Nağıyev sözü azərbaycan dilində

Nağıyev

Yazılış

  • Nağıyev • 99.2065%
  • NAĞIYEV • 0.7624%
  • nağıyev • 0.0311%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adil Nağıyev
Adil Akif oğlu Nağıyev (11 sentyabr 1995, Bakı) — müdafiəçi mövqeyində çıxış edən Azərbaycan futbolçusu. Hazırda Misli Premyer Liqasında çıxış edən "Şamaxı" klubunun şərəfini qoruyur.Müqavilə ilə Misli Premyer Liqasında çıxış edən "Səbail" klubuna məxsusdur. == Həyatı == Adil Nağıyev 11 sentyabr 1995-ci ildə Bakıda anadan olub. == Karyerası == 27 dekabr 2018-ci ildə "Sumqayıt" klubunda karyerasına başladı.9 avqust 2019-cu ildə "Səbail" klubu ilə bir illik müqavilə imzaladı.3 avqust 2022-ci ildə "Səbail" klubundan "Şamaxı" klubuna 1 illik icarəyə verilib. === Milli komanda === 26 may 2016-cı ildə Andorra millisinə qarşı yoldaşlıq oyununa çıxaraq millidəki debütunu etdi.
Anar Nağıyev
Anar Sahib oğlu Nağıyev (30 oktyabr 1989; Gəncə, Azərbaycan SSR – 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Anar Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olub. 1996-2000-ci illərdə Samux rayonunda Alıuşağı kənd tam orta məktəbində, 2000-2007-ci illərdə isə Qazax rayonunda S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1-ci nigahdan bir qızı və bir oğlu, 2-ci nigahdan isə 25.01.2021-ci il təvəllüdlü Anara adında bir qızı yadigar qaldı. == Hərbi xidməti == Anar Nağıyev 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Anar Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Nağıyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub.
Arzu Nağıyev
Arzu Nəsib oğlu Nağıyev (27 iyul 1963, Baş Layısqı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Arzu Nağıyev 1963-cü il iyulun 27-də Tovuz rayonununda anadan olmuşdur. 1980-ci ildə Tovuz rayonu Yusif Sadıxov adına Bozalqanlı kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1985-ci ildə Serqo Ordjonikidze adına Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili fakültəsini mühəndis iqtisadçı ixtisası üzrə bitirmişdir. 1991-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali kurslarını qırmızı diplomla tamamlamışdır. Təhlükəsizlik orqanlarının ehtiyatda olan zabiti və Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 5 bədii, 2 sənədli kitabın müəllifidir. === Ailəsi === Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazriliyinin 4 saylı trestində iqtisadçı, baş iqtisadçı işləmiş, 1987–1989-cu illərdə Azərbaycan LKGİ Nərimanov rayon komitəsinin təlimatçısı, şöbə müdiri olmuş, 1991–2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi qulluq keçmiş, əməliyyat müvəkkili–şöbə rəisi vəzifələrində çalışmışdır.
Ağamusa Nağıyev
Ağa Musa Nağıyev və ya Musa Nağıyev (1848, Biləcəri, Bakı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – mart 1919, Bakı, Bakı qəzası, Bakı quberniyası, AXC) — Azərbaycan sahibkarı, milyonçu, neft hasilatçısı və xeyriyyəçi. == Həyatı == Musa Nağıyev adi saman satanın oğlu idi. 1848-ci ildə anadan olub. Ağa Musa Biləcəridə çox kasıb ailədə doğulmuşdu. Atası qeyd edilən kimi saman satmaqla məşğul idi. Qardaşı isə ömrünün sonuna qədər hamamçı olmuşdu. Hal-hazırda Ağa Musa Nağıyevin Biləcəri kəndindəki evində onun qardaşının nəvə və nəticələri yaşayır. Hacı Mürsəlin oğlu Hənifə oğlu Xasməmməd oğlu Ənnağı oğlu Xasməmməd oğlu Fərid.Sonralar varlanan Musa Nağıyev var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən geri qalmırdı. Hətta ondan zəngin idi. Axır vaxtlarda Tağıyevin tanxası beş-altı milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin var dövləti 10 milyonlarla qızıl pula çatmışdı.
Baloğlan Nağıyev
Baloğlan Müdəhətoviç Nağıyev (29 oktyabr 1996; Tomsk, Tomsk vilayəti, Rusiya Federasiyası — 24 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Baloğlan Nağıyev 29 oktyabr 1996-cı ildə Rusiya Federasiyası, Tomsk şəhərində anadan olub. Bərdə rayon Güloğlular kənd tam orta məktəbini bitirib. 2014–2015-ci illərdə hərbi xidmətdə olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Baloğlan Nağıyev Suqovuşan, Tərtər doyüşlərində iştirak edib. Müharibə zamanı sanitar təlimatçısı olub. 24 oktyabr 2020-ci ildə döyüşlər zamanı 530 yüksəkliyində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Bərdə Şəhidlər xiyabanında torpağa tapşırılıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baloğlan Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Nağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Nağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Cahangir Nağıyev
Nağıyev Cahangir Musa oğlu (31 mart 1903, Gəncə, Rusiya imperiyası - 15 noyabr 1929, Azərbaycan SSR) - azərbaycanlı filosofu və Azərbaycan Kommunist Partiyasının fəal üzvü. == Həyatı == 1903-cü il martın 31-də Gəncədə anadan olub. Atasını çox tez, 1905-ci ildə itirmişdir. 1929-cu il noyabrın 15-də C.Nağıyev və arvadı Rozaliya Nağıyeva faciəli surətdə həlak olmuşlar. === Təhsili === 1910-cu ildə Cahangir Nağıyev Gəncədə ikisinifli ibtidai rus-tatar məktəbinə daxil olmuş, 1912-ci ildə oranı müvəffəqiyyətlə bitirib, 1919-cu ildə Gəncə Kişi Gimnaziyasına daxil olmuşdur. Orada o, 6-cı sinifdən birbaşa 8-ci sinifə keçirilmiş və 1920-ci ildə həmin Gimnaziyanı əla qiymətlərlə bitirmişdir. 16 yaşlı C.Nağıyev Gimnaziyada oxuduğu illərdə dayısı Məmməd Xəlilovun vasitəsilə Kommunist partiyası sıralarına daxil olmuşdur.1922-ci lin sonunda C.Nağıyev Azərbaycan KP göstərişi ilə Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə oxumağa göndərilir. O, 1924-cü ilədək burada oxuyur və fəlsəfəyə xüsusi maraq göstərir. Bunu nəzərə alaraq Azərbaycan KP MK-i, habelə Moskvada nəşr olunan "Kommunist" jurnalının zəmanəti ilə C.Nağıyev universitetin iqtisadiyyat fakültəsindən Qırmızı Professorlar İnstitutunun fəlsəfə fakültəsinə köçürülür. Son kursda C.Nağıyev ağır xəstələnir.
Cavanşir Nağıyev
Cavanşir Nağıyev — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Nağıyev Cavanşir İsmayıl oğlu 1960-cı ildə Laçın şəhərində anadan olmuşdur. Laçın şəhər 1№-li orta məktəbi bitirmiş və 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. Sonra isə Bakı Sovet Ticarət Texnikumunu bitirmiş, 1983-cü ildən 27№-li Laçın şəhər ərzaq mağazasında müdir-satıcı işləmişdir. 1992-ci il may ayıda Laçın rayonunun işğalından sonra könüllü olaraq ordu sıralarına daxil olmuşdur. Rayonun cənub kəndləri uğrunda gedən döyeşlərdə iştirak etmişdir. 1992-ci il iyulun 30-da Suarası kəndi uğrunda gedən döyüşlərdə şəhid olubdur. Bakı şəhər Şəhidlər Xiyabanında dəfn olunubdur. Ailəli idi, bir övladı yadigar qalıb. == Mənbə == "Laçın yurdu" jurnalı,№6(2),2011,Bakı,"Nurlar",2011.
Cəlil Nağıyev
Cəlil Nağıyev (azərb. Cəlil Qərib oğlu Nağıyev‎; d.25 iyul 1945, Azərbaycan, Gəncə) — Ədəbiyyatşünas, tərcüməçi 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmlər doktoru (1990), professor (1992). == Həyatı == 1945-ci il iyulun 25-də Azərbaycanda Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1964-69-cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində bitirdikdən sonra 1970-73-cü illər M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura təhsili alır. 1974-cü ildə "Serb romantik poeziyası və Şərq" mövzusunda namizədlik dissertasiyası müdafiə edir. 1974-78-ci illərdə təyinatla göndərildiyi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin xarici ədəbiyyat tarixi kafedrasında müəllim, 1978-1984-cü ildə baş müəllim, 1984-1990-cı illərdə isə dosent, kafedra müduirinin əvəzi vəzifəsini icra etmişdir. 1993-cü ildən Bakı Asiya Universitetinin rektoru olan C.Nağıyev "Azərbaycan-Yuqoslav ədəbi əlaqələri və təmasları (folklor və klassik ədəbiyyat)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. == Fəaliyyəti == 70-ci illərdən dövri mətbuatda elmi, publisist əsərlər və bədii tərcümələrlə çıxış edən professor bır sıra elmi simpoziumlarda çıxış etmişdir. 1991-93-cü illərdə Bakı Dövlət Universiteti filologiya fakültəsi nəzdində ixtisaslaşdırılmış şuranın elmi katibi olmuş C.Nağıyev eyni zamanda 1993-cü ildən Azərbaycan Respublikası Prezident Aparatı Yanında Ali Attestasiya Komissiyasının fioloji elmlər üzrə Ekspertlər Şurasının üzvüdür. Klassik Azərbaycan ədəbiyyatı, Dünya ədəbiyyatının aktual problemləri, Avropa romantizmi və Şərq, Qərb ədəbiyyatında Şərq kompensasiyası, Bosniya müsəlman poeziyası professorun araşdırmalarının əsasını təşkil edir.
Dilqəm Nağıyev
Dilqəm Nağıyev (24 iyun 1975, Mingəçevir – 17 mart 1995, Ağstafa) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 24 iyun 1975-ci il Mingəçevir şəhərində anadan olmuşdur. 1990-cı ildə 9 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 69 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1993-cü il 7 avqust Milli Ordu sıralarında çağırılır. == Döyüşlərdə iştirakı == Bakıdakı "N" saylı hərbi hissədə təlim keçdikdən sonra isə Füzuli cəbhəsinə göndərilir. Dilqəm Füzuli rayonunun Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Kürdmahmudlu kəndlərində rəşadətlə vuruşmuş, erməni qəsbkarlarının xeyli canlı qüvvəsini məhv etmişdi. Komandirləri onun bu bacaracağlarını qiymətləndirərək ona çavuş rütbəsi vermişdilər. 1994-cü il Gəncədə dövlət çevirilişinə cəhd edilərkən Dilqəm də silahlı dəstənin zərərsizləşdirilməsində iştirak etdi. 1995-ci il 13 – 17 mart hadisələri zamanı o yenidən silahlı dəstənin zərərsizləşdirilməsi üçün əməliyyatda iştirak etdi. Qarşı tərəfdən açılan atəş gənc Dilqəmin arzularla dolu ömrünü qırdı… == Ailəsi == Subay idi.
Elfaq Nağıyev
Elfaq Azad oğlu Nağıyev (26 dekabr 1996, Parakənd, Gədəbəy rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elfaq Nağıyev 1996-cı il dekabrın 26-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub.2003—2011-ci illərdə kəndin tam orta məktəbində təhsil alıb. 2012—2016-cı illərdə Şamaxı rayonu Humanitar Kollecində "Bədən tərbiyəsi müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Elfaq Nağıyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016—2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun giziri Elfaq Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Hadrut əraziləri və bir neçə strateji yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərib. Oktyabrın 9-da Hadrut qəsəbəsinə bayraq sancan əsgərlərdən biri olub. Elfaq Nağıyev oktyabrın 21-də Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. Gədəbəy rayonunun Parakənd kəndində torpağa tapşırılıb.
Elşad Nağıyev
Elşad Nağıyev (azərb. Elşad Arif oğlu Nağıyev‎; d.11 avqust 1963, Culfa r., NMR – ö. 8 sentyabr 1994) — şəhid polkovnik-leytenant. == Həyatı == Elşad Arif oğlu Nağıyev 1963-cü il avqust ayının 11-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuşdur. 1980-ci ildə Culfa şəhərində orta məktəbi bitirmişdir.Ailelidir iki övladi var. == Fəaliyyəti == === Hərbi fəaliyyəti === Ukraynanın Donetsk şəhərində Ali Hərbi məktəbi zabit kimi bitirib, Sovet ordusunda hərbi xidmətə başlamışdır. Bir neçə ay Ukraynada qulluq etdikdən sonra Sovet qoşunlarının tərkibində Əfqanıstana göndərilən Elşad Nağıyev 1986-cı ilin mart ayında oradan qayıtmışdır. Bundan sonra 271-ci taburda bölük komandirinin siyasi işlər üzrə müavini, 342-ci alayda bölük komandirinin müavini, 329-cu, 34-cü, 370-ci alaylarda komandir müavini işləmiş, 1990-1993-cü illərdə Ali Hərbi Siyasi Akademiyada təhsil almışdır. 1992-ci ildən Azərbaycan Milli Ordusunun 754 nömrəli hərbi hissəsində komandir kimi çalışan Elşad Nağıyevin Milli Ordumuzun formalaşmasında çox böyük xidmətləri olmuşdur. O, Ordubad rayonunun “Soyuq” adlanan sərhəd ərazilərinin erməni təcavüzündən qorunmasında böyük rol oynamışdır.
Faiq Nağıyev
Fikrət Nağıyev
Nağıyev Fikrət Əmiraslan oğlu (təxəllüsü: Fikrət Əmiras; 7 iyul 1972, Xanbulan, Lənkəran rayonu) — Tanınmış politoloq və bioqrafiyaşünas-publisist, Azərbaycan Respublikası Ensiklopediya Nəşriyyatının direktoru, "Bioqrafiya" beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının (Avstriya) Akademiki, "Qızıl Qələm" mükafatı laureatı, Beynəlxalq Elmlər Akademiyasının (Avstriya) yüksək mükafatı – "Nobel mükafatı laureatı İ.P. Pavlov adına Qızıl döş nişanı" mükafatı laureatı, Ümumdünya Bioqrafiyalar Assambleyasının (ABŞ, Nyu-York) həqiqi üzvü. == Həyatı == Fikrət Nağıyev 1972-ci il iyulun 7-də Azərbaycan Respublikasında ziyalı ailəsində anadan olmuşdur. Ali təhsilli filoloq (1991-1996-cı illərdə M.F.Axundov adına APRDƏİ-Bakı) və psixoloqdur (Психологический Центр РОСТ Саратов РФ). 1997-2001-ci illərdə Lənkəran Dövlət Universitetində kadrlar şöbəsinin rəisi, eyni zamanda "Ədəbiyyat" kafedrasının müəllimi və universitetin mətbuat katibi vəzifələrində işləmişdir. 2001-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin mətbuat orqanlarında çalışmaqla yanaşı, ictimai-siyasi mövzularda bir sıra sanballı kitabları işıq üzü görmüş, dövlət mətbuatında və xarici ölkə KİV-lərində periodik olaraq ictimai-siyasi mövzularda yazıları ilə müntəzəm çıxış etmişdir. Apardığı çoxsaylı elmi-pedaqoji təcrübələri və qazandığı nailiyyətləri barədə respublika səviyyəli elmi-praktiki konfranslarda daim təmsil olunmuşdur. Akademik Budaq Budaqovun rəhbərliyi və bilavasitə redaksiya şurasının sədrliyi ilə üç dildə - Azərbaycan, ingilis və rus dillərində nəfis şəkildə nəşr olunan müasir dövrdə tanınmış, uğurlu və işgüzar insanların həyatı silsiləsindən 12 cildlik "Azərbaycanda tanınmış simalar" bioqrafik ensiklopediyasının müəllifi və redaktorudur. Bədii, elmi və ictimai-siyasi mövzularda nəşr olunmuş 12 kitabın müəllifidir. Tədqiqat sahələri post-Sovet məkanında konfliktlər, təhlükəsizlik, neft və siyasət məsələlərini əhatə edir. "Qızıl qələm" mükafatı laureatıdır.
Fuad Nağıyev
Fuad Nağıyev — Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri. == Həyatı == 22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub. === Təhsili === Fuad Nağıyev Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə təhsil alıb.1992–1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997–2000-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb. == Karyerası == 2004–2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006–2009-cu illərdə "Paşa İnşaat" MMC-nin direktoru, 2007–2009-cu illərdə "Bakı Dəmir-Beton-8" ASC-də baş direktor vəzifələrində çalışıb.2010–2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib və "2-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsinə sahib olub. 2014–2017-ci illər ərzində "1-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb. 6 fevral 2017-ci il tarixindən 23 aprel, 2018-ci il tarixinədək Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub. == Siyasi fəaliyyəti == 2018-ci il, aprelin 20-də Prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi yaradılıb.Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən bu vəzifəyə Fuad Hümbət oğlu Nağıyev təyin edilib.
Fərid Nağıyev
Fərid Nağıyev (əsgər) — İkinci Qarabağ müharibəsi şəhidi. Fərid Nağıyev (baş leytenant) — Qaraheybət şəhidi.
Fəxrəddin Nağıyev
Fəxrəddin Nağıyev (1 may 1953, Düdəngə, Noraşen rayonu) — Azərbaycan Respublikasının əməkdar müəllimi. Dövlət qulluğunun baş müşaviri, Hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent, Moskva Şəhər Hüquqşünaslar İttifaqının üzvü, Azərbaycan Respublikasının təhsil əlaçısı. == Həyatı == Fəxrəddin Nağıyev 1953-cü il may ayının 1-də Naxçıvan MR Şərur rayonunun Düdəngə kəndində doğulmuşdur. Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunu, Bakı Sosial-politologiya İnstitutunu bitirmişdir. 1991–1994-cü illərdə Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının aspiranturasında əyani təhsil almışdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 1974-cü ildə orta məktəbdə müəllim kimi başlamışdır. Pedaqoji sahədə xidmətlərinə görə Baş müəllim, metodist müəllim adlarına layiq görülmüşdür. Şərur Rayon Partiya Komitəsində təlimatçı, katib vəzifələrində çalışmışdır. Müstəqillik illərində Şərur rayon və şəhər XDM-nin deputatı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Ali Məclisin Dövlət quruculuğu və hüquq siyasəti Daimi komissiyasının sədri kimi bir sıra mühüm əhəmiyyətli qanunvericilik aktlarının, o cümlədən Naxçıvan Muxtar Respublikası Konstitusiyasının layihəsinin işlənib hazırlanmasında iştirak etmişdir.
Hüseyn Nağıyev
Nağıyev Hüseyn Hacı Musa oğlu (1897, Gəncə - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Yelizavetpol (Gəncə) kişi gimnaziyasını bitirmiş (1917), Kiyev Politexnik Gnstitutunun mühəndislik şöbəsində 2 il təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Murad Nağıyev
Murad Mayıl oğlu Nağıyev (9 fevral 1997; Qazax rayonu, Azərbaycan — 11 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad Nağıyev 1997-ci il fevralın 9-da Qazax rayonunda anadan olub. O, hələ bir yaşı tamam olmamış ailəsi ilə birgə Bakı şəhərinə köçüb. 2003-2011-ci illərdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 271 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak edib və burada yüksək nəticə göstərdiyinə görə İstanbulda Kuleli Hərbi Liseyinə seçilib. 2015-ci ildə həmin liseyi uğurla başa vurub və Ankarada Quru Qoşunları Məktəbinə daxil olub. Murad Nağıyev 2016-cı ildə Azərbaycana qayıdıb və təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) davam etdirib. O, 2020-ci ildə oradan tank bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi ixtisası üzrə məzun olub. Subay idi. == Hərbi xidməti == Murad Nağıyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi ilə tank taborunda taqım komandiri, tank komandiri olaraq xidmət edirdi.
Murtuza Nağıyev
Murtuza Fətulla oğlu Nağıyev (5 may 1908, Sərab, Şərqi Azərbaycan ostanı – 28 yanvar 1975, Bakı) — Azərbaycan alimi, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı (1969), Azərbaycan SSR əməkdar elm xadimi. 1959–1961-ci illərdə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, 1965–1975-ci illərdə isə AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitunun yaradıcısı və direktoru olmuşdur. == Həyatı == Murtuza Fətulla oğlu Nağıyev 1919–1921-ci illərdə Aşqabad şəhərində fəhlə, 1922–26-cı illərdə isə indiki Səttarxan zavodunda xarrat vəzifəsində işləmişdir. 1926–29-cu illərdə Azərbaycan Dövlət Universitetinin nəzdindəki fəhlə fakültəsinin tələbəsi olmuşdur. 1932–35-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirərək, oranı kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə hələ tələbə olarkən 1932-ci ildə V. Strua adına "Krekinq" zavodunda növbə mühəndisi kimi başlamışdır. 1936–38-ci illərdə həmin zavodda baş mühəndis vəzifəsinə qədər yüksəlmişdir. 1938–40-cı illərdə Azərbaycan Neft Emalı elmi-tədqiqat institutunun "Krekinq" laboratoriyasına rəhbərlik etmişdir. 1940–42-ci illərdə Azərbaycan Sənaye İnstitutunun "Neftzavod mexanikası" kafedrasında dosent vəzifəsində işləmişdir. == Elmi fəaliyyəti == 1940-cı ildə "Resirkulyasiya ilə krekinqdə benzin çıxımlarının tədqiqi" mövzusunda namizədlik, 1944-cü ildə isə "Texnolologiyanın əsas məsələsi və krekinq prosesinin kinetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Musa Nağıyev
Ağa Musa Nağıyev və ya Musa Nağıyev (1848, Biləcəri, Bakı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – mart 1919, Bakı, Bakı qəzası, Bakı quberniyası, AXC) — Azərbaycan sahibkarı, milyonçu, neft hasilatçısı və xeyriyyəçi. == Həyatı == Musa Nağıyev adi saman satanın oğlu idi. 1848-ci ildə anadan olub. Ağa Musa Biləcəridə çox kasıb ailədə doğulmuşdu. Atası qeyd edilən kimi saman satmaqla məşğul idi. Qardaşı isə ömrünün sonuna qədər hamamçı olmuşdu. Hal-hazırda Ağa Musa Nağıyevin Biləcəri kəndindəki evində onun qardaşının nəvə və nəticələri yaşayır. Hacı Mürsəlin oğlu Hənifə oğlu Xasməmməd oğlu Ənnağı oğlu Xasməmməd oğlu Fərid.Sonralar varlanan Musa Nağıyev var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən geri qalmırdı. Hətta ondan zəngin idi. Axır vaxtlarda Tağıyevin tanxası beş-altı milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin var dövləti 10 milyonlarla qızıl pula çatmışdı.
Mübariz Nağıyev
Nağıyev Mübariz Qüdrət oğlu (28 noyabr 1970, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı == Mübariz Nağıyev 28 noyabr 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və Kino fakültəsini, 1993-cü ildə Pakistan İslam Respublikası Karaçi Universitetinin Biznesi İdarəetmə İnstitutunu bitirmişdir. Azərbaycan Kinematoqrafçılar İttifaqının, MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqları Konfederasiyasının, Azərbaycan Professional Kinorejissorlar Gidiyası|Azərbaycan Professional Kinorejissorlar Gildiyası|Azərbaycan Professional Kinorejissorlar Gidiyasının üzvüdür. 2022-ci ildən Azad Azərbaycan TV kanalında "Yadındamı" layihəsinin rejissoru və aparıcısıdır. == Filmoqrafiya == == Təltifləri == Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı — 2022Azərbaycan Respublikasının "Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı — 2023 == İstinadlar == == Həmçinin bax == "Köhnə radio" sənədli filminin təqdimatı olub [[1]] Qocaman xalçaçı haqqında sənədli filmin təqdimatı [[2]] AMK-da "Həqiqət sorağında" sənədli filminin nümayişi olub [[3]] "YARAT"da növbəti film — "Dünən qəfildən gəldi…" [[4]] "MƏDƏNİYYƏT" qəzeti [[5]] Poliqon İnformasiya Agentliyi. Əzazil ana, həyatları alınmayan cütlük, təsadüfü ayrılıq [[6]] "Həqiqət sorağında" sənədli filmi nümayiş olunacaq [[7]] Qocaman xalçaçı haqqında sənədli filmin təqdimatı [[8]] "Həyatın ilmələri" sənədli filminin təqdimatı keçirilib [[9]] "Həyatın ilmələri" sənədli filminin təqdimatı keçiriləcək [[10]] "Həyatın ilmələri" sənədli filmi istehsalata buraxılıb [[11]] "Həyatın ilmələri" sənədli filminin təqdimatı olub [[12]] "Həyatın ilmələri" sənədli filmi istehsalata buraxılıb [[13]] Nazirlik xalça sənəti haqqında film çəkir [[14]] "Həyatın ilmələri" filmi təqdim edildi [[15]] "Bir rəssamın portreti" — Mirnadir Zeynalovun xatirəsinə həsr olunan filminin təqdimatı [[16]] "Bir rəssamın portreti" [[17]] "Bir rəssamın portreti" sənədli filminin premyerası keçiriləcək [[18]] "Портрет художника" – фильм, снятый за несколько месяцев до кончины Мир Надира Зейналова [[19]] Yarat.
Məmməd Nağıyev
Məmməd Mahmud oğlu Nağıyev (1939) — Azərbaycan Kommunist Partiyası Kəlbəcər Rayon və Puşkin Rayon Komitəsinin birinci katibi, Ağsu Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == Məmməd Nağıyev 1939-cu ildə anadan olmuşdur. Əvvəlcə Azərbaycan Kənd Təsərrüfatı İnstitunu, 1967-ci ildə isə Moskvada, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasını fərqlənmə diplomu ilə qurtarmışdır. 1961-ci ildə sovxozda xronometrajçı və iqtisadçı işləmişdir. == Siyasi fəaliyyəti == Məmməd Nağıyev 1966-cı ildən Şamaxı rayon Komsomol Komitəsinin katibi və I katibi seçilmişdir. 1970-ci ildə Şamaxı Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə təyin edilmişdir. Məmməd Nağıyev 1974-cü ildə Azərbaycan Kommunist Partiyası Kəlbəcər Rayon Komitəsinin birinci katibi vəzifəsinə təyin edilmişdir. Daha sonra isə ildə Azərbaycan Kommunist Partiyası Puşkin Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1980-cinildə Məmməd Nağıyev Ağsu Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri seçilmişdir. IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Məmmədtağı Nağıyev
Məmmədtağı Yusif oğlu Nağıyev (1912, Şamaxı – bilinmir) — Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon, Zəngilan Rayon, Xıllı Rayon Komitəsinin birinci katibi, Kürdəmir Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == Məmmədtağı Nağıyev 1912-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası boyaçı, anası evdar xanım olmuşdur. 1912-ci ildə ailəsi Göyçaya köçmüşdür. 1925-ci ildə Məmmədtağı Nağıyev burada 5-ci sinfi bitirərək pedaqoji texnikuma daxil olmuşdur. 1930-cu ildə texnikumu bitirdikdən sonra o Qaradağlı 7 illik məktəbinə göndərilmişdir. Məmmədtağı Nağıyev 1932-ci ildə isə Zərdab rayonunun Zərdab kəndində nümunəvi məktəbdə müəllim işləməyə başlamışdır. 1933-1934-cü illərdə isə Bakı şəhərindəki İstehlak Kooperasiyası İnstitutunda təhsil almışdır. Sağlamlıq səbəbi ilə təhsilini davam etdirə bilməyən Məmmədtağı Nağıyev Göyçaya qayıdır və Dövlət Bankının Göyçay Rayon şöbəsində mühasib işləməyə başlamışdır. 1937-ci ildə isə Dövlət Bankının İsmayıllı şöbəsinə rəis göndərilmişdir.
Nazim Nağıyev
Nazim Teymur oğlu Nağıyev — Səbail rayon polis idarəsi (1995-2003) və Binəqədi rayon polis idarəsinin (2003-2006) keçmiş rəisi. == Həyatı == Nazim Nağıyev 1972-ci ildə Bakı Dövlət Universitetini riyaziyyatçı ixtisası üzrə bitirib. Mərkəzi Statistika İdarəsində mühəndis (1974-1976), Milli Elmlər Akademiyasının “Kaspi” elmi mərkəzində elmi işçi (1976-1977), Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır (1977-2006). 1995-2003-cü illərdə Səbail rayon polis idarəsində, 2003-2006-cı illərdə isə Binəqədi rayon polis idarəsində polis rəisi olmuşdur. İstefada olan polis polkovnikidir. Hal-hazırda Milli Aviasiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. == Həmçinin bax == Keçmiş nazir Əli Nağıyevin qardaşıdır.
Nağı Nağıyev
Nağı Nağıyev — yazıçı, dramaturq. == Həyatı == Nağı Kərim oğlu Nağıyev 13 iyul 1910-cu ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikomunu bitirmiş,1930–1941 illərdə Ordubad və Babək rayonlarının kənd məktəblərində müəllimlik etmişdir.Nağı Nağıyev 1935–1938 illərdə Azərbaycan Qiyabi Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır.Nağı Nağıyev 1942–1945 illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində mətbuat bölməsinin müdiri, 1946–1949 illərdə Naxçıvan Mətbuat İdarəsinin rəisi, 1949–1951 illərdə Naxçıvan Dövlət Radio Verilişləri Komitəsinin müdiri vəzifələrində çalışmışdır. O, 1945–1951 illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının məsul katibi olmuşdur,Nağı Nağıyev 1951-ci ildən ömrünün sonuna kimi Bakıda yaşamış, "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri işləmişdir. Nağı Nağıyev II Dünya Müharibəsi iştirakçısıdır. Nağı Nağıyev 13 may 1981-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Nağı Nağıyev qırx ilə yaxın bədii yaradıcılıqla məşğul olmuşdur. O, üç səhnə əsərinin bir çox hekayə, oçerklərin və ilk iri həcmli əsəri olan "Həsrət" romanının müəllifidir."Həsrət" romanı Nağı Nağıyevin ilk iri həcmli əsəri olub, mövzusu kənd həyatından götürülmüşdür. "Yer altında" povesti Nağı Nağıyevin uzun illər ərzində Naxçıvan duz mədəni kollektivinin işi ilə tanışlığının məhsuludur. Konfiliktin həyatiliyi, bədii cəhətdən əsaslandırılması, surətlərin reallığı və inandırıcılığı povesti Nağı Nağıyevin ən yaxşı əsərlərindən biri etmişdir.Onun "Qaynar bulaqlar", "Sumqayıtda", "Milyoner briqada", "Geoloqlar", "Püskürən dərə" adlı oçerklərində həyatın müxtəlif sahələri ilə maraqlanmış, müxtəlif peşə adamlarının həyatını qələmə almışdır.Nağı Nağıyev tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur.
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdir. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı. 1965-ci ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradıldı. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu instituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində tədqiqatlar aparan yeganə institut idi.
Anar Nağıyev (gizir)
Anar Sahib oğlu Nağıyev (30 oktyabr 1989; Gəncə, Azərbaycan SSR – 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Anar Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olub. 1996-2000-ci illərdə Samux rayonunda Alıuşağı kənd tam orta məktəbində, 2000-2007-ci illərdə isə Qazax rayonunda S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1-ci nigahdan bir qızı və bir oğlu, 2-ci nigahdan isə 25.01.2021-ci il təvəllüdlü Anara adında bir qızı yadigar qaldı. == Hərbi xidməti == Anar Nağıyev 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Anar Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Nağıyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub.
Anar Nağıyev (şəhid)
Anar Sahib oğlu Nağıyev (30 oktyabr 1989; Gəncə, Azərbaycan SSR – 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Anar Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olub. 1996-2000-ci illərdə Samux rayonunda Alıuşağı kənd tam orta məktəbində, 2000-2007-ci illərdə isə Qazax rayonunda S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1-ci nigahdan bir qızı və bir oğlu, 2-ci nigahdan isə 25.01.2021-ci il təvəllüdlü Anara adında bir qızı yadigar qaldı. == Hərbi xidməti == Anar Nağıyev 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Anar Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Nağıyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub.
Ağa Musa Nağıyev
Ağa Musa Nağıyev və ya Musa Nağıyev (1848, Biləcəri, Bakı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – mart 1919, Bakı, Bakı qəzası, Bakı quberniyası, AXC) — Azərbaycan sahibkarı, milyonçu, neft hasilatçısı və xeyriyyəçi. == Həyatı == Musa Nağıyev adi saman satanın oğlu idi. 1848-ci ildə anadan olub. Ağa Musa Biləcəridə çox kasıb ailədə doğulmuşdu. Atası qeyd edilən kimi saman satmaqla məşğul idi. Qardaşı isə ömrünün sonuna qədər hamamçı olmuşdu. Hal-hazırda Ağa Musa Nağıyevin Biləcəri kəndindəki evində onun qardaşının nəvə və nəticələri yaşayır. Hacı Mürsəlin oğlu Hənifə oğlu Xasməmməd oğlu Ənnağı oğlu Xasməmməd oğlu Fərid.Sonralar varlanan Musa Nağıyev var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən geri qalmırdı. Hətta ondan zəngin idi. Axır vaxtlarda Tağıyevin tanxası beş-altı milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin var dövləti 10 milyonlarla qızıl pula çatmışdı.
Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi
Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi— Xaqani küçəsi, 47 ünvanında 1910–1912-ci illərdə inşa edilmiş dörd mərtəbəli mədaxil evi. Binanın sifarişçisi Ağa Musa Nağıyev, memarı isə İosif Ploşkodur. == Haqqında == 1910–1912-ci illərdə Ağa Musa Nağıyevin sifarişi ilə şəhərin tarixi məhəllələrinin sərhədindəki boş yerdə, Molokanskaya küçəsi, 47-də (indiki Xaqani küçəsi, 47) növbəti mədaxil evini tikdirir. Mədaxil evi küncvaridir, o öz monumental siması və şəhərsalma mövqeyi ilə seçilir. Fasadlarda genişlik və mütənasib bölünmə duyğusu memar İ. Ploşko üçün səciyyəvidir. O, binanın kompozisiya strukturunu monolit həcm formasında qurmuş və sonradan əsas elementləri birinci qaydada, həmçinin tətbiqi elementləri ikinci qaydada ayırmışdır. Fasadın memarlıq karkasını yaradarkən mənzillərin planlı təşkilinə diqqət yetirmişdir.Bina künc yerləşməsi və çoxsaylı balkonlar, erkerlər və lociyaları olan ümumi görünüşün ifadəliliyi Bakının şəhər məhəllələri sistemində memarlıq əhəmiyyətini müəyyənləşdirmişdir. Bəndlərin öz şaquli ox, küncləri ilə əlaqədə dekorativ gümbəzli erkerlərə birləşdirilməsinin nəzərə çarpan ritmi binanın çoxplanlı məzmununu açır. Fasadın əsas vasitələri sırasında memarlıq miqyasının istiqamət verilmiş dinamikası özünü göstərir. Karnizdən xaricdə tikilmiş bənd aşırımları dərin şəkildə kəsilmiş gözəl hissələrdən ibarət kiçik balkonların əla şəkildə işlənmiş yarımdairə tağları, enerjiyə malik plastika və yüksək memarlıq üsullarının dinamikasını qeyd edir.
Bakı milyonçuları. Ağa Musa Nağıyev (film, 2008)
Bakı milyonçuları. Ağa Musa Nağıyev qısametrajlı sənədli filmi 2008-ci ildə çəkilmişdir. "Azeri Production"da istehsal edilmişdir. Film tanınmış milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin həyat və fəaliyyətindən bəhs edir. == Məzmun == Film tanınmış milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin həyat və fəaliyyətindən bəhs edir.
Faiq Nağıyev (bəstəkar)
Fərid Nağıyev (baş leytenant)
Fərid Təyyar oğlu Nağıyev (16 iyun 1996, Şərq, Beyləqan rayonu – 30 noyabr 2021, Xızı rayonu) — Dövlət Sərhəd Xidmətinin baş leytenantı, Qaraheybət şəhidi. == Həyatı == Əslən Füzuli rayonundan olan Fərid Nağıyev, 18 iyun 1996-cı ildə Beyləqan rayonunun Şərq kəndində anadan olmuşdur. == Hərbi xidməti == Fərid Nağıyev 2013-cü ildə Dövlət Sərhəd Xidmətinin akademiyasına daxil olmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Baş leytenant olan Nağıyev müharibənin müxtəlif cəbhələrində vuruşmuşdur. 30 noyabr saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Nağıyev qəza nəticəsində daha 13 nəfər hərbçi ilə birlikdə şəhid olmuşdur. O, 2 dekabrda Beyləqan Şəhidlər xiyabanında dəfn olunmuşdur. Dəfn mərasimində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qəzada həlak olanların, o cümlədən Nağıyevin "şəhid" statusunu aldığını bildirmişdir.
Fərid Nağıyev (əsgər)
Fərid Nağıyev (tam adı: Fərid Poladxan oğlu Nağıyev; 8 avqust 1999; Sabirabad, Azərbaycan — 27 sentyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Nağıyev 1999-cu il avqustun 8-də Sabirabad rayonunun Zəngənə kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Fərid Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Fərid Nağıyev sentyabrın 27-də şəhid olub. Sabirabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 23.85 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 58.24
2003 ••••••••••••••• 43.31
2004 ••••••••••• 29.98
2005 •••••••••• 29.02
2006 •••••• 16.67
2007 ••••••• 19.66
2008 ••••••••• 26.07
2009 •••••••• 20.48
2010 ••••••• 19.43
2011 •••••••• 21.88
2012 ••••• 12.22
2013 •••••• 14.73
2014 •••••• 16.30
2015 ••••••••••••• 35.21
2016 •••••••••••••••• 43.73
2017 ••••••• 17.56
2018 ••••••••••• 30.11
2019 ••••••••••• 30.18
2020 •••••••••••• 32.09

Oxşar sözlər

#nağıyev nədir? #nağıyev sözünün mənası #nağıyev nə deməkdir? #nağıyev sözünün izahı #nağıyev sözünün yazılışı #nağıyev necə yazılır? #nağıyev sözünün düzgün yazılışı #nağıyev leksik mənası #nağıyev sözünün sinonimi #nağıyev sözünün yaxın mənalı sözlər #nağıyev sözünün əks mənası #nağıyev sözünün etimologiyası #nağıyev sözünün orfoqrafiyası #nağıyev rusca #nağıyev inglisça #nağıyev fransızca #nağıyev sözünün istifadəsi #sözlük