daşıya sözü azərbaycan dilində

daşıya

Yazılış

  • daşıya • 99.6845%
  • Daşıya • 0.3155%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Helikopter daşıyan dok gəmisi
Helikopter daşıyan dok gəmisi və ya LHD gəmisi (ing. Landing Helicopter Dock) daxilində helikopterlər olan və çıxarma vasitələri üçün hovuzlu göyərtəsi olan çoxməqsədli amfibiya hücum gəmisinin bir növüdür. ABŞ Hərbi Dəniz Qüvvələri və NATO bu tip gəmiləri təsvir edərkən bu termindən gövdə təsnifatı simvolu kimi istifadə edirlər. LHD gəmiləri, təyyarə daşıyıcılarına oxşar formada helikopterlərlə hücum etməyi bacaran tam uçuş göyərtəsinə sahib olacaq formada tikilirlər. Bəzi versiyalarında MV-22 Osprey kimi əyri rotorlu təyyarələr və AV-8 Harrier və F-35B Lightning II kimi VSTOL təyyarələri də yerləşdirilə bilər. ABŞ Hərbi Dəniz Qüvvələrinin Wasp sinfi, Fransa Donanmasının Mistral sinfi, İspaniya Hərbi Dəniz Qüvvələrinin I Xuan Karlos sinifi, Avstraliya Kral Donanmasının Kanberra sinfi və Türk Dəniz Qüvvələrinin TCG Anadolu gəmisi buna misal olaraq göstərilə bilər. Koreya Respublikası Hərbi Dəniz Qüvvələri də bu təsnifatdan Dokdo sinif gəmiləri üçün istifadə edirlər. LHD gəmi sinfindən əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrində LHA (Landing Helicopter Assault) sinifli gəmilər var idi. Bu gəmilərdən, ilk iki Amerika təsnifatlı gəmi olan, LHA-6 və LHA-7 istisna olmaqla, bütün digərləri LHD tipli gəmilərdə mövcud olan dok eniş göyərtələrinə malikdirlər və təyyarələr üçün böyük göyərtələri olur.
Litva kitab daşıyanları
Litva kitab daşıyanları və ya Litva kitab qaçaqmalçıları ― 1864–1904-cü illərdə latın əlifbası ilə kitab çapı qadağan edildiyi üçün litva dilində kitabları qanunsuz şəkildə yayan insanlar. Qadağan edilmiş Litva ədəbiyyatının çapı üçün sərhədə yaxın nəşriyyatlar seçilirdi. Litva dilində latın əlifbası ilə çap edilən kitablar əsasən Şərqi Prussiyada çap edilərək Rusiya İmperiyasının litvadilli bölgələrinə göndərilirdi. Rusiya rəsmiləri qadağan edilmiş kitabların daşınmasına qarşı mübarizə aparırdılar. Tutulan kitab daşıyanlar cəzalandırılırdılar. Onların bir çoxu Sibirə sürgün edilmiş, yüzlərlə kitab daşıyan isə həbsxanalarda həbslərini çəkdikdən sonra imperiyanın qonşu quberniyalarına sürgün edilmişdilər. Bütün bunlara baxmayaraq müasir hesablamalara əsasən qanunsuz kitablara qarşı mübarizə aparan Rusiya İmperiyası Litva ərazisinə qanunsuz yolla keçirilən kitabların ancaq 8–10 faizi müsadirə edə bilib. Əsasən kəndlilərin iştirak etdiyi Kitab daşıyanlar hərəkatı XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində onilliklər boyu Litva milli-azadlıq hərəkatının ayrılmaz hissəsinə və milli kimliyin qorunması uğrunda mübarizənin mühüm elementinə çevrildi. Bunun nəticəsində milli hərəkatın əsasını təşkil edən və işdə iştirak edən şəxslərin əlaqələri və tanışlıqları yarandı. Hazırda hər il Litvada 16 mart Kitab daşıyanlar Günü kimi qeyd edilir.
Çarmıx daşıyan İsa
Çarmıx daşıyan İsa holland rəssamı İeronim Bosxun 1480-ci illərdə çəkdiyi rəsm əsridir. İsaya edam günü öz çarmıxının daşıdılması hadisəsindən bəhs edir. Hal-hazırda Vyana şəhərində yerlşən Vyana İncəsənət Tarixi Muzeyində saxlanılır.
Çarmıx daşıyan İsa (rəsm əsəri)
Çarmıx daşıyan İsa holland rəssamı İeronim Bosxun 1480-ci illərdə çəkdiyi rəsm əsridir. İsaya edam günü öz çarmıxının daşıdılması hadisəsindən bəhs edir. Hal-hazırda Vyana şəhərində yerlşən Vyana İncəsənət Tarixi Muzeyində saxlanılır.

"daşıya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#daşıya nədir? #daşıya sözünün mənası #daşıya nə deməkdir? #daşıya sözünün izahı #daşıya sözünün yazılışı #daşıya necə yazılır? #daşıya sözünün düzgün yazılışı #daşıya leksik mənası #daşıya sözünün sinonimi #daşıya sözünün yaxın mənalı sözlər #daşıya sözünün əks mənası #daşıya sözünün etimologiyası #daşıya sözünün orfoqrafiyası #daşıya rusca #daşıya inglisça #daşıya fransızca #daşıya sözünün istifadəsi #sözlük