şatır sözü azərbaycan dilində

şatır

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şatır • 63.4146%
  • Şatır • 34.1463%
  • ŞATIR • 2.4390%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şatırlı
Şatırlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Şatırlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Şatırlı (Bərdə)
Şatırlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd.
Şatırlı (Cəlilabad)
Şatırlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Badamağac, Buravar və Şatırlı kəndləri Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şatırlı kəndi olmaqla Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Şatırlı oyk, sadə. Bərdə r-nunun eyniadlı i.ə.v.-də kənd, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, kəndi vaxtilə el arasında Şatır ləqəbi ilə tanınan şəxs və onun övladları salmışlar. Şatır sözü “çörəkbişirən, çörəkçi” kimi izah edilir. Rəvayətə görə isə, həmin şəxsin dizinin kündəsi (oynaq sümüyü) olmadığından ona bu ləqəb verilmişdir. Şatı- rın qəbri hazırda Şatır ocağı adı ilə tanınır və yerli dindar müsəlman əhalisinin sitayiş yerlərindəndir; Cəlilabad r-nunun Ləkin i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi qədim dövrlərdə salınmışdır.
Şatırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şatıroba
Şatıroba — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlman talışlardan ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı. Hazırda kəndin əhalisi 1740 nəfərdir. == Toponimiyası == Tədqiqatçaların bir qismi oykonimi "çörəkçilər kəndi" kimi izah edilir. Bəzi tədqiqatçılar kəndin adını əslində şatoba olub, "əri oba" mənasını verdiyini deyir. Kəndin Türkoba adlanan sovetliyə daxil olması və Sovetlikdə Türkoba və şatıroba adlı iki kəndin olması onu göstərir ki, oykonimin birinci hissəsi şatır tayfa adı ilə bağlıdır. == Din == Kənddə Şatıroba kənd məscidi dini icması fəaliyyət göstərir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2012 •••••• 0.09
2013 •••••••••• 0.15
2017 ••••••••••• 0.16
2018 •••••••••••••••••••• 0.30

şatır sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Çörəkbişirən, çörəkyapan, çörəkçi. [Bəndalı] ustanı burada, xəmirxanada bir şatır olaraq tanımışdı. Mir Cəlal. Üzü pörtmüş şatır oxlovçunun verdiyi xəmiri əlindəki rəfətənin üstündə yayıb təndirə yapırdı. P.Makulu.

    Azərbaycan dilinin izahlı lüğəti / şatır

şatır sözünün sinonimləri (yaxın mənalı sözlər)

şatır sözünün rus dilinə tərcüməsi

şatır sözünün inglis dilinə tərcüməsi

şatır sözünün fransız dilinə tərcüməsi

şatır sözünün ləzgi dilinə tərcüməsi

şatır sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Bakı, İrəvan) çörəkyapan. – Şatırı dur çağır bıra (Bakı)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"şatır" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şatır nədir? #şatır sözünün mənası #şatır nə deməkdir? #şatır sözünün izahı #şatır sözünün yazılışı #şatır necə yazılır? #şatır sözünün düzgün yazılışı #şatır leksik mənası #şatır sözünün sinonimi #şatır sözünün yaxın mənalı sözlər #şatır sözünün əks mənası #şatır sözünün etimologiyası #şatır sözünün orfoqrafiyası #şatır rusca #şatır inglisça #şatır fransızca #şatır sözünün istifadəsi #sözlük