Qasım bəy Zakirin evi (Ağdam)
Qasım bəy Zakirin evi — 1815-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində inşa olunan bu binada bu günə qədər uşaq musiqi məktəbi fəaliyyət göstərirdi. Son günlərədək musiqi məktəbi kimi istifadə olunan bina 1830-cu ildə, Xurşudbanu Natəvanın atası Mehtiqulu xan tərəfində Qasım bəy Zakirə hədiyyə edilib. O vaxtlar bir mərtəbədən ibarət olan evin ikinci qatı 1904-cü ildə əlavə olunub. Sovet hakimiyyəti illərində, tikili anbar, xəstəxana, məktəb və ən nəhayət musiqi məktəbi rolunu oynayıbSovet hakimiyyəti illərində, tikili anbar, xəstəxana, məktəb və ən nəhayət musiqi məktəbi rolunu oynayıb. Yaşı iki əsrə yaxın olan bəy evi son illər təhlükəli vəziyyətə düşdüyündən onun yenisi ilə əvəzlənməsi nəzərdə tutulub. Qəzalı vəziyyətdə olan tarixi binanın yerində yeni musiqi məktəbi tikilib. Ağdam Rayon Mədəniyyət şöbəsi binanın təmiri üçün binaya baxış keçirən mütəxəssisləri təmir məqsədilə müdaxiləni məqbul hesab etməyiblər. Ona görə də, bina sökülüb. Həmin ərazidə yeni məktəb məktəb binası inşa edilib.
Evin damında iki daş kitabə var.