şahın sözü azərbaycan dilində

şahın

Yazılış

  • şahın • 74.3017%
  • Şahın • 24.3948%
  • ŞAHIN • 1.3035%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nadir şahın qılıncı
Nadir şahın qılıncı — Əfşar imperiyasının hökmdarı Nadir şah Əfşarın (1736-1747) istifadə etdiyi qılınc. == Haqqında == İranın Tehran şəhərində yerləşir. Nadir şahın qətlə yetirilməsindən təxminən 50 il sonra şahlıq etməyə başlayan Fətəli şah Qacar dövründə üzərinə yazılar yazılmış və bəzədilmişdir. Qılıncın qını briliantlarla bəzədilmişdir. Müasir tarixçi Maykl Eksvorti bildirir ki, "Nadir bir neçə dəfə özünü təsvir etmək üçün qılınc təsvirindən yararlanmışdır".Fətəli şahın heç bir rəsmində qılınc görünməyir. Lakin Gülüstan sarayının Mərmər otağının divarında Fətəli şahın varisi Məhəmməd şah Qacarın at üstündə olarkən qılıncı taxtığını əks etdirən rəsm əsəri vardır.Qılıncın və qınının arxa tərəfində bir neçə misra ilə birlikdə qəbzənin üstündə şahın və onun iki oğlunun şəkli əks olunub. == Həmçinin bax == Nadirin yürüşləri == İstinadlar == == Mənbə == Maykl Eksvorti. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant/ Figure 1. I. B. Tauris. 2009.
Nadir şahın Sind yürüşü
Nadir şahın Sind yürüşü — 1739-1740-cı illərdə Nadir şahın Hind yürüşü zamanı baş vermiş son döyüşlərindən biri. == Yürüşün səbəbi == Nadir şah Əfşar Böyük Moğol imperiyasının hökmdarı Məhəmməd şah üzərində qələbədən sonra Nadir onu Hind çayından qərbə bütün torpaqlarını güzəşt etməyə məcbur etdi. Dehlidən bu bölgəyə Nadirin qayıdışı yenidən birləşdirilmiş ərazilərin bütün hakimləri tərəfindən qarşılanması ilə müşayiət olundu. Sind hakimi Xudoyar xan Nadir şaha beyət etməkdən imtina etdi. Nadir şah Kabuldan Sind vilayətinə yollandı ki, bu vilayəti də itaət altına gətirsin. “Aləm Ara-ye Naderi”də bildirilir ki, Nadir şah hələ Hindistanda olarkən Məhəmməd şah, Sind hakimlərinin üzüdönüklüyü haqqında ona məlumat vermiş və onların yola gətirilməsini xahiş etmişdi. Mənbədə o da bildirilir ki, Nadir şah Hindistandan qoşunları ilə birbaşa Sində yollandı. “Tarix-e Cahanqoşa-ye Naderi”də, habelə digər mənbə və tədqiqat əsərlərində isə Nadir şahın Kabuldan Sində tərəf hərəkətə başladığı bildirilir. “Tarix-e Cahanqoşa-ye Naderi”də təsdiq olunur ki, Sind hakimi Xudayar xan Abbasi hətta Hindistanın fəth edilməsindən sonra belə Nadir şaha itaət etməyə meyl göstərmədi. Əksinə, ətrafına topladığı qoşunların sayını artırmaqla özünün müstəqil hakimliyini qoruyub saxlamaq istəyirdi.
Nadir şahın Mərkəzi Asiya yürüşü
Nadir şahın Mərkəzi Asiya yürüşü — XVIII əsrin ortalarında Əfşar imperiyası Nadir şahın hakimiyyəti altında Mərkəzi Asiyanın Buxara və Xivə xanlıqlarının ilhaqına başladı. İlk toqquşmalar 1730-cu illərdə meydana çıxmışdı. Bu zaman Nadir Hindistan yürüşündə idi və onun varisi şahzadə Rzaqulu Mirzə Mərkəzi Asiyanın dövlətləri üzərində bir neçə parlaq qələbə qazanmağı bacarmışdı. Rzaqulunun Xivəni ələ keçirməsi Xivə hökmdarı İlbars xanın qəzəbinə səbəb oldu və o, əks-hücuma keçəcəyi ilə bağlı hədələr verməyə başladı. Nadir özü uzaqda olduğuna görə oğluna hərbi əməliyyatları sonlandırmağı əmr etdi. Onun planı geri döndükdən sonra daha parlaq əməliyyatları öz komandanlığı altında həyata keçirmək istəyirdi. Xivənin ilhaq edilməsindən sonra İlbars edam edildi və onun yerinə Əbülfəz xan gətirildi. Nadir onun daha sadiq olacağını düşünürdü. Bu yürüşün nəticəsində Səfəvilər də daxil olmaqla, regionda mövcud olmuş dövlətlərdən demək olar ki, heç birisinin Mərkəzi Asiya üzərində qazanmağa nail ola bilmədiyi qələbə qazanıldı. == Buxaranın işğalı == 1734–1735-ci illərdə İlbars xan xeyli sayda türkməni Xorasanı yağmalamaq üçün göndərdi.
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik (1619)
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik —Böyük Moğol imperatoru Cahangir şahın Səfəvi Şah Abbasın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. == Zəmin == Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. O, hələ hakimiyyətinin ilkin mərhələsində ikən moğollar Qəndəharı ələ keçirmişdi. Sırada geri qaytarılmağı gözləyən bölgələrdən başlıcası Qəndəhar olduğu düşünülürdü. Belə bir şəraitdə Cahangir şah məsələni diplomatik yolla həll etməyə çalışdı. == Elçilik == 1618-ci ildə Osmanlı imperiyasını bir daha məğlub edib sülhə məcbur edən Abbas hökmdarlığının ən möhtəşəm elçiliyini qəbul etmək üçün Qəzvinə qayıtdı. Bu elçilik heyəti Böyük Moğol imperatoru Cahangir tərəfindən göndərilmişdi və moğol əsilzadəsi Xan Aləm tərəfindən rəhbərlik edilirdi. Xan Ələm məşhur nəslə sahib idi və onun ulu əcdadları Abbasın böyük ilham aldığı və sevdiyi tarixi şəxsiyyət Əmir Teymurun xidmətçiləri olmuşdular. İspan elçisi Fiqueroa da həmin zaman Abbasın sarayında idi və o, Xan Aləmin mirvari sırğalar taxdığını, qiymətli daşlarla bəzədilmiş xəncər daşıdığını və İsfahandakı hind tacirləri tərəfindən inanılmaz dərəcədə zəngin kimi təsvir edildiyini bildirmişdir. Alamı 800-ə yaxın xidmətçi və bir neçə yüz gözətçinin müşayiəti ilə Hindistan faunasının ekzotik kolleksiyası müşayiət edirdi.
Əkbər şahın Səfəvi sarayına göndərdiyi elçilik (1604)
Əkbər şahın Səfəvi sarayına göndərdiyi elçilik — Böyük Moğol imperatoru Əkbər şahın Səfəvi Şah Abbasın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. == Zəmin == Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. Bundan sonra Əkbər şah onun yanına elçilik göndərib onu təbrik etmək qərarına gəldi. == Elçilik == Əkbər göndərdiyi məktubda Abbası həm özbəklər, həm osmanlılar, həm də daxili düşmənlər üzərində qazandığı qələbələrə görə təbrik edirdi. Elçilik Əkbərin Abbas üçün göndərdiyi xeyli sayda qiymətli hədiyyələri də şaha təqdim etdilər. Şah hədiyyələrlə o qədər də maraqlanmadı, bircə hədiyyələr içində olan qılınc onun diqqətini çəkdi və Əkbərin Əmir Teymurun soyundan gəldiyi üçün qılıncı gələcəyə dair yaxşı bir işarə olaraq qəbul edib yaxından maraqlandı. Moğol elçisi İrəvan tutulana qədər şahın düşərgəsində qaldı və şəhər ələ keçiriləndən bir ay sonra geri dönmələrinə icəzə verildi.Abbas elçilik heyəti ilə dostcasına davransa da, onları qarşılamaq üçün xüsusi mərasim təşkil etmədi. O, hakimiyyətə yeni çıxan zaman Əkbərin sarayının buna reaksiyasından narahat olsa da, indi özünü daha güclü hiss edirdi və moğol imperatorunun Qəndəhara sahib olmasından da narazı idi. == Həmçinin bax == Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik (1619) Şah Abbasın Moğol sarayına göndərdiyi elçilik == İstinadlar == == Mənbə == * David Blow. Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.40 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 •••••••••••••• 2.02
2005 •••••••••• 1.35
2006 ••••• 0.68
2007 ••••••••••• 1.48
2008 •••••••••••• 1.71
2009 •••••••••••••• 1.92
2010 •••••••••••• 1.63
2011 •••••• 0.86
2012 •••••••• 1.12
2013 ••••••• 0.88
2014 •••••••••••••••••••• 2.92
2015 ••••••••••••••••••• 2.72
2016 •••• 0.52
2017 •••••• 0.81
2018 ••• 0.30
2019 •••••••••••• 1.67
2020 ••••••••••••••••• 2.39

"şahın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şahın nədir? #şahın sözünün mənası #şahın nə deməkdir? #şahın sözünün izahı #şahın sözünün yazılışı #şahın necə yazılır? #şahın sözünün düzgün yazılışı #şahın leksik mənası #şahın sözünün sinonimi #şahın sözünün yaxın mənalı sözlər #şahın sözünün əks mənası #şahın sözünün etimologiyası #şahın sözünün orfoqrafiyası #şahın rusca #şahın inglisça #şahın fransızca #şahın sözünün istifadəsi #sözlük