Tağıyev sözü azərbaycan dilində

Tağıyev

Yazılış

  • Tağıyev • 99.4593%
  • TAĞIYEV • 0.4828%
  • tağıyev • 0.0386%
  • TAğıyev • 0.0193%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adil Tağıyev
Adil Cəlil oğlu Tağıyev (25 may 1928, Şərur rayonu, Naxçıvan MSSR – 20 noyabr 1988, İliç rayonu) — tütünçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1952), Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Adil Tağıyev 1928-ci ildə Naxçıvan MSSR-in İliç rayonunın (indiki Şərur rayonu) Xok kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1945-ci ildə Əzizbəyov adına kolxozda başlamış, 1957-ci ilə qədər bu kolxozda manqabaşçısı, sədr müavini, sədr və aqronom işləmişdir. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 30 yanvar 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Adil Tağıyev 20 noyabr 1988-ci ildə İliç rayonunda vəfat etmişdir.
Allahverdi Tağıyev
Allahverdi Əkbər oğlu Tağıyev (24 may 1992; İmişli, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Tağıyev 24 may 1992-ci ildə İmişli şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Allahverdi Tağıyev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Sonra eyni hərbi birləşmədə müddətdən artıq xidmət etməyə başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Allahverdi Tağıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Allahverdi Tağıyev 27 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Tağıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Tağıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Allahverdi Tağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Altay Tağıyev
Altay Oruc oğlu Tağıyev - Azərbaycanlı şəhid. == Həyatı == Tağıyev Altay Oruc oğlu 12 iyul 1967-ci ildə Gədəbəy rayonunun Göyəlli kəndində sıravi kolxozçu ailəsində anadan olub. 30 yanvar 1994-cü ildə şəhid olub. == Təhsili == O, 1974-cü ildə Göyəlli kənd orta məktəbinin 1-ci sinifinə daxil olub, 1984-cü ildə həmin məktəbi bitirmişdir. == Hərbi xidməti == 1985-87-ci illərdə Sovet ordusunda xidmət etmişdir. 1993-cü ildə torpaqlarımız uğrunda gedən döyüşlərdə könüllü olaraq Azərbaycan ordusu sıralarına qatılmışdır. == Vəfatı == 1994-cü il yanvar ayının 30-da torpaqlarımızın müdafiəsi zamanı şəhid olub. == Ailə vəziyyəti == Subay idi. == İstinadlar == "Gədəbəy Şəhidləri".
Anar Tağıyev
Anar Tağıyev (dövlət xadimi) — Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı. Anar Tağıyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Asif Tağıyev
Asif Zakir oğlu Tağıyev (23 fevral 1985, Daşkəsən – 27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Tağıyev 1985-ci il fevralın 23-də Daşkəsən şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Asif Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Asif Tağıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Tağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Tağıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asəf Tağıyev
Asəf Tağı oğlu Tağıyev (30 aprel 1952, Yengicə, Noraşen rayonu) — baş həkim, Naxçıvan Muxtar Respublikasının V çağırış Ali məclisinin deputatı. == Həyatı == Asəf Tağıyev 1952-ci il 30 aprel ayında Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1959-cu ildə Yengicə kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1969-cu ildə məktəbi fərqlənmə diplomu ilə bitirir. Elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsinə daxil olur. == Fəaliyyəti == Asəf Tağıyev 1971-ci ildə Azərbaycan Lenin Kominist Gənclər İttifaqının mərkəzi komitəsində Azərbaycan tələbə inşaat dəstələrinə baş sanitar həkim, 1973-cü ildə Bakı sahə Semaşko adına xəstəxanada anestezialoq, reanimotoloq vəzifələrində çalışmışdır. 1976-cı ildə Şərur rayonuna gələrək Çərçiboğan kənd sahə xəstəxanasında sahə həkimi, 1986-cı ildə Çərçiboğan kənd sahə xəstəxanasına baş həkim təyin edilir. 1987-ci ildə müəsissələrin icarə və özünüidarə etməsi ilə bağlı Moskva şəhərində kursda olmuşdur. 1988-ci ildə qabaqcıl kənd həkimlərinin Moskva müşavirəsinin iştirakçısı olmuşdur. 1990-cı il yanvar ayında Şərur rayonunda gedən hücumlar ərəfəsində, göstərdiyi həkimlik fəaliyyətinə görə Asəf Tağıyev, "Müharibə Veteranı" adına laiq görülür. 1991-ci ilin iyun ayından Şərur rayon mərkəzi xəstəxanasında müalicə işləri üzrə müavin, 1999-cu ildə isə baş həkim təyin olunur.
Azər Tağıyev
Azər Tağıyev (vəkil)
Ağazeynalabdin Tağıyev
Tağıyev Ağazeynalabdin Sadıq oğlu — Hacı Zeynalabdin Tağıyevin nəvəsi, repressiya qurbanı. 1893-cü ildə doğulmuşdur Peterburqun toxuculuq institutuna bitirib. Zeynal təhsilini başa çatdırıb Bakıya qayıdır. Londona getmiş, toxuculuq sənətini dərindən mənimsəmək üçün. Qayıdandan sonra Hacı Zeynalabdin Tağıyev fabrikində ingilis rəisin əli altında işləyirdi. Sovet hökuməti onu direktor təyin etdi. Zeynal on ildən çox o vəzifədə işlədi. 1932-ci ildə KQB tutdu. 1934-cü ilə qədər dustaqda qaldı və azadlığa çıxdı. 1937-ci ildə yenə tutdular və tez də azad etdilər.
Baba Tağıyev
Tağıyev Baba Əli oğlu (18 iyul 1961, Muğanlı, Noraşen rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == Baba Tağıyev 1961-ci il iyulun 18-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Muğanlı kəndində anadan olmuşdur. Xarkov Kənd Təsərrüfatı İnstitutunun bitki mühafizəsi fakültəsini bitirmişdir. Rus və fransız dillərini bilir. 1985-ci ildən Abşeron rayonunda bioloji laboratoriyanın aqronomu, baş aqronomu, direktor müavini olmuşdur. 1990-cı ildən Respublika Mərkəzi Laboratoriyasının direktor müavini, baş direktoru vəzifələrində çalışmışdır. 1989-cu ildə özəl sahibkarlıq fəaliyyətinə başlamışdır. 1999-cu ildən "Tağıyev" şirkətlər qrupunun qurucusu və təsisçisidir. == İctimai-siyasi fəaliyyəti == 2005-ci ildə II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür.
Bahadur Tağıyev
Bahadur Hüseyn oğlu Tağıyev (13 mart 1934, Türkoba, Masallı rayonu – 7 yanvar 2020, Bakı) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (2014), Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri. == Həyatı == Bahadur Tağıyev 13 mart 1934-cü ildə Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fizika ixtisası üzrə bitirmişdir. O, 1965-ci ildə fizika üzrə fəlsəfə doktoru, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1984-cü ildə isə professor elmi adını almış, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir. Rusiya Elmlər Akademiyasının lümenessensiya şurasının üzvü olmuşdur.Bahadur Tağıyev əmək fəaliyyətinə 1959-cu ildə başlayamışdır. O, AEA Fizika İnstitutunda aspirant, elmi işçi, laboratoriya müdiri işləmişdir. Sonralar isə bu institutun baş elmi işçisi olmuşdur. B.Tağıyev 1996–2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olmuş, 2009-cu ildən isə burada Fizika kafedrasının müdiri və Elmi-tədqiqat Nəqliyyat və Aviakosmik Problemlər İnstitutunun (ETNAPİ) direktoru vəzifəsində işləmişdir.Bahadur Tağıyev 7 yanvar 2020-ci ildə vəfat etmişdir. İkinci Fəxri xiyabanda dəfn olunmuşdur. == Elmi nəaliyyətləri == Alimin fəaliyyəti nəticəsində müxtəlif kristal quruluşu olan (zəncirvari, laylı, kubik və s.) elementar (selen) və mürəkkəb yarımkeçiricilərdə (GaSe, Ga2 Se3, EuGa2Se4, CaGa2 S4 və s.) 77300K temperatur intervalında, qüvvətli elektrik sahəsində (10–105 V/sm) elektrikkeçirmə mexanizminin yüksək daşıyıcıların injeksiyası və termoelektron ionlaşma ilə əlaqədar olması müəyyənləşdirilmişdir.
Cavid Tağıyev
Cavid Tağıyev (1981) — azərbaycanlı boksçu. Cavid Aydın oğlu Tağıyev (1985) — Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi. Cavid Qabil oğlu Tağıyev (1991) — azərbaycanlı futbolçu.
Dilqəm Tağıyev
Dilqəm Bəbir oğlu Tağıyev (6 yanvar 1950, Kəlbəcər rayonu) — Azərbaycanlı kimyaçı alim, AMEA-nın vitse-prezidenti, akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvi (akademik), (2014). == Həyatı == Dilqəm Bəbir oğlu Tağıyev (1950)-ci il (6) yanvarda həkim ailəsində anadan olmuşdur. (1966)-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə əyani şöbəsinə qəbul olunaraq hələ tələbəlik illərindən elmi tədqiqatlara böyük maraq göstərmiş və ilk elmi işini (1969)-cu ildə çap etdirmişdir. Tartu, Minsk, Tiflis və Novosibirsk şəhərlərində keçirilən tələbə və aspirantların konfranslarında elmi məruzələrlə çıxış etmiş, birinci və üçüncü dərəcəli diplomlara, fəxri fərmanlara layiq ğörülmüşdür. Dərs əlaçısı olmaqla bərabər eyni zamanda ictimai işlərdə də fəal iştirak etmiş, (1970)-ci illərdə Universitet Tələbə Elmi Cəmiyyətinin sədri, Universitet komsomol komitəsinin büro üzvü və Bakı şəhəri komsomol komitəsinin üzvü seçilmiş, Azərbaycan komsomolunun XXVII qurultayının nümayəndəsi olmuşdur . Dilqəm Tağıyev Azərbaycan Dövlət Universitetini (1971)-ci ildə fərqlənmə diplomu ilə bitirərək Moskvada SSRİ EA Üzvi Kimya İnstitunun aspiranturasına daxil olmuş və SSRİ EA-nın həqiqi üzvü, görkəmli kimyaçı akademik H. M. Minaçovun rəhbərliyi altında seolit katalizi sahəsində elmi axtarışlar aparmışdır. SSRİ EA Üzvi Kimya İnstitutunun Elmi Şurasında müvəffəqiyyətlə fəlsəfə doktoru (1975) və elmlər doktoru (1984) dissertasiyalarını müdafiə etmişdir. 1990-cı ildə professor elmi adını almışdır. == Elmi fəaliyyəti == Dilqəm Tağıyev Azərbaycan Dövlət Universitetini (1971)-ci ildə fərqlənmə diplomu ilə bitirərək Moskvada SSRİ EA Üzvi Kimya İnstitunun aspiranturasına daxil olmuş və SSRİ EA-nın həqiqi üzvü, görkəmli kimyaçı akademik H. M. Minaçovun rəhbərliyi altında seolit katalizi sahəsində elmi axtarışlar aparmışdır. (7) yanvar (1975-ci) ildə SSRİ EA Üzvi Kimya İnstitunda müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdir.
Elnur Tağıyev
Elnur Aydın oğlu Tağıyev (10 iyun 1997, Xəlfəli, Sabirabad rayonu – 26 oktyabr 2020, Qubadlı rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1997-ci il iyunun 10-da Sabirabad rayonu Xəlfəli kəndində Tağıyevlər ailəsində dünyaya gəlib. Elnur 3 bacının bir qardaşı idi. İlk orta təhsilini Sabirabad rayonu Xəlfəli kənd tam orta məktəbində almışdır. Bu mərd,vətənpərvər oğul orta məktəbi bitirdikdən sonra Şamaxı rayonunda tikinti sahəsində çalışıb. İdmanla məşğul olan Elnur güləşçi olub, dəfələrlə idman yarışlarında iştirak edib, birincilik qazanıb, mükafatlara layiq görülüb. == Döyüş yolu == 2015-ci ildə Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.Hərbi xidmətini Naxçıvan MR-da “N”saylı hərbi hissədə kəşfiyyatçı kimi keçmişdir. Elnur kəşfiyyatçı kimi həqiqi hərbi xidmətini başa vurduğu üçün torpaqlarımızın azad olunduğu günü səbirsizliklə gözləyirdi. Səfərbərlik elan olunan kimi 29 sentyabr 2020-ci ildə döyüşə yollanır. Ağır döyüşlər zamanı Elnur 5 gün mühasirədə qaldıqdan sonra, özünü və əsgər yoldaşlarını mühasirədən çıxarır.
Elxan Tağıyev
Elxan Tağıyev (tam adı: Elxan Fəxrəddin oğlu Tağıyev; 26 fevral 1990; Fəxralı, Goranboy, Azərbaycan — 1 oktyabr 2020; Suqovuşan, Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elxan Tağıyev 1990-ci il fevralın 26-da Goranboy rayonu nun Fəxralı kəndində anadan olub. 1997-2007-ci illərdə T. Sadıqov adına Faxralı kənd tam orta məktəbində təhsil almışdır. 2008-2010-cu illərdə müddətli hərbi xidmətdə olmuşdur. 2016-cı ilin 15 oktyabr tarixindən Beyləqan rayonunda N saylı hərbi hissədə MAXE hərbi qulluqçu kimi xidmətə başlamışdır. Ailəli idi. İki övladı qalıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun MAXE hərbi qulluqçusu olan Elxan Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək oktyabrın 1-də şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Tağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elxan Tağıyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Elzamin Tağıyev
Elzamin Eyvaz oğlu Tağıyev (11 avqust 1992; Qaradağlı, Xocavənd rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elzamin Tağıyev 11 avqust 1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində dünyaya göz açmışdır. Elzamin ilk təhsilini Xocavənd rayon Salakətin kənd tam orta məktəbində almışdır. == Hərbi xidməti == Elzamin Tağıyev 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli, 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Elzamin Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Hadrutun, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elzamin Tağıyev 9 noyabr 2020-ci ildə Şuşada döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Qubadlı şəhərinin işğaldan azad olunmasına görə gedən döyüşlərdə xüsusi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elzamin Tağıyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. == Ailəsi == Atası Eyvaz Həsrət oğlu Tağıyev Qarabağ müharibəsində iştirak etmiş, Xocavənd rayonunun Qaradağlı kəndinin müdafiəsində döyüş tapşırığını yerinə yetirmişdir. Həmin kəndin müdafiəsi uğrunda onun babası, dayısı və qohumları döyüşmüş və şəhid olmuşlar.
Elçin Tağıyev
Elçin Ağaqulu oğlu Tağıyev (1 iyul 1989, Zəhmətabad, Puşkin rayonu – 1 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Tağıyev 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 1995-2004-cü illərdə Ə. Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 6 yaşlı Dəryanur, 3 yaşlı Tağı və 1 aylıq Məhəmməd adında üç övladı yadigar qaldı. == Hərbi xidməti == Elçin Tağıyev 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşləri zamanı dostu Ziya Həsənovun şəhid olmasından sonra Müdafiə Nazirliyinə müraciət edib və öz istəyi ilə hərbi xidmətini cəbhə bölgəsində davam edib. Azərbaycan Ordusunun kapitanı olan Elçin Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Tağıyev oktyabrın 1-də Talış döyüşləri zamanı şəhid olub.
Tağıyev
Tağıyev — Azərbaycan soyadı. Tağıyevlər — Azərbaycananın tanınmış soylarından biri. Adil Tağıyev — tütünçü. Sosialist Əməyi Qəhrəmanı. Ağazeynalabdin Tağıyev — Hacı Zeynalabdin Tağıyevin nəvəsi, repressiya qurbanı. Dilqəm Tağıyev — Azərbaycan kimyaçı alimi. Eyyub Tağıyev — texniki elmlər doktoru, professor. Əbdürrəhman Tağıyev — ali təhsil almaq üçün xaricə göndərilmiş Cümhuriyyət tələbələrindən biri. Ələkbər Tağıyev — Azərbaycan bəstəkarı, hüquqşünas. Hacı Zeynalabdin Tağıyev — Azərbaycanlı milyonçu, mesenat.
Eyyub Tağıyev
Eyyub İsmayıl oğlu Tağıyev (27 yanvar 1912, Bakı – 17 yanvar 1967, Moskva) — texniki elmlər doktoru, professor, Stalin mükafatı laureatı (1942, 1948, 1951). == Həyatı == 1912-ci il yanvarın 27-də Bakıda anadan olmuşdur. Ailəsi babasının Böyük Qala küçəsindəki ikimərtəbəli evində yaşayırdı. Eyyubun atası İsmayıl Tağıyev təhsil görmüş adam idi, inqilabdan əvvəl Kiyevin Tereşşenko qardaşları şəkər zavodunu Zaqafqaziyada təmsil edirdi. Eyyub 1928-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olur. 1932-ci ildə institutu bitirdikdən sonra Lökbatan qazma kontorunda işə başlayır. Həmin illərdə heç kimin köməyi olmadan ingilis dilini öyrənir. 1937-ci ildə Bakıda xüsusi Suraxanı eksperimental qazma kontoru yaradılır, Bakıdan və Moskvadan bir çox istedadlı mütəxəssislər buraya cəlb edilir. 26 yaşlı Eyyub Tağıyev kontora rəhbər təyin edilir və onun qarşısında qazma mühərriklərinin yeni konstruksiyalarını və turbin qazması texnologiyalarını işləyib hazırlamaq vəzifəsi qoyulur. Bu kollektiv yüksək sürətlə işləyən turboburlar icad edir.
Eşqin Tağıyev
Eşqin Asif oğlu Tağıyev (18 mart 1998, Üçtəpə, Göygöl rayonu, Azərbaycan — 30 oktyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eşqin Tağıyev 1998-ci il, martın 18-də Göygöl rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. Kəlbəcər rayon 115 saylı tam orta məktəbi bitirib. == Hərbi xidmətləri == Eşqin Tağıyev 2017-ci ildə həqiqi hərbi xidmətini bitirdikdən sonra, 2018-ci ildə müddətdən artıq həbi qulluqçu kimi yoluna davam edir. 2020-ci ilin əvvələrində isə xüsusi təyinatlı qüvvələrdə gizir olaraq fəaliyyət göstərib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Eşqin Tağıyev, Cəbrayıl, Hadrut, Kəlbəcər, Şuşanın azad edilməsində savaşıb. 30 oktyabr 2020-ci ildə Şuşa şəhəri ərazisində şəhid olub. Göygöl rayon Murovdağ qəsəbəsində torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Tağıyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Tağıyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eşqin Tağıyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eşqin Tağıyev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fuad Tağıyev
Fuad Mərdan oğlu Tağıyev (1 noyabr 1996; Ətcələr, Sabirabad rayonu, Azərbaycan — 28 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fuad Tağıyev 1996-cı il noyabrın 1-də Sabirabad rayonunun Ətcələr kəndində anadan olub. 2014-cü ildə Sabirabad rayon Ətcələr kənd tam orta məktəbindən məzun olmuşdur. == Hərbi xidməti == Fuad Tağıyev 2014-2016-cı illərdə əvvəlcə, Azərbaycan Silahlı Qüvvələrinin, sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətli hərbi xidmət qulluqçusu olmuşdur. 2016-cı ildən eyni hərbi birləşmənin sıralarında müddətdən artıq xidmət edirdi. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. Fuad Tağıyev 2018-ci ildə "kiçik gizir" rütbəsi ilə xidmətini davam etdirmişdir. 2019-cu ildə “28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illik yubileyi“ münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda yüksək nailiyyətlər əldə etdiyinə və 2020-ci ildə də isə qış tədris dövründə nizam-intizamda, döyüş və ictimai-siyasi hazırlıqlarda göstərdiyi nailiyyətlərə görə Fəxri Fərmanla təltif olunmuşdur. Azərbaycan Ordusunun kiçik giziri olan Fuad Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın, Füzulinin, Cəbrayılın, Zəngilanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad Tağıyev oktyabrın 28-də Hadrutun azad edilməsi zamanı Qırmızı Bazar istiqamətində şəhid olub.
Hüseyn Tağıyev
Hüseyn Oqtay oğlu Tağıyev (8 avqust 1991; Bakı, Azərbaycan SSR — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyn Tağıyev 1991-ci il avqustun 8-də Bakı şəhərində anadan olub. Əslən İrəvan şəhərindən idi.1998-ci ildə Natiq Tagıyev adına 212 saylı tam orta mətəbin 1-ci sinifinə daxil olub. 2019-cu ildə Ayşən Tağıyeva ilə ailə həyatı qurdu. 28.03.2020-ci il doğumlu Nazlı adında qızları yadigar qaldı. == Hərbi xidməti == Hüseyn Tağıyev 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2015—2018-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2018-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu müqaviləsinin müddəti bitsə də, 2020-ci ildə yenidən müqavilə bağlayaraq Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsinin Kəşfiyyat Bölüyünün sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Hüseyn Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Kamran Tağıyev
Kamran Fikrət oğlu Tağıyev (27 sentyabr 2001, Maştağa, Azərbaycan — 31 oktyabr 2020;, Talış, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Tağıyev 27 mart 2001-ci ildə Bakıda, Maştağa qəsəbəsində dünyaya gəlib. 2008-ci il tarixində Maştağa qəsəbədsi C.Nurməmmədov adına 108 saylı orta məktəbin 1-ci sinfinə daxil olub və 2017-ci il tarixində həmin məktəbin 9-cu sinfini bitirib. 2019-cu il tarixdə Vətənə xidmət üçün ordu sıralarına çağırılır. O, Goranboy rayonunun Ağca kəndində hərbi xidmətdə olur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kamran Tağıyev Suqovuşan və Talış döyüşlərində savaşıb. 31 oktyabr 2020-ci ildə Tərtər rayonu, Talış kəndi istiqamətində hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub. Sabunçu rayonu Maştağa qəsəbəsində şəhidlər xiyabanında dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Tağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Tağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Mahmud Tağıyev
Mahmud Əzizağa oğlu Tağıyev (11 iyun 1923, Bakı – 21 noyabr 2001, Bakı) — Azərbaycan rəngkarı, Azərbaycan SSR əməkdar rəssamı (1982). == Həyatı == Mahmud Tağıyev 11 iyun 1923-cü ildə Bakıda anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1949–1953-cü illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində, 1953–1956-cı illərdə isə İ. Repin adına Leninqrad Dövlət Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır.Mahmud Tağıyev 1946-cı ildə rəssam Xalidə Səfərova ilə ailə qurmuş və həmin ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. O, 21 noyabr 2001-ci ildə Bakı şəhərində vəfat etmişdir.Rəssam Tağı Tağıyevin qardaşı, Əkrəm Tağıyevin atasıdır. == Yaradıcılığı == Mahmud Tağıyevin erkən yaradıcılığının əsas mövzuları natürmort və mənzərə əsərləri hesab olunur. O, 1960-cı illərdən başlayaraq sənaye və kənd təsərrüfatına aid mövzuları araşdırmışdır. Rəssam Azərbaycanda sovet tikililərinin quruculuq prosesinin əsas məqamlarını təsvir etmişdir. Bunlara Mingəçevir su anbarı və Sumqayıt alüminium zavodunun təsvirləri daxildir. M. Tağıyev bu illər ərzində portret janrını araşdırmağa davam etmiş və xüsusi olaraq tarixi portret janrına müraciət etmişdir.Rəssamın yaradıcılığına "Əriklər" (1969), "Əncirlər" (1974), "Eyvan" (1987), "Natürmort", "Yaz gülləri" (1993), "Lalələr", "Almalar" (1993), "Məcnun", "Leyli", "Güldanda güllər", "Dağlarda bahar", "Bakı", "Neft emal zavodunun işıqları", "Avarçəkən", "Yuxu", "Çılpaq", "Dədə Qorqud", "Səməd Vurğun", "Yeddi gözəl" və başqa əsərlər daxildir.Mahmud Tağıyevin Bakıda (1947-ci ildə Xalidə Səfərova ilə birgə, 1958, 1969, 1993), Moskvada (1990, 1988-ci illərdə X. Səfərova ilə birgə) fərdi sərgiləri keçirilmişdir. Onun əsərləri Rusiya, Türkiyə, Ukrayna, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İran, Suriya və Misirdə sərgilənmişdir.
Mübariz Tağıyev
Mübariz Hüseyn oğlu Tağıyev (31 yanvar 1948, İrəvan) - azərbaycanlı müğənni, Azərbaycan Respublikasının xalq artisti (2006). == Həyatı == Mübariz Tağıyev 31 yanvar 1948-ci ildə İrəvan şəhərində anadan olub. İrəvan şəhərində Axundov adına 9 saylı orta məktəbdə oxuyub. Peşəkar idmançı olaraq üzgüçülüklə məşğul olub. Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Sonralar Bakıda Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi çalışıb. 1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 16 may 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına,14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. == Ailəsi == Atası Hüseyn Tağıyev musiqiçidir, kamança ifaçısı olub. Anası Rübabə xanım Babayeva isə "Sovet Ermənistanı" qəzetində jurnalist vəzifəsində işləyib.
Məmməd Tağıyev
Məmməd Tağı oğlu Tağıyev (28 aprel 1921 – 1994) — Azərbaycan filoloqu, filologiya elmləri doktoru, professor. == Həyatı == Məmməd Tağıyev 28 aprel 1921-ci ildə anadan olmuşdur. O, 1954-cü ildə Moskva şəhərində namizədlik, 1966-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildə professor elmi adı almışdır. Məmməd Tağıyev 1963–1970-ci illərdə BDU-da Rus dilçiliyi kafedrasının müdiri, 1970–1972-ci illərdə Bakı Slavyan Universitetinin rektoru, 1972–1994-cü illərdə Müasir rus dili kafedrasının müdiri olmuşdur. Məmməd Tağıyev "Qırmızı əmək bayrağı", "Qırmızı ulduz" ordenləri və medallarla təltif edilmişdir. O, Respublikada rusistikanın təməlini qoymuş və rus dilçiliyi sahəsində elmlər doktoru adım almış ilk azərbaycanlıdır. Məmməd Tağıyev rus dilçiliyi problemlərinə dair ümumittifaq elmi konfranslarında, SSRİ Müəllimlərinin III Qurultayında (Moskva, 1978) məruzələr etmişdir. O, rusistikanın leksikologiya, leksikoqrafiya, frazeologiya, frazeoqrafiya, fonologiya, dil tarixi, sintaksis və linqvometodika kimi sahələrində 200-ə yaxın elmi əsərin, milli məktəblərdə rus dilinin tədrisi məsələlərinə dair tədqiqatların, Azərbaycan məktəbləri üçün rus dili dərsliklərinin müəllifidir. Məmməd Tağıyev elmi kadrların hazırlanmasında böyük xidməti olmuşdur.
Anar Tağıyev (dövlət xadimi)
Anar Aqil oğlu Tağıyev (25 mart 1981, Bakı) — Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı (2019). == Həyatı == Anar Tağıyev 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirmişdir. Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək "Eurostyle" şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H. Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışmışdır. 2006–2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləmişdir. 2008–2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin "İctimai təşkilatlar və siyasi partiyalarla iş" şöbəsinin, 2010–2011-ci ilədək isə "Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş" şöbəsinin müdiri vəzifələrinə təyin olunmuşdur. 2011–2019-cu illərdə isə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Ailəsi == Ailəlidir, 3 övladı var.
Anar Tağıyev (əsgər)
Anar Zakir oğlu Tağıyev (14 oktyabr 1996, Kəbirli, Beyləqan rayonu – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Tağıyev 14 oktyabr 1996-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. == Hərbi xidməti == Anar Tağıyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Anar Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Anar Tağıyev 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Tağıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Tağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Anaxanım Tağıyeva
Azərin (doğum adı: Anaxanım Etibar qızı Tağıyeva; 9 may 1971, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2015), Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestr ifaçısı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. == Karyerası == İlk solo albomu, 2001-ci ildə Qazaxıstandaki "Asiyanın Səsi" müsabiqəsindən sonra işıq üzü görüb. Bu diskin, həmçinin 2004-cü ildə çıxan diskin repertuarına korifey sənətkarların mahnıları və xarici klassik musiqi nümunələri daxil edilmişdir. 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2015-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür.
Azər Tağıyev (vəkil)
Azər Cabir oğlu Tağıyev (25 aprel 1948, Nuxa – 30 aprel 2018, Bakı) — azərbaycanlı vəkil, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sabiq sədri. == Həyatı == Azər Tağıyev 25 aprel 1948-ci ildə Şəki şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1967–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır.1974-cü ildə Azərbaycan SSR Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunaraq Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasında vəkillik fəaliyyətinə başlamışdır. 1980-ci illərin əvvəlində Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, 1980-ci illərin sonunda Rəyasət Heyətinin sədr müavini, 1995-ci ildə isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilmişdir. Azər Tağıyev uzun sürən xəstəlikdən sonra, 30 aprel 2018-ci ildə vəfat etmişdir. == İctimai-siyasi fəaliyyəti == 2004-cü il 3–4 noyabr tarixində Bakı şəhərində Təsis Yığıncağı keçirilərək, Azərbaycan Respublikasının yeni Vəkillər Kollegiyası yaradılmış və o, 7 dekabr 2017-ci ilədək Kollegiyaya rəhbərlik etmişdir. 26 iyun 1998-ci ildə Mərkəzi Seçki Komissiyasına üzv təyin edilmiş və vəfat edənə qədər Komissiyanın işində fəal iştirak etmişdir. == Mükafatları == Azərbaycan Respublikasının Prezidentinin 24 aprel 2008-ci il tarixli Sərəncamı ilə Azər Tağıyevə əməkdar hüquqşünas fəxri adı verilib. O, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının "Fəxri fərmanı" və "Fəxri diplomu" ilə təltif edilib, ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasının "Fəxri Hüquq Doktoru" və "Fəxri vəkil" adları verilib, onun adı Kollegiyanın "Vəkillərin Şərəf Kitabı"na daxil edilib.
Azər Tağıyev (şəhid)
Tağıyev Azər Yusif oğlu — Azərbaycan; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1971-ci ildə Bərdə rayonunun Məmmədli kəndində anadan olmuşdur. O, 1978-ci ildə Məmmədli kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1988-ci ildə 10-cu sinifi bitirmişdir. == Xidmət illəri == Tağıyev Azər Yusif oğlu 1989-cu ildə hərbi xidməti borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanır. O, 1991-ci ildə hərbi xidmətini yerinə yetirib doğma vətənə qayıdır. O həmişə böyüklərə xidmət edirdi.Sonra o Bərdə rayon Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur.O texnikumda oxuyarkən ermənilər artıq vətənimizə hücuma keçmişdilər, narahat günlər Azəri dinc qoymurdu. Odur ki, o silaha sarılaraq vətəni müdafiə etməyə yollanır. Onda vətəni , torpağı və ana- bacı ismətini qorumaq hissi daha güclü idi. O 15 Avqust 1992-ci ildə Yevlax batalyonuna daxil olur. Azər həmin batalyonda topçu kimi döyüşə başlayır.
Azər Tağıyev (əsgər)
Azər Kamil oğlu Tağıyev (20 dekabr 1999, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Tağıyev 1999-cu il dekabrın 20-də Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azər Tağıyev 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Azər Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Tağıyev noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Kəngərli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Tağıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Tağıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağa Zeynal Tağıyev
Tağıyev Ağazeynalabdin Sadıq oğlu — Hacı Zeynalabdin Tağıyevin nəvəsi, repressiya qurbanı. 1893-cü ildə doğulmuşdur Peterburqun toxuculuq institutuna bitirib. Zeynal təhsilini başa çatdırıb Bakıya qayıdır. Londona getmiş, toxuculuq sənətini dərindən mənimsəmək üçün. Qayıdandan sonra Hacı Zeynalabdin Tağıyev fabrikində ingilis rəisin əli altında işləyirdi. Sovet hökuməti onu direktor təyin etdi. Zeynal on ildən çox o vəzifədə işlədi. 1932-ci ildə KQB tutdu. 1934-cü ilə qədər dustaqda qaldı və azadlığa çıxdı. 1937-ci ildə yenə tutdular və tez də azad etdilər.
Cavid Tağıyev (hərbçi)
Cavid Aydın oğlu Tağıyev (7 noyabr 1985, Əlibəyli, Tovuz rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Kapitanı, "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi. == Həyatı == Cavid Tağıyev 7 noyabr 1985-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Hacıalılı kəndində Qasım Rzayev adına orta məktəbində oxumuşdur. 2004-cü ildə orta məktəbi bitirmişdir. Ailəlidir, 2 övladı var. == Hərbi xidməti == Cavid Tağıyev 2004-2006-cı illərdə Daxili Qoşunlarda müddətli həqiqi hərbi xidmət etmişdir. 2008-2010-cu illərdə Azərbaycan Daxili Qoşunlarının Ali Hərbi Məktəbində təhsil almışdır. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir. === Vətən müharibəsi === Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru olan Cavid Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Cavid Tağıyev döyüşlər zamanı Şuşa istiqamətində yaralanıb.
Cavid Tağıyev (kapitan)
Cavid Aydın oğlu Tağıyev (7 noyabr 1985, Əlibəyli, Tovuz rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Kapitanı, "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi. == Həyatı == Cavid Tağıyev 7 noyabr 1985-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Hacıalılı kəndində Qasım Rzayev adına orta məktəbində oxumuşdur. 2004-cü ildə orta məktəbi bitirmişdir. Ailəlidir, 2 övladı var. == Hərbi xidməti == Cavid Tağıyev 2004-2006-cı illərdə Daxili Qoşunlarda müddətli həqiqi hərbi xidmət etmişdir. 2008-2010-cu illərdə Azərbaycan Daxili Qoşunlarının Ali Hərbi Məktəbində təhsil almışdır. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir. === Vətən müharibəsi === Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru olan Cavid Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Cavid Tağıyev döyüşlər zamanı Şuşa istiqamətində yaralanıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 38.79 dəfə / 1 mln.
2002 ••••••••••• 54.82
2003 ••••••••••••• 68.11
2004 •••••• 28.97
2005 •••••• 29.02
2006 ••••••• 34.91
2007 ••••••• 32.77
2008 •••••• 28.02
2009 ••••••••• 42.88
2010 •••••••••••••••••••• 105.12
2011 ••••••• 35.35
2012 ••••••• 36.40
2013 •••••• 27.28
2014 ••••• 21.79
2015 ••••• 23.99
2016 ••••• 21.87
2017 •••••• 26.34
2018 •••••• 28.77
2019 •••••••• 38.81
2020 ••••• 21.88

"tağıyev" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tağıyev nədir? #tağıyev sözünün mənası #tağıyev nə deməkdir? #tağıyev sözünün izahı #tağıyev sözünün yazılışı #tağıyev necə yazılır? #tağıyev sözünün düzgün yazılışı #tağıyev leksik mənası #tağıyev sözünün sinonimi #tağıyev sözünün yaxın mənalı sözlər #tağıyev sözünün əks mənası #tağıyev sözünün etimologiyası #tağıyev sözünün orfoqrafiyası #tağıyev rusca #tağıyev inglisça #tağıyev fransızca #tağıyev sözünün istifadəsi #sözlük