Cahan sözü azərbaycan dilində

Cahan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Cahan • 74.1872%
  • cahan • 25.2217%
  • CAHAN • 0.5911%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cahan
Cahan — varlıqların məcmusu, bütün reallıq və ya mövcud olan hər şey. Cahanın təbiəti müxtəlif sahələrdə fərqli konseptuallaşdırılmışdır. Bəzi konsepsiyalar cahanı unikal olaraq görür, digərləri isə "cahanların çoxluğundan" danışır. Monistlər cahana sadə bir obyekt kimi yanaşır, pluralistlər isə cahanı hissələrdən ibarət kompleks kimi təhlil edir. Müxtəlif kontekstlərdə "cahan" termini, məsələn, Yer kürəsi və onun üzərindəki bütün canlılar, bütövlükdə bəşəriyyət, beynəlxalq və ya qitələrarası əhatə dairəsi ilə əlaqəli daha məhdud məna daşıyır. Bu mənada dünya tarixi bütövlükdə bəşəriyyət tarixinə aid edilir, dünya siyasəti millətləri və qitələri aşan məsələləri öyrənən politologiyanın intizamıdır. Digər nümunələrə "dünya dini", "dünya dili", "dünya hökuməti", "dünya müharibəsi", "dünya əhalisi", "dünya iqtisadiyyatı" və ya "dünya çempionatı" kimi terminlər daxildir. Empirizm Kainat Qlobus World. The World Factbook. Central Intelligence Agency.
Cahan Ağamirov
Ağamirov Cahan Mirbaba oğlu (19 aprel 1945, Təbriz) — Azərbaycanlı nizamişünas, şərqşünas, fars dili mütəxəssisi və filologiya üzrə fəlsəfə doktoru. Gəncə Dövlət Universitetinin Praktik xarici dillər kafedrasının baş müəllimi. Cahan Ağamirov, "İran ədəbiyyatşunaslıqında Nizami irsinin öyrənməsi və tədqiqi" mövzüsünda dissertasiya işinin müəllifidir. Alim, XII əsrdə yaşamış Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin mədəni irsinin öyərnilməsi sahəsindəki fəaliyyətlərinə görə tanınmışdır. Cahan Ağamirov 1945-ci ilin 29 aprel tarixində İranın Təbriz şəhərində anadan olmuşdur. Həmin dövrdə ölkə Pəhləvilər sülaləsi tərəfindən idarə edilməkdə idi. Babası Hacı Seyyid Ağabala ağa Gəncədə dövrün tanınmış din xadimi olmuşdur. Atası Mirbaba Ağamirov, XX əsrin əvvəllərindən etibarən tez-tez İrana səfərlər etmiş və Təbriz şəhərində ticarət əlaqələri yaratmışdır. Atasının Təbriz-Gəncə arasında ticarətlə məşğul olduğu və əsasən müxtəlif ədviyyat məhsullarını İrandan gətirərək, Gəncə bazarlarında satdığı məlumdur. Tez-tez İrana səfərlər etməsi və İrana məxsus passporta sahib olması səbəbindən 1937-ci ildə atası Mirbaba Ağamirov İrana sürgün edilmişdir.
Cahan Holding
Cahan Holdinq — 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir. Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. Prezidenti Vüqar Abbasov olan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı yarandığı gündən indiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərməklə Respublikamızın sosial iqtisadi inkişafında, bir sıra yeni iş yerlərinin açılmasında həmçinin respublika vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında öz töhfələrini vermişdir.
Cahan Holdinq
Cahan Holdinq — 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir. Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. Prezidenti Vüqar Abbasov olan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı yarandığı gündən indiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərməklə Respublikamızın sosial iqtisadi inkişafında, bir sıra yeni iş yerlərinin açılmasında həmçinin respublika vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında öz töhfələrini vermişdir.
Cahan Məmmədov
Cahan Məmmədov — 1993–2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini, "Şərəf nişanı" ordeni təltifçisi. 1949-cu ildə Tovuz rayonunda anadan olub. 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırması, iqtisadiyyatı və təşkili fakültəsinə daxil olub, həmin institutu 1975-ci ildə bitirərək, iqtisadçı ixtisasını almışdır. 1968–1970-ci illərdə Almaniya DR-da hərbi xidmətdə olub. 1970–1972-ci illərdə Bakı Baş tikinti idarəsinin 12 №-li Tikinti Quraşdırma İdarəsində çilingər; 1972–1976-cı illərdə Azərbaycan Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsində mühəndis-iqtisadçı, böyük iqtisadçı; 1976–1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İstehsalat Texniki Təminat Komitəsində texniki rezin məmulatları şöbəsində böyük mühəndis-iqtisadçı, Xüsusi geyim, təsərrüfat malları və avadanlıqların təckizatı şöbəsinin rəisi, Tikinti Materiallarının təchizatı şöbəsinin rəisi, Maşın, avadanlıq və istehsal təyinatlı malların təchizatı üzrə Baş idarəsinin rəisi; 1986–1989-cu illərdə Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsində Maddi-Texniki Təchizat üzrə Baş idarənin rəis müavini, rəisin birinci müavini; 1991–1992-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Maddi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1992-ci ilin dekabr ayından 1993-cü ilin may ayına kimi həmin Nazirliyin "Azəraqro-təchizatmexanikləşdirmə" Respublika İstehsalat Birliyində sədrin birinci müavini; 1992-ci ildə Rusiya FR-nın Sankt-Peterburq Dövlət İqtisad Universitetində "Bazar iqtisadiyyatı şəraitində Aqrar bölmənin maddi-texniki təminatı" mövzusunda iqtisad elmləri namizədi dərəcəsi almaq üçün müdafiə edib. 1994–2015-ci illərdə "Marketinq" kafedrasında saathesabı müəllim işləyib. 1993–2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini vəzifələrində çalışmışdır. 2008-ci ildən Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətində – Aparatın rəhbəri vəzifəsində işləyir. Çoxsaylı məqalələri, dərslik və dərs vəsaitləri çapdan çıxmışdır.
Cahan Məmmədzadə
Cahan Saleh oğlu Məmmədzadə (24 avqust 1994, İsmayıllı rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Cahan Məmmədzadə 1994-cü il avqustun 24-də İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. Nişanlı idi. Azərbaycan Ordusunun giziri olan Cahan Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cahan Məmmədzadə noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahan Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahan Məmmədzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahan Məmmədzadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Cahan Pəhləvan
Məhəmməd Cahan Pəhləvan (fars. محمد جهان پهلوا‎; tam adı: Cahan Pəhləvan Şəms əd-Diniyə va-d-Din Əbu Cəfər Məhəmməd ibn Eldəniz, fars. نصرت الدین محمد بن ایل دنیز‎; Nüsrətəddin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan; 1136 və ya 1137, اردبیل, Eldənizlər və ya Naxçıvan – fevral 1186 və ya aprel 1186, Həmədan, Eldənizlər) — Atabəylər dövlətinin ikinci hökmdarı, Atabəy Şəmsəddin Eldənizin oğlu, sərkərdə. 1175-ci ildə Atabəy Şəmsəddin Eldənizin ölümündən sonra taxt-taca sahib oldu. Atabəy Şəmsəddin Eldəniz 1175-ci ilin oktyabr-noyabr aylarında vəfat etdi. Onun ölüm xəbəri o zaman Həmədanda olan oğlu Cahan Pəhləvana yetişəndə o, dərhal Naxçıvana gəldi, dövlət xəzinəsini və taxt-tacın əmlakını, eləcə də bütün qoşunları öz nəzarəti altına saldı. Eldənizin siyasətindən narazı olan İraq əmirləri Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, Sultan Arslanşahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər, lakin Zəncanda xəstələnərək, Həmədana qayıdan sultan Arslanşah, Cahan Pəhləvanı Həmədana dəvət edir, dövlət idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələr onun Atabəy tərəfindən zəhərlənməsini də təsdiq edir. Rəqibini aradan götürən atabəy, Arslanşahın 7 yaşlı oğlu III Toğrulu sultanlıq taxtına əyləşdirir, özü də onun atabəyi olur. Bundan az sonra Cahan Pəhləvan onun tabeliyindən çıxmış vassalı, Xuzistan hakimi Aydoğdu Şimlanın çıxışını yatırmalı oldu.
Cahan Talışinskaya
Cahan Rza qızı Talışinskaya (9 fevral 1909, Lənkəran, Lənkəran qəzası – 1 mart 1967, Bakı) — Azərbaycan müğənnisi-xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940). Cahan xanım Talışinskaya 1909-cu ildə fevral ayının 9-da Lənkəran şəhərində anadan olmuşdur. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi. 1918-ci ildə onun ailəsi Bakıya köçür. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım "Yeni yol" qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. O, Azərbaycan qızlar seminariyasına qəbul olundu və eyni zamanda musiqi və vokal ilə marağlanırdı. Bacısının evində piano var idi və Cahanın gözəl musiqi qabiliyyəti olduğundan tanış melodiyaları pianoda çalırdı. Beləliklə, xüsusi musiqi savadı olmadan o, pianoda və tarda gözəl ifa edə bilirdi. Xanəndənin oğlu, Azərbaycanın əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov öz xatirələrində Cahan xanımın hər hansı bir alətdə, – istər qarmon, istər fleyta, istər qaval olsun, – necə asanlıqla çalmağından danışır.
Cahan Teymur
İzzəddin Cahan Teymur — Elxanlılar sülaləsindən, elxanlığa iddiaçı. Atası Keyxatunun oğlu Alafranq idi. 1339-cu ildə Tacəddin Həsən noyon tərəfindən taxta gətirilmişdi. Haqqında çox məlumat yoxdur. Adına sikkə kəsilən bölgələrə Bağdad, Bəsrə, Ərzincan, Mosul, Samsun, Sincar daxil idi. 1340-cı ildən sonra Həsən Cəlayir müstəqil hakimiyyətə başladı.
Cahan şah
Müzəffərəddin Cahan ibn Yusif və ya Cahanşah (1397, Mardin – 11 noyabr 1467, Muş) — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahanşah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında öz yeri olan şairdir. Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa indiki Ermənistan ərazisi, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir.
Nur Cahan
Nur Cahan (pənc. نور جہاں ; urdu نور جہاں ; ing. Noor Jehan, 21 sentyabr 1926, Kasur[d], Britaniya Hindistanı – 23 dekabr 2000, Kəraçi) — Pakistanlı ifaçı və aktrisa idi. O, Hindistan yarımqitəsində dövrünün ən böyük müğənnilərindən biri kimi tanınır və ona Məlikəye tərənnüm (Urdu: ملکہ ترنم, melodiya kraliçası) fəxri adı verilmişdir. O, 1965-ci ildə ifa etdiyi vətənpərvər mahnıları ilə Pakistanda xüsusi milli tanınma və populyarlıq qazandı və bu, onu əlamətdar səviyyəyə qaldırdı. O, hind, pəncab, sindhi və urdu dillərində 10 mindən çox mahnı oxuyub. O, həmçinin Pakistanın ilk qadın kinorejissoru hesab olunur.
Cahan Pen MMC
Cahan xanım Talışinskaya
Cahan Rza qızı Talışinskaya (9 fevral 1909, Lənkəran, Lənkəran qəzası – 1 mart 1967, Bakı) — Azərbaycan müğənnisi-xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940). Cahan xanım Talışinskaya 1909-cu ildə fevral ayının 9-da Lənkəran şəhərində anadan olmuşdur. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi. 1918-ci ildə onun ailəsi Bakıya köçür. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım "Yeni yol" qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. O, Azərbaycan qızlar seminariyasına qəbul olundu və eyni zamanda musiqi və vokal ilə marağlanırdı. Bacısının evində piano var idi və Cahanın gözəl musiqi qabiliyyəti olduğundan tanış melodiyaları pianoda çalırdı. Beləliklə, xüsusi musiqi savadı olmadan o, pianoda və tarda gözəl ifa edə bilirdi. Xanəndənin oğlu, Azərbaycanın əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov öz xatirələrində Cahan xanımın hər hansı bir alətdə, – istər qarmon, istər fleyta, istər qaval olsun, – necə asanlıqla çalmağından danışır.
III Cahan Şah
III Cahan Şah və ya Muhi ül-Millət (1711 – 1772) — Böyük Moğol İmperiyasının XVI hökmdarı.
II Cahan Şah
II Cahan Şah — Böyük Moğol İmperiyasının XII padşahı.
Keyxosrov Cahan bəyim
Keyxosrov Cahan bəyim (9 iyul 1858, Bhopal, Britaniya Hindistanı – 12 may 1930, Bhopal, Britaniya Hindistanı) — İngilis idarəsindəki Hindistanda yarımüstəqil Bopal sultanlığı dövlətinin son qadın hökmdarı (1901–1926). Keyxosrov Cahan bəyim 9 iyul 1861-ci il tarixində Hindistanın Bopal (Bhopal) şəhərində doğulmuşdu. Anası Bopal nəvvabəsi Sah Cahan bəyim, atası Bəxşı Baqi Məhəmməd xandır. Mövlanə Cəmaləddin əl-Vəzir və Müftü Əyyub bin Qəmərüddindən çeşidli dərslər aldı. Nənəsi İskəndər bəyimdən də dövlət idarəsiylə ilgili mövzularda bilgilər etdi. Ayrıca xətt dərsləri aldı və Farsca öyrəndi. 1875-ci ildə Əmir Əhməd Əli xan ilə evləndi. Bu evlilikdən 1876-cı ildə Məhəmməd Nəsrullah xan 1877-ci ildə Hafız Ubeydullah xan və 1894-cü ildə Məhəmməd Hamidullah xan adlarında üç oğlu oldu. Anası Şah Cahan Bəyimin 16 iyul 1901-ci ildə vəfatından sonra onun Lord Canning ilə etdiyi anlaşma gərəyincə Cahan bəyim "sultan" ünvanıyla taxta keçdi. Ancaq 1902-ci ildə əri ölüncə bir çox problemlə qarşı-qarşıya qaldı.
Məhəmməd Cahan Pəhləvan
Məhəmməd Cahan Pəhləvan (fars. محمد جهان پهلوا‎; tam adı: Cahan Pəhləvan Şəms əd-Diniyə va-d-Din Əbu Cəfər Məhəmməd ibn Eldəniz, fars. نصرت الدین محمد بن ایل دنیز‎; Nüsrətəddin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan; 1136 və ya 1137, Ərdəbil, Eldənizlər və ya Naxçıvan – fevral 1186 və ya aprel 1186, Həmədan, Eldənizlər) — Atabəylər dövlətinin ikinci hökmdarı, Atabəy Şəmsəddin Eldənizin oğlu, sərkərdə. 1175-ci ildə Atabəy Şəmsəddin Eldənizin ölümündən sonra taxt-taca sahib oldu. Atabəy Şəmsəddin Eldəniz 1175-ci ilin oktyabr-noyabr aylarında vəfat etdi. Onun ölüm xəbəri o zaman Həmədanda olan oğlu Cahan Pəhləvana yetişəndə o, dərhal Naxçıvana gəldi, dövlət xəzinəsini və taxt-tacın əmlakını, eləcə də bütün qoşunları öz nəzarəti altına saldı. Eldənizin siyasətindən narazı olan İraq əmirləri Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, Sultan Arslanşahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər, lakin Zəncanda xəstələnərək, Həmədana qayıdan sultan Arslanşah, Cahan Pəhləvanı Həmədana dəvət edir, dövlət idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələr onun Atabəy tərəfindən zəhərlənməsini də təsdiq edir. Rəqibini aradan götürən atabəy, Arslanşahın 7 yaşlı oğlu III Toğrulu sultanlıq taxtına əyləşdirir, özü də onun atabəyi olur. Bundan az sonra Cahan Pəhləvan onun tabeliyindən çıxmış vassalı, Xuzistan hakimi Aydoğdu Şimlanın çıxışını yatırmalı oldu.
Məleykə Cahan Bəyim
Məleykə Cahan Bəyim (1875, Tehran – 1947, San-Remo, Liquriya) 1875- ci ildə Tehranda anadan olmuşdur. Məhəmməd Əli Şahın həyat yoldaşı, Şahbanusu (şahın həyat yoldaşı), Qacar sülaləsinin üzvü, Əhməd Şah Qacarın anasıdır. Atası Kamran Mirzə Qacar Naib əs-Səltənədir ( Nəsirəddin Şah Qacarın oğlu). Şahilə evləndikdən sonra "Kraliça Cahan" adlandırıldı. Hər halda, bunun da mənası "Məleykə-ye Cahan"la eynidir və dünyanın kraliçası deməkdir. İranda Rza şah başda olmaqla Pəhləvi sülaləsi Qacar sülaləsini devirdikdən sonra, digər sülalə üzvləri ilə birlikdə Avropaya köçərək San-Remoda yaşamışdır. Məhəmməd Əli şahın ölümündən sonra (1925) ailənin birlikdə saxlanmasında böyük rolu olmuşdur. Bu illərdə "Borhan-ol-İman"ı (İmanın səbəbinin mənası) yazmışdır. Bu əsərə öz dualarını və bəzi dualar barədə qeydlərini yazmışdır.
Nəqşi Cahan meydanı
Nəqşi Cahan Meydanı (fars. ميدان نقش جهان‎ Meydān-e naḳş-e cahān; “Dünyanın şəkli meydanı” ya da fars. ميدان شاه‎ Meydān-e Şāh; “Şahın meydanı”) — Həmdə İmam meydanı adı ilə tanınır. İsfahanın mərkəzində olan meydan, İranın ve cənub-şərqi Asiyanın ən geniş meydanıdır. Meydanın 4 küncündə 4 fərqli bina tikilmişdir: qərbdə Ali Qapı sarayı, şimalda Qeysəriyyə bazarı, şərqdə dini mərkəz olan Şeyx Lütfullah məscidi, cənubda isə İmam məscidi yerləşir. Meydanın üstü açıq hissəsi isə bir çox mərasimlər üçün ictimai məkan kimi fəaliyyət göstərir. Meydan İranın 20.000 rial əskinasının arxa tərəfində təsvir olunub. Abidə UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir. Nəqşi Cahan meydanı qurulduğu gündən etibarən həm şəhər, həm ümümulikdə İran nəzdində öz orginallığını və toxunulmazlığını qoruyub saxlayan məkanlardan biridir. Meydanın inşası 1598-ci ildə başlasa da təxminən 1632-ci ildə başa çatmışdır.
Saman Nəriman Cahan
Saman Nəriman Cahan (fars. سامان نریمان جهان‎, d. 18 aprel 1991, Bünab, Şərqi Azərbaycan ostanı, İran) — hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi komandasının keçmiş cənubi azərbaycanlı yarımmüdafiəçisi, 23 yaşadək futbolçulardan ibarət İran millisinin keçmiş üzvü. Əhalisi azərbaycanlılardan ibarət olan və əsasən Azərbaycan dilində danışılan bölgə olan Şərqi Azərbaycan ostanının Bünab ərazisində anadan olan Saman futbolçu karyerasına Təbrizin İran peşəkar futbol liqasındakı təmsilçisi Traktorda başlamışdır. Həmçinin onun peşəkar futbolçu kimi yetişməsində Təbrizin digər klubu Maşın Sazi və Tehranın Neft Tehran klublarının da böyük rolu olub. Peşəkar olaraq karyerasına 2012-ci ildə məhz Neft Tehran klubunda başlayıb. Həmin ilin ikinci yarısını icarə əsasında Göstəriş Poladda keçirən Saman, özünü yaxşı nümayiş etdirmiş və növbəti mövsüm Göstərişə transfer edildi. Traktorda icarədə oynayıb yenidən Göstərişə qayıdan Saman 2016-cı ilin yayında Avstriya Bundesliqası təmsilçisi Volfsbergerə baxışa yollansa da, maliyyə problemləri səbəbindən onun transferi baş tutmadı. Saman 2016-17 mövsümündə yenidən qurulmuş Maşın Sazi komandasına qatıldı. Azadi stadionunda İstiqlalla oyunda məhz onun qolu sayəsində komandası Tehran təmsilçisi ilə heç-heçə etdi.
Abdulla və Cahan dastanı
Abdulla və Cahan – Azərbaycan məhəbbət dastanı. Şirvanlı Aşıq Abdullanın (XVII əsr) həyatı və şeirləri əsasında yaranmışdır. Müxtəlif variantları var. Məhəbbət dastanlarına xas olan ənənəvi süjetə malikdir. Dastanın qısa məzmununu və şeirlərindən bir qismini H.Əlizadə "Aşıqlar" kitabında (h.1, 1935), qazaxlı Aşıq Məmmədyardan toplanmış variantını isə Ə.Axundov və M.H.Təhmasib nəşr etdirmişlər. Dastanın başqa bir variantını 1971–1972-ci illərdə Türkiyədə nəşr etdirən türk aşığı Lütfi Aydanın ehtimalına görə, bu dastan uzun müddət Şirvanda və Dağıstanda yaşamış Xəstə Qasım tərəfindən Aşıq Abdullanın şeirləri əsasında yaradılmışdır. Azərbaycan dastanları. 5 cilddə. C. 2. B., 2005.
Neft və cahan savaşı
Neft və cahan savaşı - kino və televiziya rejissoru, kinodramaturq, Beynəlxalq və Ümumittifaq kinofestivallarının laureatı Nazim Rzanın müəllifi olduğu kitab. Kitab İkinci dünya müharibəsində böyük neft uğrunda gedən mübarizədən, Bakı neftinin son dərəcə önəmli rolundan və neftin həlledici amil olmasından bəhs edir. Həmçinin kitabda savaşın başlama səbəbləri, onun gedişatı və Almaniyanın məğlubiyyət səbəbləri qeyd edilmişdir. Bakı neftinin qorunmas üçün görülmüş tədbirlər, bunun uğrunda atılan addımların məzmunuda oxucuya çatdırılır. Xüsusilə 1941-ci ilin qışından başlayaraq SSRİ ərazisində yerləşmiş alman qüvvələrin ərzaq və yanacaq sıxıntıları əksinə olaraq qarşılarındakı sovet ordusunun bunlarla daha yaxşı təchiz olunduqları ətraflı şərh edilir.
Sərv-i Cahan (Əbhər)
Sərv-i Cahan (fars. سروجهان‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 436 nəfər yaşayır (92 ailə).
Məndə Sığar İki Cahan... (1973)
Məndə sığar iki cahan… — 1973-cü ildə çəkilmiş qısametrajlı sənədli film. Film dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Bakıda və Moskvada keçirilən yubiley tədbirləri, Nəsiminin tədqiqatçıları ilə müsahibələr filmdə öz əksini tapmışdır. Eyni ildə çəkilən "Nəsimi" bədii filmindən fərqli qısametrajlı sənədli film olaraq çəkilmişdir. Rejissor: Xamis Muradov Ssenari müəllifi: Əhmədağa Muğanlı, Xamis Muradov Operator: Vladimir Konyagin, Rasim İsmayılov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qütb əl-Din Şah Cahan
Qütb əl-Din Şah Cahan — Kirmanın Qutluqxanilər sülaləsindən olan son hökmdarı. Qütb əl-Din Şah Cahan Suyurğatmışın oğludur. Qohumunun vəliəhdi olduqdan sonra taxta çıxmış və qısa müddət hakimiyyətdə olmuşdur. Onun hakimiyyəti dövründə qəddar, rüşvətxor və həddindən artıq əsəbi olduğu bildirilir. O, Elxani hökmdarı Olcaytunun əmri ilə monqol canişini Malik Nəsirəddin Məhəmməd ilə əvəz edilmişdir. Ömrünün yerdə qalan hissəsini ögəy anası Kördüçin ilə birlikdə Şirazda keçirmişdir. Onun qızı Qutluqxan Makdumşah Mübariz əl-Din Məhəmməd ilə 1328-ci ildə evlənmiş və beləliklə, Müzəffərilər sülaləsinin əsasını qoymuşdur.
Cahangir Abdullayev
Cahangir Məmməd oğlu Abdullayev (1 may 1901, Yelizavetpol – 4 yanvar 1973, Bakı) — Azərbaycan sovet terapevti, kardioloq, Azərbaycan SSR EA akademiki (1968), Azərbaycan SSR əməkdar elm xadimi (1940) Cahangir Məmməd oğlu Abdullayev 1901-ci il may ayının 1-də Gəncə şəhərində anadan olmuşdur. Gəncədə klassik gimnaziyada təhsil almış, 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir. 1926–1932-ci illərdə Leninqradda (Sankt-Peterburq) diplomdansonrakı təhsilini davam etdirmişdir. C. Abdullayev 1936-cı ildə elmlər doktorluğu dissertasiyası müdafiə etmiş, tibb elmləri doktoru elmi dərəcəsinə və professor elmi adına layiq görülmüşdür. C. Abdullayev 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. C. Abdullayev Azərbaycan Dövlət Tibb İnstitutunun Hospital terapiyası kafedrasının assistenti kimi (1932) əmək fəaliyyətinə başlamış, həmin kafedranın müdiri (1943–1973) vəzifəsində çalışmışdır. C. Abdullayevin rəhbərliyi ilə Elmi-Tədqiqat Kliniki Eksperimental Təbabət İnstitutunda kardioloji şöbə yaradılmışdır (1961). C. M. Abdullayev kardiologiya sahəsi üzrə beynəlxalq aləmdə tanınmış görkəmli elm xadimlərindən olmuşdur. Onun elmi fəaliyyətinin əsas istiqamətlərini diyar patologiyası, hematologiya, ateroskleroz xəstəliklərinin, ürək-damar sistemi patologiyasının etiologiyası, patogenezi, klinikası, profilaktika və müalicəsi, eləcə də neft sənayesi işçilərində peşə xəstəlikləri probleminin, neft karbohidrogenlərinin ürək-damar sisteminə və qanın laxtalanmasına göstərdiyi təsirlərin öyrənilməsi, ürəyin işemik xəstəliyinin etiologiyası, patogenezi, klinikası, diaqnostikası, müasir müalicə və profilaktika üsullarının araşdırılmasını təşkil etmişdir. Alim həmçinin strofantinin damargenişləndirmə təsirini müəyyənləşdirmiş, miokard infarktı xəstəliyinin müalicəsində ondan geniş istifadə etmişdir.
Cahangir Allahverdiyev
Allahverdiyev Cahangir İbrahim oğlu (6 sentyabr 1938, Poladlı, Gədəbəy rayonu) — azərbaycanlı kimyaçı. Allahverdiyev Cahangir İbrahim oğlu 6 sentyabr 1938-ci ildə Gədəbəy rayonunun Poladlı kəndində anadan olmuşdur. 1946-cı ildə öz kəndlərində məktəb olmadığından qonşu Böyük Qaramurad kəndində Füzuli adına orta məktəbə getmiş, 1956-cı ildə isə həmin məktəbi bitirib ali təhsil almaq üçün Bakı şəhərinə gəlmişdir. Sənədlərini M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna vermişdir. О, həmin institutun kimya-texnologiya fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində öz istedad və bacarığı ilə fərqlənmişdir. 1961-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra perspektivli məzun kimi təyinatla Azərbaycan Neft Layihə İnstitutuna mühəndis-texnoloq vəzifəsinə işləməyə göndərilmişdir. Pedaqoji fəaliyyətə olan həvəsi onu 1962-ci ildə məzunu olduğu M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna qaytarmışdır. О, müsabiqə yolu ilə həmin instituta müəllim qəbul olunmuşdur. Daha səmərəli elmi-tədqiqat işi ilə məşğul olmaq üçün 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya prosesləri institutunun analitik kimya laboratoriyasına elmi işçi düzəlmişdir.
Cahangir Aslanoğlu
Cahangir Aslanoğlu (27 noyabr 1919, Bakı – 16 yanvar 1998, Bakı) — Aktyor. Ssenari müəllifi. Cahangir Aslan oğlu Məmmədov 27 noyabr 1919-cu ildə Bakı şəhərində anadan olub. "Sönməyən ulduzlar" Assosiasiyasının ilk sədri olub. Əməkdar mədəniyyət işçisidir. 1997-ci ildə Azərbaycan Satira və Yumor Cəmiyyətini yaradıb. Cəmiyyətin ilk sədri olub. Cahangir Aslan oğlu Məmmədov 1998-ci ildə Bakı şəhərində vəfat edib. Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: poçtdakı adam Bağçada Rahat Yer (1978) Asif, Vasif, Ağasif (film, 1983) Gənc qadının kişisi (film,1988) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Çalışan adam (film, 1996) Dantenin yubileyi (film, 1978) Əgər bir yerdəyiksə (film, 1975) Gənc qadının kişisi (film, 1988) Günlərin bir günü...
Cahangir Babayev
Cahangir Elman oğlu Babayev — Azərbaycan Milli Karate Federasiyası Hakimlər komitəsinin sədri, Avropa Hakimlər Komissiyasına üzvü, Beynəlxalq hakim, Əməkdar məşqçi, Tokio Olimpiadasında karate yarışlarının baş hakimi, "Qaraqaplan" klubunun aparıcı məşqçilərindən olan, 5-ci dan qara kəmər sahibi. Cahangir Elman oğlu Babayev 10 avqust 1974-cü ildə Bakı şəhərində anadan olub. Beynəlxalq hakim, Azərbaycan Milli Karate Federasiyasının Hakimlər komitəsinin sədri Cahangir Babayev 2019-cu ildə Belarusun paytaxtı Minskdə 2-ci Avropa oyunlarının karate yarışlarını idarə edən hakimlərdən biri olacaq. Avropa Karate Federasiyası hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib. Azərbaycan karateçiləri 30 aprel — 2 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda Tokio Olimpiadasına reytinq xalları verən Karate1 Premyer liqa turnirində mübarizə aparacaqlar. Lissabonda Premyer liqanı idarə edən hakimlər arasında beynəlxalq hakim Cahangir Babayev və Vüqar Kərimov da yer alacaq. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 87 ölkədən 740 karateçi yarışacaq. Karate üzrə azərbaycanlı beynəlxalq dərəcəli hakim Cahangir Babayev Avropa Hakimlər Komissiyasına üzv seçilib. Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Beynəlxalq Bankının kuboku uğrunda karate üzrə beynəlxalq turnir keçirilmişdir. Turnirə baş hakimliyi beynəlxalq dərəcəli hakim Cahangir Babayev etmişdir.
Cahangir Baxışov
Cahangir Əmrah oğlu Baxışov (1 aprel 2001, Nardaran, Qobustan rayonu – 9 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cahangir Baxışov 1 aprel 2001-ci ildə Qobustan rayonunun Nardaran kəndində anadan olmuşdur. Cahangir Baxışov 2 aprel 2019-cu il – 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Cahangir Baxışov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər də iştirak edərək, 2020-ci il oktyabrın 9-da həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahangir Baxışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cahangir Baxışov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cahangir Bağırov
Cahangir Bağırov və ya Vladimir Bağırov (6 oktyabr 1919-5 iyun 1943) — Təyyarəçi, "Lenin" ordeni laureatı Mircəfər Bağırovun böyük oğlu olan Cahangir atası ilə Həştərxanda işləyərkən ailə quran zadəgan qız Mariyanın nikahından 6 oktyabr 1919-cu ildə dünyaya gəlmişdir. 1926-cı ildə anası vəfat etmişdir. Cahangir 1938-ci ildə Bakı aeroklubundan məzun olub. Eysk hərbi-dəniz məktəbində və Taşkənt hərbi məktəbində oxuyub. İkinci dünya müharibəsində Hərbi Hava Qüvvələrində leytenant rütbəsində qırıcı təyyarəçi olaraq iştirak edib. Moskva ətrafı döyüşlərdə iştirak edib. 1942-ci ildə Serpuxov ətrafındakı döyüşdə yaralanıb. 1 il sonra yaralı halda tərxis olunub. Cahangir müharibəyə yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedib. 40-cı qırıcı hava qüvvələri qvardiyasında (2-ci Hava Qüvvələri Ordusu, 8-ci qırıcı hava diviziyası, Voronej cəbhəsi) döyüşüb.
Cahangir Cahangirov
Cahangir Cahangirov (20 iyun 1921, Balaxanı, Bakı qəzası – 25 mart 1992, Bakı) – bəstəkar, pedaqoq, xormeyster, Azərbaycan SSR xalq artisti (1963). Solist, xor və simfonik orkestr üçün "Arazın o tayında" vokal-simfonik poemasının (1949), "Dostluq haqqında mahnı" (1956), "Füzuli" (1959), "Nəsimi" (1973) kantatalarının, "Sabir" (1962), "Hüseyn Cavid-59" (1984), "Böyük qələbə" (1985) oratoriyalarının, "Azad" (1957), "Xanəndənin taleyi" (1978) operalarının , "Yenilməz batalyon" (film 1965) , "Dəli kür"(film 1969) və s. bədii filmlərinə yazılmış musiqi nümunələrinin müəllifidir . Yaradıcılığında xor musiqisi janrı əsas yer tutur. Balaqədeş Şirgəşt oğlu Cahangirov 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb. Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.
Cahangir Gözəlov
Cahangir Rəcəb oğlu Gözəlov (16 dekabr 1909, Ağdam rayonu, Şıxbabalı kəndi – 7 sentyabr 1999, Bakı) – yazıçı, publisist, felyetonçu. 1935-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkldar mədəniyyət işçisi (1969), Jurnalistlər Birliyinin "Qızıl Qələm" mükafatı lauriyatı (1977). Rəcəb Gözəlovun oğludur. 1909-cu il, dekabrın 16-da Yelizavetpol quberniyasının Şuşa uyezdinin (indiki Ağdam rayonu) Şıxbabalı kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddə aldıqdan sonra Bakıda Müəllimlər Seminariyasını bitirmişdir. Azərbaycan Tibb Universitetini III kursadək oxumuş, ancaq səhhətinə görə təhsilini davam etdirə bilməmişdir. Baş mətbuat idarəsində bir müddət müvəkkil işləmiş, yeni pedoqoji sahədə fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Nəşriyyatının bədii ədəbiyyat şöbəsində redaktor (1935), Culfa beynəlmiləl dəmiryol orta məktəbində direktor (1936–1937), Ağcabədi rayon maarif şöbə müdiri (1938–1939), İsmayıllıda Diyallı kənd orta məktəbində direktor (1939–40), "Pioner" jurnalında məsul katib (1941), Ağdam 5 saylı beynəlmiləl orta məktəbində dərs hissə müdiri (1941–42) işləmişdir. 1942-ci ildən təqaüdə çıxanadək (1972) fasiləsiz olaraq "Kommunist" qəzetində çalışmışdır. 1999-cu il sentyabrın 7-də Bakıda vəfat etmişdir.
Cahangir Hacıyev
Cahangir Fevzi oğlu Hacıyev (26 oktyabr 1961) — Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri (27 mart 2001–2 aprel 2015).; Bakı Futbol Federasiyasının prezidenti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü Cahangir Hacıyev Azərbaycan Dövlət Universitetində təsil almış və təhsilini 1986-cı ildə başa vurmuşdur. 1993-cü ildə Austində Texas Universitetində MBA dərəcəsinə və Rusiya Elmlər Akademiyasının nəzdində İqtisadiyyat İnstitutunda Beynəlxalq İqtisadiyyat üzrə doktorluq dərəcəsinə yiyələnmişdir. Cahangir Hacıyev 1993–1995-ci illər arasında Azərbaycanın Xarici İqtisadi Əlaqələr Nazirliyində işləmişdir. 1995-ci ildə o, Azərbaycan Beynəlxalq Bankında işə başlamışdır. Cahangir Hacıyev səhhətində olan problemləri əsas gətirərək vəzifəsindən istefa verib. 18 mart 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurası onun istefasının qəbul olunması və vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib. 5 dekabr 2015-ci ildə C. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb və o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Cahangir Hacıyev və digər 7 nəfər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurdu. 14 oktyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Cahangir Hacıyevə hökm oxudu. Cahangir Hacıyev 15 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olundu və əlavə olaraq, Azərbaycan Beynəlxalq Bankının xeyrinə ondan 63 milyon manat, "AqrarKredit" ASC-nin xeyrinə 7 milyon manat tutulub verilməsinə qərar verildi.
Cahangir Hüseynov
Cahangir Hüseynov (10 aprel 1953, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı (2000–2005). Hüseynov Cahangir Hüseyn oğlu 1953-cü il aprel ayının 10 da Bakı şəhərində hüquqşünas ailəsində anadan olmuşdur. 1971-ci ildə orta məktəbi tərifnamə ilə bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Notariat və VVAQ idarəsində kargüzarlıqdan başlamış sonra isə Bakı şəhər 8-ci Notariat kontorunda hüquq məsləhətçisi işləmişdir. Bakı Dövlət Unversitetinin hüquq fakültəsinə daxil olmuş, buranı 1978-ci ildə əla qiymətlərlə bitirib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə işləməyə göndərilmişdir. 1978–1983-cü illərdə Bakı şəhər 26 Bakı komissarı adına rayon (indiki Səbail) Daxili İşlər şöbəsinə müstəntiq, 1983–1985-ci illərdə Bakı şəhər Əzizbəyov (indiki Xəzər) rayonunda istintaq şöbəsinin rəisi vəzifəsində işləmişdir. İşdə göstərdiyi nailiyyətlərə görə mükafatlandırılmış və Moskva şəhərində SSRİ Daxili İşlər Nazirliyinin Ali Akademiyasının 1-ci fakültəsinə göndərilmişdir. 1987-ci ildə Hüquq Mühafizə orqanlarında rəhbər kadrların hazırlanması fakültəsini fəqrlənmə diplomu ilə bitirmişdir. O, respublikada bu ixtisasda olan yeganə mütəxəsisdir. İşlədiyi dövrdə Sankt-Peterburqda SSRİ Baş Prakrorluğunun Prakrorluq və istintaq işçilərinin təkmilləşdirmə instutunu SSRİ Daxili İşlər Nazirliyinin Moskva şəhərində iki akademik ali kurslarını bitirmişdir. O, SSRİ Daxili İçlər Nazirliyinin fəxri fərmanı vı akademiyanın fəxri medalı ilə təltif olunmuşdur.
Cahangir Həsənağa
Cahangir Həsənağa oğlu Zeynallı — Azərbaycan kinorejissoru və ssenaristi, Azərbaycanın əməkdar incəsənət xadimi (2000). Cahangir Zeynallı 13 oktyabr 1949-cu ildə Bakıda anadan olub. ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb (1970-1975). 1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb Hal-hazırda Türkiyənin Adana Universitetinin İncəsənət və Teatrşünaslıq fakültəsində dərs deyir. 20 yanvar (film, 1990) Arzuya doğru (film, 1983) Azərbaycan SSR (film, 1978) Azərelektromaş (film, 1992) Dostlar görüşəndə (film, 1980) Dostların görüşü (film, 1977) Dostların gözü ilə (film, 1979) Əbədi iz (film, 1985) Əbədiyyət yolu (film, 1987) Əlaqə (film, 1989) Əsrin kontraktı (film, 1996) Fikrət Əmirov (film, 1985) Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999) Gələcəyin qurucuları (film, 1982) Həyat mübarizədir (film, 1987) İlişdim (film, 1983) İlk zirvələr (film, 1988) İntizar (film, 1986) İstirahət gecəsi (film, 1982) Jonqlyor (film, 1986) Qaçqınlar (film, 1994) Qəhrəmanların izi ilə (film, 1975) Qobustan (film, 1991) Nə haqla? (film, 1983) Neft çağırır (film, 1980) Özünü ifşa (film, 1986) Pərdə arxasında (film, 1987) Səfillər (film, 1985) Sirk mənim həyatımdır (film, 1978) Solmaz bir bahar kimi (film, 1979) Son söz (film, 1981) Söz gəncliyindir (film, 1987) Spartakiadanın startları (film, 1983) Sumqayıt yenidənqurma yolu ilə (film, 1987) Şeir mənim üçün bir kainatdır (film, 1984) Şəfa nöqtələri (film, 1977) Rzayeva, M. “Yalnız özümüzə arxalanmalı” //Ədəbiyyat.- 1991.- 19 iyul.- səh. 2. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Cahangir Həsənzadə
Cahangir Həsənzadə (4 avqust 1979, Bakı) — Azərbaycanlı futbolçu. Cahangir Həsənzadə 4 avqust 1979-cu ildə Bakıda anadan olub. Əvvəlki klubları: MOİK Bakı, Fərid Bakı, Şəfa Bakı, Volın Lutsk FK, Tavriya Simferopol İK, Neftçi, Qarabağ, İnter Bakı. 2008-ci ildən Qəbələdə çıxış edir. 2015-ci ildə karyerasını bitirdi Azərbaycanın olimpiya və əsas yığma komandalarının daimi üzvlərindən biri olub. İkiqat Azərbaycan çempionu (Neftçi — 2005, İnter Bakı — 2008) Azərbaycan çempionatının gümüş mükafatçısı (Neftçi — 2001) Azərbaycan kubokunun üçqat qalibi (Neftçi — 1999, 2001, Qarabağ — 2006).
Cahangir Kərimov
Kərimov Cahangir Abbas oğlu (18 iyul 1923, Bakı, Azərbaycan SSR, SSRİ – 22 fevral 2015, Moskva) — görkəmli Rusiya hüquqşünası, hüquq elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının (REA) (1966-cı ildən) müxbir-üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) (1967-ci ildən), Sirbiya Elmlər və İncəsənət Akademiyasının, Finlandiya Elmlər və Ədəbiyyat Akademiyasının, Çernoqoriya Elmlər və İncəsənət Akademiyasının, Rusiya İctimai Elmlər Akademiyasının, Beynəlxalq İnformasiya Prosesləri və Texnologiyaları Akademiyasının, Rusiya Federasiyasının Siyasi Elmlər Akademiyasının, Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki, Qonkonq Beynəlxalq Hüquq və İqtisadiyyat İnstitutunun Fəxri prorektoru, SSRİ Dövlət Mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatları İnstitutunun, Moskva Dövlər Hüquq Akademiyasının Baş Elmi işçisi, Rusiya Elmlər Akademiyasının İctimai Elmlər şöbəsinin üzvü. Cahangir Kərimov 1942-ci ildə Bakı Zenit artilleriyası hərbi məktəbini bitirdikdən sonra Zaqafqaziya cəbhəsinə göndərilir və Böyük Vətən müharibəsinin iştirakçısı olur. 29 may 1946-cı ildə Ordu sıralarında tərxis olunur. 1946-cı ildə Ümumittifaq Hüquq Qiyabi İnstitutunu bitirir, 1950-ci ildə namizədlik, 1961-ci ildə doktorluq dissertasiyalarını müdafiə edir. 1965–1969-cu illərdə — Leninqrad Dövlət Universitetinin prorektoru vəzifəsində çalışır. 1989–1991-ci illərdə — SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin üzvü. Hüquq elminin, sosial planlaşdırma və idarəetmə, dövlət və hüquq nəzəriyyəsinin fəlsəfi problemləri üzrə mütəxəssisdir. Elmi işləri Ümumi hüquq nəzəriyyəsi(hüquq sosiologiyası və hüquq fəlsəfəsi), qanunverici texnika, hüquq psixologiyası, hüquqi kibernetika, hüquq pozuntularının kompleksi profilaktikasına həsr edilib. SSRİ-nin, xarici ölkələrin orden və medalları ilə təltif olunub. Cahangir Kərimov 700-də artıq elmi broşür, məqalə, 40 monoqrafiyanın müəllifidir.
Cahangir Mehdi
Mehdiyev Cahangir Yaqub oğlu (13 yanvar 1951, Bakı) — Azərbaycan kinorejissoru, aktyor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Professional Kinorejissorlar Gildiyasının üzvü . Cahangir Mehdiyev 13 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. Atası dövlət qulluqçusu, anası isə evdar qadın idi. Bakı şəhərində 158 saylı orta və 12 saylı musiqi məktəblərini bitirib. Sənətdə ilk addımlarını 6 yaşında ikən rejissor Lətif Səfərovun "Bakı və bakılılar" filmində atmışdır. 1968-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Teatr və televizya filmləri rejissorluğu ixtisası üzrə təhsil almağa başlamışdır. 1969-cu ildə "Dəli Kür" bədii filmində aktyor kimi oynamışdır. 1973-cü ildə diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında "Sevgi, sevgi" teatr tamaşasına, eləcə də Azərbaycan Respublikası Dövlət Televizya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında "Yumoristik novellalar" adlı televizya tamaşasına quruluş vermişdir. 1973-cü ildə institutu əla qiymətlərlə bitirmiş, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii filmlər üzrə rejissor assisenti kimi çalışmağa başlamışdır. 1974-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təyinnaməsi ilə Moskva şəhərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kinorejissorluq fakültəsinə daxil olmaq üçün imtahan verməyə göndərilmiş, imtahanı uğurla verərək instituta daxil olmuşdur.
Cahangir Mehdiyev
Mehdiyev Cahangir Yaqub oğlu (13 yanvar 1951, Bakı) — Azərbaycan kinorejissoru, aktyor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Professional Kinorejissorlar Gildiyasının üzvü . Cahangir Mehdiyev 13 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. Atası dövlət qulluqçusu, anası isə evdar qadın idi. Bakı şəhərində 158 saylı orta və 12 saylı musiqi məktəblərini bitirib. Sənətdə ilk addımlarını 6 yaşında ikən rejissor Lətif Səfərovun "Bakı və bakılılar" filmində atmışdır. 1968-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Teatr və televizya filmləri rejissorluğu ixtisası üzrə təhsil almağa başlamışdır. 1969-cu ildə "Dəli Kür" bədii filmində aktyor kimi oynamışdır. 1973-cü ildə diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında "Sevgi, sevgi" teatr tamaşasına, eləcə də Azərbaycan Respublikası Dövlət Televizya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında "Yumoristik novellalar" adlı televizya tamaşasına quruluş vermişdir. 1973-cü ildə institutu əla qiymətlərlə bitirmiş, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii filmlər üzrə rejissor assisenti kimi çalışmağa başlamışdır. 1974-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təyinnaməsi ilə Moskva şəhərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kinorejissorluq fakültəsinə daxil olmaq üçün imtahan verməyə göndərilmiş, imtahanı uğurla verərək instituta daxil olmuşdur.
Cahangir Mirzə
Müizəddin Cahangir bəy Bayandur — Ağqoyunlu tayfa ittifaqının başçısı, bəy. Cəlaləddin Əli bəyin və Sara xatunun oğludur. 1444-cü ildə tayfa ittifaqının başçısı oldu. Bu dövrdə Ağqoyunluların arasında müəyyən qədər sabitlik yarandı. Lakin vəziyyət bir müddət sonra dəyişdi. Qara İsgəndərin oğlu Əlvəndin Cahangirə sığınması yeni Qaraqoyunlu hökmdarı Cahanşahı qəzəbləndirdi və o Diyarbəkirə hücuma keçdi. Bu mübarizə iki ilə qədər davam etdi. 1452-ci ildə Baburun hücumundan qorxan Cahanşah sülhə can atmağa başladı. Müqaviləyə görə Cahangir Cahanşaha tabe olurdu. Lakin Ağqoyunluların əzəli rəqibi olan qaraqoyunlulara tabe olmaq fikri kiçik qardaş Uzun Həsən və onun ətrafında birləşən əyanları qəzəbləndirdi, onlar Cahangir Mirzəyə qarşı çıxdılar.
Cahangir Məmmədli
Məmmədli Cahangir Əbdüləli oğlu — Azərbaycanın tanınmış jurnalisti. BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri. Məmmədli Cahangir Əbdüləli oğlu 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışır. Filologiya elmləri doktoru, professorudur. İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir. 2004-cü ildə Bakı Dövlət Universitetində "İlin müəllimi" nominasiyasının qalibi olub.
Cahangir Məmmədov
Məmmədov Cahangir Rza oğlu — fəlsəfə elmləri doktoru, professor. Cahangir Məmmədov 1940-cı ildə Gədəbəyin Yenikənd kəndində anadan olmuşdur. Atası Rza kişi uşaqlarından hər birinin rus dilini bilməsini çox arzulayır, «çox dil bilənin çox da dostu olar» deyirdi. Buna görə də 1949-cu ildə oğlu Cahangiri Yeni Saratovka kənd orta məktəbinə qoydu. Cahangir çox tezliklə rus dilini öyrəndi və seçilən şagirdlərdən biri oldu. 1959-cu ildə orta təhsilini müvəffəqiyyətlə başa vurub, sənədlərini M.Axundov adına APİ-nin rus dili və ədəbiyyatı fakültəsinə verdi və heç bir çətinlik çəkmədən qəbul olundu. 1964-cü ildə ali təhsilini başa vurub Yeni Saratovka kəndində müəllim və direktor müavini işlədi. Elə buradan da hərbi xidmətə getdi. Vətən qarşısında borcunu verib, 1968-ci ildə bir vaxt təhsil aldığı instituta qayıtdı. Fəlsəfə kafedrasında baş laborant kimi işləməyə başladı.
Cahangir Nağıyev
Nağıyev Cahangir Musa oğlu (31 mart 1903, Gəncə, Rusiya imperiyası - 15 noyabr 1929, Azərbaycan SSR) - azərbaycanlı filosofu və Azərbaycan Kommunist Partiyasının fəal üzvü. 1903-cü il martın 31-də Gəncədə anadan olub. Atasını çox tez, 1905-ci ildə itirmişdir. 1929-cu il noyabrın 15-də C.Nağıyev və arvadı Rozaliya Nağıyeva faciəli surətdə həlak olmuşlar. 1910-cu ildə Cahangir Nağıyev Gəncədə ikisinifli ibtidai rus-tatar məktəbinə daxil olmuş, 1912-ci ildə oranı müvəffəqiyyətlə bitirib, 1919-cu ildə Gəncə Kişi Gimnaziyasına daxil olmuşdur. Orada o, 6-cı sinifdən birbaşa 8-ci sinifə keçirilmiş və 1920-ci ildə həmin Gimnaziyanı əla qiymətlərlə bitirmişdir. 16 yaşlı C.Nağıyev Gimnaziyada oxuduğu illərdə dayısı Məmməd Xəlilovun vasitəsilə Kommunist partiyası sıralarına daxil olmuşdur. 1922-ci lin sonunda C.Nağıyev Azərbaycan KP göstərişi ilə Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə oxumağa göndərilir. O, 1924-cü ilədək burada oxuyur və fəlsəfəyə xüsusi maraq göstərir. Bunu nəzərə alaraq Azərbaycan KP MK-i, habelə Moskvada nəşr olunan "Kommunist" jurnalının zəmanəti ilə C.Nağıyev universitetin iqtisadiyyat fakültəsindən Qırmızı Professorlar İnstitutunun fəlsəfə fakültəsinə köçürülür.
Cahangir Novruzov
Cahangir Mütəllib oğlu Novruzov (31 iyul 1954, Bakı) — Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2018), Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru. Novruzov Cahangir Mütəllib oğlu 1954-cü il iyul ayının 31-də Bakı şəhərində doğulub. Atası Novruzov Mütəllib Nəsrulla oğlu 1927-ci ildə doğulmuş və uzun illər Asəf Zeynallı adına Bakı musiqi məktəbində muğam üzrə dərs demişdir. Cahangir Novruzov 1971-ci ildə orta məktəbi bitirir. Sonra Mirzəağa Əliyev adına incəsənət institutunun rejissorluq fakultəsinə daxil olub və SSRİ xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil alaraq 1976-cı ildə həmin institutu bitirib. Diplom işini Musiqili Komediya teatrının səhnəsində Georgi Xuqayevin "Sevgilimin anası" operettasını hazırlayaraq müdafiə edib. Eyni ildə təyinat alaraq həmin teatrda çalışmağa başlayıb. 1976–1977-ci illərdə əsgəri xidmətdə olub və xidməti bitirdikdən sonra yenə də Musiqili Komediya teatrına dönüb. 1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar oynamışdır.
Cahangir Qarayev
Cahangir Mürsəl oğlu Qarayev (11 fevral 1950, Bakı – 15 yanvar 2013, Bakı) — Azərbaycan pianoçusu, bəstəkar və pedaqoq. Cahangir Qarayev 11 fevral 1950-ci ildə Bakı şəhərində tibb xadimləri olan Mürsəl Qarayev və Böyükxanım Nəzirovanın ailəsində dünyaya gəlmişdir. Bəstəkar Qara Qarayevin qardaşı oğludur. O, ilk musiqi təhsilini 1957–1968-ci illərdə Bülbül adına Orta-İxtisas Musiqi Məktəbində Lidiya Lvovna Filatovanın fortepiano sinfində almışdır. 1968–1973-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında pianoçu-pedaqoq, professor Mayor Brennerin fortepiano sinfində təhsilini davam etdirmişdir. 1973–1975-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında aspiranturada professor Rauf Atakişiyevin sinfində oxumuş, eyni zamanda konservatoriyanın Fortepiano ixtisası kafedrasında pedaqoji fəaliyyətə başlamışdır. C.Qarayev hələ konservatoriyada təhsil aldığı illərdə bəstəkar yaradıcılığına başlamışdır. O, "Fortepiano üçün sonata", 12 prelüddən ibarət "Anlar və impulslar", "Neqativlər" adlı fortepiano pyesləri silsilələrinin, prelüdlərin, caz kompozisiyalarının, habelə bir sıra xalq mahnılarına aranjimanların müəllifidir. Musiqiçi xarici və Azərbaycan bəstəkarlarının fortepiano üçün çoxsaylı müasir üslublu əsərlərinin ilk ifaçısı olmuşdur. O, 1970-ci illərdə caz-rok strukturlu "Cürbəcür" qrupunu yaratmışdır.
Cahangir Qulamov
Cahangir Qulamov (tam adı: Qulamov Cahangir Rza oğlu) — Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi sədrinin müavini—Naxçıvan birinci sərhəd dəstəsinin rəisi (1992). 28 iyul 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin 43 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi sədrinin müavini—Naxçıvan birinci sərhəd dəstəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Cahangir Qurbanov
Cahangir Qurbanov (müğənni) — Azərbaycan müğənnisi. Cahangir Qurbanov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Vətən müharibəsinin şəhidi.
Cahangir Qurbanov (müğənni)
Qurbanov Cahangir Qafar oğlu (17 sentyabr 1976, Sumqayıt) — Azərbaycan müğənnisi. Cahangir Qurbanov 1976-cı 17 sentyabrda Sumqayıt şəhərində anadan olub. Naxçıvan Muxtar Respublikasında böyüyüb, burada 3 N-li orta məktəbdə orta təhsilini başa vurduqdan sonra Naxçıvan Dövlət Universitetinin Hərbi fiziki təlim fakültəsinə daxil olub. 1998-ci ildə ali təhsil aldıqdan sonra Bakı şəhərinə köçüb. Bir neçə beynəlxalq festivalın qalibi və qranpri mükafatçısıdır. 2009-2010-cu illərdə ATV telekanalında "Yeni Ulduz" tele-yarışmasının qalibi olub. 2012-ci ildə Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsinə daxil olub (professor Hüseyin Əliyevin sinfinə). 2013-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Aparıcı solist-vokalçı kimi teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Sevil"də Atakişi, "Toska"da Anjelotti, "L'elisir D'amore" Belkore, "Pagliacci" Silvio və s.
Cahangir Qurbanov (əsgər)
Cahangir Məmməd oğlu Qurbanov (23 sentyabr 1994, Borsunlu, Goranboy rayonu – 27 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. Cahangir Qurbanov 1994-cü il senytabrın 23-də Goranboy Rayonunun Borsunlu kəndində anadan olub. Cahangir Qurbanov 2001-ci ildə Goranboy Rayon Borsunlu kənd T.Əliquluoğlu adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Subay idi. Atası – Məmməd Qurbanov. Anası – Elminaz Qurbanova. Qardaşları – Yunis Qurbanov, Samir Qurbanov. Əmiləri – Raqif Qurbanov və Ələkbər Qurbanov I Qarabağ müharibəsində döyüşmüşlər. 2012-ci ildə müddətli hərbi xidmətə yollanıb.Gədəbəy rayonunun N saylı hərbi hissəsində xidmət etmişdir.2016-ci ildən yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.06 dəfə / 1 mln.
2002 ••••••••••• 3.43
2003 ••••••••••••••• 4.72
2004 •••••••• 2.36
2005 ••••••••• 2.70
2006 ••••••••••••••••• 5.41
2007 •••••••••••• 3.81
2008 •••••••••••• 3.90
2009 ••••••••••••• 4.32
2010 ••••••••••• 3.63
2011 ••••••••• 2.92
2012 •••••••••• 3.10
2013 ••• 0.88
2014 •••••••• 2.40
2015 •••• 1.19
2016 ••••• 1.56
2017 •••••• 1.95
2018 ••••••• 2.25
2019 •••••••••••••••••••• 6.68
2020 ••••••• 2.12

cahan sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Dünya, aləm, kainat. Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Nəsimi. Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir. □ Cahana gəlmək – dünyaya gəlmək, doğulmaq. Xoş gəlibdir xoş saatda cahana; Yox gözəlliyinə qüsur, bəhanə. Aşıq Ələsgər. Gələndə Məhəmməd gəldin cahana; Gedəndə, Füzuli getdi, – dedilər. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / cahan

cahan sözünün sinonimləri (yaxın mənalı sözlər)

cahan sözünün rus dilinə tərcüməsi

  • 1 мир, свет

    Azərbaycanca-rusca lüğət / cahan
  • 2 сущ. мир: 1. свет, вселенная, земной шар. Bütün cahanda во всем мире, bütün cahanı dolaşmaq (gəzmək) объездить (объехать, облететь) весь мир, cahana yaymaq распространять по всему миру (свету), cahanda məşhur известный во всем мире, rüsvayi cahan olmaq опозориться на весь мир, cahana səs salmaq греметь по всему миру, прославиться на весь мир, cahanda tayı olmamaq не иметь себе равных во всем мире, cahana car çəkmək объявить на весь мир, cahanda birinci первый в мире 2. человеческое общество, население на земном шаре. Bütün cahan bilir ki … весь мир знает, что …; cahan bu qanunsuzluğu görmür ki? разве мир не видит этого беззакония? 3. земная жизнь в противоположность неземной, потусторонней (согласно религиозным представлениям). Məndə sığar iki cahan, mən bu cahana sığmazam (Nəsimi) во мне вместятся оба мира, но в этот мир я не вмещусь (Насими) 4. жизнь (время от рождения до смерти). Fani cahan бренный мир, işıqlı cahan светлый мир II прил. мировой (такой, который охватывает весь мир, имеет значение для всего мира). Cahan tarixi мировая история, Birinci cahan müharibəsi Первая мировая война

    Azərbaycanca-rusca lüğət / cahan

cahan sözünün inglis dilinə tərcüməsi

cahan sözünün fransız dilinə tərcüməsi

cahan sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. жагьан, дуьнья, алем, каинат; cahana gəlmək дуьньядиз атун, дидеди хун, дидедиз хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / cahan

cahan sözünün türk dilinə tərcüməsi

cahan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan qadın adlarının izahlı lüğəti.

dünya, aləm, kainat.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"cahan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cahan nədir? #cahan sözünün mənası #cahan nə deməkdir? #cahan sözünün izahı #cahan sözünün yazılışı #cahan necə yazılır? #cahan sözünün düzgün yazılışı #cahan leksik mənası #cahan sözünün sinonimi #cahan sözünün yaxın mənalı sözlər #cahan sözünün əks mənası #cahan sözünün etimologiyası #cahan sözünün orfoqrafiyası #cahan rusca #cahan inglisça #cahan fransızca #cahan sözünün istifadəsi #sözlük