Haşim sözü azərbaycan dilində

Haşim

Yazılış

  • Haşim • 97.5089%
  • HAŞİM • 1.4235%
  • haşim • 1.0676%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəni-Haşim
Haşimilər (ərəb. الهاشميون‎) və ya Haşim sülaləsi - İordaniyanı 1921-ci ildən bəri idarə etmiş sülalə. Bu sülalə Hicaz Krallığı (1916-1925), Suriya Ərəb Krallığı (1920) və İraq Krallığının (1921-1958) hakim ailəsi olmuşdur. Haşimilər 10-cu əsrdən sonra təkrar-təkrar, əsasən, xarici qüvvələrin vassalı kimi Məkkə şəhərini idarə etdilər. Birinci Dünya müharibəsindən sonra Britaniya İmperiyası ilə qurduğu müttəfiqlik sayəsində Hicaz, Suriya, İraq və İordaniyanın taxtı Haşimi ailəsinə verilmişdi. Tarixdə bu razılaşma Şərifi həlli adlanır.Ailə Haşimilər olaraq da adlandırılan, Məkkə şərifi Həsənilərin qollarından biri olan Dəvu Əvna aiddir. Onların eyniadlı əjdadı olaraq qəbul edilən Haşim ibn Əbdi Mənəf Məhəmməd peyğəmbərin ulu babasıdır. Haşimilərin əjdadı Qətədə ibn İdris daxil olmaqla, Məkkənin Həsəni şərifləri Məmlüklərin son mərhələsində və Osmanlının erkən dövrlərində Sünniliyin Şafi məzhəbinə keçənə qədər, Zeydi şiələr idi.Hal-hazırkı sülalənin əsasını 1908-ci ildə II Əbdülhəmid tərəfindən Məkkə şərifi olaraq təyin edilən Hüseyn ibn Əli əl-Haşimi qoymuşdur. Osmanlıya qarşı 1916-cı ildə Ərəb üsyanını başlatdıqdan sonra o, ailəni Ərəb ölkələrinin kralı olaraq elan etdi (Ancaq Hicaz Kralı olaraq tanındı). Onun oğulları 1921-ci ildə I Abdulla və Feysəl ibn Hüseyn əl-Haşimi İordaniya və İraq taxtının varisi olaraq qəbul edildilər.
Bəni Haşim
Bəni Haşim (az:Haşim oğulları) və ya Haşimi(Ərəbcə:هاشمى،بنی‌هاشم) o kəslərə deyilir ki, atadan sarı Haşim bin Əbdimənafa(Ərəbcə:هاشم بن عبد مناف) yetişirlər. bunlar Qureyş elindən olan Haşim, islam peyğəmbərinin ikinci babasına soyları yetişən qəbilədirlər. Qosəyyebni Kelab(قُصَیّ‌بن کِلاب) İbrahim peyğəmbərin oğlu ismayılın nəvələrindəndir və 100-il islam peyğəmbərinin anadan olmasından öncə Qureyşin başçısı olmuşdur. ondan sonra oğlanları Əbdüddar və Əbdi Mənaf onlardan sonra isə Haşim Qureyş başçısı olmuşlar. == Qureyşdə Bəni Haşimin əhəmiyyəti == Haşim atasından səqqaiyyət və Refadəti irs apardı. yoxsulluq və yağmursuzluq zamanlarında Haşimin igidliyi və Məkkkəni ticarət yerinə çevirmə habelə məkkəlilərə bu dönəmdə yardım etməsi üçün qureyşlilər arasında uca və önəmli yerə sahib olmuşdur. == Bəni Haşimin İslam peyğəmbərindən himayə etmələri == Bəni Haşimin hamısının islamı ilklərdə qəbul etməmələrinə baxmayaraq hamısı Əbuləhəbdən başqa peyğəmbəri qureyş başçılarının əziyyət və azarları qarşısında himayə etmişlər eləki Əbu Talib peyğəmbərin əmisi bu yolda çoxlu işlər görmüşdür. == İqtisadi sanksiya == Müsəlmanların Həbəşəyə köçməsi və Nəcaşinin hicrət etmiş müsəlmanlardan qureyşlilər qarşısında himayə etməsi və başqa ellərin islama keçmələri nəticəsində qureyşlilər bəni haşimi peyğəmbəri himayə etməkdən üzaqlaşdırmaq üçün onları iqtisadi sanksiyaya saldılar.Bani Haşim Əbuləhəbdən başqa hamısı Şebi Əbutalibə köçdülər və qureyşlilər arasında buna görə ayrılıq düşənədək üç il çətinliklərlə yaşadılar.
Haşim Taçi
[mənbə göstərin] Haşim Taçi (24 aprel 1968) — Kosovo Respublikasının baş naziri. Kosovo Demokratik Partiyasının prezidenti. Priştina Universitetində tarix üzrə oxuyub.
Haşim arxipelaqı
Haniş adaları (ərəb. جزر هانيش‎) — Qırmızı dəniz suları ilə əhatələnən arxipelaq. Adalar qrupuna daxil olan adaların böyük hissəsi Yəmənə məxsusdur. Ancaq hazırda Yəmənə məxsus olan adalara 1998—1999 illərə qədər Eritreya iddia edirdi. == Coğrafiyası == Arxipelaq üç böyük və çoxlu sayda kiçik adalardan ibarətdir. Ən böyük adası Zukardır. Arxipelaqın şimalında yerləşir. Sahəsi 120 km² yaxındır. İkinci böyük adası Əl-Haşim-əl-Kabir (Great Ḩanīsh) adası arxipelaqın cənubunda yerləşir və sahəsi 116 km² təşkil edir. Bu iki ada arasında Əl-Haşım-əl-Saqir (Little Ḩanīsh) və bir necə kiçik adalar qərarlaşır.
Haşim mirzə Səfəvi
Haşim Mirzə (1752 - 1813) — Səfəvi şahzadəsi, Səfəvi xanı, Qəzvin hakimi. == Həyatı == Haşim mirzə 1752-ci ildə Məşhəddə doğulmuşdur. Uşaqlıq dövrü gərgin müharibələrə şahidlik etmişdir. Raziya Sultan 1776-cı ildə vəfat etdikdən sonra Səfəvi xənədanı başsız qaldı. Bundan sonra o, qardaşı Qasım mirzə ilə Kərim xan Zəndin himayəsində Qəzvinə getmişdir. Kərim xan onu Səfəvi şahı edəcəyinə söz versə də, 1779-cu ildə qəfil ölümü buna mane olmuşdur. Buna baxmayaraq Haşim mirzə Səfəvi başcısı və xanı kimi nüfuz və hörmət qazanmışdır. Siyasətdə müharibə yox, sülhü üstün tutan Haşim mirzə ölənə kimi də hakimi olduğu Qəzvini idarə etmişdir. Ömründə 1 ailə həyatı qurmuş və 2 qız övladı olmuşdur. Onları isə cavan yaşda itirmişdir.
Haşim Əsəd Allah
Haşim Əsəd Allah (ərəb. هاشم أسد الله‎) (d. 15 noyabr 1985, Küveyt şəhəri, Küveyt) — Küveytli aktyor və aparıcıdır. Əl-Rai TV-də 13 ildən artıq müddətdə bir aparıcı kimi çalışır.
Haşim əl-Ətasi
Haşim əl-Ətasi (ərəb. هاشم الأتاسي‎ Hāšim al-ʾAtāsī; 6 dekabr 1875, Homs – 5 dekabr 1960, Homs) — 1936–1939, 1949–1951 və 1954–1955-ci illərdə Suriya Respublikasının Prezidenti.
Məhəmməd ibn Haşim
I Məhəmməd — Dərbənd Haşimiləri sülaləsindən olan üçüncü müstəqil Dərbənd əmiridir. == Hakimiyyəti == Qardaşının ölümündən sonra əmir olmuşdu. 886-cı ildə Şəndanı qarət etmişdi. 901-ci ilin avqustunda xəzərlərin hücumunu dəf etmişdi. 905-ci ilin sentyabrında Sərir ölkəsi hökmdarı Buxt Yəşa ilə görüşüb əsirlikdəki on əmirini geri almışdı. 909-cu ildə Şirvanşahlar ilə birlikdə Şəndana yürüş etmişdi. 915-ci ildə vəfat etmişdi.
Ömər ibn Haşim
I Haşim - Dərbənd Haşimiləri sülaləsindən olan ikinci müstəqil Dərbənd əmiridir. == Hakimiyyəti == Atasının ölümündən sonra əmir olmuşdu. Tarix əl-Babda atası kimi ədalətli hökmdar olduğundan bəhs olunur. Xəstələndi və cəmi bir il hakimiyyətdən sonra 885-ci ildə vəfat etdi, yerinə qardaş Məhəmməd keçdi.
I Haşim ibn Suraka
I Haşim - Dərbənd Haşimiləri sülaləsindən olan ilk müstəqil Dərbənd əmiri. == Hakimiyyəti == 861-ci ildə əmir olmuşdu. Ərəb xilafətinin içində gedən ara müharibələrindən istifadə edərək 869-cu ildə müstəqil olmuşdu. Tarix əl-Babda ədalətli hökmdar olduğundan bəhs olunur. 876-cu ildə Sərirə hücum etmişdi. 878-ci ildə yenidən hücum edərək böyük qənimətlərlə qayıtdı. 884-cü ildə vəfat etdi, yerinə oğlu Ömər keçdi.
Əbdülmalik ibn Haşim
I Əbdülmalik (v. 939, Dərbənd) — Dərbənd Haşimiləri sülaləsindən olan dördüncü müstəqil Dərbənd əmiridir. == Hakimiyyəti == Qardaşının ölümündən sonra əmir olmuşdu. 4 yanvar 915-ci ildə əmir elan olunmuşdu. Lakin qardaşı oğlu Əbül-Nəcm ibn Məhəmmədin üsyanından sonra məcbur olub Şəndana qaçmışdı. Oradan da Yusif ibn Əbu Sac Divdadin yanına qaçan əmir 6000lik Saci ordusu ilə Dərbəndə qayıtdı və yenidən əmir oldu. Qaçan Əbül-Nəcm Şabranda möhkəmləndi. Bu dəfə xəzərlərdən kömək alan Əbdülmalik xəzər sərkərdəsi Salifanla birgə Əbül Nəcmi ələ keçirdi və edam etdirdi. 930-cu ilin oktyabrında Şabran yaxınlıqlarında Şirvanşah şahzadəsi, Layzan valisi Məhəmmədin (sonrakı II Məhəmməd ibn Yezid) orduları ilə çarpışdı lakin heç bir tərəf qalib gələ bilmədi. 938-ci ildə kafirlərə qarşı yürüşündə qalib gələrək Mərəfsa ölkəsini fəth etdi.
Əbdülmütəllib ibn Haşim
Əbdülmütəllib ibn Haşim (ərəbcə: عبد المطّلب) Məhəmmədin babası. Vəfatına qədər nəvəsinə ən yaxşı şəkildə baxdıqdan sonra, peyğəmbəri oğlu Əbu Talibə əmanət vermişdir. Əbdülmütəllibin 10 oğlu və 6 qızı vardır: Haris ibn Əbdülmütəllib — Zübeyr ibn Əbdülmütəllib — Əbu Talib ibn Əbdülmütəllib — şiələrin birinci imamı xəlifə Əlinin atası Abdullah ibn Əbdülmütəllib — Məhəmmədin peyğəmbər atası Həmzə ibn Əbdülmütəllib — Məhəmmədin peyğəmbər əmisidir, Məkkəninn fəthi uğrunda döyüşlərin iştirakçısı Əbdülüzzə ibn Əbdülmütəllib (Əbu Ləhəb) — Məhəmməd peyğəmbərin əmisi.
Haşim Nahid Ərbil
Haşim Nahid Ərbil — şair, yazar, jurnalist == Həyatı və fəaliyyəti == Haşim Nahid 1880-ci ildə İraq vilayətinə bağlı Ərbil qəzasında dünyaya gəlmişdir. Haşim Nahidin həyatı haqqında məlumat çox deyildir. Atası dövlət məmuru Mustafa Əbubəkr Əfəndi , anası Ərbilli bi ailənin qızı Xədicə xanım olmuşdur,. Həyatı və ailəsi haqqında məlumatlarına ilk dəfə bir məktubunda rast gəlirik. Evin son beşiyi olan Haşim Nahidin 4 illik təhsil həyatı Ərbildə başlayır. Həmin dövrdə türk, kürd və ərəb qəbilələri arasındakı münasibətlər ucbatından Ərbildə olan qarışıqlığa görə anasının təkidi ilə təhsilinə Ammara da davam etməli olur. Təhsil aldığı vaxtda ərəb və fars dillərini mükəmməl öyrənmiş, buna görə də məktəbi bitirdikdən sonra dövlət müəssələrində işləmişdir. 1897-1906- cı illərdə İraqda müxtəlif vəzifələrdə işləmişdir. Gördüyü haqsızlıqlardan sonra doğma yurdundan ayrılır, anası nə qədər bu istəyi ilə razı olmasa da, Bağdad-Hələb karvanıyla İstanbula gəlir. İstanbulda insanlar tərəfindən xoş münasibətlə qarşılanması onu çox məmnun edir.
Dərbənd Haşimiləri
Dərbənd əmirliyi — Dərbənd ərazisində olan qədim dövlət. == Dərbəndin ərəblər tərəfindən işğalı == Azərbaycanı tutmuş ərəblər "Bab əl-Əbvab" (və ya "əl-Bab" -"qapılar qapısı") adlandırdıqları sərhəd şəhəri Dərbəndi Xilafətin Qafqazdakı iri istinad məntəqəsinə çevirdilər. Uzun müddət bu şəhəri xəlifənin təyin etdiyi ərəb sərkərdələri idarə edirdilər. Onların başlıca vəzifəsi şimaldan olan hər bir hücumun, xüsusilə xəzərlərin müdaxiləsinin qarşısını almaq idi. IX əsrin ortalarınadək bu vəzifə xüsusi təyinatla yerinə yetirilirdi, lakin 851-ci ildə xəlifə əl-Mütəvəkkil Dərbəndi və onun ətraf vilayətlərini o zaman Azərbaycan, Arran və Ərminiyə hakimi olan Məhəmməd ibn Xalid ibn Yəzid əş-Şeybaniyə iqta payı kimi bağışladı. 861-ci ildə xəlifənin ölümündən sonra türklərin Bağdaddakı fəaliyyəti ilə əlaqədar Xilafət ərazisində çaxnaşmalar baş verdi. Müstəqilliyə can atan bir çox feodallar, o cümlədən Məhəmmədin mərkəzi hakimiyyətlə əlaqəsini tamam kəsərək, Şirvanı müstəqil elan etmiş qardaşı Heysəm ibn Xalid bundan istifadə etdilər. 869-cu ildə, qiyam etmiş türk əmirlərinə qarşı Xilafət mərkəzində mübarizə aparıldığı bir zamanda, Haşim ibn Suraka əs-Suləmi Dərbəndin müstəqil idarə edilməsinə nail oldu. O dövrün hadisələrini bizə çatdıran qaynaqda deyilir: "Əl-Mütəvəkkil öldürüldükdən sonra Xilafət parçalandığına, türk məvaliləri dövlətin idarəsini ələ keçirtdiklərinə görə, əl-Bab əhalisi və sərhədyanı vilayətlərin qazıları (yəni din uğrunda döyüşən əsgərləri) bir yerə yığılaraq, Haşimi öz əmirləri etdilər, ona böyük itaət göstərdilər" Ərəb və yerli qaynaqların başqa məlumatlarından aydın olur ki, Haşimin sulaym nəslinə mənsub, mənşəcə ərəb olan sələfləri hələ VIII əsrin I yarısında Dərbənd şəhərinin siyasi həyatında fəal rol oynamış, onlardan biri Əsəd ibn Zafir əs-Suləmi 736-cı ildə xəlifənin fərmanı ilə Dərbənd hakimi təyin edilmişdi. Onun digər xələflərinin, Harun ər-Rəşidin hakimiyyəti dövründə Dərbənd hakimi olmuş Nəcm ibn Haşimin və onun Azərbaycan və Ərminiyənin ərəb hakiminə qarşı üsyan etmiş oğlu Həyyunun adları bu dövrdə Azərbaycanda baş vermiş böyük hadisələrlə bağlıdır.
Faysal ibn Hüseyn əl-Haşimi
Feysəl ibn Hüseyn əl-Haşimi (ərəb. فيصل بن الحسين بن علي الهاشمي‎; tam adı: Feysəl ibn Hüseyn ibn Əli əl-Haşimi; 20 may 1883[…], Taif, Məkkə bölgəsi[d] və ya Məkkə, Hicaz vilayəti – 8 sentyabr 1933, Bern) - 1920-1921-ci ildə Suriya Ərəb Krallığının, 1921-1933-cü illərdə İraqın 1-ci kralı. 1916-1924-cü illərdə hakimiyyətdə olmuş Hicaz kralı Hüseyn ibn Əlinin oğlu idi. == Həyatı == Feysəl ibn Hüseyn, 1883-cü ildə Məkkə yaxınlığındakı Taif şəhərində anadan olmuşdu. I Dünya müharibəsi zamanı bəzi ərəb sülalə liderləri Osmanlılara qarşı çıxmağa başlamışdılar. İçində Suriya ərəblərinində olduğu bir çox sülalə Hüseyn ibn Əlini öz liderləri kimi görürdü. 1915-ci ildə Feysəl Osmanlılara qarşı mübarizədə ərəblərin onları hansı şərtlər daxilində dəstəkləyəcəyini öyrənmək üçün Şam şəhərinə getdi. 1916-cı ildən başlayan Ərəb hərəkatında Feysəlin önəmli rolu vardır. 1918-ci ilin sentyabrında Şam işğal edildi və Feysəl Suriya kralı elan edilir (1920). Ancaq, Feysəl Versal konfransına qatılmaq üçün 1919-cu ildə Parisə getdi.
Feysəl ibn Hüseyn əl-Haşimi
Feysəl ibn Hüseyn əl-Haşimi (ərəb. فيصل بن الحسين بن علي الهاشمي‎; tam adı: Feysəl ibn Hüseyn ibn Əli əl-Haşimi; 20 may 1883[…], Taif, Məkkə bölgəsi[d] və ya Məkkə, Hicaz vilayəti – 8 sentyabr 1933, Bern) - 1920-1921-ci ildə Suriya Ərəb Krallığının, 1921-1933-cü illərdə İraqın 1-ci kralı. 1916-1924-cü illərdə hakimiyyətdə olmuş Hicaz kralı Hüseyn ibn Əlinin oğlu idi. == Həyatı == Feysəl ibn Hüseyn, 1883-cü ildə Məkkə yaxınlığındakı Taif şəhərində anadan olmuşdu. I Dünya müharibəsi zamanı bəzi ərəb sülalə liderləri Osmanlılara qarşı çıxmağa başlamışdılar. İçində Suriya ərəblərinində olduğu bir çox sülalə Hüseyn ibn Əlini öz liderləri kimi görürdü. 1915-ci ildə Feysəl Osmanlılara qarşı mübarizədə ərəblərin onları hansı şərtlər daxilində dəstəkləyəcəyini öyrənmək üçün Şam şəhərinə getdi. 1916-cı ildən başlayan Ərəb hərəkatında Feysəlin önəmli rolu vardır. 1918-ci ilin sentyabrında Şam işğal edildi və Feysəl Suriya kralı elan edilir (1920). Ancaq, Feysəl Versal konfransına qatılmaq üçün 1919-cu ildə Parisə getdi.
Hakaru Haşimoto
Hakaru Haşimoto (橋本 策, Haşimoto Hakaru; * 1881 Midai (indiki: İqa) Mie prefekturası ; † 1934) yapon patoloqanatomu və cərrahı, ilkdəfə olaraq autoimmun tireoidit xəstəliyini aşkar etmişdir. Hal hazırda bu xəstəlik onun şərəfinə Haşimoto uru adlandırılmışdır. Haşimoto həkim ailəsində dünyaya gəlmiş, dindar buddist olmuşdur. haşimoto 53 yaşında qarın yatalağından vəfat etmişdir. == Təhsili və sənəti == Haşimoto 1903 - 1907 ci illərdə Fukuokada Kyüşü universitetində təhsil almış və onu müvəffəqiyyətlə başa vurmuşdur. 1908 - 1912 ci illərdə professor Hayari Miyakenin rəhbərliyi altında cərrahiyyə klinikasında fəaliyyət göstərmişdir. 1912 ci ildə "lat. Struma limfamatosa" adı altında dissertasiya müdafiə edir. Dissertasiyasında o, qalxanabənzər vəzin sonralar onun şərəfinə adlandırılmış Haşimoto uru xəstəliyinin 4 histoloji xarakteristikasını təsvir etmişdir: Diffuz limfositar infiltrasiya, Limfoid follikul əmələgəlmə, Epitel hüceyrələrin dağılması, Fibroz toxuma proliferasiyası.Haşimoto dissertasiyasını bir alman jurnalında dərc etdirərkən öz vətənində hələ tanınmırdı. Bir müddət Berlin, Qöttingen və Londonda qaldıqdan sonra atasının vəfatı və Birinci dünya müharibəsinin başlanması səbəbindən Yaponiyaya qayıdır və orada visseral cərrah kimi fəaliyyət göstərir.
Haşima (şəhər)
Haşima (羽島市, Hashima-shi) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. Şəhər 1 aprel 1954-cü ildə qurulmuşdur. 1 iyul 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 66.758 nəfərdir, hər km² ərazidə 1245 nəfər yaşayır. Şəhərin sahəsi 53,64 km²-dir. == Coğrafiya == Şəhər Yaponiyanın Honşu adasında, Çubu regionunun Gifu prefekturasında yerləşir. Şəhərə qonşu olan şəhərlər Gifu, Kayzu, Oqaki, İçinomiya və İnazava, qonşu olan kəndlər Kasamatsu, Ampati və Vanouçidir. == Əhali == 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 66.758 nəfərdir, hər km² ərazidə 1245 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi: == Simvolika == Şəhərin simvolik ağacı Çin ardıcı, simvolik gülü Chrysanthemum × glabriusculum hesab olunur.
Haşima adası
Haşima yap. 端島 — Sakit okeanın Şərqi Çin dənizidə Naqasaki şəhərindən 15 km aralıda yerləşir. Bəzən Qunkancima (yap. 軍艦島)<. adlandırılır, bu isə adanın quruluşu ilə əlaqədardır. Ada hərbi "Kreyser" gəmisini xatırladır. == Coğrafiya == Adanın şərqindən qərbinə olan məsafə 160 metr, şimaldan cənuba isə 480 metr təşkil edir. Sahil xəttinin uzunluğu 1 kilometrdir. == Tarixi == Ada XIX əsrin əvvələrinə qədər yaşılıqlarla örtülü olan və dəniz quşlarının yumurta qoyduğu adi ərazi idi. Bəzi hallarda isə ada Naqasakinin Takişima adasından olan balıqçıların əsas düşərgəsi rolunu oynayırdı.
Haşimi Rəfsəncani
Ayatollah Əkbər Haşemi Bəhremani Rəfsəncani (25 avqust 1934[…], Nuq[d], Kirman ostanı və ya Bəhreman, Kirman ostanı – 8 yanvar 2017[…], Tehran və ya Təcriş[d], Tehran ostanı) — İran siyasətçisi, yazıçısı. Ekspertlər Assambleyasının sədri olmuşdur. AMEA-nın fəxri üzvüdür. == Həyatı == Rəfsəncani 1934-ci ildə İranın Kirman vilayətinin Rəfsəncan Behreman kəndində kəndli ailəsində dünyaya gəlmişdir. Ailəsi əkinçilik edir, fıstıq bağlarına sahib idi. İranın dördüncü prezidenti vəzifəsində çalışıb. Məktəbi oxuyan zaman 16 yaşında – 1948-ci ildə müsəlmanların müqəddəs şəhəri Qum şəhərinə dini təhsil almağa getdi. Burada o, dini təhsillə bərabər, siyasi dünyagörüşünü artırdı. Savadı və bacarığı ilə irəliləməyi bacardı və 1958-ci ildə Iranın birinci dini lideri Ruhulla Xomeyninin müridi oldu. Bunun nəticəsində şiyələrdə ayetullah'lıqdan sonra en yüksək ikinci dərəcə olan hüccetülislam mərtəbəsinə yüksəldi.
Haşimi Universiteti
Haşimi Universiteti (ərəb. الجامعة الهاشمية‎) — İordaniyanın Əz-Zarqa vilayətinin mərkəzi olan Əz-Zarqa şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rəhbəri Kamal Bani Hanidir. == Coğrafi mövqeyi == Haşimi Universiteti Zarqa şəhərində iki beynəlxalq avtomobil yoluna paralel olan bir yerdə yerləşir. Əsas qapısı olan Qərb darvazası Əmmanı Mafraq və İrbid ilə, oradan da Suriya ilə bağlayan beynəlxalq yola açılır. Cənub darvazası isə Əz-Zarqa və oradan da İraq və Səudiyyə Ərəbistanı istiqamətinə gedən yola açılır. == Tarixi == 19 may 1991-ci ildə Haşimi Universitetinin təsis edilməsi haqqında Kral Fərman versə də, Universitetdə təhsil 16 sentyabr 1995-ci ildə başlanmışdır. == Ərazisi == Universitetin kampusunun ümumi sahəsi 8519 hektar təşkil edir. == Tədris == Universitetdə bakalavr və magistr təhsili təqdim edir. Təhsildə kredit saat sistemini tətbiq edilir.
Haşimilər
Haşimilər (ərəb. الهاشميون‎) və ya Haşim sülaləsi - İordaniyanı 1921-ci ildən bəri idarə etmiş sülalə. Bu sülalə Hicaz Krallığı (1916-1925), Suriya Ərəb Krallığı (1920) və İraq Krallığının (1921-1958) hakim ailəsi olmuşdur. Haşimilər 10-cu əsrdən sonra təkrar-təkrar, əsasən, xarici qüvvələrin vassalı kimi Məkkə şəhərini idarə etdilər. Birinci Dünya müharibəsindən sonra Britaniya İmperiyası ilə qurduğu müttəfiqlik sayəsində Hicaz, Suriya, İraq və İordaniyanın taxtı Haşimi ailəsinə verilmişdi. Tarixdə bu razılaşma Şərifi həlli adlanır.Ailə Haşimilər olaraq da adlandırılan, Məkkə şərifi Həsənilərin qollarından biri olan Dəvu Əvna aiddir. Onların eyniadlı əjdadı olaraq qəbul edilən Haşim ibn Əbdi Mənəf Məhəmməd peyğəmbərin ulu babasıdır. Haşimilərin əjdadı Qətədə ibn İdris daxil olmaqla, Məkkənin Həsəni şərifləri Məmlüklərin son mərhələsində və Osmanlının erkən dövrlərində Sünniliyin Şafi məzhəbinə keçənə qədər, Zeydi şiələr idi.Hal-hazırkı sülalənin əsasını 1908-ci ildə II Əbdülhəmid tərəfindən Məkkə şərifi olaraq təyin edilən Hüseyn ibn Əli əl-Haşimi qoymuşdur. Osmanlıya qarşı 1916-cı ildə Ərəb üsyanını başlatdıqdan sonra o, ailəni Ərəb ölkələrinin kralı olaraq elan etdi (Ancaq Hicaz Kralı olaraq tanındı). Onun oğulları 1921-ci ildə I Abdulla və Feysəl ibn Hüseyn əl-Haşimi İordaniya və İraq taxtının varisi olaraq qəbul edildilər.
Haşimoto uru
Haşimoto uru ya autoimmun tireidit qalxanabənzər vəzin iltihabı, adətən uşaq yaşlarında təsadüf olunur, vəzin funksiyasının orta yaşlarında tam pozulması ilə nəticələnə bilir. Əksər hallarda qadınlarda təsadüf edilir. Müalicəsi müasir dövrümüzdə asandlıqla mümkündür tiroksin hormonunun qəbulu ilə təmin olunur. Xəstəlik ilk dəfə 1912 ci ildə yapon həkimi Hakaru Haşimoto tərəfindən təsvir edilmişdir. Haşimoto uru xəstəliyinin 4 histoloji xarakteristikasını təsvir: Diffuz limfositar infiltrasiya, Limfoid follikul əmələgəlmə, Epitel hüceyrələrin dağılması, Fibroz toxuma proliferasiyası.
Hideo Haşimoto
Hideo Haşimoto (d. 21 may 1979) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib.
Hüseyn ibn Əli əl-Haşimi
Hüseyn ibn Əli əl-Haşimi (ərəb. حسين بن علي الهاشمي‎; d.1854, İstanbul, Osmanlı İmperiyası - ö.6.3.1931, Amman, İordaniya) - 1908-1916-cı illərdə sonuncu Məkkə şərifi, 1916-1924-cü illərdə Haşimilər sülaləsindən birinci Hicaz kralı == Həyatı == Hüseyn ibn Əli əl-Haşimi 1852-ci ildə Osmanlı İmperiyasının paytaxtı İstanbulda anadan olub. 1908-ci ildə əmisioğlu Əli ibn Abdullah əl-Haşimidən sonra Məkkə şərifi təyin edildi. Osmanlı İmperiyasına qarşı ərəb millətçiləri və ingilislərlə əməkdaşlıq qurdu. 1914-cü ildə onun oğlu Feysəl ibn Hüseyn ərəblərlə və Dəməşq islahatçıları ilə əlaqəyə girdi. Digər oğlu Abdullah isə Misirdə olan İngiltərə nümayəndələri ilə əlaqə qurdu. Əvvəllər dayandırılan Avropa ilə əlaqlələr Birinci dünya müharibəsi zamanı təkrar canlandı. İngilislər Məkkə şərifinə vəziyyətdən istifadə edib Türklərə qarşı üsyan qaldırmağı məsləhət gördü. 1915-сi ildə Böyük Britaniya ilə gizli razılıq əldə olundu. Belə ki, ingilislər onu, Adendən başqa bütün Ərəbistan yarımadasında onun hakimiyyəti tanıyırdı.
Qazi ibn Əli əl-Haşimi
Qazi ibn Feysəl ibn Hüseyn (ərəb. غازي ابن فيصل‎ Ġāzī bin Fayṣal; d. 21.3.1912, Məkkə, Hicaz, Osmanlı İmperiyası - 4.4.1939, Bağdad, İraq) — Haşimilər sülaləsindən İraqın ikinci kralı. İraq ordusunun feldmarşalı, donanma admiralı və İraq Hərbi Hava Qüvvələrinin marşalı. == Həyatı == Qazi, İraqın birinci kralı I Feysəl ibn Hüseynin oğlu idi. O, atası türklərə qarşı döyüşlərdə olarkən, babası Hüseyn ibn Əli ilə birlikdə qalırdı. Buna görə də, o, utancaq və təcrübəsiz bir gənc kimi böyüdü. 1924-ci ildə Əli ibn Hüseyn əl-Haşiminin rəhbərliyi altında Haşimilər sülaləsi ilə birlikdə Hicazdan Bağdada köçdü və o vəliəhd elan edildi. Sandhurstdakı İngiltərə Krallığı Hərbi məktəbində və Bağdad Hərb Akademiyasında təhsil aldı. 1933-cü ildə atası Feysəl ibn Hüseynin ölümündən sonra hakimiyyətə gəldi.
Çikara Haşimoto
Çikara Haşimoto (20 oktyabr 1933, Hokkaydo, Hokkaydo prefekturası – 11 oktyabr 2017) — Riki Haşimoto adı ilə tanınan yapon aktyor və beysbol oyunçusu. Haşimoto 1950-ci illərdə Mainichi Orionları komandasında beysbol oynuyurdu. Zədə səbəbi ilə 1958-ci ildə karyerasını bitirmək məcburiyyətində qaldı. Bundan sonra Deiei studiyasına qoşularaq aktyorluğa başladı. Aktyor olaraq 1960-cı illərdə Daimajin rolu ilə filmlərdə oynamağa başladı. 1972-ci ildə döyüş sənəti ustası, aktyor Brüs Li ilə bərabər rol aldığı "Fist of Fury" filmində Hiroşi Suzuki rolu ilə tanındı. Keçmiş yapon beysbol oyunçusu və aktyor Çikara Haşimoto 11 oktyabr 2017-ci ildə 83 yaşında vəfat etdi.
İordaniya Haşimilər Krallığı
İordaniya, rəsmi adı: İordaniya Haşimilər Krallığı (ərəb. المملكة الأردنية الهاشمية‎‎; ərəb. الأردن‎‎) — Yaxın Şərqdə yerləşən ərəb dövləti. Şimalda Suriya, şimal şərqdən İraq, cənubdan Səudiyyə Ərəbistanı, qərbdən İsrail və Fələstinlə həmsərhəddir. İordaniya İsrail və Fələstin Muxtariyyəti ilə Ölü dənizdə, Aqaba körfəzində isə İsraillə, Səudiyyə Ərəbistanı və Misirlə qonşu dövlətlərdir. Dövlət quruluşu konstitusiyalı monarxiyadır, dövlət dili ərəb dili, dövlət dini islam dinidir. Pul vahidi İordaniya dinarıdır. == Dövlət quruluşu == İordaniya mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1946) 25 mayda qeyd olunur. Ölkə Konstitusiyası 11 yanvar 1952-ci ildən qüvvədədir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.01 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 10.28
2003 •••• 1.97
2004 ••• 1.35
2005 •• 0.67
2006 ••••• 2.25
2007 •• 0.85
2008 •••• 1.71
2009 ••• 1.28
2010 ••• 1.36
2011 ••• 1.46
2012 0.43
2014 •••• 1.89
2015 •• 1.02
2016 0.35
2018 ••• 1.20
2019 •• 0.56
2020 •• 0.53

haşim sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

çörək doğrayan; sınan, sındıran.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"haşim" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#haşim nədir? #haşim sözünün mənası #haşim nə deməkdir? #haşim sözünün izahı #haşim sözünün yazılışı #haşim necə yazılır? #haşim sözünün düzgün yazılışı #haşim leksik mənası #haşim sözünün sinonimi #haşim sözünün yaxın mənalı sözlər #haşim sözünün əks mənası #haşim sözünün etimologiyası #haşim sözünün orfoqrafiyası #haşim rusca #haşim inglisça #haşim fransızca #haşim sözünün istifadəsi #sözlük