* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Su, süd və s. tökmək üçün armudu formada ağzı gen iri mis qab. Dərhal xəlfə ağ qalaylanmış mis satıllarda şərbət, əlində gülabzən camaat ilə bir yerdə küçəyə çıxardı. H.Sarabski.
Azərbaycan dilinin izahlı lüğəti / satıl1 Ərəbcədir, vedrəyə oxşar qabın adıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / satıl1 сущ. сатул (яд, нек ва мс. цун патал юкь гуьтӀуь, сив гъяркьуь цурун къаб).
Azərbaycanca-ləzgicə lüğəti / satılI (Ağcabədi, Ağdam, Ağdərə, Basarkeçər, Bərdə, Cəbrayıl, Gəncə, Xocavənd, Qafan, Qazax, Laçın, Şəki, Zəngilan) 1. kəsərti alətlərini itiləmək üçün polad alət. – Satılnan kərənti, pıçağ itiliyirdilər (Ağdərə); – Satılım harda qaldı, isde:rəm bıçağı çəkəm (Qazax); – Satılını ver, karantini itili:m (Basarkeçər); – Ə, satılı ver mə:, orağımı itiliyim (Cəbrayıl); – Mə:llim, Həbif satılımı aldı (Gəncə) 2. çaxmaq daşından od almaq üçün polad alət. – A bala, satılı civinən al, ma: ver (Şəki) II (Zaqatala) cəftə III (Salyan, Tabasaran) qulplu mis suqabı. – Qabağ bizim də satılımız vardı (Salyan)
Azərbaycan dilinin dialektoloji lüğəti.