirakına görə respublika Prezidentinin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 20 noyabr 2015-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Hüquq mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə, ədliyyə sisteminin inkişafına layiqli töhfələr verərək qulluqda xüsusi fərqləndiyinə görə "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı və bir sıra digər medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar hüquqşunası" fəxri adına layiq görülmüşdür.
Zahirəddin Fəryabi
Zahirəddin Fəryabi (1160-1202) — şair. Sədrülkəmal Əbul Fəzl Zahirəddin Tahir ibn Məhəmməd əl-Fəryabi Əfqanıstanın şimalında olan Fəryab vilayətinin Şirintagab bölgəsində doğulmuşdu. ibtidai təhsilini Fəryabda oxuduqdan sonra Nişapura getdi və oranın hökmdarı olan Tuğanşah bin Müəyyəd Ay Aba ilə yaxın dostluq qurdu. 1186-cı ildə İsfahana gedən Fəryabi şəhərin hakimi olan Sədrüddin Xocəndi ilə tanış olur və ona xidmət ətməyə başlayır. 1189-cu ildə Mazandarana yollanır və oradan da Azərbaycana keçərək Atabəy Nəsrəddin Qızıl Arslan bəyin sarayında çalışmağa başlayır və həyatının sonraki hissəsini orada keçirir. Zahirəddin bəy sarayda yaşadığı müddətdə Qızıl Arslan bəy tərəfindən bir çox mükafata nail olur. Ömrünün son dönəmlərində saray işlərindən uzaqlaşan Fəryabi 1202-ci ildə haqqın rahmətinə qovuşur və Təbriz şəhərinin Sürxab məhəlləsində Xaqaninin türbəsinin yanına dəfn edilir. Eyni zamanda Fəryab şəhərinin Şirintagab bölgəsində də Zəhirəddin bəy adını daşıyan və bölgə xalqı tərəfindən ziyarət edilməkdə olan bir türbə var. O həyatda olduğu müddətdə dünyaya çox sayda qəsidə və qəzəl kimi önəmli ədəbi əsər bəxş etmişdir. Onun ən önəmli əsərlərindən biri də 6000 beytlik divanıdır.
Zahirəddin Mahmud Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus.
Zahirəddövlə məzarlığı
Zahirəddövlə məzarlığı — Tehran ostanının Dərbənd kəndində olan məzarlıq. Şəmiranat bölgəsinin Təfriş şəhərinin yaxınlığında yerləşir. Həmçinin, bir çox etnik azərbaycanlı məşhur şairlər və alimlər burada dəfn edilmişdir.
Zahirəddövlə qəbiristanlığı
Zahirəddövlə məzarlığı — Tehran ostanının Dərbənd kəndində olan məzarlıq. Şəmiranat bölgəsinin Təfriş şəhərinin yaxınlığında yerləşir. Həmçinin, bir çox etnik azərbaycanlı məşhur şairlər və alimlər burada dəfn edilmişdir.

zahir sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Açıq, aşkar, aydın, meydanda olan (batin müqabili). Mən bir Fərhad, sən bir şirindəhansan; Dərdin zahir, amma özün nəhansan. M.P.Vaqif. Zahirdi qəmzənin cigər sökməyi; Can atmağı, nahaq qanlar tökməyi. Q.Zakir. 2. Xarici görünüş, görkəm, üz tərəf. Zahirdən batinə yol var. (Ata. sözü). Batinin əksidir fəqət zahir. H.Cavid. [Əsgər:] Görünür, zahiri gözəl olan kimi batini də gözəldir. Ü.Hacıbəyov. Qəbul otağının astanasına qədəm basan oğlanın zahirində ilk nəzərdə diqqəti cəlb edə bilən bir şey yox idi. İ.Hüseynov. □ Zahir etmək – aşkara çıxarmaq, üzə çıxarmaq, büruzə vermək, aydın etmək, məlum etmək, bildirmək. Saxlama nəqdiqəmi-eşqini, ey can, zahir et; Kim, verim həbsi-bədəndən çıxmağa rüsxət sana. Füzuli. Nami-məşuqi nə lazım zahir etmək, ey könül; El bilir, aləm bilir, gülruxlərin sultanıdır. S.Ə.Şirvani. Anası oğlunun cinayətini; Görərək, zahir etdi nifrətini. M.Ə.Sabir. Zahir olmaq – aşkara çıxmaq, üzə çıxmaq, zühur etmək, meydana çıxmaq, görünmək. Hər gün onun həsənatından və ədalətindən növ-növ əlamətlər xalqa zahir olurdu. M.F.Axundzadə. Bu əsnada yaxındakı uca dağın təpəsində gözəl bir qız surətində nurani bir kölgə zahir olur. A.Səhhət. Şeyx hər nə qədər səslədisə də, Gülsümdən səs zahir olmadı. Ə.Haqverdiyev; // məlum olmaq. Vaqif öldü, neçin yasa gəlmədin? Ya zahir olmadı bu xəbər sənə? M.P.Vaqif. Zahirə çıxmaq – üzə çıxmaq, məlum olmaq, görünmək. Divarlardan asılmış xəritələri … olmasaydı, suvaqların töküldüyü, bişmiş kərpiclərin çılpaq qaldığı bəzi yerlərdə güllələrin dəlib açdığı dərin yaralar zahirə çıxardı. H.Nəzərli.

    Azərbaycan dilinin izahlı lüğəti / zahir
  • 2 açıq, aşkar, göz önündə olan.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / zahir
  • 3 ə. 1) aşkar, açıq, aydın; 2) xarici görünüş, bayır tərəf.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / zahir

zahir sözünün sinonimləri (yaxın mənalı sözlər)

zahir sözünün rus dilinə tərcüməsi

  • 1 1. наружность, внешность; 2. явный, ясный, очевидный;

    Azərbaycanca-rusca lüğət / zahir
  • 2 I прил. 1. устар. явный, очевидный 2. внешний, наружный. Hər hansı bir şeyin zahir tərəfi внешняя сторона какой-л. вещи II сущ. наружность, внешность; zahir etmək выявлять, выявить; обнаруживать, обнаружить; zahir olmaq, zahirə çıxmaq выявляться, выявиться; обнаруживаться, обнаружиться

    Azərbaycanca-rusca lüğət / zahir

zahir sözünün inglis dilinə tərcüməsi

  • 1 i. exterior, externals pl., outside; appearance; ~ etmək to expose (d.), to bring* to light (d.); to display (d.); to reveal (d.); ~ olmaq / ~ə çıxmaq to stand* exposed, to come* to light; to manifest itself; to be* revealed; to appear, to come* into sight

    Azərbaycanca-ingiliscə lüğət / zahir

zahir sözünün fransız dilinə tərcüməsi

  • 1 is. extérieur m, apparence f ; apparences f pl (görünüş) ~ etmək mettre vt (montrer vt) en évidence, faire voir vt ; révéler (aşkar etmək) ~ olmaq ~ montrer (se) ; révéler (se)(aşkar olunmaq) ; mettre (se) en évidence

    Azərbaycanca-fransızca lüğət / zahir

zahir sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. ахъа, ачух, ашкара, дуьздал алай, майдандал алай; 2. къецепатан (винелпатан) акунар, гуьркем, винел (ччин, къеце) пад; zahir etmək винел акъудун, дуьздал акъудун, ашкара авун, малум авун, чирун; zahir olmaq винел акъатун, дуьздал акъатун, ашкара хьун, ччир хьун, акун; малум хьун; zahirə çıxmaq винел акъатун, дуьздал акъатун, малум хьун, акун.

    Azərbaycanca-ləzgicə lüğəti / zahir

"zahir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zahir nədir? #zahir sözünün mənası #zahir nə deməkdir? #zahir sözünün izahı #zahir sözünün yazılışı #zahir necə yazılır? #zahir sözünün düzgün yazılışı #zahir leksik mənası #zahir sözünün sinonimi #zahir sözünün yaxın mənalı sözlər #zahir sözünün əks mənası #zahir sözünün etimologiyası #zahir sözünün orfoqrafiyası #zahir rusca #zahir inglisça #zahir fransızca #zahir sözünün istifadəsi #sözlük