hakimi sözü azərbaycan dilində

hakimi

Yazılış

  • hakimi • 98.8002%
  • Hakimi • 1.0932%
  • HAKİMİ • 0.1067%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Futbol hakimi
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Məmməd Məmmədov (icra hakimi)
Məmmədov Məmməd Cahangir oğlu (10 dekabr 1961, Dönük Qırıqlı, Tovuz rayonu) — Tovuz rayonu İcra hakimiyyətinin başçısı (7 iyun 2018-ci ildən). Məmməd Cahangir oğlu Məmmədov 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Rafiq Quliyev (icra hakimi)
Rafiq Çəpərxan oğlu Quliyev (17 yanvar 1974, Ərəfsə, Sisian rayonu) — Xətai Rayonu İcra Hakimiyyətinin başçısı. Rafiq Quliyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikasının Qarakilsə rayonunun Ərəfsə kəndində anadan olub. 1981-ci ildə Ərəfsə kənd orta məktəbində 1-ci sinifə gedib. Ermənistan Respublikasından azərbaycanlıların etnik təmizlənməsindən sonra 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib. 1992–1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Birinci Qarabağ müharibəsi veteranıdır. 1993–1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Mühəndis iqtisadiyyatı" ixtisası üzrə təhsil alıb. 2003–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetmə" ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.
Tahir Süleymanov (futbol hakimi)
Tahir Beybala oğlu Süleymanov — azərbaycanlı keçmiş futbolçu və futbol hakimi. Tahir Süleymanov 22 dekabr 1964-cü ildə Şamaxıda anadan olub. 10-11 yaşlarında olarkən ailəsi ilə birlikdə Bakıya köçüb. Peşəkar şəkildə futbolla məşğul olub. "Vışka" komandasının heyətində hücümçu və yarımmüdafiəçi mövqeyində çıxış edib. Erkən yaşlarında futbolu buraxıb və məşqçiliyə başlayıb. Bir müddət sonra futbol hakimliyinə keçən Süleymanov, 1989-cu ilin sonundan SSRİ çempionatının II liqasının oyunlarına təyinat alıb. Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 109 dəfə baş hakim olmuşdur. Fəxri bədən tərbiyəsi və idman xadimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2005) Məzahir Süleymanzadənin qardaşıdır.
Yaşar Abbasov (futbol hakimi)
Yaşar Abbasov (1 avqust 1980-ci il, Tovuz, Azərbaycan SSR, SSRİ) — FİFA kateqoriyalı azərbaycanlı futbol hakimi. Hakimin köməkçisi kimi 2012-ci ildən beynəlxalq oyunları idarə edir. 1980-ci ildə Tovuzda anadan olan Yaşar Abbasov, 2012-ci ildən beynəlxalq dərəcəli hakimdir (FİFA referinin assistenti). 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin iqtisadiyyat fakultəsini bitirmişdir. 2006-cı ildən hakimlik etməyə başlayıb. Azərbaycan çempionatlarında həm Premyer-Liqada, həm də Birinci Divizion və əvəzedici heyətlərin oyunlarında hakimlik edib və hal – hazırda AFFA hakimlər komitəsində mütəxəssis vəzifəsində çalışır. 2014-cü ildə Macaristanda keçirilən U19 Avropa Çempionatının final mərhələsində, 2015 Gənclər komandaları arasında Avropa çempionatının seçmə mərhələsinin bir neçə oyunu idarə etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələlərinin oyunlarını idarə etmişdir.
Əşrəf Hakimi
Achraf Hakimi Mouh (4 noyabr 1998, Madrid) Liqa 1-də çıxış edən PSJ klubunun futbolçusudur. Real Madriddə ilk dəfə 28 iyul 2016-cı ildə keçirilən Real Madrid-PSJ matçında çıxış edib. Həmin matç Real Madridin 1–3 hesablı məğlubiyyəti ilə başa çatıb. Real Madriddə ilk dəfə 9 dekabr 2017-ci ildə İspaniya Laliqasının 15-ci turun oyunu Real Madrid-Sevilya matçının 42-ci dəqiqəsində fərqlənib. Matç Real Madridin 5 cavabsız qolla qələbəsi ilə nəticələnib. 11 iyul 2018-ci ildə Borussiya Dortmunda icarəyə verildi. 1 sentyabr 2020-ci ildə Real Madriddən ayrıldı. 11 iyul 2018-ci ildə Real Madriddən icarəyə gəldi.Borussiya Dortmundun heyətində ilk matçı 26 iyul 2018-ci ildə keçirilən Borussiya Dortmund-Benfika matçıdır.Matça 61-ci dəqiqədə daxil olub.Matç 2–2 hesabı ilə bitib.İlk qolunu isə 26 sentyabr 2018-ci ildə keçirilən Borussiya Dortmund-Nürnberq matçının 49-cu dəqiqəsində vurub. Matç Borussiya Dortmundun 7–0 hesablı qələbəsi ilə başa çatıb. 1 sentyabr 2020-ci ildə İnter ilə 30 iyun 2025-ci ilə kimi müqavilə imzaladı.
Qarağac küçəsində dəhşət 4: Yuxu hakimi (film, 1988)
Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi (ing. A Nightmare on Elm Street 4: The Dream Master) – 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. Seriyada geridə qalan üç filminin davamının baş qəddar qəhrəmanı olan Freddinin kabusu insanları qorxutmaqla ustalaşması mövzu alınır. Film əvvəlki filmlər kimi qorxuludur. İllər keçsə də Freddinin insanın zehninin içinə işləyən qorxuducu üzü əvvəlki kimi eyni gücü göstərir. Freddi yenə də Qarağac Küçəsindəki gənclərin yuxularına üçün geri dönmüşdür. Digər yoldaşlarının yuxularına girə bilmə qabiliyyətinə sahib olan Kirsten, bu gücü Alisadan öyrənmişdir. Bu da Freddi üçün böyük narahatlılıq törədir. Kirsten və Alisa Freddinin qurbanlarını qurtarmaq istəyirlər... Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi — Internet Movie Database saytında.
Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi (film, 1988)

ABŞ-ın baş hakimi
İsrail Ali Məhkəməsinin Baş Hakimi
İsrail Ali Məhkəməsinin Baş Hakimi — İsrail Ali Məhkəməsinin hakimlərindən biridir, orqanın rəhbəri kimi fəaliyyət göstərir və nəticədə İsraildə məhkəmə sisteminə əhəmiyyətli təsir göstərir. Məhkəmənin hazırkı sədri 26 oktyabr 2017-ci ildə and içmiş Ester Hayutdur.
Dövlət hakimiyyəti
Siyasi hakimiyyət — bir nəfərin və ya elitanın vətəndaşların və cəmiyyətin davranışını milli maraqlardan irəli gələrək idarə etmə imkanları. Bu anlayış bir qayda olaraq "dövlət hakmiyyəti" anlayışı ilə bir anlamda işlənir.
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (1832)
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (gürc. 1832 წლის შეთქმულება) — Gürcüstan dövlətçiliyini və Baqrationilər sülaləsinin hakimiyyətini bərpa etmək üçün Gürcüstanın çar ailəsi və zadəganları tərəfindən hazırlanmış çevriliş və ya sui-qəsd hadisəsi olmuşdur. 1801-ci ildə imzalanmış Georgiyevsk müqaviləsinə əsasən Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiya imperiyasına ilhaq edildi. Gürcüstanın zadəgan ailələri isə Rusiyanın digər vilayətlərinə sürgün edildilər. Rus hakimiyyətindən narazı olan gürcülər, Rusiyanın bölgədən çıxmasını və gürcü zadəganlarının yenidən hakimiyyətə gəlməsini istəyirdilər. Şərqi Gürcüstanın son hökmdarı XII Georginin oğlu knyaz Okropir də müstəqilliyə can atan zadəganlar içərisində idi. Okropir və digər yoldaşları Moskva və Sankt-Peterburqdakı gürcü tələbələr ilə toplantılar keçirərək onlara rus hakimiyyəti altındakı ölkələrinə qarşı vətənpərvərlik hissi aşılamağa çalışırdılar. Beləliklə, Tiflis şəhərində Baqrationilər sülaləsini hakimiyyətə gətirmək isətəyən və gizli fəaliyyət göstərən cəmiyyət yarandı.Okropir 1830-ci ildə Gürcüstana səfər etdi. O, səfəri zamanı Gürcüstandakı sui-qəsdçilər və filosof Solomon Dodaşvili ilə görüşlər keçirdi. Həmçinin sui-qəsd planı Qərbi Gürcüstandakı Rusiya tərəfindən ləğv edilmiş İmereti çarlığından olan gürcülər və Abxaziyanın hakim sülaləsi olan Şervaşidzelər tərəfindən də dəstəklənirdi.
Hakimin köməkçiləri (futbol)
Futbol hakim köməkçiləri (1996-cı ilə qədər laynsmen (ing. linesman) və ya laynsvumen (ing. lineswoman ) kimi tanınırdılar) — oyun zamanı referiyə qaydalara riayət etməsində kömək edə biləcək şəxslər. Futbolun ən mütəşəkkil səviyyələrində hakim briqadası 3 nəfərdən ibarət olur, onların ikisi köməkçi qismində, biri isə baş hakim kimi oyunu idarə edir. Onların əsas vəzifələri topun çıxdığını və hansı komandanın oyunçuları topu oyuna yenidən qaytarmaq hüququna malik olduğunu göstərmək, oyundan kənar vəziyyət baş verərsə, bunu baş hakimə bildirmək və hakimin görmədiyi məqamlarla bağlı ona məsləhət verməkdədi. Yerli oyun qaydalarından və hakimin mülahizəsindən asılı olaraq, köməkçi hakim müxtəlif inzibati vəzifələridə görə bilər. Məsələn, əgər baş hakim oyunu hər hansısa səbəbdən davam edə bilmirsə, onu köməkçi hakimlərdən biri əvəz edə bilər, həmçinin əvəzləmə vaxtı oyunçulara nəzarət edə bilər. Köməkçi hakimlər məsləhətçi rolunda çıxış edirlər, və onların verdiyi hər fikiri baş hakim ləğv edə bilər. Yüksək səviyyəli oyunlarda referiyə dördüncü hakim kömək edir. Dördüncü hakimin vəzifəsi, bir qayda olaraq, inzibati xarakter daşısada, qaydalardan və hakimin qərarlarından asıllı olaraq dəyişə bilər.
Hakimiyyət
Hakimiyyət — hər hansı üsulla (iradə, nüfuz, hüquq, zorakılıq, dövlət qurumları sistemi) ayrı-ayrı fərdlərin və ya qrup üzvlərinin insanların davranışına, fəaliyyətinə təsir göstərmək imkanı, müəyyən məqsədə çatması və maraqlarını reallaşdırmaq qabiliyyətidir. Hakimiyyət istənilən insan münasibətlərinin ayrılmaz hissəsidir. Cəmiyyətdə bir çox konfliktlər hakimiyyət uğrunda mübarizə üzündən baş verir, çünki fərdlərin və ya qrupların öz maraqlarını təcrübədə reallaşdırmaq imkanı hansı səlahiyyətə malik olmalarından asılıdır. Hakimiyyətin bir hissəsini qadınlara vermək üçün cəmiyyətdə səlahiyyətlərin yenidən bölünməsi, həmçinin, xarakterinin dəyişdirilməsi feminizmin əsas məqsədlərindən biridir. Qadınların bərabər hüquqlar əldə etmək uğrunda uzun mübarizəsi onların siyasi hakimiyyətə daxilolmaya nail olmasına aydın misaldır. Eyni zamanda, yalnız hakimiyyəti kişilərlə bölüşmək ideyası deyil, həm də onun dəyərini, ümumiyyətlə, şübhə altına almaq ideyası inkişaf edir. 1985-ci ildə Nayrobidə keçirilən Qadınların Vəziyyətinə dair III Ümümdünya Konfransından sonra qadın maraqlarının ön plana çəkilməsinin siyasi strategiya əlaməti kimi müxtəlif mənbələrdə qadın imkanlarının genişlənməsi və ya qadın nüfuzunun artması "empowerment" anlayışı kimi geniş vüsət tapdı. Bu dövrün konsepsiya müəllifləri hakimiyyəti sosial fəallığın geniş imkanları vəsait mənbələrinə nəzarət etmək hüququ, qərarlar qəbul etmək imkanı, bütün fəaliyyət sferalarında və səviyyələrində transformasiya potensialına sahib olmaq kimi müəyyənləşdirirlər.
Hakimiyyət bölgüsü
Hakimiyyət bölgüsü, Hakimiyyətlərin bölünməsi və ya Hakimiyyətlərin bölgüsü — dövlət hakimiyyəti nin bir-birindən müstəqil (bəzi hallarda bir-birinə nəzarəti zəruridir) üç dövlət hakimiyyəti qoluna : qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyətinə bolünməsini nəzərdə tutan siyasi-hüquqi nəzəriyyə. Nəzəriyyə Con Lokk, termin isə Monteskyö tərəfindən təklif edilib. Monteskyenin irəli sürdüyü hakimiyyətlər bölgüsü siyasi cəmiyyətdə azadlığın yaşanması və idarəetmə gücünün sui-istifadəsini əngəlləməsi üçün hələ də aktual məsələdir və məcburi şərtdir. Monteskye bu prinsipi "Qanunların ruhu" adlı əsərində irəli sürüb. Lakin müəllif bu anlayışı ilk dəfə "İngilis Konstitusiyası" adlı əsərində "məhkəmə hakimiyyəti, qanunvericilik və icra hakimiyyətindən ayrılmayıbsa, azadlıqdan danışmaq mümkün deyildir" şəklində istifadə edib. Hakimiyyətlərin ayrılmasının səbəblərini isə Monteskye belə açıqlayır: insanın pis cəhətləri də vardır və iqtidarı əlində tutan şəxs bu hüquqlardan sui-istifadə edə bilər. Buna görə, iqtidarın sui-istifadəsinın qabağını almaq üçün iqtidarı iqtidarla durdurmaq lazımdır. Klassik mənada hakimiyyətlər bölgüsü hər kəsin əməl etməsi məcburi olan ümumi qaydaları qoyan parlamenti, bu qaydaları icra edən icra hakimiyyəti orqanını və bu qaydaların tətbiqindən yaranan mübahisələrin həlli üçün məhkəmə orqanının olmasını və bir-birindən ayrılmasını nəzərdə tutur. Monteskyenin fikirləri bir çox hüquq və siyasət alimlərinin diqqətini çəkib. Bu fikirlər çox mübahisələndirilib və tənqid edilib.
Hakimiyyətin 48 Qanunu (kitab)
"Hakimiyyətin 48 Qanunu"- Robert Qrin tərəfindən yazılmış biznes, özünüinkişaf kitabı. Kitab lətafətləndirmək və insanlar üzərində hökmranlıq etmək, özünə sevgi cəlb etmək və başqalarının düşüncələrini və əhvaliruhiyyəsini məharətlə idarə etmək sənətindən bəhs edir. Bu kitabda əhəmiyyətli rol oynayan çox sayda fransız personajlar var. Hakimiyyətin 48 Qanunu kitabına yazıçı ilə birgə Yoost Elffers və Yoosta Makiavellin , Les, Sumiko, Anna Billerlər və Mixael Şvarsta, Makia Velli, və Anri Le Qubenənın təcrübələri əsasında yazılmışdır. İnsanlara lətafətləndirmək və insanlar üzərində hökmranlıq etmək, özünə sevgi cəlb etmək və başqalarının düşüncələrini və əhvaliruhiyyəsini məharətlə idarə etmək sənətini mənimsəməkdə kömək edir.
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qərar
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqinda parlamentin qərarı 27 aprel 1920-ci il, Axşam saat 11.00 Sizin 27 aprel tarixli məktubunuzu müzakirə və onun məzmununu həyəcanlı anla müqayisə edib. Sizin təklifinizi nəzərə alaraq bizim tərəfimizdən seçilmiş komissiya: Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir; Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir; Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir; Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək; Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır. Azərbaycan Parlamentinin özünün fövqəladə iclasında bu şərtləri səs çoxluğu ilə qəbul etdiyini sizin nəzərinizə çatdırıram. Parlamentin sədri: Məmməd Yusif Cəfərov Dəftərxana direktoru: Vəkilov. "Kommunist", 1920.
Hakimiyət-i Milliyə qəzeti
Hökmranlıq qəzeti (Osmanlı Türkcəsi:حاكميت مل 10) yanvar 1920-ci ildə Ankarada Müstəqillik Döyüşü zamanı Mustafa Kamal Paşa-nın başçılıq etdiyi Anadolu və Rumeli Hüquqları Müdafiə Birliyinin nümayəndə heyətinin nəşr orqanı olaraq nəşrinə başladı türkcə qəzetdir.Sivas Konqresindən sonra milli mübarizə hərəkatının yayım orqanı olaraq Missiya Heyətinin nəzarəti altında Sivasda çıxarılan Will-i Milliye’nin davamıdır. Əvvəlcə həftədə iki dəfə nəşr olunan qəzet 6 fevral 1921-ci ildən gündəlik nəşr olunmağa davam edir. Milli Mübarizə dövrü qəzetlərinin lideri və əsas xəbər mənbəyidir.Mustafa Kamal Paşa qəzetdə köşə yazarı idi. Müstəqillik Döyüşünün qələbəsindən və Cümhuriyyət elan edildikdən sonra Cümhuriyyət Xalq Partiyasının yarı rəsmi nəşr orqanı olaraq həyatını davam etdirən Hakimiyet-i Milliye 1934-cü ildə Ulus adlandırıldı. Heyət Sivasdan ayrılıb Ankaraya gəldikdən sonra, mübarizənin vəziyyəti haqqında ictimaiyyətə və xarici dünyaya məlumat vermək və milli mübarizənin lehinə təbliğat aparmaq üçün Ankarada yeni bir qəzet nəşr etmək qərarına gəldi. Qəzetin adı; Sivasda Will-i Milliye'yi yaydığı üçün "Hakimiyet-i Milliye için" olaraq təyin olundu.Həftədə iki gün və dörd səhifə nəşr olunmağa başlayan qəzetin ilk nömrələri Ankara qubernatorluğunun aşağı qatında olan Vilayət mətbəəsində nəşr olundu. Vilayət Mətbəəsinin bütün maşınları və işçiləri Hakimiyet-i Milliyəyə verildi. Qəzetin ofisi Ulus meydanında Vəli Xanda yerləşirdi.Qəzetin məsul direktoru Rəcəb Zühtü bəy və baş redaktor Nizaməddin Nazif idi. Heyət üzvü Hakkı Behiç bəy məqalələrin yayılması və yayımlanması ilə maraqlandı. Mustafa Kamalın Hakkı Behiçə verdiyi öz düşüncələri var digər məqalələr bir-bir araşdırıldı.
Hakimiyəti Milliyə (qəzet)

Hakimiyəti Milliyə qəzeti

Koreya Yaponiyanın hakimiyyəti altında
Koreya Yaponiyanın hakimiyyəti altında — 1910-1945-ci illərdə Koreyanın Yaponiya İmperiyasının müstəmləkəsi olması dövrü. Koreya bu dövrdə suverenliyə sahib olmamışdı, yarımadadakı hakimiyyət yapon general-qubernatoruna məxsus idi. Müstəmləkə dövrü yüksək iqtisadi artım templəri, müasir Koreya mədəniyyətinin yaranması, müasir Koreya sənayesinin təməllərinin formalaşması, orta ömür uzunluğunun demək olar ki, iki dəfə artması (23.5 ildən 43 ilədək) və müasir ibtidai təhsilin geniş yayılması ilə yadda qaldı. Eyni zamanda, bu dövrün ilk və son onilliklərində müstəmləkə hakimiyyəti əhali ilə bağlı sərt avtoritar siyasət yürütdü və bu müddət ərzində koreyalılara qarşı ayrı-seçkilik edildi. Yaponiyanın hakimiyyəti altında olan Koreyanın tarixini üç mərhələyə ayırılır: Birinci mərhələ (1910-1919) İkinci mərhələ (1919-1930) Üçüncü mərhələ (1930-1945) 1910-cu ildə Yaponiya marşalı Terauti Masatake Koreyanın ilk general-qubernatoru təyin edildi. O, yarımadanın modernləşdirilməsi üçün qətiyyətli siyasət yürütməyə başladı. Beləliklə, onun əmri ilə Koreyada bir neçə min məktəb açıldı, burada, xüsusən də yapon dili və yapon ədəbiyyatı öyrənildi. Terauti Koreyada torpaq islahatı həyata keçirdi: Torpaq kadastrı yaradıldı, lakin o, yazılı sənədlər əsasında tərtib edildi, Koreyada torpaq münasibətləri çox vaxt adi qanunlar ilə tənzimləndi. Koreya mənbələrinə görə, bu Koreya kəndlilərinin əhəmiyyətli bir hissəsi tərəfindən torpaq itkisinə səbəb oldu. 1939-cu ildə yapon general-qubernatoru "Adların dəyişdirilməsi haqqında qanun" verdi.
Məhkəmə hakimiyyəti
Məhkəmə hakimiyyəti — dövlətin və vətəndaşların, vətəndaşların özləri, hüquqi şəxslər arasındakı sosial ziddiyyətləri, habelə qanunların konstitusiyaya uyğunluğunu yoxlamaq üçün qanunlar əsasında fəaliyyət göstərən müstəqil və suveren dövlət hakimiyyətinin qolu. Bəzən məhkəmələr, Avropa Birliyi Ədalət Məhkəməsi kimi, millətlərarası ola bilər. Hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq ayrılır. Azərbaycan Respublikasında birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, yerli inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələri fəaliyyət göstərir. Yeni məhkəmə sisteminə müvafiq olaraq ölkənin 6 regionunda apelyasiya məhkəmələri fəaliyyət göstərir. Apelyasiya məhkəmələri 4 kollegiyadan — mülki, cinayət, hərbi və inzibati-iqtisadi kollegiyalardan ibarət olmaqla müvafiq ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan Naxçıvan MR məhkəmələrinin təşkilində muxtar respublikanın ölkənin əsas ərazisindən kənarda yerləşməklə təcavüzkar Ermənistan Respublikası tərəfindən blokadada saxlanılması nəzərə alınmışdır. Belə ki, Naxçıvan MR Ali Məhkəməsi muxtar respublika məhkəmələrinə münasibətdə apelyasiya instansiyasıdır. Naxçıvan MR Ali Məhkəməsinin qərarlarına isə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən baxılır. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.
Qanunverici hakimiyyət
Qanunverici hakimiyyəti — qanun sahəsində hakimiyyət. Hakimiyyət bölgüsü olan dövlətlərdə, hakimiyyətin bu tipi xüsusi olaraq qanun qəbulu ilə məşğul olur. Qanunverici orqan səlahiyyətlərinə hökumətin təsdiqi, qanunların qəbulu və ona dəyişikliklərin edilməsi, dövlət büdcəsini təsdiqi, beynəlxalq müqavilə və sazişlərin təsdiqi, müharibə elan edilməsi daxildir. Müxtəlif ölkələrdə müxtəlif adla adlansa da ümumi adı — parlamentdir. Qanunverici orqanlar xüsusi hüquqa malik olan və qanunları qəbul etmək səlahiyyətində olan dövlət hakimyyətinin ali orqanları. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı: İnformasiya Texnologiyaları, 2009, 201 s.
Siyasi hakimiyyət
Siyasi hakimiyyət — bir nəfərin və ya elitanın vətəndaşların və cəmiyyətin davranışını milli maraqlardan irəli gələrək idarə etmə imkanları. Bu anlayış bir qayda olaraq "dövlət hakmiyyəti" anlayışı ilə bir anlamda işlənir.
Ölülərin hakimiyyəti (kitab)
Ölülərin hakimiyyəti — Rövşən Abdullaoğlunun 2012-ci ildə nəşr edilmiş "İslam tarixi və ideologiyası silsiləsindən" olan kitabı. Yaradılış sistemində bəzi proseslər vardır ki, onların dərk edilməsi insan üçün çox çətindir. Belə ki, insan adətən gördüyü və daim eşitdiyi mətləbləri həqiqət hesab edir. Yeni eşitdiyi, dünya həyatında görmədiyi və ya illərlə zehnində formalaşmış fikirlərinin əksi olan məsələlərdən xəbərdar olan zaman ona çox qəribə gəlir. Bu kitabda qələmə alınan mövzu mümkündür ilk baxışda oxucu üçün qəribə və anlaşılmaz olsun, lakin bir az diqqət və təfəkkür edəndən sonra mətləb aydınlaşmağa başlayır. Kitabda qələmə aldığımız mətləblər nəinki müxtəlif dinlərin, eyni zamanda elmin də çətin anlaşılan mövzularından hesab olunur. Oxucular üçün yeni olan bu mövzu tarix üçün heç də yeni deyildir. Kitab oxunulandan sonra deyilənlər tamamilə aydın olacaqdır. Kitabın I cildi 2012-ci ildə Bakıda Qədim Qala nəşriyyatında 200 səhifədə 60x90 ölçüsündə çap edilib. Həyatın imzası "Ölülərin hakimiyyəti" ( (az.)).
İcra hakimiyyətləri
İcraedici hakimiyyət
İcraedici hakimiyyət — dövlət hakimiyyətinin üç müstəqil qolundan biri, dövlət qanunlarına tabedir. İcraedici hakimiyyət dövlət işinin idarə edilməsini həyata keçirən dövlət orqanları sistemidir.
İsrail Krallığı (birləşmiş hakimiyyət)
İsrail Krallığı Tanaxda yazılanlara görə, b.e.ə. təqribən 1050-ci ildən e.ə təxminən 930-cu ilə qədər Yaxın Şərqdə mövcud olmuş vahid teokratik monarxiya. Tanaxa görə, İsrail övladları birləşmiş krallığın dövründən əvvəl konfederasiya kimi yaşamış on iki qəbilə idi. Təxminən b.e.ə. 1025-ci ildə onlar xarici təhdidlər səbəbindən İsrail krallığını yaratmışlar. Dövrün rəhbərlərindən biri olan Samuel e.ə 1020-ci ildə Bünyamin qəbiləsindən olan Şaul ben Kişi krallığın başına gətirdi. Onun ardınca gələn Kral David (Davud kimi tanınır) dövründə (e.ə 1006) krallıq ən güclü dövrünü yaşayıb. Davud ölkənin ikinci padşahı oldu (Şauldan sonra gələn müvəqqəti kral İşboşet sayılmazsa) və Yerusəlimi paytaxtı elan etdi. Bundan əvvəl Şaulun dönəmində paytaxt Gibeah, İşboşetin dövründə isə paytaxt Mahanaim idi. Davudun krallığının ilk yeddi ilində Xevron (indiki Əl Xəlil) paytaxt idi.

"hakimi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hakimi nədir? #hakimi sözünün mənası #hakimi nə deməkdir? #hakimi sözünün izahı #hakimi sözünün yazılışı #hakimi necə yazılır? #hakimi sözünün düzgün yazılışı #hakimi leksik mənası #hakimi sözünün sinonimi #hakimi sözünün yaxın mənalı sözlər #hakimi sözünün əks mənası #hakimi sözünün etimologiyası #hakimi sözünün orfoqrafiyası #hakimi rusca #hakimi inglisça #hakimi fransızca #hakimi sözünün istifadəsi #sözlük