qafiyə sözü azərbaycan dilində

qafiyə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qafiyə • 89.6552%
  • Qafiyə • 10.3448%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qafiyə
Qafiyə — şeirdə beytlərin və ya misraların son söz və ya səslərinin uyğunluğu, həmahəngliyi. Qafiyə – misraların sonunda sözlərin səs, şəkil, quruluş baxımından ahəngdar şəkildə tələffüz olunmasına deyilir. Şeirdə qafiyənin rolu əsasən belə səciyyələndirilir: «misraların sonunda və ya misra içində səslər bir-birinə uyğun, fonetik tərkibcə həmahəng və şeirə xüsusi gözəllik, ahəng, aydın forma verən sözlər. Şeirin məna və ahəngcə təşkilində qafiyə böyük rol oynayır. == Mənşəyi və funksiyaları == Bəzi müəlliflərin fikrincə, qafiyə türk şeirinə, həmçinin digər şərq xalqlarının şeirinə ərəb şeirindən keçmişdir. Lakin tarixi çox qədim olan Azərbaycan şifahi xalq ədəbiyyatında qafiyəli nümunələrin mövcud olması həmin fikrin yanlış olduğunu göstərən kifayət qədər tutarlı faktdır.Qafiyənin şeirdə məhdudiyyət yaratmaqla bərabər öz funksiyaları var. Bunlara deyilişi gözəlləşdirmə, yadda saxlamanı asanlaşdırma və s. aiddir. Məhz bu funksiyalar nəticəsində qafiyə şeirdə öz əhəmiyyətini itirməmişdir. == Qafiyəşünaslıq elmi == Qafiyəşünaslıq orta əsrlərdə çox mühüm bir sahə sayılmış və qafiyələr nitq hissələri, fonetik xüsusiyyətlər baxımından və s.
Güllü qafiyə
Güllü qafiyə — Azərbaycan klassik poeziyasında aşıq şeiri şəkli. Bu şeir şəklinə “Dedim-dedi”, “Dedim-söylədi”, “Kəlmə kəsmək”, bəzən isə “Qafiyə” də deyilir. Ustad aşıqlar güllü qafiyəni misra və misraqırımı üzərində qururlar. Hər iki halda şeir aşiq-məşuqənin duet-dialoqu şəklində qurulur: Dedim: mən qurbanam yarın adına, Dedi: elə sənsən düşən yadına... (Qurbani) Yaxud: Dedim: gülşən nədi? – dedi: bağımdı, Dedim: səfalıdı? – söylədi: yox-yox... (Aşıq Əmrah) Güllü qafiyədəki duet-dialoq, həm də üslubi məqamdır; misraqırımındakı poetik pauza (nəfəsdərmə) ifanı şirinləşdirir. Duetin birinci tərəfini bir aşıq, cavabını isə digər aşıq ifa edir. Güllü qafiyədən aşıqlar, çox hallarda, toyaxırı – duvaqqapma yerində istifadə edirlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.32 dəfə / 1 mln.
2003 ••••••• 0.39
2004 •••••• 0.34
2006 •••••••••••••••••••• 1.13
2007 •••• 0.21
2009 ••••••••••• 0.64
2010 •••••••••••••••••••• 1.18
2011 ••••• 0.26
2012 •• 0.09
2013 •••••••••• 0.58
2014 ••• 0.17
2017 ••• 0.16
2019 ••• 0.14

qafiyə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] ədəb. Şeirdə: beytlərin və ya misraların son söz və ya səslərinin uyğunluğu, həmahəngliyi. Bu şerin qafiyələri düz gəlmir. – Demirəm mən sənə şair deyilsən, var şerin; Vəzni var, qafiyə var, qaliba yox can, Yusif! S.Ə.Şirvani.

    Azərbaycan dilinin izahlı lüğəti / qafiyə

qafiyə sözünün etimologiyası

  • 1 Ərəbcədir, cəm forması qəvafi kimidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti) “Qafiyə” sözünün kökü olan قفو birinin izində olmaq, birini təqib etmək anlamında işlədilən 3 samitli bir feildir. Anadolu türkcəsində işlədilən kafa (qafa - baş) sözü də ərəb dilində “qafiyə” ilə eyni kökdəndir. Mənşəyini nəzərə alsaq, “kafa” sözü, əslində, başın arxa nahiyəsinə - boyun ardına deyilməlidir. Məhz bu anlamda “qafa” və “qafiyə” sözlərinin etimoloji kökü (qfv) eyniləşir: “arxadan gəlmə”, “izi ilə gəlmə”. Şeirdə də qafiyəli misralar bir-birini təqib edir, izləyir. (Coşqun Zəki)

    Azərbaycan dilinin etimologiya lüğəti / qafiyə

qafiyə sözünün rus dilinə tərcüməsi

qafiyə sözünün fransız dilinə tərcüməsi

qafiyə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. лит. рифма (шиирда, манида цӀарарин эхирда сад-садав кьур, сад-садав туькӀвей гафар, ванер).

    Azərbaycanca-ləzgicə lüğəti / qafiyə

qafiyə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. şeirdə beytlərin və ya misraların son hərflərinin uyğun gəlməsi.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"qafiyə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qafiyə nədir? #qafiyə sözünün mənası #qafiyə nə deməkdir? #qafiyə sözünün izahı #qafiyə sözünün yazılışı #qafiyə necə yazılır? #qafiyə sözünün düzgün yazılışı #qafiyə leksik mənası #qafiyə sözünün sinonimi #qafiyə sözünün yaxın mənalı sözlər #qafiyə sözünün əks mənası #qafiyə sözünün etimologiyası #qafiyə sözünün orfoqrafiyası #qafiyə rusca #qafiyə inglisça #qafiyə fransızca #qafiyə sözünün istifadəsi #sözlük