Haşimi sözü azərbaycan dilində

Haşimi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Haşimi • 98.7711%
  • haşimi • 0.9217%
  • HAŞİMİ • 0.3072%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Haşimi Rəfsəncani
Ayatollah Əkbər Haşemi Bəhremani Rəfsəncani (25 avqust 1934[…], Nuq[d], Kirman ostanı və ya Bəhreman, Kirman ostanı – 8 yanvar 2017[…], Tehran və ya Təcriş[d], Tehran ostanı) — İran siyasətçisi, yazıçısı. Ekspertlər Assambleyasının sədri olmuşdur. AMEA-nın fəxri üzvüdür. == Həyatı == Rəfsəncani 1934-ci ildə İranın Kirman vilayətinin Rəfsəncan Behreman kəndində kəndli ailəsində dünyaya gəlmişdir. Ailəsi əkinçilik edir, fıstıq bağlarına sahib idi. İranın dördüncü prezidenti vəzifəsində çalışıb. Məktəbi oxuyan zaman 16 yaşında – 1948-ci ildə müsəlmanların müqəddəs şəhəri Qum şəhərinə dini təhsil almağa getdi. Burada o, dini təhsillə bərabər, siyasi dünyagörüşünü artırdı. Savadı və bacarığı ilə irəliləməyi bacardı və 1958-ci ildə Iranın birinci dini lideri Ruhulla Xomeyninin müridi oldu. Bunun nəticəsində şiyələrdə ayetullah'lıqdan sonra en yüksək ikinci dərəcə olan hüccetülislam mərtəbəsinə yüksəldi.
Haşimi Universiteti
Haşimi Universiteti (ərəb. الجامعة الهاشمية‎) — İordaniyanın Əz-Zarqa vilayətinin mərkəzi olan Əz-Zarqa şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rəhbəri Kamal Bani Hanidir. == Coğrafi mövqeyi == Haşimi Universiteti Zarqa şəhərində iki beynəlxalq avtomobil yoluna paralel olan bir yerdə yerləşir. Əsas qapısı olan Qərb darvazası Əmmanı Mafraq və İrbid ilə, oradan da Suriya ilə bağlayan beynəlxalq yola açılır. Cənub darvazası isə Əz-Zarqa və oradan da İraq və Səudiyyə Ərəbistanı istiqamətinə gedən yola açılır. == Tarixi == 19 may 1991-ci ildə Haşimi Universitetinin təsis edilməsi haqqında Kral Fərman versə də, Universitetdə təhsil 16 sentyabr 1995-ci ildə başlanmışdır. == Ərazisi == Universitetin kampusunun ümumi sahəsi 8519 hektar təşkil edir. == Tədris == Universitetdə bakalavr və magistr təhsili təqdim edir. Təhsildə kredit saat sistemini tətbiq edilir.
515 Haşimi
515 Haşimi (ərəb. الهواشم ٥١٥‎ ; türk. 515 Haşimi) — Türkiyədə fəaliyyət göstərmiş qısaömürlü ərəb milliyətçi dəstəsi. == Simvolizm == "515" rəqəmi haşimi olan Hüseyn ibn Əlinin Osmanlı imperiyasına qarşı rəhbərlik etdiyi ərəb üsyanının simvoludur. 515 rəqəmi daha sonra ərəb milliyətçilərinin simvolu olmuşdur. == Tarixi == 2022-ci ilin yanvarında Türkiyədə türklər və suriyalılar arasında gərginlik yüksək həddə çatmışdı. Bu dövrdə Adananın Seyhan rayonunda özlərini "515 Haşimi" adlandıran, Suriyadan olduqları təsdiqlənən bir qrup ərəbin əllərində dönər bıçaqları və çubuqlar ilə küçədə piyada, həmçinin şüşələrində "515 Haşimi" yazısı olan avtomobillər ilə hərəkət etməsi qeydə alınmışdır. Videonun yayılmasından sonra Baş Təhlükəsizlik İdarəsi videoda müşahidə olunan şəxslərin kimliyini müəyyən etmək üçün araşdırmalara başlamış və tezliklə dəstə üzvləri olduğu iddia edilən bütün şəxsləri həbs etmişdir. Odur ki, 20 nəfər həbs edilmiş, onlardan 19-u Suriyaya deportasiya olunmuşdur. Üzvlər müxtəlif ərəb qəbilələrinə mənsub suriyalı gənclər idi.
Əli Əkbər Haşimi Rəfsəncani
Ayatollah Əkbər Haşemi Bəhremani Rəfsəncani (25 avqust 1934[…], Nuq[d], Kirman ostanı və ya Bəhreman, Kirman ostanı – 8 yanvar 2017[…], Tehran və ya Təcriş[d], Tehran ostanı) — İran siyasətçisi, yazıçısı. Ekspertlər Assambleyasının sədri olmuşdur. AMEA-nın fəxri üzvüdür. == Həyatı == Rəfsəncani 1934-ci ildə İranın Kirman vilayətinin Rəfsəncan Behreman kəndində kəndli ailəsində dünyaya gəlmişdir. Ailəsi əkinçilik edir, fıstıq bağlarına sahib idi. İranın dördüncü prezidenti vəzifəsində çalışıb. Məktəbi oxuyan zaman 16 yaşında – 1948-ci ildə müsəlmanların müqəddəs şəhəri Qum şəhərinə dini təhsil almağa getdi. Burada o, dini təhsillə bərabər, siyasi dünyagörüşünü artırdı. Savadı və bacarığı ilə irəliləməyi bacardı və 1958-ci ildə Iranın birinci dini lideri Ruhulla Xomeyninin müridi oldu. Bunun nəticəsində şiyələrdə ayetullah'lıqdan sonra en yüksək ikinci dərəcə olan hüccetülislam mərtəbəsinə yüksəldi.
Faysal ibn Hüseyn əl-Haşimi
Feysəl ibn Hüseyn əl-Haşimi (ərəb. فيصل بن الحسين بن علي الهاشمي‎; tam adı: Feysəl ibn Hüseyn ibn Əli əl-Haşimi; 20 may 1883[…], Taif, Məkkə bölgəsi[d] və ya Məkkə, Hicaz vilayəti – 8 sentyabr 1933, Bern) - 1920-1921-ci ildə Suriya Ərəb Krallığının, 1921-1933-cü illərdə İraqın 1-ci kralı. 1916-1924-cü illərdə hakimiyyətdə olmuş Hicaz kralı Hüseyn ibn Əlinin oğlu idi. == Həyatı == Feysəl ibn Hüseyn, 1883-cü ildə Məkkə yaxınlığındakı Taif şəhərində anadan olmuşdu. I Dünya müharibəsi zamanı bəzi ərəb sülalə liderləri Osmanlılara qarşı çıxmağa başlamışdılar. İçində Suriya ərəblərinində olduğu bir çox sülalə Hüseyn ibn Əlini öz liderləri kimi görürdü. 1915-ci ildə Feysəl Osmanlılara qarşı mübarizədə ərəblərin onları hansı şərtlər daxilində dəstəkləyəcəyini öyrənmək üçün Şam şəhərinə getdi. 1916-cı ildən başlayan Ərəb hərəkatında Feysəlin önəmli rolu vardır. 1918-ci ilin sentyabrında Şam işğal edildi və Feysəl Suriya kralı elan edilir (1920). Ancaq, Feysəl Versal konfransına qatılmaq üçün 1919-cu ildə Parisə getdi.
Feysəl ibn Hüseyn əl-Haşimi
Feysəl ibn Hüseyn əl-Haşimi (ərəb. فيصل بن الحسين بن علي الهاشمي‎; tam adı: Feysəl ibn Hüseyn ibn Əli əl-Haşimi; 20 may 1883[…], Taif, Məkkə bölgəsi[d] və ya Məkkə, Hicaz vilayəti – 8 sentyabr 1933, Bern) - 1920-1921-ci ildə Suriya Ərəb Krallığının, 1921-1933-cü illərdə İraqın 1-ci kralı. 1916-1924-cü illərdə hakimiyyətdə olmuş Hicaz kralı Hüseyn ibn Əlinin oğlu idi. == Həyatı == Feysəl ibn Hüseyn, 1883-cü ildə Məkkə yaxınlığındakı Taif şəhərində anadan olmuşdu. I Dünya müharibəsi zamanı bəzi ərəb sülalə liderləri Osmanlılara qarşı çıxmağa başlamışdılar. İçində Suriya ərəblərinində olduğu bir çox sülalə Hüseyn ibn Əlini öz liderləri kimi görürdü. 1915-ci ildə Feysəl Osmanlılara qarşı mübarizədə ərəblərin onları hansı şərtlər daxilində dəstəkləyəcəyini öyrənmək üçün Şam şəhərinə getdi. 1916-cı ildən başlayan Ərəb hərəkatında Feysəlin önəmli rolu vardır. 1918-ci ilin sentyabrında Şam işğal edildi və Feysəl Suriya kralı elan edilir (1920). Ancaq, Feysəl Versal konfransına qatılmaq üçün 1919-cu ildə Parisə getdi.
Hüseyn ibn Əli əl-Haşimi
Hüseyn ibn Əli əl-Haşimi (ərəb. حسين بن علي الهاشمي‎; d.1854, İstanbul, Osmanlı İmperiyası - ö.6.3.1931, Amman, İordaniya) - 1908-1916-cı illərdə sonuncu Məkkə şərifi, 1916-1924-cü illərdə Haşimilər sülaləsindən birinci Hicaz kralı == Həyatı == Hüseyn ibn Əli əl-Haşimi 1852-ci ildə Osmanlı İmperiyasının paytaxtı İstanbulda anadan olub. 1908-ci ildə əmisioğlu Əli ibn Abdullah əl-Haşimidən sonra Məkkə şərifi təyin edildi. Osmanlı İmperiyasına qarşı ərəb millətçiləri və ingilislərlə əməkdaşlıq qurdu. 1914-cü ildə onun oğlu Feysəl ibn Hüseyn ərəblərlə və Dəməşq islahatçıları ilə əlaqəyə girdi. Digər oğlu Abdullah isə Misirdə olan İngiltərə nümayəndələri ilə əlaqə qurdu. Əvvəllər dayandırılan Avropa ilə əlaqlələr Birinci dünya müharibəsi zamanı təkrar canlandı. İngilislər Məkkə şərifinə vəziyyətdən istifadə edib Türklərə qarşı üsyan qaldırmağı məsləhət gördü. 1915-сi ildə Böyük Britaniya ilə gizli razılıq əldə olundu. Belə ki, ingilislər onu, Adendən başqa bütün Ərəbistan yarımadasında onun hakimiyyəti tanıyırdı.
Qazi ibn Əli əl-Haşimi
Qazi ibn Feysəl ibn Hüseyn (ərəb. غازي ابن فيصل‎ Ġāzī bin Fayṣal; d. 21.3.1912, Məkkə, Hicaz, Osmanlı İmperiyası - 4.4.1939, Bağdad, İraq) — Haşimilər sülaləsindən İraqın ikinci kralı. İraq ordusunun feldmarşalı, donanma admiralı və İraq Hərbi Hava Qüvvələrinin marşalı. == Həyatı == Qazi, İraqın birinci kralı I Feysəl ibn Hüseynin oğlu idi. O, atası türklərə qarşı döyüşlərdə olarkən, babası Hüseyn ibn Əli ilə birlikdə qalırdı. Buna görə də, o, utancaq və təcrübəsiz bir gənc kimi böyüdü. 1924-ci ildə Əli ibn Hüseyn əl-Haşiminin rəhbərliyi altında Haşimilər sülaləsi ilə birlikdə Hicazdan Bağdada köçdü və o vəliəhd elan edildi. Sandhurstdakı İngiltərə Krallığı Hərbi məktəbində və Bağdad Hərb Akademiyasında təhsil aldı. 1933-cü ildə atası Feysəl ibn Hüseynin ölümündən sonra hakimiyyətə gəldi.
Əli ibn Hüseyn əl-Haşimi
Əli ibn Hüseyn əl-Haşimi — (ərəb. علي بن حسين لهاشمي‎; 1 yanvar 1879, Məkkə, Hicaz vilayəti – 14 fevral 1935, Bağdad) — 1924–1925-ci illərdə hakimiyyətdə olmuş Hicaz krallığının ikinci kralı. Haşimilərin Hicazda sonuncu kralı. == Həyatı == Əli ibn Hüseyn, Hicazın birinci kralı Hüseyn ibn Əlinin böyük oğlu idi və Qalatasaray liseyini bitirmişdi. Birinci dünya müharibəsində atası Hüseyn ibn Əli ingilisləri dəstəklədi. Müharibədən sonra Ərəbistan yarımadasında müstəqil Hicaz krallığını yaratdı və oğulları Abdulla İordaniya, Feysəl isə Suriya-İraq kralı oldu. Böyük oğlu Əli isə özünün varisi elan etdi. 1924-cü ilin mart ayında Hüseyn ibn Əlinin özünü müsəlmanların xəlifəsi elan etməsi Hicaz krallığı ilə Nəcd əmirliyi arasında münaqişəyə səbəb oldu. Müharibə Hicaz üçün çox uğursuz oldu. 1924-cü ilin oktyabrında Hüseyn ibn Əli taxtdan Əlinin xeyrinə əl çəikdi.
Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşi
Əbu İbrahim əl-Haşimi əl-Qureyşi (Əmir Məhəmməd Əbdurrəhman əl-Mövlü əs-səlbi, Ərəbcə: أمير محمد عبد الرحمن المولى الصلبي; ən tezi 1 oktyabr 1976 və ən geci 5 oktyabr 1976, Mosul – 3 fevral 2022, Atme[d]) — 2020-ci il yanvar ayında İŞİD'in Əbu Bəkr əl-Bağdadidən sonra elan edilən ikinci xəlifəsi. == Həyatı == 1976-cı il Təlafər şəhərində anadan olmuşdur. O Mosul şəhərində təhsilini bitirdikdən sonra universtitetdən məzun olaraq BƏƏS İraqında ordu sıralarında xidmət etmişdir. 2003 ABŞ'ın İraq işğalından sonra isə Əl-Qaidə'yə qoşuldu. 2004-cü ildə Əbu Bəkr Əl-Bağdadi ilə tanış oldu. Sonda İraq'ın cənubundakı Bucca deyilən həbsxanaya göndərildi. Həbsxanadan naməlum bir vaxta sərbəst buraxıldıqdan sonra yenidən Əl-Qaidə'yə yaxınlaşdı. 2014-cü ildə Əl-Haşimi Əl-Qaidə'dən ayrıldı və İraq Şam İslam Dövləti'nə qoşuldu və ona bağlılığını elan etdi. O Mosulun İŞİD tərəfindən işğalında çox böyük rol oynamışdır. İŞİD'ə görə, Əl Haşimi, çox dindar və təcrübəli bir döyüşçü olub.
Dərbənd Haşimiləri
Dərbənd əmirliyi — Dərbənd ərazisində olan qədim dövlət. == Dərbəndin ərəblər tərəfindən işğalı == Azərbaycanı tutmuş ərəblər "Bab əl-Əbvab" (və ya "əl-Bab" -"qapılar qapısı") adlandırdıqları sərhəd şəhəri Dərbəndi Xilafətin Qafqazdakı iri istinad məntəqəsinə çevirdilər. Uzun müddət bu şəhəri xəlifənin təyin etdiyi ərəb sərkərdələri idarə edirdilər. Onların başlıca vəzifəsi şimaldan olan hər bir hücumun, xüsusilə xəzərlərin müdaxiləsinin qarşısını almaq idi. IX əsrin ortalarınadək bu vəzifə xüsusi təyinatla yerinə yetirilirdi, lakin 851-ci ildə xəlifə əl-Mütəvəkkil Dərbəndi və onun ətraf vilayətlərini o zaman Azərbaycan, Arran və Ərminiyə hakimi olan Məhəmməd ibn Xalid ibn Yəzid əş-Şeybaniyə iqta payı kimi bağışladı. 861-ci ildə xəlifənin ölümündən sonra türklərin Bağdaddakı fəaliyyəti ilə əlaqədar Xilafət ərazisində çaxnaşmalar baş verdi. Müstəqilliyə can atan bir çox feodallar, o cümlədən Məhəmmədin mərkəzi hakimiyyətlə əlaqəsini tamam kəsərək, Şirvanı müstəqil elan etmiş qardaşı Heysəm ibn Xalid bundan istifadə etdilər. 869-cu ildə, qiyam etmiş türk əmirlərinə qarşı Xilafət mərkəzində mübarizə aparıldığı bir zamanda, Haşim ibn Suraka əs-Suləmi Dərbəndin müstəqil idarə edilməsinə nail oldu. O dövrün hadisələrini bizə çatdıran qaynaqda deyilir: "Əl-Mütəvəkkil öldürüldükdən sonra Xilafət parçalandığına, türk məvaliləri dövlətin idarəsini ələ keçirtdiklərinə görə, əl-Bab əhalisi və sərhədyanı vilayətlərin qazıları (yəni din uğrunda döyüşən əsgərləri) bir yerə yığılaraq, Haşimi öz əmirləri etdilər, ona böyük itaət göstərdilər" Ərəb və yerli qaynaqların başqa məlumatlarından aydın olur ki, Haşimin sulaym nəslinə mənsub, mənşəcə ərəb olan sələfləri hələ VIII əsrin I yarısında Dərbənd şəhərinin siyasi həyatında fəal rol oynamış, onlardan biri Əsəd ibn Zafir əs-Suləmi 736-cı ildə xəlifənin fərmanı ilə Dərbənd hakimi təyin edilmişdi. Onun digər xələflərinin, Harun ər-Rəşidin hakimiyyəti dövründə Dərbənd hakimi olmuş Nəcm ibn Haşimin və onun Azərbaycan və Ərminiyənin ərəb hakiminə qarşı üsyan etmiş oğlu Həyyunun adları bu dövrdə Azərbaycanda baş vermiş böyük hadisələrlə bağlıdır.
Haşimilər
Haşimilər (ərəb. الهاشميون‎) və ya Haşim sülaləsi - İordaniyanı 1921-ci ildən bəri idarə etmiş sülalə. Bu sülalə Hicaz Krallığı (1916-1925), Suriya Ərəb Krallığı (1920) və İraq Krallığının (1921-1958) hakim ailəsi olmuşdur. Haşimilər 10-cu əsrdən sonra təkrar-təkrar, əsasən, xarici qüvvələrin vassalı kimi Məkkə şəhərini idarə etdilər. Birinci Dünya müharibəsindən sonra Britaniya İmperiyası ilə qurduğu müttəfiqlik sayəsində Hicaz, Suriya, İraq və İordaniyanın taxtı Haşimi ailəsinə verilmişdi. Tarixdə bu razılaşma Şərifi həlli adlanır.Ailə Haşimilər olaraq da adlandırılan, Məkkə şərifi Həsənilərin qollarından biri olan Dəvu Əvna aiddir. Onların eyniadlı əjdadı olaraq qəbul edilən Haşim ibn Əbdi Mənəf Məhəmməd peyğəmbərin ulu babasıdır. Haşimilərin əjdadı Qətədə ibn İdris daxil olmaqla, Məkkənin Həsəni şərifləri Məmlüklərin son mərhələsində və Osmanlının erkən dövrlərində Sünniliyin Şafi məzhəbinə keçənə qədər, Zeydi şiələr idi.Hal-hazırkı sülalənin əsasını 1908-ci ildə II Əbdülhəmid tərəfindən Məkkə şərifi olaraq təyin edilən Hüseyn ibn Əli əl-Haşimi qoymuşdur. Osmanlıya qarşı 1916-cı ildə Ərəb üsyanını başlatdıqdan sonra o, ailəni Ərəb ölkələrinin kralı olaraq elan etdi (Ancaq Hicaz Kralı olaraq tanındı). Onun oğulları 1921-ci ildə I Abdulla və Feysəl ibn Hüseyn əl-Haşimi İordaniya və İraq taxtının varisi olaraq qəbul edildilər.
İordaniya Haşimilər Krallığı
İordaniya, rəsmi adı: İordaniya Haşimilər Krallığı (ərəb. المملكة الأردنية الهاشمية‎‎; ərəb. الأردن‎‎) — Yaxın Şərqdə yerləşən ərəb dövləti. Şimalda Suriya, şimal şərqdən İraq, cənubdan Səudiyyə Ərəbistanı, qərbdən İsrail və Fələstinlə həmsərhəddir. İordaniya İsrail və Fələstin Muxtariyyəti ilə Ölü dənizdə, Aqaba körfəzində isə İsraillə, Səudiyyə Ərəbistanı və Misirlə qonşu dövlətlərdir. Dövlət quruluşu konstitusiyalı monarxiyadır, dövlət dili ərəb dili, dövlət dini islam dinidir. Pul vahidi İordaniya dinarıdır. == Dövlət quruluşu == İordaniya mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1946) 25 mayda qeyd olunur. Ölkə Konstitusiyası 11 yanvar 1952-ci ildən qüvvədədir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.12 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 20.56
2003 ••• 2.36
2004 •• 1.68
2005 •••• 3.37
2006 •• 1.80
2007 •• 1.27
2008 0.97
2009 0.96
2010 0.36
2011 •• 1.03
2012 •••• 3.36
2013 •••••••• 7.29
2014 •• 1.89
2015 •• 1.70
2016 •• 1.21
2017 ••••• 4.55
2018 •• 1.95
2019 •• 1.11
2020 •• 1.46

haşimi sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. haşimilər nəslindən olan (Məhəmməd peyğəmbər nəzərdə tutulur).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"haşimi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#haşimi nədir? #haşimi sözünün mənası #haşimi nə deməkdir? #haşimi sözünün izahı #haşimi sözünün yazılışı #haşimi necə yazılır? #haşimi sözünün düzgün yazılışı #haşimi leksik mənası #haşimi sözünün sinonimi #haşimi sözünün yaxın mənalı sözlər #haşimi sözünün əks mənası #haşimi sözünün etimologiyası #haşimi sözünün orfoqrafiyası #haşimi rusca #haşimi inglisça #haşimi fransızca #haşimi sözünün istifadəsi #sözlük