haşiyə sözü azərbaycan dilində

haşiyə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • haşiyə • 86.7021%
  • Haşiyə • 12.7660%
  • HAŞİYƏ • 0.5319%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Haşiyə
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Haşiyəli parabüzən
Haşiyəli parabüzən (lat. Coccinula sinuatomarginata Fabr.) — Mənənələrlə qidalanır. == Biologiyası == Mənənələrlə qidalanır. Sutkalıq aktivliyi izlənərkən aydın olmuşdur ki, əsasən səhərlər və axşamçağılar dah fəal olurlar. İsti yay günlərində sükunət halı keçirirlər. Qanadüstlüyü qara olub, əsasən hər tərəfdə 2 bütöv və çiyninə yaxın hissədə bir ədəd yarımçıq sarı nöqtələri var. Böyüklüyü 3-3,5 mm-dir. Bığcığı buğumlu olub, uc hissəsi toppuzvaridir. Baş hissə sarımtıl olub, gözlər aydın nəzərə çarpır. == Yayılması == Qərbi Avropada, Kiçik Asiyada, İranda, (Mərənd) və Qafqazda yayılmışdır.
Haşiyərud (Xoy)
Haşiyərud (fars. حاشيه رود‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.49 dəfə / 1 mln.
2003 ••••• 0.39
2006 ••• 0.23
2007 ••••••••••• 0.85
2008 •••••••••••• 0.97
2009 •••••••• 0.64
2010 •• 0.09
2011 •••• 0.26
2012 ••••• 0.34
2013 •••• 0.29
2014 ••• 0.17
2015 ••••••••••••••••• 1.36
2016 ••••• 0.35
2018 •••••••••••••••••••• 1.65
2019 ••••••• 0.56
2020 ••••••••• 0.66

haşiyə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Parçanın və s.-nin kənarında rəngi, gülü, materialı cəhətdən ondan fərqlənən zolaq. Döşəmənin haşiyəsi. – Çarşabın kənarında yaşıl ipəklə tikilmiş haşiyələr var idi. M.S.Ordubadi. Xalçanın naxışlı yol-yol haşiyələri gözlərdə parıldayırdı. Mir Cəlal. // Parçanın, divar kağızının və s. kənarlarını çevrələyən zolaq. // Çərçivə. 2. Kitab və s.-nin səhifələrinin kənarında ağ yer. Kitabın haşiyəsi. // Həmin ağ yerdə yazılmış yazı, qeyd. 3. məc. Əsas məsələ ilə əlaqəsi olmayan və ya az əlaqəsi olan danışıq, ya yazı. Hə, hə – deyə, Naznaz Yarməmmədin haşiyəsinə qulaq asmayıb tələsdirdi. M.İbrahimov. □ Haşiyə çıxmaq – mətləbdən kənara çıxmaq, əsas məsələni qoyub başqa şeylərdən danışmaq, ya yazmaq. Buradan bir haşiyə çıxıb keçən günlərə qayıdıram. C.Məmmədquluzadə. O, bir şəlalədir axır ürəkdən; Burda bir haşiyə çıxmalıyam mən. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / haşiyə

haşiyə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 kənar — köbə — qıraq

    Azərbaycan dilinin sinonimlər lüğəti / haşiyə
  • 2 HAŞİYƏ kimi ..stullara əyləşmiş, kimi narahat halda ayaq üstə duraraq divara və ya pəncərə haşiyəsinə söykənmişdi (M.İbrahimov); GİLƏNDAR (məh.) Bizim xəlçənin güzəl giləndarı var (ADDL); KÖBƏ Qarı, cücə gözü çit tumanın köbəsinə düşmüş ..qara yaylığı qaldırıb bumunu sildi (S.Rəhimov); QIRAQ [Alo:] Mən bilirəm, əslən elə bunların hamısı bir bezin qırağıdır (S.Rəhimov); YELƏN Asılır ellərin divarlarından; Yeləni çiçəkli, güllü xalılar (O.Sarıvəlli); ZEH Qapı divarın zehini deyib səsləndi (S.Rəhimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / haşiyə

haşiyə sözünün rus dilinə tərcüməsi

  • 1 1. кайма, кромка, бордюр, обшивка; 2. поля (книги, тетради); 3. заметки на полях книги, примечание, сноска; 4. плинтус; 5. рама;

    Azərbaycanca-rusca lüğət / haşiyə
  • 2 сущ. 1. кромка: 1) узкая полоска по долевому краю ткани, отличающаяся выработкой. Parçanın haşiyəsi кромка ткани; divar kağızının haşiyəsi кромка обоев 2) продольный край. Yolun haşiyəsi кромка дороги 2. кайма, каёмка (полоса по краю какого-л. предмета, ткани, отличающаяся цветом, узором, материалом). Süfrənin haşiyəsi кайма скатерти 3. кант (узкая полоска ткани, вшитая по швам и краям одежды) 4. рант (узкая полоска кожи, соединяющая снаружи верх обуви с подошвой). Çəkmələrin haşiyəsi ранты сапог 5. оторочка (узкая полоска ткани или меха, нашитая по краю одежды или меха). Xəz haşiyə меховая оторочка 6. рама (четырехугольное, овальное или иной формы скрепление из брусьев, планок для вставки, обрамления чего-л.). Qara haşiyə черная рама, taxta haşiyə деревянная рама 7. рамка (графическое обрамление какого-л. текста, рисунка и т.п.). Şəkli haşiyəyə almaq брать в рамку фотографию 8. бордюр (полоса, которой окаймляют края чего-л.). Divarın haşiyəsi бордюр стены 9. обвод (линия, кайма, полоса, идущая вокруг чего-л.) 10. плинтус (планка, закрывающая щель между стеной и полом) 11. строит. наличник (накладная планка, прибиваемая вокруг двери). Qapı haşiyələri наличники дверей 12. обычно мн. ч. поля (узкая полоса по краю листа в книге, рукописи и т.п., оставляемая свободной от текста). Səhifənin haşiyəsi поля страницы, dəftərdə haşiyə çəkmək провести поля в тетради 13. дорожка, расстилаемая вдоль стен и по краям ковров 14. примечание (замечание к тексту, сделанное на полях) 15. перен. отступление (уклонение от темы речи, беседы для выражения каких-л. чувств). Üzr istəyirəm, bir balaca haşiyə çıxacağam прошу прощения, сделаю небольшое отступление

    Azərbaycanca-rusca lüğət / haşiyə

haşiyə sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. border, edge, edging; (parçada) selvage, selvedge; 2. trimming; (ağacdan) planking; (metaldan) plating; 3. margin; ~ çəkmək bax haşiyələmək; ◊ ~ çıxmaq to give* additional explanation (on d.)

    Azərbaycanca-ingiliscə lüğət / haşiyə

haşiyə sözünün fransız dilinə tərcüməsi

haşiyə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. куьбе, алам; гьеже (парчадин, буьшмедин, халичадин ва мс. къерехар тирвал элкъвенвай нехишрин зул); döşəmənin haşiyəsi яшмагъ (кӀвалин ччилин); 2. рамка (мес. шикил твадай); 3. улубдин ва мс. ччарарин къерехра амай буш чка, лацу чка; // гьа лацу чкайрал кхьенвай кхьинар, къейдер; 4. пер. асул месэладихъ галаз са алакъани авачир ва я тӀимил алакъа авай рахунар ва я кхьинар; // haşiyə çıxmaq метлебдилай къерехдиз экъечӀун, асул месэла туна, маса затӀарикай рахун ва я кхьин.

    Azərbaycanca-ləzgicə lüğəti / haşiyə

haşiyə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) kitab və ya vərəqənin qıraqlarındakı yazı; 2) parçanın və s. qıraqlarına tikilən başqa parça zolağı; köbə; 3) m. əsas məsələ ilə az əlaqəsi olan danışıq və ya yazı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Əli Bayramlı) evin ətrafı. – Öyün haşiyəsin kəsərüg, hasara alluğ

Azərbaycan dilinin dialektoloji lüğəti.

"haşiyə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#haşiyə nədir? #haşiyə sözünün mənası #haşiyə nə deməkdir? #haşiyə sözünün izahı #haşiyə sözünün yazılışı #haşiyə necə yazılır? #haşiyə sözünün düzgün yazılışı #haşiyə leksik mənası #haşiyə sözünün sinonimi #haşiyə sözünün yaxın mənalı sözlər #haşiyə sözünün əks mənası #haşiyə sözünün etimologiyası #haşiyə sözünün orfoqrafiyası #haşiyə rusca #haşiyə inglisça #haşiyə fransızca #haşiyə sözünün istifadəsi #sözlük