batil sözü azərbaycan dilində

batil

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • batil • 97.2826%
  • Batil • 2.4457%
  • BATİL • 0.2717%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Batil inanc
Mövhumat və ya batil inanc (ərəb fəhm — fal, ovsun) yaxud xurafat — qorxu, psixi pozuntular və sosial bərabərsizlikdən yaranan, heç bir duyma orqanı ilə tanınmayan və deməli əslində maddi mənada mövcud olmayan proseslərə, qüvvələrə, şəxslərə inam. Mövhumat məişət səviyəsində, ilk baxışda heç bir məntiqi mənası olmayan hərəkətlərlə müşayət olunan müxtəlif ayinlərin yerinə yetirilməsi, təkrar olunan sözlərin ifadə edilməsi ilə səciyələnir.
Koreyalıların batil inancları
Haqq-batil savaşı (Mütəhhəri)
Haqq-batil savaşı — Mürtəza Mütəhhərinin fəlsəfi əsəri. Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından — elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.
Haqq-batil savaşı (Mürtəza Mütəhhəri)
Haqq-batil savaşı — Mürtəza Mütəhhərinin fəlsəfi əsəri. Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından — elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.
Şeyk Batili
Cheick Oumar Bathily (10 oktyabr 1982, Mali) — Malili futbol qapıçısı. 2009-cu ildə Djoliba AC-dan ayrıldı və CS Duquvolofila Liqasında rəqiblə müqavilə imzaladı.
Orleanlı Batilda
Orleanlı Batilda (fr. Bathilde d'Orléans; 9 iyul 1750, Sen-Klu – 10 yanvar 1822, Paris) — Orlean hersoqu I Lui-Filippin qızı, Konti şahzadəsi. Böyük Fransa inqilabı illərində adını Citoyenne Vérité olaraq dəyişdi. 9 iyul 1750-ci ildə Sen-Kludakı sarayda dünyaya gəldi. Hər iki valideyni də XIII Lüdovikin şəcərəsindən idi. Belə ki, atası Lui-Filipp kralın kiçik oğlu Orlean hersoqu I Filippin nəticəsi idi. Anası Luiza Henretta isə kralın oğlu XIV Lüdovikin nigahdan kənar doğulan və sonradan rəsmiləşdirilən qızlarından Konti şahzadəsi Luiza Fransiskanın nəvəsi idi. Hələ 8 yaşında ikən anası vəfat etdi və atası birlikdə olduğu məşuqəsinin təsiriylə onu təhsil bəhanəsiylə Parisdəki kilsələrdən birinə göndərdi. 20 aprel 1770-ci ildə özündən 6 yaş kiçik olan Konti şahzadəsi Luiz Henriylə Versal sarayında evləndirildi. Cütlüyün bu nigahdan bir oğlu dünyaya gəldi.

batil sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] köhn. 1. Yalan, əsilsiz, doğru olmayan, həqiqətə uyğun olmayan. Batil fikir. // İs. mənasında. Madam ki, xalq elm səbəbi ilə haqq ilə batilə fərq verməyə qabil deyil, gündə bir şeyx … çıxacaq, aləmə fitnə salacaq … və bədbəxt edəcək. M.F.Axundzadə. Biz burada istər Bab, istərsə Bəhanın anadan alim doğulduqları iddiasının batil olduğunu təyin etdik. M.S.Ordubadi. □ Batil eləmək (etmək) – puça çıxarmaq, heçə çıxarmaq, heç eləmək, batırmaq. Mən gözlərimə inana bilmirəm, bu imarət kimindir, burada tikilibdir? Bu mənim imarətimi batil elədi. (Nağıl). Hərdənbir zurnanın səsi ucalıb, özgə səslərin hamısını batil eləyirdi. C.Məmmədquluzadə. 2. Dinə görə doğru olmayan, dinin tələblərini və göstərişlərini, hökmünü, şərtlərini pozan (iş, hərəkət və s.). Dayım namazda olanda çün danışa bilməzdi ki, namazım batil olmasın. C.Məmmədquluzadə. [Salmanov:] Sən nə danışırsan, ay oğul, məni günaha batırıb ibadətimi batilmi eləmək istəyirsən? M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / batil
  • 2 ə. 1) doğru olmayan, həqiqətə zidd olan; 2) boş, bihudə, yersiz; 3) məhv olma, heç olma, yoxa çıxma.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / batil

batil sözünün sinonimləri (yaxın mənalı sözlər)

batil sözünün rus dilinə tərcüməsi

  • 1 прил. устар. недействительный, неправдивый, ложный. Batil olmaq стать недействительным; batil etmək: 1. свести на нет, превращать, превратить в ничто; 2. подавлять, принижать своим превосходством в чём- л., затенять (преобладая, делать менее заметным кого-л., что-л.); 3. заглушать, заглушить (превзойти по силе какие-л. звуки, сделав их неслышными)

    Azərbaycanca-rusca lüğət / batil

batil sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. nul, -le ; non valable, sans valeur invalide ; faux (f fausse) ; mansong||er, -ère (yalan) ; erroné, -e ; ~ olmaq devenir vi (ê) invalide (non valable)

    Azərbaycanca-fransızca lüğət / batil

batil sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. куьгьн. 1. батӀул, тапан, асул авачир, дуьз тушир, гьакъикъатдив такьур, пуч; batil fikir батӀул фикир; // сущ. батӀулди; 2. диндин рекьяй дуьзгуьн тушир, диндин тӀалабар (шартӀар, къайдаяр) чӀурдай, батӀул (кар, амал).

    Azərbaycanca-ləzgicə lüğəti / batil

"batil" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#batil nədir? #batil sözünün mənası #batil nə deməkdir? #batil sözünün izahı #batil sözünün yazılışı #batil necə yazılır? #batil sözünün düzgün yazılışı #batil leksik mənası #batil sözünün sinonimi #batil sözünün yaxın mənalı sözlər #batil sözünün əks mənası #batil sözünün etimologiyası #batil sözünün orfoqrafiyası #batil rusca #batil inglisça #batil fransızca #batil sözünün istifadəsi #sözlük