Rasim Nəbiyev
Nəbiyev Rasim Nəsib oğlu (10 may 1957) – yerüstü komplekslər, start avadanlıqları, uçuş aparatları və onların sistemlərinin istismarı ixtisası üzrə Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001),
== Həyatı ==
1979-cu ildə Azərbaycan Politexnik İnstitunu bitirərək Elektronçu mühəndis ixtisasını almışdır. 1979-cu ildən SSRİ Müdafiə Sənayesi Nazirliyinin "Fotoelektronika" Elmi-tədqiqat İnstitunda mühəndis kimi fəaliyyətə başlayaraq Baş Elmi İşçi vəzifəsinə qədər yüksəlmişdir. Bu dövrdə gecə görmə qurğuları üçün fotohəssas elementlərin işlənməsi ilə məşğul olmuşdur.1987-ci ildə fizika-riyaziyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1994 – cü ildən Mill Aviasiya Akademiyasının Elmi-tədqiqat Aviasiya İnstitunitunda Aviasiya Elektronikası şöbəsinin rəisi və Aviasiya cihazları kafedrasında professoru, İnstitutun elmi şurasının elmi katibi, Elmi-tədqiqat sektorunun rəisi vəzifəsində işləmişdir. 200-dan çox elmi əsərin müəllifidir. O jümlədən 1 dərsliyin («Aviasiya elektronikası» azərbayjan, rus və ingilis dillərndə) və 9 monoqrafiyanın 16 ixtiranın müəllifidir. Onun rəhbərliyi və birbaşa iştirakı ilə Aviasiya sahəsində tətbiq olunan mühüm əhəmiyyətli layihələrin texniki-iqtisadi əsaslandırmaları aparılmış, yüklərin təhlükəsiz daşınmasına kompleks nəzarət sistemi layihələndirilmiş, aeroportların radiotexniki obyektlərinə kompleks nəzarət sistemi ASK-1, elektron idarəli birfazalı və üçfazalı gərginlik stabilizatorları BGS-4 və ÜGS-10, induksiya kabelaxtaranı İKİ-1, agrodrom elektrik qızdırıcısı AEQ-02-20000, təyyarələrin yüklənməsini ölçən qurğu İZS-110, radioaktiv yüklərə nəzarət quryusu RNQ-001 kimi cihazlar və sistemlər layihələndirilmiş, hazırlanmış və istehsalata tədbiq olunmuşdur. «Milli Aviasiya Akademiyasının Elmi Əsərləri» toplusunun elmi redaktorudur. Milli Aviasiya Akademiyasının dissertasiya işlərinin müdafiəsi üzrə ixtisaslaşdırılmış Şurasının üzvüdür.