* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər.] 1. sif. kit. Hüsula gələn, vücuda gələn, ortaya çıxan, törəyən. □ Hasil etmək – 1) almaq, əldə etmək. İzin hasil edəndən sonra Əhməd içəri daxil olub, … əl-əl üstə qoyub, salam məqamında durdu. (Nağıl). [Tağı Xudayar bəyə:] Mən indi müsinn adamam, özümə görə də təcrübə hasil eləmişəm. C.Məmmədquluzadə; 2) istehsal etmək. Bu günlər inşaatçılar əsas qüvvələrini enerji hasil edəcək turbinin quraşdırılmasına yönəltmişlər. (Qəzetlərdən). Hasil olmaq – 1) nəticə kimi ortaya çıxmaq, ələ gəlmək. Neçə gün ciddi axtarış getdisə də, bir səmərə hasil olmadı. Ə.Haqverdiyev. [Yaqub:] Əvvəl burada Möhsün bəy çalışırdı. İki il işlədi, bir nəticə hasil olmadı. B.Talıblı; 2) törəmək, vücuda gəlmək, özünü göstərmək. Qılıncdan murad hasil olmadı, əmuda əl atdılar. “Koroğlu”. Ana dedim, ürəyimə yanar odlar saçıldı; Ana dedim, bir ürpəriş hasil oldu canımda. M.Müşfiq; 3) yerinə yetmək, həyata keçmək. Hasil oldu Qurbaninin diləyi; Tanımaram nə sultanı, nə bəyi. “Qurbani”. [Fitnə:] Oxu, bülbülüm oxu, hasil olsun diləklər. A.Şaiq; 4) yetişmək, bitmək. Hər meyvə olur hasil; Zəhmətlə, köməklərlə. A.Şaiq. Alınıb-satılan yalnız kənddə hasil olan şeylər və heyvanat qismi idi. Ə.Abasov. Hasilə çatmaq – boya-başa çatmaq. Layla deyim yatınca; Gözlərəm ay batınca; Canım cəzanə gəldi; Sən hasilə çatınca. (Layla). Hasilə gəlmək – 1) bitmək, yetişmək, əmələ gəlmək. Pambıq isə torpaqda bitir, bizim yerlərdə hasilə gəlir. Ə.Vəliyev; 2) hazırlanmaq, hazır olmaq. Plov hasilə gələndən sonra Müşgünaz süfrəni hazırladı. Ə.Vəliyev; 3) yetişdirilmək, hazırlanmaq. [İrəvan darülmüəlliminindən] ancaq otuz, artıq başı qırx nəfərə kimi müəllimlər hasilə gəlibdir. F.Köçərli. Hasili-kəlam köhn. – sözün qısası, xülasə, müxtəsər. [Xarrat:] Hasili-kəlam, bəşər uşaqları heç də nəzər-diqqətə alınmır. T.Ş.Simurq. Qənaət hasil etmək – bax qənaətə gəlmək (“qənaət”də). Zəki Məmmədbağırın xəriflədiyinə qənaət hasil etdi. S.Hüseyn. Nə hasil? klas. – nə xeyri? nə olsun? nəticəsi yoxdur. Doğru yola getmədim, nə hasil? Bir mənzilə yetmədim, nə hasil? Füzuli. Yüz il başın yerə döysə, nə hasil; Zahidin bihudə ibadətindən. Q.Zakir. // Nəticə kimi ortaya çıxan şey; nəticə, səmərə. Səng şikəst eylədi balü-pərim; Banlamağın hasilini anladım. M.Ə.Sabir. 2. köhn. bax məhsul 1-ci mənada. Cəm edəcək tarlasının hasilin; Bəsləyəcək ailəsin, həm elin. M.Ə.Sabir. Bir pud buğda əkib əvəzində iki yüz pud hasil alırlarmış. S.Hüseyn. 3. is. riyaz. Vurma əməlində alınan rəqəm. 2 ilə 3-ün hasili 6-dır.
Azərbaycan dilinin izahlı lüğəti / hasil3 ə. 1) vücuda gələn, araya çıxan; 2) bitən, göyərən; 3) yetişən, çatan; 4) səmərə, xeyir. Hasili-kəlam sözün qısası, bir sözlə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / hasil2 сущ. 1. результат, конечный итог. Hasilini görərik увидим результат 2. следствие (то, что вытекает, следует из чего-л.). Bunun hasilində вследствие этого 3. мат. произведение (результат умножения). Üç vuruğun hasili произведение трех множителей 4. добыча, производство. Neft hasili добыча нефти 5. плод (как результат, порождение чего-л.). Ağır əməyin hasili плод тяжелого труда, uzun axtarışların hasili плод долгих поисков; hasil eləmək (etmək): 1) получать, получить. Təcrübə hasil etmək получить опыт 2) добывать, добыть. Neft hasil etmək добывать нефть 3) производить, произвести; вырабатывать, выработать. Elektrik enerjisi hasil etmək вырабатывать элктроэнергию; hasil olmaq: 1) получаться, получиться. Heç bir nəticə hasil olmadı ничего не получилось, никакого результата не получилось 2) совершаться, совершиться, осуществляться, осуществиться. Çoxdankı arzusu hasil oldu осуществилась его давнишняя мечта 3) возникать, возникнуть. Böyük narazılıq hasil oldu возникло большое недоразумение; hasilə gəlmək созревать, созреть. Yaxşı məhsul hasilə gəldi созрел хороший урожай; hasilə gətirmək: 1) производить, произвести 2) разг. готовить, подготовить. Yaxşı mütəxəssislər hasilə gətirmək подготовить хороших специалистов; hasilə çatmaq достигать, достигнуть, достичь совершеннолетия, повзрослеть, вырасти; qənaət hasil etmək приходить, прийти к какому-л. заключению, выводу ◊ nə hasil kimdən какой толк от кого
Azərbaycanca-rusca lüğət / hasil1 i. 1. sum, total; ümumi ~ grand total, sum total; 2. result, outcome; ~ə gəlmək to come* out; ~ə gətirmək to produce (d.), to work out (d.); to make* (d.); 3. riyaz. sum
Azərbaycanca-ingiliscə lüğət / hasil1 is. 1) résultat m, total m ; conséquence f, effet m, suite f ; 2) riyaz. produit m
Azərbaycanca-fransızca lüğət / hasil1 [ər.] гьасил (1. нетижа, файда; hasil etmək гьасил авун а) къачун; б) истегьсал авун, арадал гъун; hasil olmaq гьасил хьун а) нетижа хьиз арадал атун, гъилиз атун; б) туьремиш хьун, вичи-вич къалурун; в) кьилиз акъатун; г) экъечӀун, агакьун, арадиз атун; hasilə gəlmək а) гьасил хьун, экъечӀун, агакьун, арадиз атун; б) гьазур хьун; hasili-kəlam куьгьн. куьруь гафуналди, куьрелди; 2. куьгьн. кил. məhsul 1); 3. сущ. мат. кьве число сад-садаз ядамаз гьасил хьайи число).
Azərbaycanca-ləzgicə lüğəti / hasil