nahiyə sözü azərbaycan dilində

nahiyə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nahiyə • 92.8571%
  • Nahiyə • 4.2857%
  • NAHİYƏ • 2.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nahiyə
Nahiyə — tarixən Azərbaycan və şərq ərazi bölgüsündə tətbiq edilmiş inzibati ərazi vahidi. == Tarixi == Səfəvilər dövlətində əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara hakim və qazı başçılıq edirdi. Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nayiyələrə bəylər başçılıq edirdilər.
Nahiyə (Heris)
Nahiyə (fars. ناحيه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 195 nəfər yaşayır (42 ailə).
Gığı nahiyəsi
Kiği nahiyəsi və yaxud Gığı nahiyəsi — 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Urud livası tərkibində nahiyə. == Kəndləri == Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livasının Kiği nahiyəsində ümumilikdə 12 kənd var. Onlardan 5-i erməni, 7-si türk kəndidir. Türklər yaşayan kəndlərdən 5-i dağıdılıb, yaşayış olan kəndlərdən yalnız ikisində etnik tərkib türklər idi. Kəndlərin dağıdılmış, boş olmasına əsas səbəb Osmanlı hücumu ərəfəsində bölgədə, xüsusilə şiə etiqadlı yerli əhali arasında kütləvi köçlərin baş tutmasıdır.
Gəncəbasan nahiyəsi
Gəncəbasan nahiyəsi — Osmanlı dövründə ölkə inzibati cəhətdən livalara (əyalətlərə), livalar da nahiyələrə bölünmüşdü. == Tarixi == Gəncə livasının Gəncəbasan nahiyəsi 69 kənd, 10 məzrədən ibarət idi. == Məzrələri == Qaraca Əmirli məzrəsi Əmir Saleh məzrəsi Qulaca məzrəsi Köhnəşəhər məzrəsi Düldül məzrəsi Hacı Hüseyinli məzrəsi Yusifbinə məzrəsi Köhnəşəhər məzrəsi Qızılbağça məzrəsi Ocaqlı məzrəsi == Kəndlər == Kilsə kəndi Yeni kəndi Molla Cəlil kəndi Ziyatlı kəndi Karlızəbanlı kəndi Süleymanlı Hacılı kəndi Sarbanlar kəndi Xanlıqlar kəndi Ərəbli (Lalələr) kəndi Cukət kəndi Qurban Hacılı kəndi Qadılı kəndi Ocaqlı kəndi Molla Osmanlı kəndi Girzan kəndi Əhmədbəyli kəndi Hacı Murad kəndi Şahsevən kəndi Salehli kəndi Fadıllı kəndi Qırıqlı kəndi Qurtlu kəndi Tavlalı kəndi İmamlı kəndi Qarasaqqal kəndi Düldül məzrəsi Şamyeri kəndi Həsəngüney kəndi Nəsirtop Allavar kəndi Sofular kəndi Alıxlı kəndi Əsbəkürək kəndi Üçtəpə çayı kənarı Kürəyəsultan kəndi Qızılqayalı kəndi* Kəngərli camaatı Qibtiyan camaatı Zərgərli camaatı Hastin (Ballıca) kəndi Qaftəpə kəndi Əmiryar kəndi Yuxarı Bayan kəndi Quşçu kəndi Aşağı Bayan Tülkü kəndi Seyid kəndi Şadaq kəndi Çovdar kəndi Bəhşik kəndi Afuca kəndi Korlar kəndi Nükzər kəndi Vəng kəndi Qaşqaçay kəndi Sərxoş kəndi Yenicə kəndi Quytul kəndi Savur kəndi Fazil kəndi Mədəni-Zac kəndi Daşkəsən kəndi Basil kəndi Hacıbulaq Cavanşir camaatı == Mənbə == Gəncə—Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı: "Şuşa", 2000.
Gərgər nahiyəsi
Gərgər nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. Adı Gərgərin adındandır. Elxanilər dövlətinin Marağa tüməninin Gərgər nahiyəsi.
Gərmrud nahiyəsi
Gərmrud nahiyəsi — XIV əsr-XIX əsrlər. Sərabın İnzibati ərazi. Mərkəzi Gərmrud (digər adı Gərməri) şəhəri idi. Miyanə kəndi == Tarixi == Elxanilər dövlətinin Sərab tüməni nin nahiyəsi. Gərmərud—İsti çay anlamındadır. Bəzi ədəbiyyatda bu mahalın adı Gərməri kimi də yazılır. Sərhədləri Qərbdən Həştərud mahalı, şimaldan Sərab mahalı, şərqdən Sərab mahalı, cənubdan Xalxal xanlığı. Həmdullah Müstofi Qəzvini (740h.q.) Nüzhətülqülub kitabında Azərbaycanın şəhərlərini belə sayır: "Təbriz, Ocan, Təsuc, Ərdəbil, Xalxal, Darmərzin, Şahrud, Meşkin, Ənar, Ərcaq, Təklifə, Xiyav, Dəravərd, Kəhran qalası, Kəleybər, Gilan fəslun, Mərdan qum, Nozər, Xoy, Səlmas, Urumiyə, Üşnəviyə, Sərav (Sərab), Mianc(Miana), Gərmrud, Mərağa, Dehxarqan, Bəsoy, Neylan (Leylan), Mərənd, Dizmar, Zəngian, Zunuz, Kərkər (Gərgər), Nəxcivcan, Ordubad, Əcənan, Azad, Makuye(Maku)." Gərmrud ülkasının kəndləri Zərniqabad kəndi Yengicə kəndi 1727-də Ərdəbil livası Gərmərud nahiyəsi olmuşdur. 1747 Sərab xanlığının inzibati ərazilərindən biri Məşhur Türkmənçay kəndi burada yerləşir. == Əhalisi == Əhalisi Şəqaqilər == Tanınmış şəxsiyətləri == Mirzə Məhəmmədsəid Gərmərudi isə bu mahalın şeyxülislamı və qazısı Mirzə Əbdürrəhim Gərmərudi - Gərmərud mahalının kələntəri Fatma xanım Kəminə - Əslən Cənubi Azərbaycanın Gərmərud mahalından == Coğrafiyası == Gərmərud mahalının XVIII əsrdə 110 kəndi vardı.
Gərmərud nahiyəsi
Gərmrud nahiyəsi — XIV əsr-XIX əsrlər. Sərabın İnzibati ərazi. Mərkəzi Gərmrud (digər adı Gərməri) şəhəri idi. Miyanə kəndi == Tarixi == Elxanilər dövlətinin Sərab tüməni nin nahiyəsi. Gərmərud—İsti çay anlamındadır. Bəzi ədəbiyyatda bu mahalın adı Gərməri kimi də yazılır. Sərhədləri Qərbdən Həştərud mahalı, şimaldan Sərab mahalı, şərqdən Sərab mahalı, cənubdan Xalxal xanlığı. Həmdullah Müstofi Qəzvini (740h.q.) Nüzhətülqülub kitabında Azərbaycanın şəhərlərini belə sayır: "Təbriz, Ocan, Təsuc, Ərdəbil, Xalxal, Darmərzin, Şahrud, Meşkin, Ənar, Ərcaq, Təklifə, Xiyav, Dəravərd, Kəhran qalası, Kəleybər, Gilan fəslun, Mərdan qum, Nozər, Xoy, Səlmas, Urumiyə, Üşnəviyə, Sərav (Sərab), Mianc(Miana), Gərmrud, Mərağa, Dehxarqan, Bəsoy, Neylan (Leylan), Mərənd, Dizmar, Zəngian, Zunuz, Kərkər (Gərgər), Nəxcivcan, Ordubad, Əcənan, Azad, Makuye(Maku)." Gərmrud ülkasının kəndləri Zərniqabad kəndi Yengicə kəndi 1727-də Ərdəbil livası Gərmərud nahiyəsi olmuşdur. 1747 Sərab xanlığının inzibati ərazilərindən biri Məşhur Türkmənçay kəndi burada yerləşir. == Əhalisi == Əhalisi Şəqaqilər == Tanınmış şəxsiyətləri == Mirzə Məhəmmədsəid Gərmərudi isə bu mahalın şeyxülislamı və qazısı Mirzə Əbdürrəhim Gərmərudi - Gərmərud mahalının kələntəri Fatma xanım Kəminə - Əslən Cənubi Azərbaycanın Gərmərud mahalından == Coğrafiyası == Gərmərud mahalının XVIII əsrdə 110 kəndi vardı.
Gərni nahiyəsi
Gərni nahiyəsi — XIV əsr əsr-XIX əsrlər. İnzibati ərazi. Adı Gərni çayının adındandır. 1591-ci ildə Osmanlı dövründə inzibati-ərazi vahidi. İrəvan əyalətinin nahiyəsi İndiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal.. Osmanlı dönəmində Qırxbulaq nahiyəsi davamı olan Qırxbulaq mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə İrəvan qəzası təşkil olmuşdur. 1591-ci ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfalarımız: Karni nahiyədə yaşayan Türkmən tayfaları: Başlı, Ağa Çorum, Əyricə, Göynük, Şərur, Girilücə, Eymir Bulacı, Şirvankəndi, Tuluca, Dikmədaş, Alpavud, Samaqar, Muğanlu, Əli Bəglü (Avşar), Əkrək, Uluxanbəg, Anduvan, Ağacəri, Mustafalu, Almalu, Candarlar, Toquz (Varsaq). 1590-cı ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Gərni nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Yolkəsən kəndi (Qaraqoyunlu (Qəmərli)) 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Gərni nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Qaraqoyunlu (Qəmərli) == Dağıdılmış kəndlər == 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Gərnibasar mahalında dağıdılmış kəndlərin siyahısı 1. Məsimli, 2.
Hacısamlı nahiyəsi
Hacısamlı nahiyəsi – Qarabağ xanlığının bir bölgəsi. İbrahimxəlil xan Cavanşirin baş vəziri olmuş, tarixçi Mirzə Camal Cavanşir Qarabaği 1847-ci ildə Vorontsovun tapşırığı ilə yazılan Qarabağ xanlarının tarixinə dair "Qarabağnamə" əsərində yazırdı: "…Cavanşir, Otuziki, Kəbirli, Dəmirçi, Həsənli, Bərgüşad, Qaraçorlu, Hacı Samlı, Kolanı, və Qapan ellərinin bəyləri ilə Dizaq, Vərəndə, Çiləbörd, Talış və Xaçın mahallarının məlikləri də bir para vilayət xanları kimi dövlət, əzəmət, cəlal və bünövrə sahibi idilər." Burada adı çəkilən Hacısamlı nahiyyəsinin ərazisi indiki Laçın rayonunun şimalından Qırqız dağının aşırımına qədər, indiki Kəlbəcər rayonunun sərhəddi boyunca böyük bir ərazini əhatə edir. Aranı və yaylağı olmaqla heyvandarlıq və əkinçilik üçün əlverişli bir ərazidir. Pənahəli xan Qarabağlının razılığı ilə təməli qoyulan Hacısamlı bəyliyinin daha yaxşı inkişafı və şöhrətlənməsi 1880-ci illərdə özünü göstərmişdir. Belə ki, Hacısamlı nahiyəsində bəylik titulunu Bülövlük (Biləvlik) bəylərindən sonra Əlipaşa bəy qazanmışdır. Şuşa bəy komissiyasının 21 dekabr 1872-ci il 374 saylı protokolu 16 avqust 1877-ci ildə Qafqaz canişini M. Vorontsov tərəfindən təsdiq edilərək Əlipaşa bəy Sultanova bəylik titulu verilmişdir. Məhz Hacısamlı nahiyəsinin şöhrətlənməsi Əlipaşa bəy Sultanovun və Sultan bəy Sultanovun bəyliyi dövründə olmuşdur. Hacısamlı nahiyyəsi yaşayış məskəni kimi qədim əsrlərdən, minilliklərdən xəbər verir. Hətta bu ərazidə xristanlıqdan əvvəllərə aid abidələr var. == Mənbə == Qarabağnamələr.
Həkəri nahiyəsi
Həkəri nahiyəsi — 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Həkəri sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə Osmanlı dövləti Həkəri nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb.
Həştrud nahiyəsi
Həştərud mahalı — XIV əsr-1990 inzibati nahiyə. Ərdəbil xanlığının bölgələrindən biri. == Tarixi == Elxanilər dövləti Azərbaycan vilayətinin Marağa tüməninin nahiyəsi olmuşdur. Xərsu kəndi 1594 Təbriz əyalətinin Təbriz sancağının nahiyəsi 1724-ci ilin icmal dəftərinə görə Ərdəbil əyalətinə tabe olan Ərdəbil livası Həştrud nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Mərkəzi Həştrud şəhəridir. 106 kənddən ibarət idi.
Karbi nahiyəsi
Karbi mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. İrəvan xanlığına tabe olmuş mahal. == Tarixi == Elxanilər dövlətinin Çuxursəəd tüməninin Karbi nahiyəsi Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, hələ 1431-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəm 7 kəndi (Vağarşabad (Eçmiədzin-Üçkilsə), Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni) katolikos Qriqor Makuluya 530 min Təbriz dinarına satmışdı. 1441-ci ildə erməni katalikoslarının fəaliyyət mərkəzi Kilikiyanın Sis şəhərindən Azərbaycana - İrəvan yaxınlığındakı Üçkilsə (Üçmüədzin) Cahanşah Qaraqoyunlu fərman vermiş 1590-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Karbi nahiyəsində aşağıdakı kəndlər mövcud idi: 73 kənd Karpi kəndi Öşgan Masdıra Abdallar məzrə ("əkin yeri") - Maçdərə kəndinin yaxınlığında yerləşİR. "Kasim vələdi Yusif" adlı bir şəxsə (mülkədara) məxsus olmuş Maçdərə kəndi Qoş kəndi Qızıləyrək kəndi Əxis (?) kəndi Pirtəkiyyəsi kəndi Pireken kəndi Kötüklü məzrə`əsi Qızılağıl və Dəmirkilsə məzrə`əsi. Zopanus kəndi Parpi kəndi Arani məzrə`əsi Xızır İlyas məzrə`əsi Uşi kəndi Maqta kəndi Xanevənk kəndi Ədis kəndi Əştərək Molla Dursun kəndi. Tus kəndi Firənk kəndi Qızıldəmir kəndi Ağdəmir kəndi Kəranpa (?) kəndi Oşakan kəndi Hacı Qaralı (Hacıqara (Üçkilsə)) kəndi Kətxuda Tal (?) məzrə`əsi. Hacılar kəndi Yoncalıq məzrə`əsi Hacavəng məzrə`əsi. Dığır kəndi Batrınc kəndi Qaraağıl kəndi Ağcaqala kəndi. Başqa adı Xatunkənddir. Üçkilsə kəndi Əbdürrəhman məzrə`əsi.
Keştasf nahiyəsi
Keştasf (Güştəsf) nahiyəsi-Səfəvilər dövləti dönəmində Qarabağın bir bölgəsi idi. == Tarixi == Hazırkı Laçın rayonunun bir hissəsi bu bölgəni əhatə edir. Xanlıq dönəmində bu nahiyə Qaraçorlu mahalının tərkibinə daxil oldu. Adının açımı keşti asp-at seyrangahı anlamındadır. Saxtakar erməni müəllifləri həmişə Qarabağın iki tarixi bölgəsi Keştasf və Keştəyi dəyişik salıb, ikisini də Keşatağ şəklində göstərirlər. Bu bölgənin yer-yurdunu, yiyələrini aydınlatmaq qərarına gəldik. Keştasf bölgəsi yerli Qarabağ ləhcəsində Keştaz adlanırdı. Bu yörə qədim mənbələrdə Quştasfi (At əti) biçimində də hallanır. 1593-cü ildə Osmanlı dövləti Keştasf nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Baldadı Miri məzrəsi Hacılar Qorçu Uzun Hacı Məhav Ceyk Nevşəhri Şirənho/Şirənohur Oğuzaberd İmirli Yenicə Hortagird Çəpni Pul/Körpükəndi Kəlibərd Dərətüm Şəbəki Bəridli Şeyxabad Obadaş Babalı Köhnək Əngücək Ağcaqışlaq Xətək Əsətkəndi Pənçlər Salır Andazor Şeyx Izzəddin Ağabad Parqa məzrəsi Əmir qışlağı Qaraxan Səfiyan Quşçu Alpatay Kasos/Katos Dəndvay Allahverənli Bəyobası Açqız Bəyəxan Bu siyahıda erməni dilinin vasitəsilə çözüləcək bir yurd yeri yoxdur.
Keştək nahiyəsi
Keştasf — Səfəvilər dövləti dönəmində Qarabağın bir bölgəsi idi. == Tarixi == Hazırkı Kəlbəcər rayonunun bir hissəsi bu bölgəni əhatə edir. Xanlıq dönəmində bu nahiyə Qaraçorlu mahalının tərkibinə daxil oldu. Adının açımı keştək seyrangah anlamındadır. Saxtakar erməni müəllifləri həmişə Qarabağın iki tarixi bölgəsi Keştasf və Keştəyi dəyişik salıb, ikisini də Keşatağ şəklində göstərirlər.. 1593-cü ildə Osmanlı dövləti Keştək nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Keştək nahiyəsi 1727-ci ildə Keştək nahiyəsi Osmanlı dövləti tərəfindən siyahıya alındı. Əhali yurdlarını tərk etdiyindən aşağıdakı kəndlərin bəziləri boş qalmışdı. Pircamallı kəndi Seyid Sultan kəndi Yarımcalı kəndi Mərdəgird kəndi Şeyx Arıq kəndi Çerebis kəndi Dirxinək kəndi Deyülər kəndi Qazı kəndi Daş kəndi Güllücə kəndi Alagöl kəndi Xak kəndi Cadəvi kəndi Tusi kəndi Xoşaman kəndi Əfsunçu kəndi Qoyunlu Mahmudlu kəndi Şəhərəgedər kəndi Sümə kəndi Acıtala kəndi Sümə Qaraağac kəndi Qunduzçu kəndi Şeyxlər kəndi Kərkilər kəndi Xəratan və Düzələn kəndləri. Kələki kəndi Cəbə kəndi == Mənbə == Ənvər Çingizoğlu, Keştək, "Soy" dərgisi, Bakı,2012.
Kiği nahiyəsi
Kiği nahiyəsi və yaxud Gığı nahiyəsi — 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Urud livası tərkibində nahiyə. == Kəndləri == Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livasının Kiği nahiyəsində ümumilikdə 12 kənd var. Onlardan 5-i erməni, 7-si türk kəndidir. Türklər yaşayan kəndlərdən 5-i dağıdılıb, yaşayış olan kəndlərdən yalnız ikisində etnik tərkib türklər idi. Kəndlərin dağıdılmış, boş olmasına əsas səbəb Osmanlı hücumu ərəfəsində bölgədə, xüsusilə şiə etiqadlı yerli əhali arasında kütləvi köçlərin baş tutmasıdır.
Kəhram Sahibi nahiyəsi
Kəhram Sahibi nahiyəsi — 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi == Tarixi == == Kəndləri == 1. Bəhrivar erm. kəndi (37 ailə) 2. Lök erm. kəndi (10 ailə) 3. Əştərək azərb. kəndi (6 ailə) 4. AĢağı Vartanazor. Kəndin Xəbir məzrəəsi azərb. kəndi (8 ailə) 5.
Kəhram Əyrinci nahiyəsi
Kəhram Əyrinci nahiyəsi — XIV əsr-1747 əsrlər. İnzibati ərazi. Qarabağ xanlığı dövründə Mehri mahalı adlanmışıdr. 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi == Tarixi == == Kəndləri == 1. Mehri (Meğri) erm. kəndi (65 ailə) 2. Yenicə erm. kəndi (4 ailə) 3. Təştun erm. kəndi (43 ailə) 4.
Kəkəberd nahiyəsi
Kəkəberd nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi == Tarixi == == Kəndləri == 1. Qarçivan erm. kəndi (43 ailə) 2. Kar erm. kəndi (21 ailə) 3. Əyərək erm. kəndi (38 ailə) 4. Gorus erm.
Kənduvan nahiyəsi
Kənduvan nahiyəsi — XIV əsr-1990 inzibati nahiyə. == Tarixi == 1724-ci ilin icmal dəftərinə görə Ərdəbil əyalətinə tabe olan Ərdəbil livası Kənduvan nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Mərkəzi Kənduvan 41 kənd ibarət idi. İranın Şərqi Azərbaycan ostanı Kənduvan oldu.
Masırı nahiyəsi
Kəhram Sahibi nahiyəsi — 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi == Tarixi == == Kəndləri == Nüvədi (Meğri) 1. Kərdəzor azərb kəndi (20 ailə) 2. Yarıkətxuda. BaĢqa adı Xətibandır azərb. kəndi (7 ailə) 3. Kəmasəri azərb. kəndi (6 ailə) 4. Tas 1 azər. ailəsi + 1 er. ailəsi 5.
Mağavuz nahiyəsi
Mağavuz nahiyəsi — Qarabağ əyalətinin bir bölgəsi idi. 1747-ci ildən sonra Qaraçorlu mahalının, 1840-cı ildən sonra Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının, 1930-cu ildən sonra Laçın rayonunun tərkibində olub. == Məğavuz nahiyəsi 1593-cü ildə == 1593-cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə Osmanlı dövləti Məğaviz nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış belədir: Vəqazin Əritaq Çorman Bozdoğan Ərdəş Pərixan Qarıqışlaq Qarasaqqal Şılk Gündüz Bayındır Səgaxar Xəsili Abdallar Bozdoğan II Godgai Daşlı böyük İlxılı Moracıq məzrəsi Ağbulaq Həzili Sos Rəraxsi Daşlı kiçik == Mağavuz nahiyəsi 1727-ci ildə == 1727-ci ildə Məğavuz nahiyəsi Xaçın nahiyəsinin tərkibində yerləşirdi. Məğavuz nahiyəsinin kəndləri: Ələyi kəndi. Kənddə heç kim yaşamırdı. Acıkənd kəndi. Kənddə heç kim yaşamırdı. Ağcakənd kəndi. Gözəlməzrə kimi tanınan bu kənddə heç kim yaşamırdı.
Mehranrud nahiyəsi
Mehranrud mahalı — XIV əsr-1990 inzibati nahiyə. Təbriznın bölgələrindən biri. == Tarixi == Təbrizin şərqində yerləşən bu mahal Təbrizdən axan Mehranrud çayının adı ilə əlaqədardır. Şəhər darvazasından oraya beş fərsəng məsafə var idi. İsfənc, Sədabad onun böyük qəsəbələri idi. Orada bir sıra kəndlər, o cümlədən Çanqur, Qasımabad, Yuxarı Gəvanlıq, Mərnab, Bakşin, Nəhənd, Üsbənc, Qərəçəlu, Növcədih, Quvalan, Anbardan, Kəlixan, Zırnıq, Fəhvəsfənc (indiki Basmınc), Ġstiliq, Keçəlabad, Kərmavcan, Barus var idi 1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin nahiyəsi E. Çələbinin yazdığına görə, Təbrizin dörd tərəfində təqribən 7 nahiyə (Mehranrud, Səravrud, Dideherdər, Ərdənəq, Dudqat, Canımrud, Bədistan) var. Şəhərin şərqində yerləşən Mehranrud nahiyəsinə daxil olan Rut, İsfənc, Səidabad kəndlərində müxtəlif məscid, karvansara, hamam, kiçik üstüörtülü bazar, bağ və bağçalar yerləşirdi. Səyyah xüsusilə vurğulayır ki, əksər kəndlər adı çəkilən ictimai tikililərə malik idilər. 1725-ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Təbriz livasının nahiyəsi .
Mincivan nahiyəsi
Mincivan nahiyəsi — 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi == Tarixi == == Kəndləri == 1.Bozartuq azərb. kəndi (8 ailə) 2. Əbdülsəməd azərb. kəndi (dağıdılıb) 3. Keçlə məzrəə azərb. kəndi (dağıdılıb) 4. Kis kəndi və Qafalı məzrəəsi azərb. kəndi (dağıdılıb) 5. Xürrəmabad azərb. kəndi (dağıdılıb) 6.
Miyandab nahiyəsi
Miyandab mahalı — XIV əsr- inzibati nahiyə. Urmiya xanlığının bölgələrindən biri. == Tarixi == Elxanilər dövləti Azərbaycan vilayətinin Marağa tüməninin nahiyəsi olmuşdur. 1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Marağa livası nahiyəsi 1724-ci ilin icmal dəftərinə görə Təbriz əyalətinə tabe olan Marağa livası Miyandab nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Mərkəzi Miyandoab (Qoşaçay) şəhəridir. İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının (vilayətinin) 14 şəhristanından biri. Şəhristanın inzibati mərkəzi Miyandoab (Qoşaçay) şəhəridir.
Miyanə nahiyəsi
Məyanic nahiyəsi — XIV əsr-1990 inzibati nahiyə. == Tarixi == Elxanilər dövləti Azərbaycan vilayətinin Sərab tüməninin nahiyəsi olmuşdur. 1724-ci ilin icmal dəftərinə görə Ərdəbil əyalətinə tabe olan Ərdəbil livası Miyanə nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Mərkəzi Miyanə şəhəridir. 101 kənd və 9 məzradan ibarət idi. İranın Şərqi Azərbaycan ostanının 20 şəhristanından biri Miyanə şəhristanı oldu.
Mülki-Arslan nahiyəsi
== Tarixi == XVI əsrdə Naxçıvan ölkəsinə daxil olan nahiyələrdən biri də Mülki-Arslan nahiyəsi olmuşdur. AMEA-nın müxbir üzvü A. Bağırovun fikrincə bu ad Azərbaycan Atabəylər dövlətinin başçısı Müzəffərəddin Özbəyin (1210–1225) oğlu Qızıl Arslanın adı ilə bağlıdır. Tədqiqatçı qeyd edir ki, atasının ölümündən sonra Naxçıvanın hakimi olmuş Qızıl Arslana (1225–1229) məxsus torpaq sahələri və kəndlər "Mülki-Arslan" adlandırılmışdır. Qeyd edək ki, tədqiqatçı bu fikri ifadə edərkən tarixdə daha çox Xamuş ləqəbi ilə qalmış Qızıl Arslanı nəzərdə tutmuşdur. Tarix üzrə fəlsəfə doktoru E. Kəlbizadənn fikrincə də bu ərazinin adının formalaşmasının Atabəylər dövrü ilə bağlı olduğu şəksizdir. Lakin "Mülki-Arslan" sözündəki "Arslan" hissəsinin məhz Qızıl Arslan Xamuşla niyə əlaqələndirilməsi maraq doğurur. Qeyd edək ki, Azərbaycan Atabəylər dövlətinin mövcudluğu illərində Eldənizlər sülaləsində 2 Qızıl Arslan olmuşdur. Bunlardan biri Şəmsəddin Eldənizin Möminə Xatından olan ikinci oğlu Müzəffərəddin Qızıl Arslan (1186–1191), digəri isə Eldənizlərin sonuncu — 5-ci hökmdarı Müzəffərəddin Özbəyin İraq Səlcuqlu Sultanı III Toğrulun qızı Məlikə Xatından olan oğlu Qızıl Arslan Xamuşdur I Qızıl Arslanın daha böyük ərazilərin hakimi və Atabəylər dövlətinin hökmdarı, II Qızıl Arslanın isə xarəzmşahlar və monqollar dönəmində qısamüddətli Naxçıvanın hakimi olması faktını nəzərə alsaq, bu əsaslandırmanı məntiqi qəbul etmək lazımdır. == Səfəvilər dövrü == Bu nahiyə şimaldan Məvaziyi-Xatın, şərqdən Dərəşahbuz, cənubdan Naxçıvan nahiyələri, qərbdən Qarabağlar sultanlığı ilə həmsərhəd olmuşdur. Nahiyənin ərazisi, təqribən, 320 km2 -dən artıq olmuşdur.
Məvazixatun nahiyəsi
XII-XIII əsrlərdə Naxçıvan vilayətinin şimalında Eldəniz hökmdarlarının xanımlarına məxsus mülklər yerləşirdi. Dəbil istiqamətində gedən yollar üzərində yerləşən bu mülklər sonrakı dövrlərdə xüsusilə XVI-XVII əsrlərdə elə “Xatın mülkləri” kimi xatırlanmış və “Məvaziyi-xatın” adlandırılmışdır . Eldənizlər dövründə bu mülklərdə çoxlu karvansaralar tikilmiş və onların bəzilərinin qalıqları günümüzə qədər qalmışdır. Bu fakt isə bizə əski Oğuz-Səlcuq adətlərini xatırladır . F.Sümər “Oğuzlar” kitabında yazır ki, karvansaralar, xəstəxanalar və körpülər kimi dini səciyyə daşımayan çoxlu əsərlər tikdirənlər arasında Səlcuq xanədanına mənsub xatınların olması da maraqlıdır. Hətta İranda karvansaraların əsasən və ya daha çox Səlcuq sultanlarının qızları tərəfindən inşa edildiyi sanılırdı . A.Bağırovun irəli sürdüyü ehtimala görə nahiyənin adı 1225-1229-cu illərdə Naxçıvanın hakimi olmuş Qızıl Arslanın arvadı Xatına məxsus kəndləri əhatə edən ərazinin adı ilə bağlı yaranmışdır . Sözün birinci hissəsindəki “Məvazi” - “mevzi” sözü əski Osmanlı türkcəsindən “mövqe”, “mənzil”, “yer” kimi tərcümə edilir. “Xatın” isə Eldənizlərdə saraya xanımlarını ifadə etmək üçün işlədilmişdir. Məvaziyi-Xatın nahiyəsi şimaldan və qərbdən Dərələyəz, şərqdən Dərəşahbuz, cənubdan Mülki-Arslanlı nahiyələri ilə həmsərhəd olmuşdur.

nahiyə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. 1917-ci il inqilabından əvvəl və inqilabın ilk dövründə qəza tərkibinə daxil olan inzibati-ərazi vahidi; rayon. [Kəndli:] Dedim heç belə bir iş olmaz, getdim nahiyəyə, ispolkoma dedim, dedi ərizə ver. T.Ş.Simurq. [Bəhram:] O vaxt bizim nahiyənin pristavı Navedski adında çox rəhmsiz və əclaf bir adam idi. Ə.Vəliyev. 2. İnsan və heyvan bədənində hər hansı bir daxili orqanın yerləşdiyi sahə, yer. Ürək nahiyəsi. Döş nahiyəsi.

    Azərbaycan dilinin izahlı lüğəti / nahiyə
  • 2 NAHİYƏ1 ə. qadağan olunmuş (iş və ya şey haqqında). NAHİYƏ2 ə. 1) yan tərəf; kənar; 2) yaxın, qonşu; 3) rayon, region (inzibati ərazi bölgüsü).

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / nahiyə

nahiyə sözünün etimologiyası

nahiyə sözünün sinonimləri (yaxın mənalı sözlər)

nahiyə sözünün rus dilinə tərcüməsi

  • 1 1. район; 2. мед. область;

    Azərbaycanca-rusca lüğət / nahiyə
  • 2 сущ. 1. регион 2. мед. область (место расположения какого-л. внутреннего органа человека или животного). Ürək nahiyəsi область сердца, qarın nahiyəsi область живота, qulaq nahiyəsində в области уха

    Azərbaycanca-rusca lüğət / nahiyə

nahiyə sözünün inglis dilinə tərcüməsi

nahiyə sözünün fransız dilinə tərcüməsi

nahiyə sözünün ləzgi dilinə tərcüməsi

nahiyə sözünün türk dilinə tərcüməsi

"nahiyə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nahiyə nədir? #nahiyə sözünün mənası #nahiyə nə deməkdir? #nahiyə sözünün izahı #nahiyə sözünün yazılışı #nahiyə necə yazılır? #nahiyə sözünün düzgün yazılışı #nahiyə leksik mənası #nahiyə sözünün sinonimi #nahiyə sözünün yaxın mənalı sözlər #nahiyə sözünün əks mənası #nahiyə sözünün etimologiyası #nahiyə sözünün orfoqrafiyası #nahiyə rusca #nahiyə inglisça #nahiyə fransızca #nahiyə sözünün istifadəsi #sözlük