Afiyə sözü azərbaycan dilində

Afiyə

Yazılış

  • Afiyə • 66.6667%
  • afiyə • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Afiyəddin Cəlilov
Afiyəddin Cəlilov (1 avqust 1946, Naxçıvan – 29 sentyabr 1994, Bakı) — Azərbaycan dövlət və siyasi xadimi. Bir sıra yüksək dövlət vəzifələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmışdır. == Həyatı == === Erkən illəri === Afiyəddin Cəlilov 1946-cı il yanvarın 8-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Leninqrad Dağ-Mədən İnstitutunu və 1981-ci ildə Moskvada İKP MK yanında İctimai EA-nı bitirmişdir. 1969–1973-cü illərdə Naxçıvan duz mədənlərində mühəndis-mexanik işləmişdir. Sonralar 1973–1979-cu illərdə məsul komsomol, partiya və dövlət işində çalışmış, Naxçıvan Vilayət Komsomol Komitəsinin 1-ci katibi və Azərbaycan LKGİ Milli Komitəsinin katibi işləmişdir. O, 1979–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Milli Komitəsinin təlimatçısı işləmişdir. 1981–1989-cu illərdə Bakı şəhəri Nəsimi rayonu partiya komitəsinin 1-ci katibi işləmişdir. === İctimai-siyasi fəaliyyəti === Afiyəddin Cəlilov 1989–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri, Partiya Komitəsinin 1-ci katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Prezidentinin müşaviri olmuşdur. O, Naxçıvanda işlədiyi dövrdə Ermənistanın təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan MR-in iqtisadi-sosial problemlərinin həlli, muxtar respublikada vətandaş həmrəyliyinin yaranması və sabitliyinin qorunub saxlanması sahəsində önəmli fəaliyyət göstərmişdi.
Məmmədrza Afiyət Mərəndi
Məmmədrza Abdulla oğlu Afiyət Mərəndi (22 yanvar 1926, Qazax – 24 aprel 2011, Bakı) — Azərbaycan yazıçısı, jurnalist, tərcüməçi, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü və "Azərbaycan" qəzetinin redaktoru. == Həyatı == Məmmədrza Abdulla oğlu Afiyət 1926-cı il yanvarın 22-də Azərbaycanın Qazax rayonunda anadan olub. 1932-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçüblər. Orta məktəbi Təbrizdə bitirib. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Bakıya qayıdıb. Burada hərbi məktəbi daha sonra isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 30 ilə yaxın Azərbaycan Demokrat Firqəsinin mətbu orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsini icra edib. Jurnalistika ilə yanaşı yazıçılıqla da məşğul olub. Bir müddət Mərənddə yaşadığı üçün özünə "Mərəndi" ləqəbini götürüb. Azərbaycan Yazıçılar İttifaqının üzvü olub.

afiyə sözünün leksik mənası və izahı

"afiyə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#afiyə nədir? #afiyə sözünün mənası #afiyə nə deməkdir? #afiyə sözünün izahı #afiyə sözünün yazılışı #afiyə necə yazılır? #afiyə sözünün düzgün yazılışı #afiyə leksik mənası #afiyə sözünün sinonimi #afiyə sözünün yaxın mənalı sözlər #afiyə sözünün əks mənası #afiyə sözünün etimologiyası #afiyə sözünün orfoqrafiyası #afiyə rusca #afiyə inglisça #afiyə fransızca #afiyə sözünün istifadəsi #sözlük