Vəliyev sözü azərbaycan dilində

Vəliyev

Yazılış

  • Vəliyev • 99.5017%
  • VƏLİYEV • 0.4891%
  • VƏliyev • 0.0091%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdulla Vəliyev
Vəliyev Abdulla Hüseyn oğlu (13 fevral 1910 – 8 iyun 1986) — Azərbaycanın tanınmış görkəmli dialektoloqu, filologiya elmləri doktoru, professor. == Həyatı == Vəliyev Abdulla Hüseyn oğlu 13 fevral 1910-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1941-ci ildə xarici Dillər İnstitutunda Azərbaycan və rus dili kafedrasının müdiri olmuş, 1954–1960-cı illərdə Azərbaycan Dövlət Universitetində Azərbaycan dili kafedrasının müdiri vəzifəsidnə çalışmışdır. Vəliyev Abdulla Nizami adına Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi, "Türk dilləri dialektologiyası məsələləri" adlı ümumittifaq jurnalının məsul katibi, Azərbaycan EA dil üzrə əlaqələndirmə şurasının katibi, ADU-nun filologiya fakültəsinin Müdafiə Elmi Şurasının elmi katibi vəzifələrini icra etmişdir. O, Moskva türkologiya məktəbinin yetirməsidir. == Elmi yaradıcılığı == A.Vəliyevin elmi fəaliyyəti zəngin və çəxşaxəli olmuşdur. Uzun müddətli ekspedisiyalarda topladığı materiallar əsasında yazılmış "Azərbaycan dilinin Muğan qrupu şivələri" (1955), "Naxçıvan MSSR-in dialekt və şivələri" (1962), "Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri" (1967) monoqrafiyalarının və "Azərbaycan dilinin dialektoloji lüğətin"nin (1964) müəlliflərindən biri olmuşdur. A.Vəliyev 1952-ci ildə "Говоры западных районов Апшеронского полуострова" adlı mövzuda namizədlik dissertasiyasını müdafiə etmişdir, 1975-ci ildə "Переходные говоры азербайджанского языка" adlı mövzu üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Cəbhədəki xidmətlərinə və səmərəli əmək fəaliyyətinə görə o, bir çox orden və medallarla, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur. == Kitablar == 1.
Abləziz Vəliyev
Abləziz Vəliyev (krımtat. Ablâziz Veliyev, Аблязиз Велиев; 25 oktyabr 1939, Solnennaya Dolina[d]) — Krım tatar şairi, tərcüməçi, satirik, jurnalist və ictimai xadim; çoxsaylı şeir, mahnı və tərcümə müəllifi. Ümumilikdə onun 40-dan çox kitabı çap olunmuşdur. Krım Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi (2010), B. Çoban-zadə adına mükafatı laureatı (2008), Krım Ədəbi Akademiyasının akademiki (1993), Ukrayna Milli Yazıçılar Birliyinin üzvü (1993), Ukrayna Milli Jurnalistlər Birliyinin üzvü (1993), Krım Tatar Qələm Klubunun vitse-prezidenti (1999), Krım, Türkiyə, Kiprdə Dünya Türk şeir festivallarının iştirakçısı. == Bioqrafiyası == 25 oktyabrda (Vəliyevin özünün dediyinə görə 23 oktyabrda anadan olub) 1939-cu ildə Koz kəndində (indiki Solnennaya Dolina) Vəli Mustafayev və Əfifə Vəliyevanın ailəsində anadan olmuşdur. 1944-cü ildə dörd yaşında, anası ilə birlikdə Özbəkistan Sovet Sosialist Respublikası Səmərqənd vilayətinə sürgün edilir. Atası Böyük Vətən müharibəsi zamanı dünyasını dəyişir. Məktəbdən çıxdıqdan sonra tibb fakültəsinin fledşer-mamaçılıq şöbəsinə daxil olur. Daşkənd tramvay və trolleybus trestinin tramvay parkında köməkçi işçi vəzifəsində çalışır. 1968-ci ildə Daşkənd Universitetinin Jurnalistika fakültəsini bitirir.
Adil Vəliyev
Vəliyev Adil Ənvər oğlu (20 aprel 1960, Qubadlı rayonu) — Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Adil Vəliyev 20 aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. === Əmək fəaliyyəti === 1977-ci ildə BEMZ-də operator kimi başlayıb. 1978–1980-ci illərdə hərbi xidmətdə olub. 1980–1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib. 1990–1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifələrində çalışıb. 1992–1996-cı illərdə Bakı şəhər Xalq Deputatları Sovetində Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1998–2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin MTTİ-nin rəis müavini vəzifəsində çalışıb. 2003–2012-ci illər ərzində özünün təsis etdiyi "Euro Style" LTD şirkətinin rəhbəri olmuşdur.
Anar Vəliyev
Anar Həmzə oğlu Vəliyev (21 iyul 2002, Orta Salahlı, Qazax rayonu – 11 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Vəliyev 2002-ci il iyulun 21-də Qazax rayonunun Orta Salahlı kəndində anadan olub. 2008-2017-ci illərdə S.Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Anar Vəliyev 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Anar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Anar Vəliyev oktyabrın 11-də Madagizin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Orta Salahlı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Vəliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Arif Vəliyev
Arif Mikayıl oğlu Vəliyev (28 iyun 1943, Kirovka, Ağstafa rayonu – 23 iyun 2014, Bakı) — Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri (1993–2014). == Həyatı == Arif Vəliyev 1943-cü il iyun ayının 28-də Qazax (indiki Ağstafa)rayonunun Həsənsu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsinə daxil olmuş və 1971-ci ildə ali məktəbi xalq təsərrüfatının planlaşdırılması ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1961-ci ildən etibarən Azərbaycan Respublikasının Mərkəzi Statistika İdarəsində başlayan Arif Vəliyev 1963-cü ilədək burada statistik, iqtisadçı olaraq çalışmış, 1963–1966-cı illərdə hərbi xidmət keçdikdən sonra yenidən Statistika İdarəsində fəaliyyətini davam etdirərək, 1966–1976-cı illərdə iqtisadçı, baş iqtisadçı və şöbə müdiri, 1976–1989-cu illərdə Statistika İdarəsi rəisinin müavini və birinci müavini, 1989–1990-cı illərdə isə həmin İdarənin Baş hesablama mərkəzində baş iqtisadçı işləmişdir. 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992–1993-cü illərdə isə Azərbaycan Respublikası Prezidenti Aparatında böyük məsləhətçi olmuşdur. Arif Vəliyev 1993-cü ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışmışdır. Arif Vəliyevin ölkədə statistika işinin təşkili sahəsində xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir sıra mükafatlar almış, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Ayxan Vəliyev
Ayxan Kamil oğlu Vəliyev (14 dekabr 1995, Dağ Kəsəmən, Ağstafa rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayxan Vəliyev 1995-ci il dekabrın 14-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. 2002–2013-cü illərdə 2 saylı Dağ Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ayxan Vəliyev 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ayxan Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Ayxan Vəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Vəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər Vəliyev
Azər Vəli oğlu Vəliyev (20 sentyabr 1998, Ağdaş rayonu – 17 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Vəliyev 1998-ci il sentyabrın 20-də Ağdaş rayonunun Ləki kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azər Vəliyev 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Azər Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Azər Vəliyev oktyabrın 17-də Ağdərə istiqamətində şəhid olub. Ağdaş rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ağalar Vəliyev
Ağalar İsrəfil oğlu Vəliyev (23 iyul 1957, Yevlax) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == Ağalar Vəliyev 1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir. Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax dəmir beton məmulatları zavodunda fəhləlikdən başlamışdır. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı "Yoltəmirtikinti" trestinin rəisi, 1996–1998-ci illərdə isə "Azəraqrartikinti" Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmışdır. "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə "Əməkdar mühəndisi" fəxri adına layiq görülmüş, 2012-ci ildə isə "Şöhrət" ordeni ilə, 2017-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Ailəlidir, bir oğlu var.
Balakişi Vəliyev
Balakişi Vəliyev (tam adı: Vəliyev Balakişi Əhməd oğlu; 7 noyabr 1927, Xoşkeşin, Naxçıvan MSSR – 12 iyul 2001, Bakı) — həkim, terapevt. Tibb elmlər doktoru, professor == Həyatı == Vəliyev Balakişi Əhməd oğlu 7 noyabr 1927-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. === Vəfatı === 12 iyul 2001-ci ildə Bakı şəhərində vəfat edib. === Təhsili === 1953-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 17 il Qazaxıstanın Çimkənd vilayətinin tibb müəssisələrində, Qazaxıstan Elmlər Akademiyası Mahal Peşə Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda işləmişdir. 1971-ci ildən Azərbaycan Dövlət Tibb Universitetində assisent, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1993-cü ildən II daxili xəstəliklər kafedrasının professoru idi. 1974–80-ci illərdə Bakının baş terapevti olmuşdur. Qurğuşunla zəhərlənmə xəstəliklərinin patogenezinə və müalicəsinə dair tədqiqatların, o cümlədən 2 monoqrafiyanın,80-dək elmi işin, həmçinin metodik vəsiatlərin müəllifidir. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Balaqardaş Vəliyev
Balaqardaş Fərhad oğlu Vəliyev(24 mart 2002, Kalinovka, Masallı rayonu – 1 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == 24 mart 2002-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. 2008-2017-ci illərdə Viləş kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == 2020-ci ilin aprelində çağırışçı kimi «N» saylı hərbi hissəyə xidmətə yollanıb. Azərbaycan Ordusunun əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı döyüşüb. Balaqardaş Vəliyev 01.10.2020 tarixində Hadrut istiqamətində gedən döyüşlərin birində düşmənin snayper atəşi açması nəticəsində həlak olmuşdur. Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixində doğulduğu Viləş kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Bəxtiyar Vəliyev
Bəxtiyar Vəliyev — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vəliyev Bəxtiyar Mansur oğlu 1974-cü ildə Gədəbəy rayonunun Slavyanka kəndində anadan olub. 1991-ci ildə Slavyanka kənd orta məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olmuşdur. 1993-cü ildə hərbi xidmətə getmişdir. 21 aprel 1994-cü ildə Ağdərə döyüşlərində şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Cavanşir Vəliyev
Cavanşir Vəliyev (tam adı:Vəliyev Cavanşir İnqilab oğlu; 1957, Ağstafa rayonu) — 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin rəisi. == Həyatı == 8 iyun 1957-ci ildə Vəliyev Cavanşir İnqilab oğlu Ağstafa rayonunda anadan olub. === Təhsili === Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. SSRİ DTK-nın Minsk şəhərindəki Ali Kursları Andropov adına Qırmızı bayraqlı institut == Fəaliyyəti == Javanshir Valiyev Retired colonel (Special Forces) Date of Birth: 08.06.1957 I Residence: Azerbaijan Private consulting services (2018 – present) • Political, social and economic risk assessment of potential non-oil sector investments in Azerbaijan • Support in business start-up and ramp-up • Investor and government bodies relationship building • Political analytics Head of Department of Ministry of Diaspora responsible for USA, Canada, Israel and Europe (2005–2018) • Ensuring support of critical political agenda items in countries under supervision through close collaboration with Azerbaijanians living abroad as well as various support organizations (e.g., American Jewish Committee, etc.) Private consulting services (2004–2006) Special Forces Colonel of Ministry of National Security (1999–2004) Deputy of State Tax Service (1996–1999) Vice president of Chamber of Commerce and Industry (1994–1996) Head of Special Administration under President of Azerbaijan Republic (1993–1994) Deputy of Security Services of the President of Azerbaijan Republic (1992–1993) Officer, Ministry of National Security of Azerbaijan Republic (1990–1992) Officer, State Security Committee, USSR (1984–1990) EDUCATION: MSc international Economic Relations, Andropov’s Krasnoznamenniy University, Moscow, (1987–1990) State Security Committee course, Minsk, Belarus (1984) BSc/MSc Mechanical Engineering, Azerbaijan Technical University (1974–1980) LANGUAGES: Azerbaijani (native), Russian (fluent), Turkish (fluent), English (moderate), Farsi (basic) == Əmək fəaliyyəti == Uzun illər Azərbaycan SSRİ Dövlət Təhlükəsiz Komitəsində, daha sonra isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin təhlükəsizlik xidmətinin rəisinin müavin 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin rəisi olub. 1994–1995-ci illərdə Ticarət Sənaye Palatasının vitse prezidenti 1995–1998-ci illərdə Dövlət Vergi Müfəttişliyinin xüsusi işlər üzrə müşaviri C. İ. Vəliyev və Ş. N. Rəhimov haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin fəaliyyətinin səmərəsini daha da artırmaq məqsədi ilə qərara alıram: 1. Polkovnik Cavanşir İnqilab oğlu Vəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin rəisi vəzifəsindən azad edilsin və Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin sərəncamına göndərilsin. 2. Polkovnik Şəmsi Nuru oğlu Rəhimov Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi vəzifəsinə təyin edilsin. Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV. Bakı şəhəri, 8 yanvar 1994-cü il № 89.
Cavid Vəliyev
Cavid İsmayıl oğlu Vəliyev (1979, Sumqayıt) — Azərbaycan jurnalisti, Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri, Caucasus International jurnalının baş redaktoru. == Həyatı və fəaliyyəti == Cavid Vəliyev 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. 1996-cı ildə Sumqayıt şəhər 31 №-li orta məktəbi bitirərək dövlət xətti ilə Türkiyə Respublikasının Egey Universitetinin jurnalistika fakültəsinə daxil olub. 2002-ci ildə Egey Universitetini bitirərək dövlət xətti ilə Türkiyə Respublikasının Qazi Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin magistratura proqramına daxil olmuşdur. 2006-cı ildə Qazi Universitetini bitirərək Ankara Universitetinin beynəlxalq münasibətlər fakültəsinin doktorantura proqramına daxil olub. 2007-ci ildə doktorantura təhsilində göstərdiyi uğura görə Türkiyə Respublikasının Milli Elmlər və Texnologiyalar Araşdırma Mərkəzi tərəfindən xarici tələbələr üçün verilən təqaüdə layiq görülüb. Bundan başqa elə həmin ildə Yaponiyanın Nippon Fondu tərəfindən Ankara Universitetində təhsilini uğurla davam etdirən tələbələr üçün verilən təqaüdə də layiq görülüb. 2005–2009-cu illərdə Ankara şəhərində müstəqil fəaliyyət göstərən Türkiyə Milli Təhlükəsizlik Strateji Araşdırma Mərkəzində elmi işçi daha sonra isə Cənubi Qafqaz şöbəsinin müdiri işləyib. 2012-ci ildə Ankara Universitetindən beynəlxalq münasibətlər üzrə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini alıb. 2010-cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırma Mərkəzində (SAM) aparıcı elmi işçi, baş elmi işçi və 2015-ci ildən etibarən Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri vəzifəsində işləyib.
Cəfər Vəliyev
Cəfər Cəbrayıl oğlu Vəliyev (12 noyabr 1930, Bakı – 1 iyun 2012, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili işlər naziri (1978–1987), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri (1992–2000) general-leytenant. == Həyatı == Cəfər Vəliyev 1930-cu il noyabrın 12-də Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1953-cü ildən etibarən Azərbaycan SSR Nazirlər Sovetində başlayan Cəfər Vəliyev 1960-cı ilədək burada mədəniyyət şöbəsində böyük məsləhətçi, referent, sədr müavininin köməkçisi və şöbə müdirinin müavini, 1960–1962-ci illərdə Azərbaycan KP MK inzibati orqanlar şöbəsi müdirinin müavini işləmişdir. 1962–1971-ci illərdə Azərbacan Respublikası Prokurorunun birinci müavini, 1971–1978-ci illərdə Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin müdiri, 1978–1987-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər naziri, 1987–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda kafedra müdiri, 1992–2000-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, 2000–2005-ci illərdə isə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri vəzifələrində çalışmışdır. Respublikamızın ictimai həyatında yaxından iştirak edən Cəfər Vəliyev bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Cəfər Vəliyev dövlət işləri ilə yanaşı, elmi-pedaqoji sahədəki fəaliyyətini uğurlu şəkildə əlaqələndirmişdir. O, hüquq elmi ilə bağlı müxtəlif məqalələrin, kitab və monoqrafiyanın müəllifi idi. Hüquq elmləri namizədi (1963), professor (1993), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının hüquq doktoru (1991), Azərbaycanın əməkdar hüquşünası (1990), daxili xidmət general-leytenantıdır. Cəfər Vəliyev bir müddət özəl sektorda, "Messenat Holdinq Şirkətlər qrupu"nun prezidenti vəzifəsində çalışmışdır.
Damir Vəliyev
Damir Vəliyev (başq. Дамир Жәүәт улы Вәлиев, 2 yanvar 1940, İtbayevo k., Arqayaş rayonu, Çelyabinsk vilayəti — 28 may 2002, Ufa) — sovet və rus filoloqu, filosof və kulturoloq, etika sahəsində mütəxəsis. Fəlsəfə doktoru, professor. == Bioqrafiyası == 1955-1959-cu illərdə Çelyabinsk Enerji-Mexanika teknikomunda təhsil almışdır. 1959-1960-cı illərdə Sovet ordusunda xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra 1960-1963-cü illərdə S. Ordzhonikidze adına Araqayaskaya İES və Ümumittifaq İstilik Mühəndisliyi İnstitutu Çelyabinsk filialında işləmişdir. 1961-ci ildə Ümumittifaq Müəllif Hüquqları İnstitutunun Ufa şöbəsinə daxil olmuşdur. Sonra təhsilini (1963-1965) Ural Dövlət Hüquq Akademiyasında davam etdirmişdir. Məzun olduqdan sonra 1966-1967-ci illərdə konstruktr vəzifəsində çalışmışdır. 1967-1970 illərində Ural Dövlət Universitetinin aspiranturasında təhsil almış və 1970-ci ildə dissertasiya müdafiə etmişdir.
Eldar Vəliyev
Eldar Vəliyev — Xarkov Akademiyasının Akademiki. == Həyatı == Eldar İsmayıl oğlu Vəliyev 24 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. Əslən Laçın rayonunun Piçənis kəndindəndir. Fizika — riyaziyyat elmləri doktoru, Tətbiqi Elektronika Akademiyasının akademiki, əməkdar elim xadimidir. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (S. M. Kirov adına) Fizika fakültəsini bitirib. 1973-cü ildən 1976-cı illərdə Radio Fizika və Elektronika İnstitutunun (Ukrayna SSRİ Elmlər Akademiyası (Xarkov)) aspirantı olmuşdur. 1977-ci ildə fiziki- riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya radio fizika ixtisas üzrə elmi işini müdafiə etmişdir (Xarkov). 1988-ci ildə fizika- riyaziyya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir (ixtisas radio fizika). == Tədqiqat sahəsi == Elektrodinamika sərhəd problemləri. Elektromaqnit sahə nəzəriyyəsi.
Elmar Vəliyev
Elmar Vəliyev (Elmar Rüstəm oğlu Vəliyev; 3 oktyabr 1960, Yevlax) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2011–2018). == Həyatı == Elmar Vəliyev 3 oktyabr 1960-cı ildə Yevlax rayonunda anadan olmuşdur. 1979–1986-cı illərdə Azərbaycan Texnologiya Universitetində Mühəndis-texnoloq ixtisası üzrə, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Hüquqşünas ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi,1983–1989-cu illərdə Gəncə Tikiş Fabrikində mühəndis, 1989–1994-cü illərdə qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib. === Ailəsi === Ailəlidir, 3 övladı var. Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin qardaşıdır. == İctimai-siyasi fəaliyyəti == 1990-cı ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub. 1994–2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rəis müavini, 2004–2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib.
Elmir Vəliyev
Elmir Məmmədqulu oğlu Vəliyev (12 aprel 1986; Füzuli rayonu, Azərbaycan SSR — 31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Vəliyev 1986-cı il aprelində 12-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Elmir Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Vəliyev oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunun Kərimbəyli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Vəliyev
Elnur Vəliyev (leytenant) — Azərbaycan leytenantı, Vətən müharibəsinin şəhidi. Elnur Vəliyev (əsgər) — Azərbaycan əsgəri, Vətən müharibəsinin şəhidi.
Vəliyev
Vəliyev — Azərbaycan soyadı. === A === Abdulla Vəliyev (1910—1986) — Azərbaycanın tanınmış görkəmli dialektoloqu, filologiya elmləri doktoru, professor. Adil Vəliyev (d. 1960) — Yeni Azərbaycan Partiyasının üzvü. Ağalar Vəliyev (d. 1957) — Yeni Azərbaycan Partiyasının üzvü. Anar Vəliyev (2002—2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Arif Vəliyev (1943—2014) — Bakı Dövlət Universitetinin məzunu. Ayxan Vəliyev (1995—2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Azər Vəliyev (1998—2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Elyar Vəliyev
Elyar Arif oğlu Vəliyev (17 oktyabr 1991, Sədəfli, Qobustan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Elyar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elyar Vəliyev oktyabrın 19-da Qubadlının azad edilməsi zamanı şəhid olub. ==== Ölümü ==== Elyar Vəliyev və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən ~150–200 hərbi qulluqçusu döyüşmüşdür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər — baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev həlak olmuşdur. Ümumi olaraq Elyar Vəliyevin mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Etibar Vəliyev
Etibar Vəliyev (16 may 1963, Lənkəran rayonu) — Azərbaycanlı şair və publisist, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Məşəl" ədəbi-bədii, elmi-publisistik jurnalının baş redaktor müavini. == Həyatı == Etibar Babəli oğlu Vəliyev 1963-cü il mayın 16-da Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1978-ci ildə Lənkəran rayonunun Ləj kənd məktəbini bitirmişdir. 1978–1981-ci illərdə Bakı Plan-Uçot Texnikumunda "kənd təsərrufatı istehsalatında mühasibat uçotu" ixtisası üzrə təhsil alıb. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1986–1992-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında "Kənd təsərrufatının iqtisadiyyatı və təşkili" ixtisası üzrə təhsil alıb, iqtisadçı ixtisasına yiyələnmişdir. 1986–1988-ci illərdə Lənkəran rayonunun "Puşkin", "Oktyabrın 60 illiyi" sovxozlarında iqtisadçı və 1988–1998-ci illərdə Lənkəran "5 №-li çay fabriki"ndə baş mühasib işləyib. 1998–2001-ci illərdə Lənkəran Dövlət Universitetində "İqtisadiyyatın əsasları" fənnini tədris etmişdir. 1998–2019-cu illərdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi — baş əmək müfəttişi vəzifəsində çalışıb. 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı) rəisi vəzifəsinə təyin olunub.
Fuad Vəliyev
Fuad Fərhad oğlu Vəliyev- Azərbaycanlı şəhid == Həyatı == Vəliyev Fuad Fərhad oğlu 1975-ci ildə Gədəbəy rayonunun Şınıx zonasınm Zamanlı kəndində anadan olub. Uşaqlıq illərini Zamanlı kəndində keçirmişdir. 10 noyabr 1995-ci ildə şəhid olmuşdur. == Təhsili == 1982-ci ildə Zamanlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. Həmin məktəbi 1993-cü ildə əla qiymətlərlə başa vurub. == Hərbi xidməti == O, 1994-cü il yanvar ayının 14-də hərbi xidmətə yollanır. Fuad iki ay yarım Nasosnu hərbi məntəqəsində təlim keçdikdən sonra, döyüş bölgəsinə göndərildi. 1994-cü ilin mart-aprel aylarında Ağdamda şiddətli döyüşlər gedirdi. Artıq Ağdamın Güllücə və Süsənli kəndləri düşmən mərmiləri altında alovlanırdı. Fuad həmin kəndlərin azad olunmasında fəal iştirak etdi.
Fərhad Vəliyev
Fərhad Vəliyev (d. 1.11.1980, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu. "Səbail futbol klubunda qapıçılar üzrə məşqçi kimi fəaliyyətini davam etdirir. Həmçinin futbol üzrə Azərbaycan milli komandasının qapıçısı olmuşdur. == Həyatı == 1 noyabr 1980-ci ildə Qubada anadan olub. "Xəzər Sumqayıt", "İnter Bakı" klublarında çıxış edib. Karyerasını "Qarabağ" klubunda davam etdirir.
Fəxrəddin Vəliyev
Fəxrəddin Vəliyev - "Ginnesin rekordlar kitabı"na düşmüş ilk azərbaycanlı, Avropa-Azərbaycan diaspor mərkəzinin vitse-prezidenti == Həyatı == Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin rekordlar kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin kölgəsini (siluetini) çəkməklə bu şərəfə nail olub. F. Vəliyev həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri cəkməyə həsr edib. Onun 1992-ci və 1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgiləri təşkil edilib. 2003-cü ilin dekabr ayında Brüsseldəki məşhur "Belqium" muzeyində Belçika kraliçası Fabiolanın rəsmini çəkib. Əsər kraliçanın çox xoşuna gəlib və o, həmyerlimizə məktub vasitəsi ilə öz təşəkkürünü bildirib. Fəxrəddin Vəliyev həm də bu ölkədə fəaliyyət göstərən Avropa-Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir.
Bəyimxanım Vəliyeva
Bəyimxanım Vəliyeva (tam adı:Bəyimxanım Ənvər qızı Vəliyeva; 20 sentyabr 1989, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015), Beynəlxalq Muğam Mərkəzinin solisti (2019). == Həyatı == Vəliyeva Bəyimxanım Ənvər qızı 1989-cu il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1998-ci ildə “Bülbül” adına orta ixtisas musiqi məktəbinin xanəndəlik ixtisası üzrə Ağaxan Abdullayevin muğam sinifinə daxil olmuş, 2007-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Milli Konservatoriyasının “Solo oxuma” fakültəsinə daxil olmuş, 2011-ci ildə Konservatoriyanın bakalavr pilləsini qırmızı diplomla bitirmiş, elə həmən il də Konservatoriyanın “Magistr” pilləsinə daxil olmuşdur. 2013-cü ildə Milli Konservatoriyanın Magistr pilləsini də qırmızı diplomla başa vuran Bəyimxanım, 2014-cü ildə Azərbaycan Milli Konservatoriyasının “Doktorantura” pilləsinə qəbul olmuşdur. 2017-ci ildə “Doktorantura” pilləsini tamamlayan Bəyimxanım 2022-ci ildə “Xan Şuşinskinin ifaçılıq xüsusiyyətləri və muğam sənətində tutduğu yer” adlı elmi işini müdafiə edərək “Fəlsəfə doktoru” elmi dərəcəsinə layiq görülmüşdür. == Ailəsi == Ailəlidir, beş övladı var. == Karyerası == İlk dəfə 1992-ci ildə Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” mahnı və rəqs ansamblının solisti olaraq Azərbaycan Dövlət Televiziyasında “Nargilə” mahnısı ilə çıxış etmişdir. - 1994-cü ildə Respublika üzrə keçirilən bağçalar və məktəblərarası müsabiqədə “Ananın səsi” mahnısı ilə 1-ci yerə layiq görülmüş; - 1996-cı ildə keçirilən “7-17” müsabiqəsinin qalibi olmuş; - 1997-ci ildə “Pöhrə-97” müsabiqəsinin laureatı olmuş; - 1997-ci ildə keçirilən “İstedadlar axtarırıq” müsabiqəsinin Fəxri Diplomuna layiq görülmüş; - 1998-ci ildə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi II “Uşaq Muğam festifalı”nın II dərəcəli Diplomuna layiq görülmüş; - 1999-cu ildə “Amoco” qrupunu təşkil etdiyi III “Uşaq Muğam Festivalı”nın Diplomantı adına layiq görülmüş; - 1999-cu ildə “Muğam” Assosiasiyasının təşkil etdiyi “Muğam-99” Respublika müsabiqəsinin III dərəcəli laureatı fəxri adına layiq görülmüş; - 1999-cu ildə “Rezonans” qəzetinin “Ulduzlar” devizi altında xalq musiqisi və estrada mahnıları ifaçılarının “Mahnı-99” müstəqil müsabiqənin yekunlarına görə “İlin Pöhrəsi” nominasiyasına layiq görülmüş; - 2000-ci ildə keçirilən Gənc muğam ustalarının müsabiqəsində III dərəcəli laureat adına layiq görülmüş; - 2001-ci ildə keçirilən “Muğam-2001” Müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüş; - 2002-ci ildə keçirilən Respublika Muğam müsabiqəsinin “Qran-pri” mükafatına layiq görülmüş; - 2004-cü ildə Təhsil Nazirliyinin təşkil etdiyi Orta ixtisas musiqi məktəblərinin IX Respublika müsabiqəsinin II dərəcəli Diplomuna layiq görülmüş; - 2005-ci ildə Respublika üzrə “Space” telekanalında keçirilən “Üzeyir Hacıbəyov-120” 1-ci televiziya muğam müsabiqəsinin laureatı olmuşdur. - 2008-ci ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi “Bakı Gecələri” estrada mahnı müsabiqəsində “Ən yaxşı səhnə mədəniyyəti” nominasiyasına layiq görülüb.
Elmar Vəliyev (icra başçısı)
Elmar Vəliyev (Elmar Rüstəm oğlu Vəliyev; 3 oktyabr 1960, Yevlax) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2011–2018). == Həyatı == Elmar Vəliyev 3 oktyabr 1960-cı ildə Yevlax rayonunda anadan olmuşdur. 1979–1986-cı illərdə Azərbaycan Texnologiya Universitetində Mühəndis-texnoloq ixtisası üzrə, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Hüquqşünas ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi,1983–1989-cu illərdə Gəncə Tikiş Fabrikində mühəndis, 1989–1994-cü illərdə qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib. === Ailəsi === Ailəlidir, 3 övladı var. Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin qardaşıdır. == İctimai-siyasi fəaliyyəti == 1990-cı ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub. 1994–2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rəis müavini, 2004–2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib.
Elmir Vəliyev (kiçik çavuş)
Elmir Məmmədqulu oğlu Vəliyev (12 aprel 1986; Füzuli rayonu, Azərbaycan SSR — 31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Vəliyev 1986-cı il aprelində 12-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Elmir Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Vəliyev oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunun Kərimbəyli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmira Vəliyeva
Vəliyeva Elmira Bağır qızı — geologiya-mineralogiya elmləri doktoru. == Həyatı == Vəliyeva Elmira Bağır qızı 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1959-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Neft və Kiyma İnstitutunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. İnstitutu qurtardıqdan sonra "Orcanikidzeneft" NMİ-də əmək fəaliyyətinə neft çıxarılmasının təkrar üsulları sexində operatorluqdan başlamışdır. Sonra "Qum adası" NMİ-nin ETİS-də mühəndis, böyük geoloq vəzifələrində işləmişdir. 1967-ci ildə "Xəzərdənizqaz" Birliyində istehsalat şöbəsinin geoloqu vəzifəsinə təyin olunmuşdur. 1973-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun "Neft və qaz ehtiyatlarının hesablanması" laboratoriyasında böyük elmi işçi vəzifəsində işləmişdir. Vəliyeva E.B. Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qaraçuxur, Qala, Lökbatan-Puta-Quşxana, Bibiheybət və s. kimi iri yataqların karbohidrogen ehtiyatlarının hesablanması üzrə elmi mövzuların məsul icraçısı olmuşdur. 1974-cü ildə Vəliyeva E.B. "Bakı arxipelaqının neft və qaz yataqlarının səmərəli işlənməsi məqsədilə geoloji-mədən tədqiqatları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Elnur Vəliyev (leytenant)
Elnur Əli oğlu Vəliyev (14 aprel 1997, Ucar – 27 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Vəliyev 1997-ci il aprelin 14-də Ucar şəhərində anadan olub. == Hərbi xidməti == Elnur Vəliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Elnur Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Vəliyev oktyabrın 27-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Ucar şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur VəliyevAsiman Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Vəliyev (əsgər)
Elnur Mirsiyab oğlu Vəliyev (30 avqust 1999; Təzəkənd, Beyləqan rayonu, Azərbaycan — 28 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Vəliyev 30 avqust 1999-cu ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Əliheydər Məmmədov adına Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbdə təhsil almışdır. Orta təhsilini başa vurduqdan sonra bir müddət mülki sahədə müxtəlif işlərdə çalışmışdır. Subay idi. == Hərbi xidməti == Elnur Vəliyev 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Daxili Qoşunlarının sıralarında, Bakı şəhərində yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətinə başlamışdır. Qəbələ və Şəkidə yerləşən "N" saylı hərbi hissələrdə hərbi xidmətini davam etdirmişdir. Elnur Vəliyev 2020-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Elnur Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 65.79 dəfə / 1 mln.
2002 •••• 27.41
2003 •••••• 39.37
2004 ••••• 34.36
2005 •••• 26.99
2006 •••••• 44.15
2007 ••••••• 50.74
2008 ••••••• 52.38
2009 ••••••• 51.99
2010 ••••••• 50.38
2011 •••••••• 55.85
2012 •••••••• 55.59
2013 ••••••• 50.47
2014 •••••••••••• 87.18
2015 •••••••••••••••••••• 154.30
2016 ••••••••••••••••• 124.60
2017 •••••••••••••••• 116.09
2018 ••••••••••• 83.00
2019 ••••••• 50.77
2020 ••••• 32.22

Oxşar sözlər

#vəliyev nədir? #vəliyev sözünün mənası #vəliyev nə deməkdir? #vəliyev sözünün izahı #vəliyev sözünün yazılışı #vəliyev necə yazılır? #vəliyev sözünün düzgün yazılışı #vəliyev leksik mənası #vəliyev sözünün sinonimi #vəliyev sözünün yaxın mənalı sözlər #vəliyev sözünün əks mənası #vəliyev sözünün etimologiyası #vəliyev sözünün orfoqrafiyası #vəliyev rusca #vəliyev inglisça #vəliyev fransızca #vəliyev sözünün istifadəsi #sözlük