Hacıyev sözü azərbaycan dilində

Hacıyev

Yazılış

  • Hacıyev • 99.4247%
  • HACIYEV • 0.5686%
  • hacıyev • 0.0067%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacıyev
Hacıyev — Azərbaycanlı soyadı. === A === Abbas Hacıyev (1933—2011) — tənqidçi, ədəbiyyatşünas. Akif Hacıyev (1937–2015) — Azərbaycan alimi, riyaziyyatçı. Aqil Hacıyev (1947—2019) — Azərbaycan alimi. Altay Hacıyev (1931—2019) — Azərbaycan boyakarı. Araz Hacıyev (d. 1973) — tədqiqatçı, jurnalist. Asəf Hacıyev Asəf Hacıyev (deputat) (d. 1951) — Azərbaycan alimi, deputat. Asəf Hacıyev (jurnalist) (d.
Hacı Hacıyev
Hacı Hacıyev (jurnalist)
Hacıyev itburnusu
Hacıyev itburnusu (lat. Rosa gadzhievii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2 m olan, düzdayanan koldur. Gövdələri qırmızı-qonur, cavan zoğların rəngi isə açıq qonurdur. Gövdəciklərdə iynələri iri, enli bünövrəli, alt tərəfində bir az oraqvari əyilmiş, çiçəkli zoğlarda iti bucaq altında əyilmiş, bəzən qarmaqvaridir. Yarpaqları 5-7 xırda yarpaqlı, uzunluğu 8-10 sm; oval, kənarları mürəkkəb dişli, üstü çılpaq, əsasən oturaq vəziciklərlə sıx örtülmüşdür. Alt tərəfində damarcıqları tükcüklüdür, digər yerləri isə vəziciklərlə seyrək və ya bərabər örtülmüş olu; raxisi çılpaq və ya seyrək tükcüklü olub, ayaqcıqları vəziciklərlə örtülmüşdür. Yalançı zoğların uzunluğu 12-15 mm, bünövrəsindən enli, yaxşı inkişaf etmiş qulaqlı, xırda yarpaqları kimi vəziciklərlə sıx örtülmüşdür. Çiçəkləri əsasən tək, bəzən 3-4 ədəd, iri, açıq çəhrayı; çiçək altlıqlarının uzunluğu 15-20 mm, zəif tükcüklü, kənarları vəziciklidir.
Hacıyev kəklikotusu
Dağıstan kəklikotu (lat. Thymus daghestanicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda təbii halda geniş yayılmışdı. == Botaniki təsviri == Meyvəsiz sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 7-15 sm, sıx, qısa tükcüklüdür. Yarpaqların uzunluğu 6-10 mm, eni 2-3 mm, uzunsov-neştərvari və ya əks-yumurtavaridir. Çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür. Yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4-5 mm, sıx və qısa tükcüklüdür; yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür.
Hafiz Hacıyev
Hafiz Ələmdar oğlu Hacıyev (16 aprel 1956, Zod, Basarkeçər rayonu) — Azərbaycanlı siyasətçi, biologiya elmləri namizədi, Müasir Müsavat Partiyasının sədri (2001), "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri (1992–1993). == Həyatı == Hafiz Hacıyev 1956-cı ilin aprel ayının 16-da Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1962–63-cü dərs ilində Zod kənd orta məktəbinə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1973–1979-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndislik fakültəsində təhsil almışdır. 1988-ci ildən biologiya elmləri namizədidir. 1979-cu ildən 1982-ci ilədək Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində təşkilat şöbə müdiri və rayon komitəsinin II katibi işləmiş və I katibi əvəz etmişdir. 1982–1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, 1989–90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991–1992-ci illərdə "Azərbalıq" İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində çalışmışdır. === Ailəsi === Ailəlidir, 3 övladı var. İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin əmisi oğludur. İctimai fəal Bəxtiyar Hacıyevin uzaq qohumudur.
Hikmət Hacıyev
Hikmət Fərhad oğlu Hacıyev (15 oktyabr 1979, Kirovabad) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri. == Həyatı == Hikmət Fərhad oğlu Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub və buradakı 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirmişdir. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur. Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışmışdır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib. 2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub. 2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq Xarici İşlər Nazirliyinə qayıtmışdır. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində işləmişdir. Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.
Hümmət Hacıyev
Hümmət Hacıyev (Hümmət Ələkbər oğlu Hacıyev, 10 oktyabr 1935, Naxçıvan rayonu, Naxçıvan MSSR) — neftçi-geoloq, geologiya-mineralogiya elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar geoloqu. == Həyat və fəaliyyəti == Hümmət Hacıyev 10 oktyabr 1935-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Azərbaycan Müəllimlər İnsitutunun fizika-riyaziyyat fakultəsini (1952-ci il), Azərbaycan Sənaye İnsitutunun geoloji-kəşfiyyat fakultəsini (1958-ci il) bitirmişdir. 1970-1981-ci illərdə "Səlyanneft"in baş geoloqu olmuşdur. 1981-ci ildən Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Ə.Əmirov adına Quruda Neft və Qazçıxarma İstehsalat Birliyinin baş geoloqudur. 30-a qədər elmi məqalənin, 3 ixtiranın müəllifidir. Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici neft şirkətlərinin ekspertidir. Beynəlxalq elmi simpoziumlarda məruzələr etmişdir. Hacıyevin təşəbbüsü ilə Naxçıvanda neft yataqlarının proqnozlaşdırılmasına başlanmışdır. "Hümmət Ələkbəroğlu" təxəllüsü ilə bədii yaradıcılıqla da məşğuldur.
Hüsü Hacıyev
Hüsü Hüseynəli oğlu Hacıyev (26 sentyabr 1897, Şuşa – 18 may 1931, Ağdaş rayonu) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq ədliyyə komissarı və prokuroru (1931), Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi (1930–1931). == Həyatı == Hüsü Hüseynəli oğlu Hacıyev 26 sentyabr 1897-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1910-cu ildən Şuşa real məktəbində oxumuş və 1918-ci ildən inqilabi fəaliyyətə qoşularaq məktəblilərin inqilabi hərəkatında iştirak etmişdir. 1919-cu ildən bolşeviklər partiyasının üzvü olmuş, Qarabağda bolşevik ədəbiyyatı yayaraq müsavatçılara qarşı mübarizə aparmışdır. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Qarabağ İnqilab Komitəsinin üzvü olan Hüsü Hacıyev 1920-ci ilin iyun ayında Şuşada əks-inqilabi qiyam zamanı Şuşa həbsxanasına salınmışdır. Qısa müddət sonra o, həbsdən azad edilmiş və Qarabağ Fövqəladə Komissiyasının təyin edilmişdir. 1921-ci ildən etibarən Qubadlı, Kürdüstan, Ağdam və Quba qəza icraiyyə komitələrinin sədri, eləcə də Azərbaycan K(b)P Qaryagin Qəza Komitəsinin katibi olmuşdur. 1930-cu ildə Azərbaycan SSR xalq ədliyyə komissarı və prokuroru təyin edilmiş, qısa müddət sonra isə Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışmağa başlamışdır. Hüsü Hacıyev Azərbaycan K(b)P Mərkəzi Komitəsinin, Azərbaycan SSR və ZSFSR mərkəzi icraiyyə komitələrinin üzvü olmuşdur. 18 may 1931-ci ildə Kür çayının daşaraq Ağdaş rayonundakı bəndi yarmasına görə hadisə yerinə gedən Hüsü Hacıyev rayonunun Qaxay–Xirəzi kəndləri istiqamətində 10 nəfərlik dəstə tərəfindən hücuma məruz qalmış və yanındakı milis işçisi ilə birlikdə qətlə yetirilmişdir.
Hədis Hacıyev
Hədis Hacıyev (14 fevral 1964, Bakı) — Azərbaycan kino rəssamı. == Həyatı == Hədis Hacıyev 14 fevral 1964-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1983) və ÜDKİ-də təhsil alıb (1991). 1991-ci ildən Moskvada çalışır. Çox sayda filmdə, tamaşada, tv verilişində, reklam və kliplərdə rəssam kimi çalışıb. Rusiya istehsalı olan "Qaçırılma" (2005), "Pis həmkar" (rej: Ceyms D. Dek, Mosfilm, Ramko (Rusiya-ABŞ), 2005), "Qaranlıq otaq" (kinoalmanax, REN TV, 2000–2001), "Yay yağışı" (rej: Aleksandr Atanesyan, Angel film – Rusiya, 2000), "Prezident və onun qadını" (rej: Yelena Rayskaya, Evrasiya film – Rusiya, 1996), "Ev" (rej: Leonid Kvinixidze, 10 seriyalı, NTV, 1995), "Ötən ömrə məktub" (rej: Aleksandr Aravin, 1994) filmlərinin rəssamı olub. 2014-cü ildən Moskva Film Məktəbinin Bədii Quruluş programının rəhbəri 2012–1022 Rusiya Kinematografçılar Idarə Heyətinin üzvü 2016-cı ildən — Rusiya Kinematografçılar Kino və TV rəssamlar qildiyasının vitse-prezidenti seçilip 2021-ci ildən Moskva Film Məktəbinin Bədii Programlar bölümünün rəhbəri. == Teatr == 1. Koyka (1999, Rusiya) 2. Dalga sesi (2002.
Kamran Hacıyev
Mahir Hacıyev
Hacıyev Mahir Həmzə oğlu (1969, Kirovabad) — Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, (20 oktyabr 2017-ci ildən) və Ümümdünya Quşçuluq Elmi Assosiasiyanın Azərbaycan bölməsinin sədri (2010-cu ildən-hal-hazırda). Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Hacıyev Mahir Həmzə oğlu 1969-cu il, fevralın 25-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1976-1986-cı illərdə Gəncə şəhəri 4 saylı orta məktəbdə təhsil alıb. 1986-1993-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının zoomühəndislik fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1989-cu illərdə hərbi xidmətdə olmuş və sonra isə təhsilini davam etdirib. 1993-cü ildə AKTA-nın zoomühəndislik fakültəsini bitirərək Dövlət İmtahan Komissiyasının və Fakultə Elmi Şurasının qərarı əsasında aspiranturaya daxil olmağa tövsiyə alıb. 2003-cü ildə “Azəbaycanda sənaye üsulu ilə yumurta istehsalı elementlərinin təkmil¬ləşdirilməsi.” mövzusunda dissertasiya işini yerinə yetirmiş və kənd təsərrüfatı elmləri namizədi elmi adı almışdır. 2008-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin dosentidir. == Fəaliyyəti == 1993-1996-cı illərdə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda əyani aspirantı 1996-2001-ci illərdə Gəncə Quşçuluq fabrikində zootexnik 2001-2004-cü illərdə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitunun Quşçuluq laboratoriyasında kiçik və böyük elmi işçi 2002-ci ildən AKTA-nın müəllimi (assistent) 2005-ci ildən AKTA-nın baş müəllimi 2006-2011-cı ilin noyabrına kimi Baytarlıq təbabəti və zoobaytarliq fakültəsinin dekan müavini 2008-ci ildən hal hazıra kimi Baytarlıq təbabəti və zoobaytarliq fakültəsinin dosenti 2010-ci ildən hal hazıra kimi Ümümdünya Quşçuluq Elmi Assosiasiyanın Azərbaycan bölməsinin sədri 2017-ci ildən hal hazıra kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru === Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı === 1998-cu il, Bakı, Azərbaycan seleksiyaçılar cəmiyyətinin VII qurultayı 1999-cu il, 3-6 mart, Gəncə,ATİ Beynəlxalq elmi-texniki konfrans 2003-cü il, 24-26 oltyabr, Gəncə, Beynəlxalq Gəncə-Kars baytarlıq simpoziumu 2004-cü il, 6-7 may, Gəncə, Beynəlxalq elmi simpozium 2006-ci il, 5-6 avqust, Bakı, 1-ci Beynalxalq Elmi Konfrans”Biomüxtəlifliyin Genetik ehtiyatları” AMEАQEİ. 2006-cı il, 6-8 sentyabr, Gürcüstan, “ South Caucasian Workshop on Concepts in Animal Welfare 2007-ci il, 20-25 sentyabr, Vitebsk, Belorusiya, Beynəlxalq elmi konfrans 2009-cu il 22sentyabr 2 oktyabr, Avstriya, Treninq kurs, (Advanced molekular diagnosis and characterization of influenza A (H5N1) and (H1N1)) 2012-ci il 06-11/02, Türkiyə, Erzurum, Atatürk Universiteti 2013-ci il 5-7/12, Türkiyə, Van, 100-il Universiteti 2013-ci il 21-25 oktyabr.
Maqsud Hacıyev
Maqsud Hacıyev – Ədəbiyyatşünas, tərcüməçi, publisist. == Həyatı == Maqsud İbrahim oğlu Hacıyev 10 sentyabr 1935-ci ildə keçmiş Qonaqkənd rayonunun (indiki Quba rayonu) Gümür kəndində anadan olmuşdur. Azərbaycan EA Dilçilik İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. Əmək veteranıdır. O, bir sıra beynəlxalq simpoziumlarda məruzələrlə iştirak etmişdir.İxtisasca şərqşünasdır."Tat dilinin Qonaqkənd ləhcəsi"(1971), "İranın tarixi-etnoqrafik oçerki, fars dilinin qısa qrammatikası və farsca-rusca texniki lüğət" (İsfahan, 1973, 1974), "Beş il qonşu diyarda" (1976), "İran etüdləri" (1979), "Dörd ildə gördüklərim"(1985), "Əfqan şerində Lenin və oktyabr mövzusu" (Kabul, 1987), "Əfqan ədəbiyyatında milli barışıq siyasətinin inikası" ( rus və dəri dillərində, Kabul, 1988), "Əfqanıstan görüşləri" (1989), "Azərbaycan tatlarının dili" (1995)və sair bu kimi elmi, elmi-publisist əsərləri ilə daha çox tanınmışdır.O, İran və Əfqanıstanın bir sıra görkəmli ədəbi simalarının əsərlərini dilimizə tərcümə etmiş, Ç.Çaplinin "Səhnə işıqları", Şərq xalqlarının həyatına dair "Məzəli əhvalatlar", əfqan xalqının nağıllarından ibarət "Çilan və şeytan" kimi tərcümə kitablarını oxuculara təqdim etmişdir."Azərbaycan Sovet Ensiklopediyası"nın 4-cü, 7-ci və 9-cu cildlərinin əsas müəlliflərindəndir.Maqsud Hacıyev Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, "Bilik" Maarifçilik Cəmiyyətinin Yaxın və Orta Şərq ölkələri üzrə siyasi icmalçısı, Azərbaycan Ziyalılar Cəmiyyətinin Fəxri Filologiya doktoru, Beynəlxalq Şərqşünaslar Assosiasiyanın həqiqi üzvü, Mahir Sənətkar diplomçusu, Nailiyyət Ali Jurnalist mükafatı laueratı, Respublika Tat mədəniyyət mərkəzinin sədri, Azərbaycan Ziyalılar Universitetinin professoru, Əfqanıstan müharibəsi iştirakçısı, Əmək veteranıdır.
Knyaz Hacıyev
Hacıyev Knyaz Mehdi oğlu (10 oktyabr 1953, Yeni Daşkənd, Bərdə rayonu – 25 aprel 2021, Türkiyə) — "Bakıenerjitikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar mühəndisi == Həyatı == Hacıyev Knyaz Mehdi oğlu 10 oktyabr 1953-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində anadan olmuşdur (Yeni-Daşkənd kəndi 1953-cü ilin may ayının 18-də Ermənsitanın Basarkeçər rayonunun Daşkənd kəndinin əhalisinin erməni daşnakların təsiri ilə dövlət səviyyəsində məcburi köçürülməsi nəticəsində yaranmışdır). Kəndin yeni yaranmasına baxmayaraq Yeni Daşkənd kənd orta məktəbi kənd ziyalılarının köməyi ilə qısa müddətdə bölgədə aparıcı məktəblərin birinə çevrilmişdir. Knyaz Hacıyev 1960–1969-cu illərdə kənd orta məktəbində oxuduğu dövrdə Tanrıverdi Hacıyevdən fizika və riyaziyyatı, atası Mehdi müəllimdən dil, ədəbiyyat və tarix fənlərindən mükəmməl dərs alaraq ali məktəbə müvəffəqiyyətlə daxil olmuşdur. O, 1970–1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, 1975-ci ildə həmin institutun tam kursunu bitirərək inşaatçı-mühəndis peşəsinə yiyələnmişdir. 1972–1975-ci illərdə hər il 3 ay müddətində Kuybışev adına Moskva Dövlət İnşaat Mühəndisləri İnstitutunda ixtisası üzrə təcrübə kursları keçən Knyaz Hacıyev 1976-cı ildən başlayaraq Azərbaycanın energetika tikintisi sahəsində fəaliyyətə başlamışdır. O, 40 il tikintinin çox çətin və spesifik sahəsində çalışmışdır. Sərsəng su-elektrik stansiyasının tikintisi üzrə iş icraçısı kimi fəaliyyətə başlayan Knyaz müəllim "Şəmkir" SES-də sahə rəisi, "Yenikənd" SES-də baş mühəndis, "Bakıenerjitikinti" TQI-də baş mühəndis, Yeni Bakı istilik elektrik mərkəzinin tikintisində baş mühəndis kimi fəaliyyətini davam etdirmişdir. O, 1982–1985-ci illərdə Yəmən Xalq Demokratik Respublikasında tikilən "Ədən" istilik elektrik stansiyasının tikintisində mexanikləşdirmə və hidrotexniki qurğuların tikintisinə rəhbərlik etmişdir; 1985–1992-ci illərdə "Bakıenerjitikinti" Tikinti Trestinin Baş mühəndisi, 1992–1996-cı illərdə "Azərenerjitikintimexanizasiya" trestinin, sonradan isə "Bakıenerjitikinti" TQİ-nin rəisi işləmişdir. 1997-ci ildən "Azərenerjitikintiquraşdırma" Dövlət Şirkətinin vitse-prezidenti işləmişdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1998-ci il tarixli 191 saylı qərarı ilə Hacıyev Knyaz Mehdi oğlu "Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü təyin edilmişdir; 1998–2008-ci illərdə isə "Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyətinin sədr müavini, l-ci müavin, sədr əvəzi vəzifələrində çalışmışdır. 2003–2007-ci illər arasında "Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyətinin sədrinin xəstəliyi ilə əlaqədar K. M. Hacıyev fasilələrlə uzun müddət sədr vəzifəsini icra etmişdir.
Kənan Hacıyev
Mehman Hacıyev
Murtazəli Hacıyev
Murtazəli Hacıyev (rus. Муртазали Гаджиев; 1956, Mahaçqala) — Dağıstan əsilli Rusiya arxeoloqu və alimi. O, Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin arxeologiya şöbəsinin rəhbəridir. Murtazəli Hacıyev Dərbənd tarixi, Qafqazda Sasanilər dövrü və Qafqaz Albaniyası mədəniyyəti tarixində ixtisaslaşmışdır. == İstinadlar == == Xarici keçidlər == Murtazəli Hacıyev – "Academia" saytında. (rus.) (ing.) Middle Persian Inscriptions in Darband – "Encyclopædia Iranica" saytında.
Muxlis Hacıyev
Muxlis Əhməd oğlu Hacıyev — texniki elmlər doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının inşaat və maşınqayırma üzrə ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat konstruksiyaları kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimidir. == Həyatı == Hacıyev Muxlis Qəbələ rayonunun Tüntül kəndində anadan olmuşdur. 20 kitab və 150-yə yaxın elmi məqalə müəllifidir. 10 elmlər namizədi yetişdirmişdir. Hazırda 6 fəlsəfə doktoru və 2 elmlər doktoru dissertasiyası üzrə elmi rəhbərdir. Dəfələrlə Rusiya, Qazaxıstan və Türkiyədə elmi konfranslarda iştirak etmisdir.
Muxtar Hacıyev
Muxtar Hacı oğlu Hacıyev (dekabr 1876, Fərəhli, Qazax qəzası – 21 aprel 1938, Bakı) — Azərbaycan və sovet dövlət xadimi, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk sədri (1921–1922). == Həyatı == Muxtar Hacıyev 1876-cı ildə Qazax qəzasının Fərəhli kəndində doğulmuşdur. 1897-ci ildən Bakıda fəhlə işləmişdir. Repressiya qurbanı olmuşdur. 1938-ci ildə güllələnmişdir. == Siyasi fəaliyyəti == Muxtar Hacıyev Hümmət Partiyasının üzvü, 1904-cü ildən etibarən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Muxtar Hacıyev Bakıda fəhləlik etdiyi dövrdə keçirilmiş fəhlələrin nümayiş və tətillərində iştirak etmişdir. O, Neft Sənayesi Fəhlələri İttifaqı və Mədən Zavod Komitəsinin üzvü olmuşdur. Muxtar Hacıyev 1908–1916-cı ildən Bakının sənaye rayonlarında və Qazax qəzasında sosial-demokrat və bolşevizm təbliğatı aparmışdır. 1917-ci ildə Qazax qəzasında kəndli hərəkatına dəstək vermiş və qəzada Hümmət Partiyasının yerli şöbəsinin yaradıcılarından olmuşdur.
Mübariz Hacıyev
Nahid Hacıyev
Nahid Rəhim oğlu Hacızadə (14 mart 1936, Düzrəsullu, Gədəbəy rayonu – 18 yanvar 2018, Bakı) — Azərbaycan yazıçısı, Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru. == Həyatı == Nahid Hacıyev 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Orta məktəbi Tovuzda bitirib. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, burada Əli Sultanlı, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib kimi görkəmli ədəbiyyatşünas alimlərdən dərs alıb. Bu şəxsiyyətlər elə bir ziyalı ordusu idi ki, onlarla sadəcə təmas qurmağın özü də böyük bir məktəbə bərabər olurdu. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, hazırda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktorudur. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. "Qisas qiyamətə qalmaz" pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub.
Namiq Hacıyev
== Siyahı ==
Nazim Hacıyev
Nazim Məmmədiyə oğlu Hacıyev (3 iyun 1924, Nuxa – 30 iyul 1962, Bakı) – Azərbaycan SSR-in dövlət və siyasi xadimi. == Həyatı == Nazim Hacıyev 1924-cü il iyunun 3-də Azərbaycan SSR Nuxa şəhərində anadan olmuşdur. 1940-cı ildə Nuxada peşə məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olur. Lakin 1941–1945-ci illər müharibəsinin başlaması ilə əlaqədar olaraq təhsilini yarımçıq saxlamış, Nuxaya qayıdaraq "Nuxa fəhləsi" qəzetində ədəbi əməkdaş kimi çalışmışdır. 1941–1943-cü illərdə Nuxada 12 saylı məktəbdə dil və ədəbiyyat müəllimi işləmiş, Baş Küngüt kəndindəki orta məktəbdə dərs hissə müdiri, rayon xalq maarifi şöbəsində metodist vəzifələrində işləmişdir. O, 1943-cü ildə "Nuxa fəhləsi" qəzetinin məsul katibi təyin edilmişdir. Nazim Hacıyev 1944-cü ildən universitetdə təhsilini davam etdirmiş və 1944–47-ci illərdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında işləmişdir. Nazim Hacıyev 1947-ci ildə komsomol işinə keçmiş, Bakı şəhər Komsomol Komitəsinin katibi seçilmişdir. O, 1950-ci ildə Azərbaycan Kommunist Partiyası Bakı Komitəsi Təbliğat şöbəsinin təlimatçısı təyin edilmiş, ardınca Azərbaycan Tibb İnstitutunun Partiya komitəsinin katibi təyin edilmişdir. Nazim Hacıyev 1951-ci ildə Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqının XIX qurultayında Mərkəzi Komitənin katibi, 1952-ci ildə isə Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir.
Nicat Hacıyev
Nizami Hacıyev
Hacıyev Nizami Oqtay oğlu (8 fevral 1988, Bakı) — azərbaycanlı keçmiş futbolçu. == Klub karyerası == Karyerası boyu İnter Bakı, Olimpik Şüvəlan, Xəzər Lənkəran və MOİK kimi klublarda oynayıb. Ən çox formasını geyindiyi komanda Keşlədir. 2017-ci ildə AFFA intizam komitəsinin qərarı ilə danışılmış oyunlarda təqsirkar bilinən Hacıyev ömürlük futboldan uzaqlaşdırılıb. == Milli komanda karyerası == Aşağı yaş qrupları üzrə millilərdə çıxış edən futbolçu ilk dəfə əsas komandaya 2010-cu ildə dəvət alıb. Millidə yeganə qolunu 27 fevral 2012-ci ildə Hindistana qarşı yoldaşlıq görüşündə vurub.
Nurməhəmməd Hacıyev
Nurməhəmməd Murtuzəliyeviç Hacıyev (9 yanvar 1996, Qızılyurd, Dağıstan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Azərbaycan Güləş Federasiyası (AGF) 2013-cü ildə Nurməhəmməd Hacıyevi yeniyetmələr arasında Azərbaycan Çempionatında mübarizə aparmağa səvət elədi və Nurməhəmməd Hacıyev həmin turnirin qalibi oldu. Bundan sonra Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Nurməhəmməd Hacıyev sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Həmin il Nurməhəmməd Hacıyev Monteneqroda yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu, Serbiyada yeniyetmələr arasında Dünya Çempionatını isə bürünc medalla başa vurdu. Bir il sonra, 2014-cü ildə Nurməhəmməd Hacıyev Polşada gənclər arasında Avropa Çempionatının qalibi oldu, Serbiyada isə gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. Nurməhəmməd Hacıyev həmin il həm də gənclər arasında Azərbaycan Çempionatının qızıl medalına sahib oldu. 2015-ci ildə növbəti dəfə gənclər arasında Azərbaycan Çempionatının qalibi olan Nurməhəmməd Hacıyev martda Polşada U23 Avropa Çempionatının gümüş medalına sahib oldu. İyunda Nurməhəmməd Hacıyev Birinci Avropa Oyunlarını beşinci pillədə başa vurdu. Həmin mövsüm Nurməhəmməd Hacıyev avqustda Braziliyada gənclər arasında Dünya Çempionatının qızıl, noyabrda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirinin isə gümüş medallarına sahib oldu. Nurməhəmməd Hacıyev 2016-cı il ərzində Belarusda A. Medved Turnirinin, Bolqarıstanda U23 Avropa Çempionatının, Almaniyada isə Almaniya Qran-Prisinin qızıl medallarına sahib oldu.
Hacı Hacıyev (baytar)
Hacı Hacıyev (tam adı: Hacı Məmmədbağır oğlu Hacıyev) — baytar-alim, tibb elmləri doktoru, professor, Azərbaycan EA müxbir-üzvü, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) elmi işlər üzrə prorektoru. == Həyatı == Hacı Hacıyev 21 mart 1919-cu il Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olub. 1941-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Kənd Təssərrafatı İnstitutunun kənd təsərrüfatı heyvanlarında daxili yoluxmayan xəstəliklər, klinik diaqnostika və cərahiyyə kafedrasının müəllimi olmuşdur. 1962-ci ildən dosent, 1967-ci ildən kənd təsərrüfatı elmləri elmləri doktoru, 1967-ci ildən professor, 1978-ci ildən Azərbaycan Kənd təsərrüfatı İnstitunun elmi işlər üzrə prorektoru olmuşdur. Hacı Hacıyevin təşəbbüsü ilə Naftalan neftinin tərkibinin ardıcıl surətdə öyrənilməsi və baytarlıqda tətbiqi üzrə problem laboratoriuası təşkil edilmişdi. == Elmi-pedaqoji fəaliyyəti == 3 monoqrafiyanın, 5 dərsliyin, 200-dən çox elmi məqalənin, "Baytarlıq terminləri lüğəti"nin müəllifidir. Naftalan nefti ilə müalicə sahəsiundə elmi işləri 1971-ci ildə Meksikada Beynəlxalq konqresin materiallarına daxil edilmişdir.
Hacı Hacıyev (jurnalist)
Hacı Əliheydər oğlu Hacıyev (18 fevral 1925, Bakı – 23 fevral 2008, Bakı) — tərcüməçi, publisist, Azərbaycan Jurnalistlər Birliyinin sədri (1989–2006), Azərbaycanın əməkdar jurnalisti (1985). == Həyatı == Hacı Hacıyev 1925-ci il fevralın 18-də Bakı şəhərində kommersant ailəsində anadan olmuşdur. Burada şəhər məktəbində orta təhsilini başa vurmuşdur (1943). Bakıda emal sexində hesablayıcı işləmişdir (1942). Ordu sıralarında xidmət etmişdir (-1950). Tərxis olunandan sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1950–1957). "Azərbaycan gəncləri" qəzetində ədəbı işçi, şöbə müdiri (1950–1953), Azərbaycan radiosunda məsul redaktor və baş redaktor (1953–1959), Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı nəşriyyatında redaktor (1959–1961), "Ekran" Yaradıcılıq Birliyinin sədri (1968–1970) , Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" jurnalında baş redaktor (1970–1974) vəzifələrində çalışmışdır. Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi (1974–1989) seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin sədri olmuşdur (1989–2006). 2006-cı ildən qurumun fəxri sədri seçilib.
Hacı Hacıyev (əsgər)
Hacı Hacıyev Rafiq oğlu
Hacıyeva
Hacıyeva — Azərbaycan soyadı. Sona Hacıyeva — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1949). Sevil Hacıyeva — Karvan və "Qaya" Vokal Kvartetinin solisti. Diana Hacıyeva — Azərbaycan müğənnisi və bəstəkarı, Bəri bax kollektivinin solisti. Xuraman Hacıyeva — azərbaycanlı aktrisa. Fidan Hacıyeva — Azərbaycan Respublikasının xalq artisti (2015), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti. Səbinə Hacıyeva — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018). Vəsilə Hacıyeva — siyasi elmlər doktoru, professor. Nurəngiz Hacıyeva — Azərbaycanlı alim, tibb üzrə fəlsəfə doktoru, həkim. Zemfira Hacıyeva — tarix üzrə elmlər doktoru Pərvanə Hacıyeva — biokimya üzrə tanınmış alim, Mayns Universitetinin (AFR) tibb üzrə professoru.
Hacıyevin villası
Hacıyevin villası — Mərdəkanda yerləşən, əvvəllər Hacıyevə məxsus olmuş villa. == Tarixi == == Memarlıq xüsusiyyətləri == === Planlaşdırılması === Villa ərazisinin ensiz xətti onun üçün fərqli bir planlaşdırma tələb etmişdir. Neoroman memarlığının modern çalarlı əsas kompozisiya xəttində yerləşən ikimərtəbəli binası effektiv qala və damlarla villanın ərazisini eyni olmayan hissələrə bölür. Villanın əsas ərazisi planlaşdırma quruluşunun istiqamətləndiyi şimala dəniz sahillərinə baxır. Mərkəzi çox da böyük olmayan xiyaban 40 metr uzunluqda və 2,5 metr hündürlükdə olan və əhəngdaşından yonulmuş lövhələrlə döşənmiş düzbucaqlı hovuzu hər iki tərəfədən əhatə edir. Hovuzun divarı çox genişdir, onu istirahət üçün veranda kimi istifadə etmək olar. Villanın cənub hissəsi sadə qurulub. Bu villa planlaşdırma qərarına görə qurulub, lakin geniş ərazisi ilə digər villalardan memarlıq xüsusiyyətlərinə görə cəlbedicidir.
Hacıyevlər
Hacıyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Bu soyun ulu babası Kərbəlayı Məmmədəli Hacı oğludur. O, 1765-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Kərbəlayı Məmmədəli Xeyrənsə xanımla ailə qurmuşdu. Qurban, Həsən adlı oğulları vardı. Qurban 1794-cü ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında təhsil almışdı. Ticarətlə məşğul idi.
Hacıyevo
Hacıyevo — Rusiya Federasiyasında yerləşən şəhər Murmansk vilayətinə daxildir
Hikmət Hacıyev (diplomat)
Hikmət Fərhad oğlu Hacıyev (15 oktyabr 1979, Kirovabad) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri. == Həyatı == Hikmət Fərhad oğlu Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub və buradakı 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirmişdir. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur. Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışmışdır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib. 2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub. 2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq Xarici İşlər Nazirliyinə qayıtmışdır. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində işləmişdir. Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.
Hikmət Hacıyev (kapitan)
Lalə Hacıyeva
Lalə Şövkət (və ya Lalə Hacıyeva; 7 noyabr 1951, Bakı) — Azərbaycanın Dövlət Katibi (7 iyul 1993 – 29 yanvar 1994), Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, Azadlıq Siyasi Blokunun həmtəsisçisi. == Həyatı == Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Babası — Müslüm bəy Xəlifəbəyli Quba bəylərindən olmuşdur. Müslüm bəy Hacıbala bəy oğlu Quba şəhərində anadan olmuşdu. O, II Nikolayın dövründə yüzbaşı idi. Bəzi mülahizələrə görə Quba hakimi Fətəli xanın nəslindədir.[mənbə göstərin] Qubada vəfat etmişdir. Atası — Şövkət bəy Müslüm bəy oğlu Hacıyev Xəlifəbəyli nəslindəndir. Azərbaycan Xalq Azadlıq Partiyasının yaradıcılarından biri və partiyanın rəhbəri olmuşdur (1940-cı il, Quba). Bu partiya 1948-ci ildən "MARS" -Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı ilə gizli fəaliyyət göstərib. Məqsədi Azərbaycanın kommunist imperiyası müstəmləkəsindən, Stalin zülmündən xilas etmək, müstəqil milli dövlət yaratmaq idi.
Lalə Şövkət Hacıyeva
Lalə Şövkət (və ya Lalə Hacıyeva; 7 noyabr 1951, Bakı) — Azərbaycanın Dövlət Katibi (7 iyul 1993 – 29 yanvar 1994), Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, Azadlıq Siyasi Blokunun həmtəsisçisi. == Həyatı == Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Babası — Müslüm bəy Xəlifəbəyli Quba bəylərindən olmuşdur. Müslüm bəy Hacıbala bəy oğlu Quba şəhərində anadan olmuşdu. O, II Nikolayın dövründə yüzbaşı idi. Bəzi mülahizələrə görə Quba hakimi Fətəli xanın nəslindədir.[mənbə göstərin] Qubada vəfat etmişdir. Atası — Şövkət bəy Müslüm bəy oğlu Hacıyev Xəlifəbəyli nəslindəndir. Azərbaycan Xalq Azadlıq Partiyasının yaradıcılarından biri və partiyanın rəhbəri olmuşdur (1940-cı il, Quba). Bu partiya 1948-ci ildən "MARS" -Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı ilə gizli fəaliyyət göstərib. Məqsədi Azərbaycanın kommunist imperiyası müstəmləkəsindən, Stalin zülmündən xilas etmək, müstəqil milli dövlət yaratmaq idi.
Maarifə Hacıyeva
Maarifə Hüseyn qızı Hacıyeva (noyabr 1938, Gədəbəy) — filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi (2011). == Həyatı == 1938-cü ilin noyabrında Gədəbəy rayonunda anadan olub. 1953-cü ildə Xanlar rayonundakı Pedaqoji texnikuma daxil olub, 1957-ci ildə fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olub. 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. === Ailəsi === Ailəlidir. Üç övladı var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1968-ci ildən Azərbaycan Xalq Təssərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Azərbaycan dili" kafedrasında işləyir. 1970-ci ildə namizədlik dissertasiyasını, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. Filologiya elmləri doktoru, professordur.

"hacıyev" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hacıyev nədir? #hacıyev sözünün mənası #hacıyev nə deməkdir? #hacıyev sözünün izahı #hacıyev sözünün yazılışı #hacıyev necə yazılır? #hacıyev sözünün düzgün yazılışı #hacıyev leksik mənası #hacıyev sözünün sinonimi #hacıyev sözünün yaxın mənalı sözlər #hacıyev sözünün əks mənası #hacıyev sözünün etimologiyası #hacıyev sözünün orfoqrafiyası #hacıyev rusca #hacıyev inglisça #hacıyev fransızca #hacıyev sözünün istifadəsi #sözlük