batin sözü azərbaycan dilində

batin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • batin • 77.3585%
  • Batin • 18.8679%
  • BATİN • 3.7736%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əl-Batin
Əl-Batin (ər. الباطن) — Allahın adlarından biri. Mahiyyəti gizli olan, gözlərdən, idrak və duyğulardan əslini gizləmiş və zatı ilə batin olan deməkdir. əl-Batin adı ilə hər şeyin, daxili quruluşuna nüfuz edərək, hər şeyə, hər şeydən yaxın olandır O! Kaaf surəsi (50), 16: "... Və Biz ona şah damarından daha yaxınıq." Fatır surəsi (35), 38: "... Əlbəttə, O, ürəklərdə olanları da bilir." Qəsəs surəsi (28), 69: "Sənin Rəbbin onların sinələrində gizlində də, aşkarda da nə etdiklərini bilir." Mülk surəsi (67), 13 "Sözünüzü gizli saxlasanız da, istər açıq deyin; bilin ki, O, ürəklərdə olanları biləndir." Aləmlərin yaradıcısı əl-də Odur dostlar! Uca Rəbbim, Sən "Əvvəl" sin, Sən "Axır" sin, Sən "Zahir" sin, Sən "Batin" sın. Adlarına sığınaraq, evvelimi, ahırımız, zâhirimi və bâtınımı nurunla nurlandırmanı diləyirəm. Dualarımı qəbul eylə Allahım!
Ma la buddə batiniyyə
Ma la buddə batiniyyə - Seyid Yəhya Bakuvinin müəllifi olduğu bu əsər mənbələrdə həm də Əsrarül-Vudu adlandırılır. Seyid Yəhya bu əsəri təsəvvüfi mənada təmizlik, dəstəmaz və namaz kimi dini hökmlərin əhəmiyyətini öyrənmək istəyən tələbələrin suallarına cavab olaraq yazmışdır. Mövzu başlıqları bunlardır: təmiz su, niyyət, dəstəmaz, sətri-övrət, vaxt, istiqbali-qiblə, qiyam, təkbirətül-ehram, fatihətül-kitab, ruku, sücud ,əl-etidal ,ət-təşəhhüd, əs-salatun-nəbiyyi ,əs səlam. Göründüyü kimi bu risalədə dəstəmaz və namazın təsəvvüfi baxımdan məna və mahiyyəti izah olunur. Nəsrlə yazılan bu əsərin son qismində bir sıra tövsiyələr də vardır.
Batinilik
Batinilik və ya Batiniyyə ( الباطنية , Əl-Batiniyyeh ); İslamda Quran ayələrinin zahiri mənalarından daha dərin həqiqi mənalar daşıdığına inanan və ayələri ona uyğun təfsir edən cərəyana “Batini”, bu fikri mənimsəyənə isə “Batin” deyilir. Şiəlikdə belə hesab edilir ki, bu mənaları ancaq Allaha aid olan və Əlinin nəslindən olan məsum On iki İmam bilə bilər. Batini sözü ərəbcə Bâtın sözündən götürülmüşdür. Batin, gizli həqiqət, bir şeyin içi, daxili mənası deməkdir. O, həm də İslam anlayışında Allahın 99 adından biridir. Bu termini İranlı Qəzali kimi sünni alimləri bu fikirləri qəbul edənlərə ittihamedici məna verərək işlətmişlər. Tarixdə ən məşhur batinilər ismaililərdir . Əl-Kirmani və Nasir Xosrov kimi Fatimi - İsmaili yazıçıları bunun əksini irəli sürsələr də, Qəzali və bəzi digər sünni alimlərinə görə, bu qruplar dini mətnlərin, ibadət və qaydaların zahiri mənalarını rədd edirlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2004 •••••••••••••• 0.67
2017 •••••••••••••••••••• 0.98

batin sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Daxil, iç, iç üz (zahir ziddi). Zahida, gəl soyunaq bir kərə paltarımızı; Çıxaraq zahirə batindəki əfkarımızı. M.Ə.Sabir. Batinin əksidir fəqət zahir. H.Cavid. Zahirən çox sadəlövh görünən bu qızın batində bu qədər hiyləgər olduğuna Əlyarov heç vəchlə inana bilmirdi. M.Hüseyn. // Gizli. [Fərraşbaşı:] Bəli, batində o da Ağa Mərdanın şəriki imiş! M.F.Axundzadə. Bir qismi də batində dinsiz, amma zahirdə özlərini camaatın nəzərində dindar qələmə verən oxumuşlarımızdır. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / batin

batin sözünün sinonimləri (yaxın mənalı sözlər)

batin sözünün antonimləri (əks mənalı sözlər)

batin sözünün rus dilinə tərcüməsi

batin sözünün fransız dilinə tərcüməsi

batin sözünün ləzgi dilinə tərcüməsi

batin sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) iç, iç üz, iç tərəf; 2) gizli, açıq olmayan. Batini-şum pis ürək.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"batin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#batin nədir? #batin sözünün mənası #batin nə deməkdir? #batin sözünün izahı #batin sözünün yazılışı #batin necə yazılır? #batin sözünün düzgün yazılışı #batin leksik mənası #batin sözünün sinonimi #batin sözünün yaxın mənalı sözlər #batin sözünün əks mənası #batin sözünün etimologiyası #batin sözünün orfoqrafiyası #batin rusca #batin inglisça #batin fransızca #batin sözünün istifadəsi #sözlük