Nuriyev sözü azərbaycan dilində

Nuriyev

Yazılış

  • Nuriyev • 99.5042%
  • NURİYEV • 0.3541%
  • nuriyev • 0.1416%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Akif Nuriyev
Akif Ənvər oğlu Nuriyev (22 oktyabr 1938 – 15 mart 2000)— Azərbaycanlı səs operatoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988). == Həyatı == Akif Ənvər oğlu Nuriyev 22 oktyabr 1938-ci ildə Bakıda anadan olmuşdur. 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. 130-a qədər filmin səsini yazmışdır.
Aləm Nuriyev
Nuriyev Aləm Bayram oğlu — tarix elmləri doktoru, professor, arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu ilk orta əsrlər Azərbaycan arxeologiyası şöbəsinin müdiri. == Həyatı == Aləm Nuriyev 1936-cı il oktyabr ayının 7-də Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 1984–1989-cu illərdə qədim Bərdə şəhərinin araşdırılması məqsədilə qazıntı işlərində iştirak etmişdir. 1984-cü ildə Bərdə rayonunun Şatırlı kəndi yaxınlığında üzərində alban əlifbası ilə yazılar yazılmış insan fiqurlu qədim məzar daşı abidəsi aşkar etmişdir. Əsasən Qafqaz Albaniyasının müxtəlif problemlərinin tədqiqi və öyrənilməsi, sənətkarlıq, şüşə, dulus, metalişləmə tarixi, Bərdə şəhərinin inkişaf mərhələləri, xaraba şəhərlərin (Şamaxı, Bərdə, Naxçıvan, Ərəs və s.) üzrə çıxarılması və Azərbaycan tarixinin digər problemlərinin öyrənilməsi və tədrisi ilə məşğul olur. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk Orta Əsrlər Azərbaycan Arxeologiyası şöbəsinin müdiridir. Rusiya Federasiyası Abidələrinin Mühafizəsi Cəmiyyətinin üzvüdür. 115-dən çox elmi məqalənin müəllifidir. == Əsərləri == Qafqaz Albaniyasının şüşə məmulatı və istehsalı tarixi. Bakı: Elm, 1981 Bərdə şəhərinin tarixi arxeoloji oçerki.
Anatoli Nuriyev
Anatoli Anatoli oğlu Nuriyev (ukr. Анатолій Анатолійович Нурієв; 20 may 1996, Mukaçevo[d], Zakarpattya vilayəti) — Azərbaycanlı peşəkar futbolçu. Bakının "Sabah" klubunda hücumameyilli yarımmüdafiəçi və mərkəz hücumçusu kimi çıxış edir. Ukraynada anadan olub, Azərbaycan millisində çıxış edir. Atası əslən azərbaycanlı, anası isə ukraynalıdır. == Karyerası == === Klub === Anatoli futbolda ilk addımlarını 13 yaşında olarkən doğulduğu Mukaçevo şəhərinin uşaq idman məktəbində atıb. Bir müddət bir neçə əyalət turnirlərində iştirak edən komandalarda oynadıqdan sonra, 2016-cı ildə "Stal" klubuna qoşulur. Burada bir mövsum keçirtdikdən sonra, 2018-ci ildə "Minay" klubuna transfer edilir. 2021-ci ilin aprelində futbolçu klubla müqaviləsini daha bir il müddətinə uzadır. Ancaq mövsüm sonunda "Minay" klubunun Ukrayna yüksək Liqasını tərk etməsindən sonra klubla müqaviləsini pozur.
Ağasaleh Nuriyev
Ağa Saleh Məmmədhüseyn oğlu Nuriyev (28 mart 1940, Bakı – 23 fevral 2023, Bakı) — Azərbaycan Respublikasının əməkdar rəssamı, respublika və beynəlxalq sərgilərin iştirakçısı. == Həyatı == Nuriyev Ağa Saleh Məmmədhüseyn oğlu 28 mart 1940-cı ildə Bakıda anadan olmuşdur. O, 1957–1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1964–1973-cü illərdə Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. Ağa Saleh Nuriyev 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri Gürcüstan, Moskva, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Rəssam 1977-ci ildən respublika və beynəlxalq sərgilərin iştirakçısı olub. Ağa Saleh Nuriyev 2006-cı ildə Azərbaycan Əməkdar rəssamı adına layiq görülmüşdür.Rəssamın yaradıcılığında vitrajlar xüsusi yer tutur. O, Azərbaycan Rəssamlar İttifaqında ("Flora və fauna", 1973), Səməd Vurğunun Ev-Muzeyində (1975) vitraj kompozisiyaları, AMEA Əlyazmalar İnstitutunda M. Füzuli və M. Ş. Vazehin vitraj portretləri, Bibiheybət məscidində vitrajların müəllifidir. Dəzgah vitraj nümunələri arasında "Kristal struktur", "Ritmik kompozisiya I", "Bürkü", "Uçuş", "Metamorfoz", "Noktürn", "Müasir ritmlər", "Major kompozisiyası" və s. əl işləri xüsusilə maraq doğurur.
Bəhruz Nuriyev
Bəhruz Nuriyev — əfsanəvi döyüşçü, "Azərbaycan Bayrağı" ordeni kavaleri. == Həyatı == Bəhruz Allahverdi oğlu Nuriyev 1971-ci il iyulun 7-də Ağdam rayonunun Kəngərli kəndində anadan olub. Bakı şəhəri, Nizami rayonu, 250 saylı orta məktəbi bitirib. Həvəskar rəssam olub, lakin çəkdiyi rəsmlər peşəkar rəssamların da diqqətini cəlb edib. Yüksək musiqi duyumlu Bəhruz həm də idmanın karate və boks növləri ilə məşğul olub. 1987-ci ildə Texniki Universitetin mexanika fakültəsinin gecə şöbəsinə qəbul olunub. 1989-cu ilin dekabrında hərbi xidmətə gedib. Lakin 1990-cı il, 20 yanvar hadisələrindən sonra rus ordusuna xidmətdən imtina edərək xidmətini Gəncədə davam etdirib. Sonradan könüllü müdafiə dəstəsinə qoşulan Bəhruzun döyüş yolu Ağstafa rayonunun Köhnəqışlaq, Tovuzun Əlibəyli kəndlərindən, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Ağdərənin müxtəlif bölgələrindən keçib. 1993-cü il, iyun 07-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirib, sonda isə özü şəhid olub.
Bəşir Nuriyev
Nuriyev Bəşir Nuru oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəşir Nuru oğlu Nuriyev 5 iyun 1973Masallı rayonu Binə Xocavar kəndində anadan olub. 1988-ci ildə kənd natamam orta məktəbini bitirdikdən sonra təhsilini Göytəpə texniki-peşə məktəbində davam etdirib, traktorçu-sürücü peşəsinə yiyələnib. O, 1991-ci ilin axırlarında hərbi xidmətə çağırılıb. Gəncə şəhərindəki "N" saylı hərbi hissədə bir neçə ay təlim keçdikdən sonra Bəşirgilin batalyonu Tərtər şəhərinə gətirilib. B. Nuriyev Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, Sərsəng su anbarının, Çıldıranın, Kasapet yüksəkliyinin, Drambonun, Canyataq, Gülyataq və Sırxavəndin alınmasında böyük fədakarlıq göstərib. == Təltifləri == Binə Xocavar kənd tam orta məktəbi Bəşir Nuriyev adını daşıyır.
Cümşüd Nuriyev
Nuriyev Cümşüd Qurban oğlu (16 sentyabr 1955, Ağsu rayonu) — 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 50 üzvündən biri, Qarabağa Xalq Yardımı Komitəsi sədrinin birinci müavini. Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını aydınlaşdırmaq üçün yaradılan deputat istintaq komissiyasının 15 üzvündən biri. Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin birinci müavini (1992), Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri (1992), Kənd təsərrüfatı və ərzaq nazirinin müavini (1993–1995). == Həyatı == Bakı Dövlət Universitetinin "Geoloji coğrafiya" və Təfəkkür Universitetinin Hüqüq fakültələrini fərqlənmə diplomları ilə bitirmişdir. 1983-cü ildə Kənd təsərrüfatı elmləri üzrə namizədlik, 2010-cu illdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi elmlər üzrə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Siyasi elmlər doktoru, professordur. === Ailəsi === Ailəlidir, iki övladı, üç nəvəsi var. Arvad-Kəmalə Nurieva. Uşaqlar-Günay Nurieva,Shəbnəm Nurieva. Nəvələri-Ali Bayramov,Hüseyn Bayramov,Firuzə Garazadə == Elmi fəaliyyəti == 2005–2012-ci illər ərzində 3 monoqrafiyanın ("Heydər Əliyev və Azərbaycanın Aqrar kursu", "Siyasi sabitlik və aqrar islahatlar", "Azərbaycan Respublikasında aqrar islahatların siyasi, hüquqi və elmi əsasları"), ali məktəb tələbələri üçün 6 dərsliyin ("Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi", "Gömrük ekspertizası", "Gömrük hüququ", "Ekologiya hüququ", "Gömrük rəsmiləşdirilməsi", "Gömrük işinin təşkili və idarə edilməsi"), 7 dərs vəsaitinin ("Gömrük statistikası", "Ekoloji siyasət" (rus dilində), "İqtisadiyyat və hüquq", "Azərbaycanın Gömrük tarixi", "Gömrük etikası", "Torpaq hüququ", "Saxtalaşdırılmış tarixin sirləri (rus dilində)"), ali məktəblər üçün hazırlanan 6 tədris-metodik vəsaitin müəlliflərindəndir.
Eldar Nuriyev
Eldar Qasım oğlu Nuriyev (15 noyabr 1955, Lənkəran) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 29 noyabr 2019-cu ildən Ədliyyə nazirinin müavini. == Həyatı == Eldar Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Unversitetinin sovet dövründə ən nüfuzlu fakültəsi olan Hüquq fakültəsini bitirən E. Nuriyev 1-ci dərəcəli dövlət müşaviridir. O, əmək fəaliyyətinə 1979-cu ildə Gəncədə başlayıb. Şəhər prokurorluğunda köməkçi vəzifəsində çalışan E. Nuriyev burada 1993-cü ilə qədər işləyib. 1993-cü ilin avqustu E. Nuriyevin karyerasına uğurlu il kimi düşüb. Həmin il o, Bakı şəhəri prokurorluğunun DİO-da qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir. 1996-cı ilə qədər bu vəzifədə çalışan Nuriyev 1998-ci iliinn mayında Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunur. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklir. E. Nuriyev burada 6 il çalışıb.
Elxan Nuriyev
Elxan Nuriyev (coğrafiyaçı)
Elşən Nuriyev
Elşən Nuriyev (tam adı: Elşən Əliisa oğlu Nuriyev; 13 iyun 1996; Göyçay, Azərbaycan — 4 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Nuriyev 1996-cı il iyunun 13-də Göyçay şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elşən Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elşən Nuriyev oktyabrın 4-də şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Hidayət Nuriyev
Hidayət Nuriyev (20 yanvar 1941, Borçalı) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Hidayət Rəhim oğlu Nuriyev 1941-ci il yanvarın 20-də Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olmuş, 1962-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, 1963-cü ilin oktyabr ayından etibarən AMEA Fizika İnstitutunun Elektronoqrafiya laboratoriyasında əmək fəaliyyətinə başlamışdır. Müasir mikroelektronikanin əsasını təşkil edən yarımkeçiricilərin nazik epitaksial təbəqələrinin müxtəlif altlıqlar üzərində böyümə xüsusiyyətlərinin kristal quruluşunun, səthinin morfologiyasının elektrofiziki, fotoelektrik optik xassələrinin tədqiqi ilə məşğul olmuş, onların əsasında fotohəssas P-n homo-hetero keçidlərin alınması, fotoqəbuledicilərin hazırlanması və tədqiqi istiqamətində elmi işlər aparmışdır. Baş laborant vəzifəsindən professor rütbəsinədək yüksəlmişdir. 1971-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1992-ci ildən professordur. == Elmi fəaliyyəti == Hidayət Nuriyevin elmi fəaliyyəti yarımkeçirici birləşmələrin və bərk məhlulların yüksək kristal mükəmməlliyə malik nazik epitaksial təbəqələrinin alınmasından ,onların əsasında müxtəlif təyinatlı fotohəssas strukturların hazırlanmasından və tətbiqindən ibarətdir. Bununla əlaqədar olaraq nazik epitaksial təbəqələrin müxtəlif altlıqlar üzərində böyümə xüsusiyyətləri kristal mükəmməlliyi, kristal quruluşu, səthinin morfologiyası, bircinsliliyi, elektrofiziki, fotoelektrik, optik xassələri müasir metodlarla tədqiq olunur, onların əsasında fotohəssas P-n homo-hetero keçidlər yaradılır və müxtəlif təyinatlı strukturlar hazırlanır. Tədqiqat işlərində elektronoqrafiya, rentgendifraktometriya, elektronmikroskopiya, ojespektrometriya metodlarından və uyğun olaraq müasir qurğulardan istifadə olunur. Hidayət Nuriyev 1963-1973 illər ərzində AMEA-nın Fizika İnstitutunda işləmiş, namizədik dissertasiyası mudafiə etmiş, böyük elmi işçi vəzifəsində calışmışdır. Onun elmi təşkilatçılıq bacarığı əsasən 1973-2002-ci illərdə çalışdığı AMEA-nın Fotoelektronika İnstitutunda özünü daha qabarıq şəkildə büruzə vermişdir.
Hikmət Nuriyev
Hikmət Mübariz oğlu Nuriyev (1 fevral 2002; Lerik, Azərbaycan — 28 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hikmət Nuriyev 2002-ci il fevralın 1-də Lerik rayonunda anadan olub. Subay idi. == Hərbi xidməti == Hikmət Nuriyev 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Azərbaycan Ordusunun əsgəri olan Hikmət Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hikmət Nuriyev sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Lütfəli Nuriyev
Lütfəli Cahangir oğlu Nuriyev (1916, Yelizavetpol – 9 dekabr 1984) — "Bakı Metropliteni QSC"-in ilk rəisi (1966–1976) == Həyatı == Lütfəli Cahangir oğlu Nuriyev 1916-cı ildə Gəncə şəhərində Qarabağ bəylərindən olan Cahangir xan Nurubəyovun ailəsində anadan olub.Tbilisi Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunu hərəkətin təşkili ixtisası üzrə bitirib. Lütfəli Cahangir oğlu Nuriyev 1984-cü il dekabr ayının 9-u vəfat edib. == Fəaliyyəti == Əmək fəaliyyətinə Taqanroq stansiyası rəisinin müavini kimi başlayıb. Sonralar "Biləcəri" stansiyasının rəis müavini, Azərbaycan dəmiryolunun operativ dispetçer bölməsində böyük dispetçer, Azərbaycan Dəmir yolunda hərəkət xidmətinin rəisi, 1963–1966-cı illərdə Zaqafqaziya Dəmiryol İdarəsi rəisinin müavini vəzifələrində çalışıb. 1966-cı ildə Azərbaycan KP MK plenumunun qərarı ilə metropolitenin buraxılışına bir il qalmış Bakı metropoliteninin ilk rəisi vəzifəsinə təyin edilib. 1976-cı ilin may ayına kimi bu vəzifədə çalışıb. Bu müddətdə "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilib.
Mais Nuriyev
Mais Nuriyev — xoreoqraf, İtaliyadakı "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasinin sədri, Milanda "Aida " və "Orizon" Rəqs Akademiyasinin və Milan Konservatoriyasının professoru. == Həyatı == 1982-ci ildə Bakı Xoreografiya Məktəbində təhsil almışdır. 1974 −86 Azərbaycan Dovlət Rəqs Ansamblında rəqqas kimi fəaliyyət göstərmişdir. 1975–1977 hərbi xidmət olmuşdur. 1974–1982 Azərbaycan Dövlət İncəsənət İnstitutunda rejissor təhsili alıb. 1984–1989-cu Azerbaycan Respublikasi Mədəniyyət Nazirliyinin təyinatı ilə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti Universitetində(QITIS) baletmeysterlik təhsili alıb. 1986 – 89-cu illərdə Mədəniyyət Nazirliyinin təyinati ilə Naxçivan "Araz" Dovlət mahnı və rəqs ansamblı və Azərbaycan Dövlət "Göy Göl " mahni və rəqs ansamblında baletmeyster olmuşdur. 1989 – 92-ci illərdə Bakı Xoreqrafiya məktəbi dünya xalq rəqsləri, xarakterik rəqs müəllimi kimi fəaliyyət göstərmişdir. 1989–96-cı illərdə Teatr Xadimləri İttifaqi "Bulaq" Rəqs Teatrının, 1992 – 93-cü illərdə isə Azərbaycan Müdafiə Naziyliyi, Hərbi Dəniz Qüvvələri mahnı və rəqs ansamblında bədii rəhbər olmuşdur. 2000-ci ildən bu günədək Milan "Orizondanza" rəqs akademiyası / dünya xalq rəqsləri, xarakterik və klassik rəqs dosenti, 2000–2003-cü illərdə Milan Bələdiyyəsi mədəniyyət şöbəsi / dünya xalq rəqsləri müəllimi, 2007-ci ildən isə İtaliyanın bir sıra rəqs akademiyalarında Origami, LEcole Ballet (Neapol), Cizel dans (Porto San Giorgio) Arte e Spettacolo — Monza (Milan) , Teatr Alla Skala ilə birgə əməkdaşlıq edən " Aida " Peşəkar Rəqssasların İxtisaslaşma Mərkəzi akademiyasında dünya xalq rəqsləri üzrə dosent kimi fəaliyyət göstərmişdir.
Məhəmməd Nuriyev
Nuriyev Məhəmməd Nurməhəmməd oğlu — texnika elmlər doktoru, professor, Xəzər Universitetinin akademik işlər üzrə prorektoru. == Həyatı == Məhəmməd Nuriyev 1946-cı il aprelin 10-da Zaqatala rayonunun Mazıx kəndində anadan olmuşdur. 1964-cü ildə Zaqatalada 2 saylı orta məktəbi qızıl medalla, 1969-cu ildə isə Azərbaycan Neft və Kimya İnstitututunu fərqlənmə diplomu ilə bitirmişdir. 1969–1997-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda işləmişdir. 1975-ci ildə texnika elmləri namizədi, 1992-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsi, 1996-cı ildə professor elmi adı almışdır. 1997-ci ildən indiyə kimi Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsinin dekanı, İqtisadiyyat və menecment kafedrasının müdiri və MBA proqram direktoru vəzifələrində işləmişdir. 1998-ci ildən Xəzər Universitetinin birinci prorektoru olmuş, hal-hazırda Xəzər Universitetinin Akademik işlər (tədris və elmi-tədqiqat) üzrə prorektorudur. M. Nuriyevin elmi axtarışları riyazi və süni intellekt üsulları əsasında istehsalın idarə edilməsi, makroiqtisadi modelləşdirmə və proqnozlaşdırma məsələlərinin həllinə həsr olunmuşdur. O, Xəzər Universitəsində biznes sahəsində yüksək keyfiyyətli kadr hazırlığının təmin edilməsində həlledici rol oynamışdır. == Əsas elmi əsərləri == Методы и модели планирования нефтеперерабатывающих производств в условиях неполной информации.
Məhəmmədəli Nuriyev
Nuriyev Məhəmmədəli Nürəddin oğlu (24 fevral 1962) — Texnika elmləri doktoru, professor (2012) == Həyatı == Məhəmmədəli Nuriyev 24 fevral 1962-ci ildə Zərdab rayonunun Alıcanlı kəndində muəllim ailəsində anadan olmuşdur. O, 1969–1979-cu illərdə həmin kənddə orta təhsili başa vurduqdan sonra 1980–1982-ci illərdə hərbi xidmətə getmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1982-ci ildə Ç. İldrim adına Azərbaycan Politexnik İnstitutuna müsabiqədənkənar yolla qəbul olunmuş və təhsil almaq üçün Xalqlar dostluğu ordenli Y. Axunbabayev adına Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunun hazırlıq fakültəsinə göndərilmişdir. 1988-ci ildə həmin İnstitutu bitirdikdən sonra mühəndis-mexanik ixtisasına yiyələnmişdir. M. N. Nuriyev 1988-ci ildə Azərbaycan Təhsil Nazirliyinin təyinatı ilə Azərbaycan Texnologiya İnstitutunun elmi-tədqiqat şöbəsində laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Üç ildən sonra Özbəkistan Respublikasının Təhsal Nazirıiyinin və Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunun birgə məktubu ilə Azərbaycan Təhsil Nazirliyinə onun diplom layihəsinin yerinə yetirilməsi zamanı apardığı tədqiqatların elm tutumlu və xalq təsərrüfatına yararlı olduğunu bildirilmiş və tədqiqatların davam etdirilməsi üçün məqsədli aspiranturaya göndərilməsi üçün müraciət etmişlər. 1991-ci ildə göstərilən müraciətin əsasında o, yenidən ali təhsil aldığı institutun məqsədli aspiranturasına göndərilmiş və 1994-cü ilin sentyabrında vaxtından əvvəl "Çarpaz sarınan bağlamaların strukturlarına effektli nəzarət üsulu yaratmaq məqsədilə onların əmələ gəlmə proseslərinin tədqiqi" mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi elmi adına layiq görülmüşdür. 1994–1998-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun "Əmək fəaliyyətinin təhlükəsizliyi" kafedrasında saat hesabı müəllim kimi çalışmışdır. 1998–2000-ci illərdə M. N. Nuriyev Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun "Standartlaşdırma və sertifikasiya" kafedrasında assistent sonra dosent, 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "Standartlaşdırma və sertifikasiya" kafedrasında dosent, 2012-ci ilin dekabından isə professor vəzifəsində çalışır. Professor M. N. Nuriyev 2001–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Kommersiya" və 2004–2006-cı illərdə isə "Texnologiya və dizayn" fakültəsində dekan müavini işləmişdir.
Məmmədsadıq Nuriyev
Nuriyev Məmmədsadıq Qafar oğlu (5 mart 1919, Bakı – 22 mart 1975, Bakı) — azərbaycanlı teatr və kino aktyor, kiçik rolların məharətli ifaçısı. == Həyatı == Məmmədsadiq Nuriyev 1919-cu ildə Bakının Sovetski adlanan dağüstü məhəlləsində anadan olub. 1928-ci ildə atası onu Bakıda Bədəl bəy Bədəlbəyovun məktəbinə qoyur. Orada o dövr üçün orta sayılan tam təhsil alan Məmmədsadıq Nuriyev 1935-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olur. Aktyor sənəti dərsini görkəmli aktrisa Fatma Qədri deyib. 1937-ci ildə Məktəbi bitirib. 1975-ci ildə Bakıda vəfat edib. Aktyor Yaşar Nurinin atasıdır. == Yaradıcılığı == Məmmədsadıq Nuriyev Teatr Məktəbində oxuyarkan birinci kursun əvvələrində Milli Dram Teatrının tamaşalarında çıxış edir. O, burda kütləvi səhnə epizodlarında, söz-süz rollarda əsərlərin tamaşasında iştirak edib.
Nofəl Nuriyev
Nofəl Xaliq oğlu Nuriyev (9 yanvar 1988; Qızılhacılı, Goranboy rayonu, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nofəl Nuriyev 9 yanvar 1988-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra Mingəçevirdə yerləşən Tibb Kollecdə təhsil almışdır. === Ailəsi === 2011-ci ildə ailə həyatı quran Nofəl Nuriyevin Güllü və Ayşə adlı qızları və 2020-ci ilin iyun ayında dünyaya göz açmış oğlu Ali yadigar qaldı. == Hərbi xidməti == Kolleci bitirdikdən sonra hərbi həkimlik ixtisasına yönələn Nuriyev hərbi vəzifəsinə başlamışdır. Naftalanda, Sarıcalıda və Sarovda yerləşən hərbi və səhra hospitallarında çalışmışdır. Nofəl Nuriyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində iştirak etmiş, yaralı hərbçilərə yerindəcə tibbi yardım göstərmişdir. Azərbaycan Ordusunun çavuşu olan Nofəl Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində hərbi həkim - feldşer kimi iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərin ən qızğın nöqtələrində yaralanan hərbçilərə yardım göstərmişdir. 29 sentyabr 2020-ci ildə Ağdərə-Madagizin azad edilməsi gedişatında "Qaranlıq meşə" adlanan ərazidə hərbi tibbi vəzifəsini yerinə yetirərkən həlak olmuşdur.
Orxan Nuriyev
Orxan Nuriyev (d. 25 iyul 1995; , Azərbaycan) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Karyerası == Orxan Nuriyev birinci ciddi uğurunu 2014-cü ildə qazandı. Nuriyev yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalının sahibi oldu. Orxan Nuriyev 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. O, 98 kiloqram çəki dərəcəsində 1/8 final mərhələsində İsveçli Henna Yohansson ilə üz-üzə gəldi və 0:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı.
Qüdrət Nuriyev
Qüdrət Nüsrət oğlu Nuriyev (d.26 mart 1982, Bakı) — Azərbaycan Alpaqut Federasiyasının prezidenti. Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının idarə heyətinin üzvü, Dünya Alpaqut Federasiyasının idarə heyətinin üzvü. == Həyatı == Qüdrət Nuriyev 1982-ci il mart ayının 26-da Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Bakı şəhər 164 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi fakültəsinə daxil olmuş, 2003-cü ildə Hüquqi Tənzimlənməsi ixtisası üzrə ali təhsilini bitirmişdir. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi ixtisası üzrə Magistr dərəcəsi almışdır. == Əmək fəaliyyəti == 2004–2011-ci illərdə "Kapitalbank" ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. 2011-ci ildə isə "Le Tour" MMC-ni təsis etmişdir və hazırda həmin şirkətin və eyni zamanda "Azerbaijan Holidays" Beynəlxalq şirkətin rəhbəri olmuşdur. 2017-ci ildə Azərbaycan Alpaqut Federasiyası (AAF) İdarə Heyətinin qərari ilə AAF-nin birinci vitse prezidenti təyin edilib. 2018-ci il 7 aprel tarixində AAF-nin keçirilmiş qurultayında isə Federasiyanın prezidenti seçilib. 2019-cu il 15 fevral tarixində "BAKU NEWS" MMC informasiya agentliyini təsis etmişdir.
Rahim Nuriyev
Nuriyev Rahim İbrahim oğlu (15 mart 1955, Lənkəran rayonu) — Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, tarixçi, müəllim. == Həyatı == Rahim Nuriyev 15 mart 1955-ci ildə Lənkəran rayonunun Darquba kəndində müəllim ailəsində anadan olub. İlk təhsilini Darquba və Kərgəlan məktəblərində alıb. Lənkəran pedaqoji məktəbini (1974), Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini (1986) bitirib. 1973-cü ildə əmək fəaliyyətinə, 1974-cü ildə pedaqoji fəaliyyətə başlayıb. 1975–1977-ci illərdə hərbi xidmətdə olub. Lənkəranın müxtəlif məktəblərində müəllim və Cəlilabad rayonunda İcra hakimiyyəti başçısı (1992–1993) işləyib. Hazırda Lənkəran şəhəri 9 saylı orta məktəbdə müəllim işləyir. Lənkəran bölgəsində milli-demokratik hərəkatın təşəbbüsçüsü, təşkilatçısı və liderlərindən biri olub. 1990-cı il yanvar hadisələri zamanı Lənkəranda "Elin səsi" qəzetinin nəşrini və həmçinin imperiyanın təcavüzkar siyasətini ifşa edən televerilişlər təşkil edib.
Rudolf Nuriyev
Rudolf Həmit oğlu Nuriyev (tatarca Нуриев Рудольф Хəмит улы 17 mart 1938-ci il İrkutsk, RSFSR, SSRİ, 6 yanvar 1993-cü il Levallois-Perret, Fransa) — SSRİ, Britaniya, Fransa balet artisti və S.M.Kirov adına Leninqrad dövlət opera və balet teatrının solisti. 1961-ci ildə Parisdə sovet truppasının qastrol səfəri bitdikdən sonra SSRİ-nin ən məşhur "qaçaqçılarından" biri olaraq siyasi sığınacaq istəmişdir.İngilis balerinası Margot Fonteyn ilə 17 il davam edən dueti ilə tanınır. 1983–1989-cu illərdə Paris Opera balet truppasına rəhbərlik etmiş, ömrünün sonunda özünü dirijor kimi sınamışdır. O, eyni zamanda dünyanın müxtəlif yerlərində daşınmaz əmlak alır və rəsm, sənət əşyaları toplayıcısı idi. == Həyatı == Babası — Nurəhmət Fazlieviç Fazliev. Atası — Həmit Fazileviç Nuriyev (1903–1985), Ufa vilayətinin Ufa rayonunun (indiki Başqırdıstan Respublikasının Ufa rayonu) Şaripov dairəsinin Asanovo kəndindən idi. Anası — Fəridə Aqliullovna Nuriyeva (Agliullova) (1907–1987), Kazan vilayətinin Kuzneçikhinsi dairəsi Tatarskoye Tyugulbaevo kəndində (indiki Tatarıstan Respublikasının Alkeevski rayonu) anadan olmuşdur. Tərcümeyi-halında Nuriyev valideynləri haqqında bu şəkildə yazır: Rudolf Nuriyev 1938-ci ildə Vladivostok-İrkutsk qatarında anadan olub. DTK sənədlərinə görə milliyətcə tatardır. Ailə əvvəlcə İrkutskda, sonra isə Ufada yaşayıb.
Rəşad Nuriyev
Rəşad Nuriyev — Azərbaycan operatoru. == Həyatı == == Mükafatları == 2002-ci ildə "Operator sənəti sahəsində uğurlarına görə" Diplom ilə təltif olunmuşdur. 2007-ci ilə II Milli Turizm Festivalının "Ən yaxşı operator işi" nominasiyası üzrə qalib olmuşdur. 1 avqust 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.08 dekabr 2018-ci ildə "Qızıl Pəri" Festivalının qalibi olmuşdur. == Filmoqrafiya == 130-cu mövsüm (film, 2002) (sənədli film) (Lider TV) Ağ rəngin simfoniyası (film, 2003) Aləmdə qalan səs (film, 2001) Ali sevgi (film, 2002) Azərbaycana namus və sevgiylə (film, 2006) Azərbaycana xoş gəlmisiniz! (film, 2004) (qısametrajlı sənədli film) (Lider TV) Bahar ömürlü insan (film, 2003) Bəyaz tarlanın balladası (film, 2002) Böhtan (film, 2008) Dar günün dostu (film, 2003) Dəmir atlı cəngavər (film, 2003) "Edelveys" və dəmir biləklər (film, 2001) Əbədi ezamiyyət (film, 2016) Gecə zəngi (film, 2003) Girov (film, 2005) Göy rəngin melodiyası (film, 2003) Günaydın, mələyim! (film, 2008) Günorta qatarı (film, 2003) Həsrətli gözlərin rəsmi (film, 2003) Hikmət xəzinəsi (film, 2003) Xəyallar gerçəkləşəndə (film, 2003) İlham Əliyev. "Olimp"in fəthinə doğru (film, 2002) İlham Əliyev. Diplomatiyada uğur rəmzi (film, 2002) İlham Əliyev. Ümidlərin gerçəklik məqamı (film, 2003) İlham Əliyev.
Saleh Nuriyev
Saleh Səxavət oğlu Nuriyev (18 iyul 2002, Sumqayıt, Azərbaycan — 16 oktyabr 2020, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saleh Nuriyev 18 iyul 2002-ci ildə Sumqayıt şəhərində doğulub. Əslən Qubadandır. Onun dayısı Orucov Kamran Niyətulla oğlu məzarsız qəhrəmanlardandır.Saleh Nuriyev 2008-ci ildə 33 nömrəli tam orta məktəbdə daxil olub və həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra valideynlərinin arzusu ilə Sumqayıt Dövlət Texniki Kollecində 3 illik natamam ali təhsil alıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Saleh Nuriyev Qubadlı və Cəbrayılın azad edilməsində savaşıb. 16 oktyabr 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Saleh Nuriyev Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Nuriyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Nuriyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Nuriyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Samir Nuriyev
Samir Rafiq oğlu Nuriyev (9 mart 1975, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (2019-cu ildən). == Həyatı == Samir Nuriyev 9 mart 1975-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Evlidir, üç uşaq atasıdır. O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2003–2005-ci illərdə təhsilini ABŞ-nin Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə etmişdir. == Əmək fəaliyyəti == 1996–2003-cü illərdə Samir Nuriyev müxtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində çalışmışdır, o cümlədən: 2000–2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində. 2006-cı ildə o, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Samir Nuriyev 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilmişdir.Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə həqiqi dövlət müşaviri ixtisas dərəcəsi verilib. == İctimai fəaliyyəti == 2015-ci ildən Azərbaycan Memarlar İttifaqının fəxri üzvüdür.
Anatoli Anatoli oğlu Nuriyev
Anatoli Anatoli oğlu Nuriyev (ukr. Анатолій Анатолійович Нурієв; 20 may 1996, Mukaçevo[d], Zakarpattya vilayəti) — Azərbaycanlı peşəkar futbolçu. Bakının "Sabah" klubunda hücumameyilli yarımmüdafiəçi və mərkəz hücumçusu kimi çıxış edir. Ukraynada anadan olub, Azərbaycan millisində çıxış edir. Atası əslən azərbaycanlı, anası isə ukraynalıdır. == Karyerası == === Klub === Anatoli futbolda ilk addımlarını 13 yaşında olarkən doğulduğu Mukaçevo şəhərinin uşaq idman məktəbində atıb. Bir müddət bir neçə əyalət turnirlərində iştirak edən komandalarda oynadıqdan sonra, 2016-cı ildə "Stal" klubuna qoşulur. Burada bir mövsum keçirtdikdən sonra, 2018-ci ildə "Minay" klubuna transfer edilir. 2021-ci ilin aprelində futbolçu klubla müqaviləsini daha bir il müddətinə uzadır. Ancaq mövsüm sonunda "Minay" klubunun Ukrayna yüksək Liqasını tərk etməsindən sonra klubla müqaviləsini pozur.
Eldar Nuriyev (Alim)
Eldar Nuriyev (dövlət xadimi)
Eldar Qasım oğlu Nuriyev (15 noyabr 1955, Lənkəran) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 29 noyabr 2019-cu ildən Ədliyyə nazirinin müavini. == Həyatı == Eldar Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Unversitetinin sovet dövründə ən nüfuzlu fakültəsi olan Hüquq fakültəsini bitirən E. Nuriyev 1-ci dərəcəli dövlət müşaviridir. O, əmək fəaliyyətinə 1979-cu ildə Gəncədə başlayıb. Şəhər prokurorluğunda köməkçi vəzifəsində çalışan E. Nuriyev burada 1993-cü ilə qədər işləyib. 1993-cü ilin avqustu E. Nuriyevin karyerasına uğurlu il kimi düşüb. Həmin il o, Bakı şəhəri prokurorluğunun DİO-da qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir. 1996-cı ilə qədər bu vəzifədə çalışan Nuriyev 1998-ci iliinn mayında Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunur. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklir. E. Nuriyev burada 6 il çalışıb.
Eldar Nuriyev (iqtisadçı)
Elnur Nuriyev (milli qəhrəman)
Elnur Eyvaz oğlu Nuriyev (22 avqust 1975, Cahangirbəyli, Zəngilan rayonu – 4 oktyabr 1994, Gəncə) — Azərbaycanın Milli Qəhrəmanı, dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == Elnur Nuriyev 22 avqust 1975-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində dünyaya göz açmışdır. 1982–1992-ci illərdə burada kənd orta məktəbində təhsil almışdır. Elnur 1993-cü ildə Milli Ordu sıralarına çağırılır. == Döyüşlərdə iştirakı == Bir müddət təlim keçdikdən sonra Elnur Nuriyev cəbhəyə göndərildi. O, Füzuli rayonunun Kürdmahmudlu, Alxanlı kəndlərində rəşadətlə vuruşmuşdur. Elnur minaaxtaranlar bülüyünə komandir təyin edilmişdi. Tərtər cəbhəsində ermənilər güclü əks hücuma keçərək bir neçə kəndi işğal etmişdilər. Elnur bölüyü ilə həmin əraziyə göndərildi. Qapanlı, Seysulan kəndləri azad edildi buradakı döyüşlərdə Elnur şücaət göstərərək vuruşmuşdu.
Elxan Nuriyev (coğrafiyaçı)
Elxan Nuriyev Balahəsən oğlu (d.1947-ci il iyunun 6-da Şamaxı rayonunun Göylər kəndi) — dosent, professor. == Həyatı == 1947-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur.1964-cü ildə Göylər kənd onbirillik məktəbini, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin Coğrafiya bölməsinin bitirmişdir. == Elni fəaliyyəti == 1976-cı ildə AMEA-nın Coğrafiya İnstitutunun Xəritəçilik və coğrafi adlar (toponimika) şöbəsində işləmişdir.1983-cü ildə “Şəki-Zaqatala zonasının yaşayış məntəqəsi adlarının tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.1985-ci ildə baş elmi işçi, sektor müdiri olmuşdur.1990-cı ildən Bakı Dövlət Universitetinin “Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” kafedrasının dosentidi.2001-ci ildən Beynəlxalq Eko-Enerji Akademiyasının professorudur.2005-ci ildən BDU-nin Coğrafiya fakültəsində Hümanitar və Sosial məsələlər üzrə dekan müavini vəzifəsində çalışır.“Coğrafi reallığın Azərbaycan toponimiyasında tədqiqi” mövzusunda doktorluq dissertasiyası işini tamamlamışdır. == Elmi əsərləri == E.B.Nuriyev 100-ə qədər elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, metodik göstərişin və s. müəllifidir. “Azərbaycan toponimləri” (1999-cu il) ensklopedik lüğətin əsas müəlliflərindən biridir. Elmi əsərlərə toponimikaya, dünyanın iqtisadi və siyasi coğrafiyasına, turizmə həsr edilmişdir. E.B.Nuriyev bir çox elmi simpoziumlarda, konfranslarda, Coğrafiya Cəmiyyətlərinin qurultaylarında çıxışlar etmişdir. Dəfələrlə BDU-nin, Azərbaycan Təhsil Nazirliyinin Fəxri Fərmaları ilə təltif edilmişdir.
Elxan Nuriyev (dövlət xadimi)
Elxan Eldar oğlu Nuriyev (15 may 1969, Bakı) — siyasi elmlər doktoru, Azərbaycan Republikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru (2008-2011). == Həyatı == Elxan Eldar oğlu Nuriyev 15 may 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 1993-cü ildə Pakistan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında, 1993-1996-cı illərdə Rusiya Elmlər Akademiyasında, 2000-ci ildə Almaniyadakı Höte İnstitutunda və 2002-ci ildə Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində təhsil alıb. 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı olub. 1996-1997-ci illər ərzində ABŞ-nin Fulbrayt Təqaüd Proqramının iştirakçısı kimi Corc Vaşinqton Universitetinin baş elmi işçisi vəzifəsində çalışıb.1998-1999-cu illərdə Kaliforniyadakı Beynəlxalq Araşdırmalar üzrə Monterey İnstitutunda və Vudro Vilson adına Beynəlxalq Mərkəzdə aparıcı elmi işçi vəzifəsində çalışıb. 2000-ci ildə Almaniyanın Aleksandr von Humboldt adına elmi tədqiqat mükafatına layiq görülmüşdür. 2000-2003-cü illərdə Almaniyanın Sülh və Münaqişələr İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Eyni zamanda, 2001-2004-cü illər ərzində Corc Marşal adına Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Avropa Mərkəzinin nəzdindəki Cənubi Qafqaz üzrə beynəlxalq ekspert qrupunun həmsədri olub. 2005-2006-cı illərdə Almaniyanın Beynəlxalq Siyasət və Təhlükəsizlik İnstitutunda aparıcı ekspert kimi işləmişdir.2004-2010-cu illərde Qərb Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının professor vəsifəsində çalışmışdır.
Elxan Nuriyev (ekspert)
Elxan Eldar oğlu Nuriyev (15 may 1969, Bakı) — siyasi elmlər doktoru, Azərbaycan Republikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru (2008-2011). == Həyatı == Elxan Eldar oğlu Nuriyev 15 may 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 1993-cü ildə Pakistan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında, 1993-1996-cı illərdə Rusiya Elmlər Akademiyasında, 2000-ci ildə Almaniyadakı Höte İnstitutunda və 2002-ci ildə Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində təhsil alıb. 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı olub. 1996-1997-ci illər ərzində ABŞ-nin Fulbrayt Təqaüd Proqramının iştirakçısı kimi Corc Vaşinqton Universitetinin baş elmi işçisi vəzifəsində çalışıb.1998-1999-cu illərdə Kaliforniyadakı Beynəlxalq Araşdırmalar üzrə Monterey İnstitutunda və Vudro Vilson adına Beynəlxalq Mərkəzdə aparıcı elmi işçi vəzifəsində çalışıb. 2000-ci ildə Almaniyanın Aleksandr von Humboldt adına elmi tədqiqat mükafatına layiq görülmüşdür. 2000-2003-cü illərdə Almaniyanın Sülh və Münaqişələr İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Eyni zamanda, 2001-2004-cü illər ərzində Corc Marşal adına Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Avropa Mərkəzinin nəzdindəki Cənubi Qafqaz üzrə beynəlxalq ekspert qrupunun həmsədri olub. 2005-2006-cı illərdə Almaniyanın Beynəlxalq Siyasət və Təhlükəsizlik İnstitutunda aparıcı ekspert kimi işləmişdir.2004-2010-cu illərde Qərb Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının professor vəsifəsində çalışmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 15.52 dəfə / 1 mln.
2002 •••••••••••••• 17.13
2003 •••••••••• 11.81
2004 ••••••• 8.09
2005 ••••••••••• 12.82
2006 •••••••••• 11.94
2007 •••••••••••••• 16.91
2008 ••••••••••••• 15.10
2009 ••••••••• 10.72
2010 •••••••••••••• 16.43
2011 ••••••••••• 12.95
2012 •••••••••••••• 16.09
2013 ••••••••••• 13.27
2014 •••••••• 9.27
2015 ••••••••••••••• 17.52
2016 •••••••••••••••••••• 24.64
2017 •••••••••••••••••••• 23.58
2018 •••••••••••••••••• 21.42
2019 ••••••••••••• 15.44
2020 •••••••••••• 14.06

"nuriyev" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nuriyev nədir? #nuriyev sözünün mənası #nuriyev nə deməkdir? #nuriyev sözünün izahı #nuriyev sözünün yazılışı #nuriyev necə yazılır? #nuriyev sözünün düzgün yazılışı #nuriyev leksik mənası #nuriyev sözünün sinonimi #nuriyev sözünün yaxın mənalı sözlər #nuriyev sözünün əks mənası #nuriyev sözünün etimologiyası #nuriyev sözünün orfoqrafiyası #nuriyev rusca #nuriyev inglisça #nuriyev fransızca #nuriyev sözünün istifadəsi #sözlük