Bahar sözü azərbaycan dilində

Bahar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Bahar • 81.8368%
  • bahar • 17.7660%
  • BAHAR • 0.3972%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Erkən Bahar
Erkən bahar – Polyak yazıçı Stefan Zermoskinin məşhur əsəri. Mövzusu Bakı şəhərində cərəyan edir.
Məhəmmədtağı Bahar
Məhəmmədtağı Bahar (7 noyabr 1886, Məşhəd – 21 aprel 1951, Tehran) — İran şairi, Məlikəşüəra, Məşrutə hərəkatının üzvü. Məhəmmədtağı Bahar 6 noyabr 1886-cı ildə Xorasanda, Məşhəd şəhərində anadan olmuşdu. Anası İran gürcülərindən idi. Mükəmməl mədrəsə təhsili almışdı. Atası Mirzə Kazım şair idi. Səburi təxəllüsü ilə tanınmışdı. Məhəmmədtağı Bahar təxəllüsü ilə şeirlər yazırdı. Müzəffərəddin şah Qacar ona Məlikəşüəra ləqəbini verdi. Məhəmmədtağı Bahar 22 aprel 1951-ci ildə Tehranda vəfat edib.
Bahar
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Bahar (Beyləqan)
Bahar — Azərbaycan Respublikasının Beyləqan rayonunun Bahar qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Bahar qəsəbəsi Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Bahar qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == 1965-ci ildən pambıqçılıq sovxozu yanında salınmış bu kənd rəmzi olaraq belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir. == Əhalisi == Əhali əsasən Cəbrayılın Horovlu kəndindən, Ermənistan Qəmərli rayonunun Qaraqoyunlu kəndindən, Vedi rayonundan köçüb gələn Azərbaycan türklərindən ibarətdir.
Bahar (Botiçelli)
Bahar (it. Primavera) — İtaliya İntibahı rəssamı Sandro Botiçellinin 1470-ci illərin sonu, 1480-ci illərin sonlarında tempera ilə işlədiyi rəsm əsəridir. Bahar "dünyada haqqında ən çox yazılmış və ən mübahisəli", həmçinin, "Qərb incəsənətinin ən məşhur rəsmlərindən biri"dir. Tabloda klassik mifologiyadan olan personajlar qrupu əks olunsa da, onları bir araya gətirəcək hansısa hekayə yoxdur. Bir çox sənətşünaslar rəsmin Baharın gəlişinə alleqoriya olmasını bildirsələr də, onun anlamı ilə bağlı fikirlər fərqlidir, əksər fikirlər isə əsəri, o dövrlərdə Florensiyanın intellektual dairələrini valeh etmiş İntibah Neoplatonizmi ilə əlaqələndirirlər. Rəsm əsəri, onu 1550-ci illərdə Florensiya yaxınlığındkı Villa Kastelloda görmüş Corco Vazari tərəfindən "Bahar" (Primavera) adlandırılmışdır. Bir-biri ilə əlaqəli olmasa da, Botiçellinin Uffitsi qalereyasında saxlanan "Veneranın doğulması" rəsmi kimi "Bahar" da, rəssamın mifologiyaya baxışının araşdırılmasında əsas mənbələr kimi istifadə edilir. "Bahar" dünyanın ən məşhur rəsm əsərlərindən biri olmaqla, həm də İtaliya İntibahının əsas simvollarından biridir; buna baxmayaraq sənətkarın "Veneranın doğulması" əsəri daha məşhurdur. Hər iki tablo antik dövrdən bəri klassik mifologiya subyektlərini böyük ölçülü tabloda əks etdirən ilk nümunələr olduğuna görə nadir hesab edilir. Hər iki əsərin Mediçi ailəsinin üzvü olan eyni şəxs tərəfindən sifariş edilməsi düşünülsə də, bu haqqda dəqiq məlumat yoxdur.
Bahar (Bottiçelli)

Bahar (Həmədan)
Bahar — İranın Həmədan ostanının Bahar şəhristanında şəhər, həmin şəhristanın inzibati mərkəzi. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,271 nəfər və 6,956 ailədən ibarət idi. Əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Şəhərdə bir neçə tarixi körpü, o cümlədən Aramand, Bahar, Rubat, Salehabad və Simin körpüləri yerləşir.
Bahar (Suraxanı)
Bahar – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə adı yaşayış massivi olaraq da keçir.
Bahar (ad)
Bahar — Azərbaycanda daha çox işlədilən qız adı və dörd fəsildən biri olan yaz fəsilinin digər adı.
Bahar (dəqiqləşdirmə)
Yer adları Bahar (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Bahar (Suraxanı) — Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bahar (Həmədan) — İranın Həmədan ostanında şəhər. Digər Bahar (yataq) Bahar (qəzet) Bahar fəsli — Yaz fəsli.
Bahar (yataq)
Bahar yatağı — qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir. Bu yataq 1968-ci il mart ayının 21-də kəşf olundu. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılmışdır. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard m³ qaz olmuşdur. Hazırda yataq onun işlənməsi layihəsinə 1 milyard dollar yatırmış Bahar Enerji Əməliyyat Şirkəti tərəfindən istismar olunur. Bura müəssisənin karbohidrogenlərin hasilatı ilə məşğul olan iki mədənindən (sexindən) biri sayılır. Baharda 11 özül fəaliyyət göstərir.
Bahar Ağalarova
Ağalarova Bahar Əmirəli qızı (1884, Varvara, Yelizavetpol qəzası – 16 fevral 1953, Bakı) — Azərbaycan SSR əməkdar müəllimi (1942). == Həyatı == Ağalarova Bahar Əmralı qızı 1884-cü ildə Varvara kəndində anadan olmuşdur. 1910-cu ildə Bakıda müsəlman qızlar üçün açılmış Qızlar gimnaziyasını bitirmişdir. Sovet müəllimi, tərbiyəçi, 1942-ci ildə Azərbaycanda ilk uşaq evinin təşkilatçısıdır. SSRİ Ali Sovetinin 3-cü çağırış (1950—1954) və Azərbaycan SSR Ali Sovetinin II çağırış (1947—1950) deputatı olmuş, "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir. 16 fevral 1953-cü ildə Bakı şəhərində vəfat etmişdir. Yusif Əzimzadənin "Anacan" pyesi onun fəaliyyətindən bəhs edir.
Bahar Bərdəli
Bahar Bərdəli (tam adı: Bahar Hüseynəli qızı Məmmədova; 6 may 1957, Bala Qacar, Bərdə rayonu) — AMEA Ədəbiyyat İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent. Ədəbiyyatşünas, yazıçı, şair, AYB-nin üzvü (1995); Yeni Azərbaycan Partiyasının üzvü (1998). == Həyatı == Bahar Məmmədova 1957-ci il mayın 6-da Bərdə rayonunda anadan olmuşdur. Şirvanlı kənd orta məktəbini (1964-1974), Azərbaycan Dövlət Pedaqoji Universitetini (1974-1979) bitirmişdir. 1979-1991-ci illərdə Bərdədə, 1991-2008-ci illərə qədər isə Bakıda orta təhsil məktəblərində müəllim, direktor müavini və direktor işləmişdir. 2008-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində elmi fəaliyyətə başlamışdır. Hazırda isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosentdir. İyirmiyə yaxın bədii-elmi kitabın müəllifidir. Yazıçı kimi prezident təqaüdçüsüdür. == Qalereya == == Yaradıcılığı == === Bədii kitablar === Qarabağın maralı.
Bahar Dadaşova
Bahar Muradova
Bahar Əvəz qızı Muradova (20 mart 1962, Füzuli) — Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Milli Məclisinin sabiq sədr müavini, sabiq deputat. == Həyatı == Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. Milliyyətcə azərbaycanlıdır. 1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. 1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989–1992-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992–1993-cü illərdə "Qayğı" Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib. Mingəçevir şəhərinin qurucularından olan Şahvələd Quliyevin gəlinidir. == Siyasi fəaliyyəti == 1993–1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bahar Məmmədova
Bahar Bərdəli (tam adı: Bahar Hüseynəli qızı Məmmədova; 6 may 1957, Bala Qacar, Bərdə rayonu) — AMEA Ədəbiyyat İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent. Ədəbiyyatşünas, yazıçı, şair, AYB-nin üzvü (1995); Yeni Azərbaycan Partiyasının üzvü (1998). == Həyatı == Bahar Məmmədova 1957-ci il mayın 6-da Bərdə rayonunda anadan olmuşdur. Şirvanlı kənd orta məktəbini (1964-1974), Azərbaycan Dövlət Pedaqoji Universitetini (1974-1979) bitirmişdir. 1979-1991-ci illərdə Bərdədə, 1991-2008-ci illərə qədər isə Bakıda orta təhsil məktəblərində müəllim, direktor müavini və direktor işləmişdir. 2008-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində elmi fəaliyyətə başlamışdır. Hazırda isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosentdir. İyirmiyə yaxın bədii-elmi kitabın müəllifidir. Yazıçı kimi prezident təqaüdçüsüdür. == Qalereya == == Yaradıcılığı == === Bədii kitablar === Qarabağın maralı.
Bahar Talıbova
Bahar xanım Talıbova (17 mart 1927, Aşağı Aralıq, Naxçıvan MSSR – 20 iyul 2003, Aşağı Aralıq, Naxçıvan Muxtar Respublikası) — Sosialist Əməyi Qəhrəmanı, pambıqçı. == Həyatı == Bahar Talıbova 1927-ci il mart ayının 17-də Şərur rayonunun Aşağı Aralıq kəndində dünyaya göz açmışdır. Böyük Vətən Müharibəsi başlananda Bahar Talıbova Şərur rayonundakı Qarxun kənd yeddiillik məktəbinin beşinci sinfində oxuyurdu. Atası müharibədə həlak olandan sonra ailəni dolandırmaq üçün məktəbdən ayrılmadan əmək fəaliyyətinə başlamışdır. 1943-cü ildə Şərur rayonunun Qarxun kənd məktəbini bitirdikdən sonra "Zəhmət" kolxozunda çalışan Bahar xanım Talıbovanın adına 16 yaşında ilk əmək kitabçası yazılmış, 1951-ci ildən Qarxun kəndindəki Mehdi Hüseynzadə adına kolxozda manqa başçısı işləmişdir. "Məni torpaq böyütdü, torpaq şöhrətləndirdi. Mən torpağa əyildim, torpaq da mənə güc-qüvvət verdi", – deyən Bahar xanım Talıbova öz zəhməti ilə zirvələrə ucalmış, adlı-sanlı əmək qəhrəmanı, el ağbirçəyi adını qazanmışdır. == Təltifləri == Böyük Vətən Müharibəsi dövründə və müharibədən sonrakı illərdə əməyi qiymətləndirilən Bahar Talıbova ilk dəfə 1941–1945-ci illərdə "Rəşadətli əməyə görə" medalı ilə təltif olunmuşdur. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin 1959-cu il 27 oktyabr tarixli Fərmanı ilə Bahar Talıbovaya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının "Pambıq ustası" fəxri adı verilmişdir.1959-cu ildə manqa başçısı işləyərkən 12 hektar sahənin hər hektarından 60 sentner pambıq götürdüyündən Bahar Talıbovaya SSRİ Ali Soveti Rəyasət Heyətinin 1960-cı il 7 mart tarixli Fərmanı ilə SSRİ-də ən yüksək fəxri ad olan "Sosialist Əməyi Qəhrəmanı" adı verilmiş, o, "Azərbaycan SSR-in qırx illiyi şərəfinə" yubiley medalı, "Lenin" ordeni və "Oraq və çəkic" qızıl medalı ilə təltif olunmuşdur. Bahar xanım bu yüksək ada Naxçıvan Muxtar Respublikasında 33 yaşında layiq görülən birinci qadın idi.
Bahar bayramı
Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز‎ (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez) — Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Bahar bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bahar fəsli
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Bahar novruzgülü
Bahar oğlu
Bahar oğlu — xalq artisti, bəstəkar Eldar Mansurovun Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr etdiyi oratoriyası. Oratoriya "Xalqın baharı", "Dahi sərkərdə", "Heydərnamə" və "Bahar oğlu" adlı dörd hissədən ibarətdir. Oratoriyanın sözlərinin mətni əməkdar incəsənət xadimi şair Baba Vəziroğluya məxsusdur. Oratoriya ulu öndərin yubiley tədbirlərində xalq artisti, müğənni Mübariz Tağıyevin ifasında səslənib. Bahar oğlu [Notlar] : oratoriya /musiqi E. Mansurov; söz. B. Vəziroğlu ; fortepiano üçün işləyəni Ə. Rzayev ; ifa M. Tağıyev.
Bahar novruzçiçəyi
Bahar novruzçuçəyi (lat. Primula veris) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin novruzçiçəyi cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Qısa kökümsovları şaquli, dik yerləşib, uzunluğu 6-8 sm olmaqla, çoxillik şirəli, qaytanabənzər köklərə malikdir. Kök üstündə olan yarpaqları rozetşəkilli, uzunsov-tərsyumurtavari, qırışıq, kənarları çəpərli, yumşaq tükcüklü, mərkəzi damarı aydın görünən, şirəli və qanadlı saplağı vardır. Gövdəsi yarpaqsız, şirəli, hündürlüyü 15-30 sm, çiçəkqrupunun sonunda sadə birtərəfli çətirləri başı aşağı əyilmiş açıq-sarı rəngli burcuqlu çiçəkləri vardır. Meyvələri yumurtavarı çoxtoxumlu olmaqla, qutucuqda yerləşir. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında isə meyvələri yetişir. Enliyarpaqlı və qarışıq meşələrdə, orta dərəcəli kolluqlarda, seyrək meşəliklərdə, meşə çəmənliklərində və talalarda yaşayır. Yarpaqlarını, bitki çiçəkləmə başladıqda əl ilə və ya bıçaqla toplamaq lazımdır.
Bahar Öztan
Bahar Öztan (11 avqust 1962, İskəndərun, Hatay ili – 21 mart 2024, Bodrum, Muğla ili) — türk aktrisa. 11 avqust 1962-ci ildə İskəndərun rayonunda doğulub. Elidor şampunu reklamına çəkildikdən sonra film prodüserlərinin diqqətini çəkib. 1980-ci illərdə karyerasının ən parlaq dövrünü yaşayıb. Reklamalra çəkildikdə sonra ictimaiyyət arasında "qəmzəli gözəl" adı ilə tanınıb. 2023-cü ildən bəri bağırsaq xərçəngi ilə mübarizə aparırdı. 21 mart 2024-cü il tarixində vəfat edib.
İkinci bahar
İkinci bahar (teatr)
Cəmşidqulu bəy Baharlı
Cəmşidqulu bəy Baranlı — Qütbşahlar sülaləsindən Qalkondanın ikinci hökmdarı. Sultanqulu bəy Baranlının oğlu olan Cəmşidqulu bəy 2 sentyabr 1543-cü ildə atasını öldürərək taxta çıxıb. Hakimiyyət dövründə Bidər sultanlığı ilə müharibə aparıb. Yaxşı təhsil almış və ədəbiyyatı sevirdi. 1550-ci ildə xəstəlikdən vəfat etmişdi. Sübhanqulu şah adlı oğlu vardı. Onu əvəz etmişdir.
Gül Baharlı
Gül Baharlı (əvvəlki: II Baharlı) — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. Gül Baharlı (əvvəlki adı II Baharlı kəndi) rayon mərkəzindən 20 km şm.-ş.-də, Qarabağ düzündədir. Gül Baharlı (əvvəlki adı II Baharlı kəndi) kəndində yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. Kənd əhalisinin əksəriyyəti Mirzə Vəli bəy Baharlının nəslinə mənsubdur. Kəndin ümumi orta məktəbi vardır. II Baharlı kənd məktəbi 30-cu illərdə dördillik ibtidai məktəb kimi yaranmışdır. Ağalar Əliyev II Baharlı kənd məktəbinin ilk müdiri olmuşdur. Vəli Əliyev (1936-1937), Xosrov Əliyev (1937-1941) II Baharlı kənd məktəbinin müdiri vəzifələrində işləmişlər. II Dünya Müharibəsi illərində II Baharlı kənd məktəbi fəaliyyətini dayandırmalı olmuşdur. II Baharlı kənd məktəbi 1946-cı ildə bərpa edilmiş, Ağdamın Qiyaslı kənd sakini Fərrux müəllim həmin məktəbin müdiri olaraq 1959-cu ilə kimi bu vəzifədə çalışmışdır.
I Baharlı (Ağdam)
Baharlı, I Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. Orta əsrlərdə Baharlı adına ilk dəfə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərinə təsadüf edilir. Bu soyadı XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi. Əlişəkər bəy Baharlının nəslinə mənsub insanlar da Baharlı soyadını daşımışlar. XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Əlişəkər bəy Baharlı nəslinin layiqli övladlarıdırlar. Hal hazırda I Baharlı kəndində yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. I Baharlı kənd əhalisinin əksəriyyəti Mirzə Vəli bəyin nəslinə mənsubdurlar. Onların ulu babası Mirzə Vəli bəyin oğlu İbrahim bəydir. Kəndin on bir illik orta məktəbi var.
Mirzə Haşım bəy Baharlı
Mirzə Vəli bəy Baharlı
Mirzə Vəli bəy Baharlı (1725 – 1795, Tehran) — Qarabağ xanlığının vəziri, şair, Əlişəkər bəy Baharlının nəslindəndir. Mirzə Vəli bəy Baharlı təxminən 1725-ci ildə anadan olmuşdur. Onun XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan, Vorucerd və Nəhavənd hakimi olmuşdur. Böyük Moğollar İmperatorluğunun başçısı Əkbər şahın atabəyi olub, ölkəni 4 il müstəqil idarə etmiş, eyni zamanda incə ruhlu şair xanlar xanı Bayram xan Seyfəli bəy oğlu Baharlı, dövlət xadimi olmaqla yanaşı türk, fars, hind dillərində şeirlər yazmış oğlu Mirzə Əbdürrəhim xan Əlişəkər bəy Baharlının nəslinə mənsub olub Mirzə Vəli bəyin ulu babalarıdırlar. Orxan Zakiroğlunun (Baharlı) tədqiqatına görə Mirzə Vəli bəyin atası Bayramxan bəy Abdulla xan oğlu Baharlı Qarabağ xanlığının qurucusu Pənahəli xanın zamanında xanlığın hörmətli insanlarından idi. Mirzə Vəli bəy Baharlı mükəmməl mədrəsə təhsili almış, ərəb, fars dillərini bilmişdir. Şəriət elmlərinin gözəl bilicisi olan Mirzə Vəli bəy Baharlı eyni zamanda incə ruhlu şair kimi də tanınmışdır. Rəvayətə görə Molla Pənah Vaqif saraya Mirzə Vəli bəy Baharlının təklifi ilə dəvət edilmişdir. Orxan Zakiroğlu (Baharlı) yazır ki, gənclik illərində Mirzə Vəli bəy Baharlı Qarabağ xanlığının qurucusu Pənahəli xanın sarayında xidmət etmişdir. O, Pənahəli xanın etibar etdiyi, güvəndiyi saray əyanlarından biri idi.
Məhəmməd Baharlı
Əhmədov Məhəmməd Əhməd oğlu (12 mart 1948, Zəngilan rayonu – 14 iyun 2019, Bakı) — nasir, publisist. Məhəmməd Baharlı 1948-ci il 12 martda Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1965–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır. 1970–1971-ci illərdə ordu sıralarında xidmət etmişdir. "Azərbaycan məktəbi" jurnalı redaksiyasında şöbə müdiri, məsul katib (1971–1985), "Kənd həyatı" jurnalı redaksiyasında məsul katib (1986–1988), "Azərbaycan məktəbi" jurnalı redaksiyasında məsul katib (1988–1989), "Gənclik" və "Molodost" jurnalları redaksiyasında məsul katib (1989–1992), "Təhsil" qəzetinin baş redaktoru (1992–1993) işləmişdir. 1993-cü ildən Azərbaycan müəllimi qəzetinin fəaliyyətini bərpa etmiş, 2002-ci ilədək onun baş redaktoru olmuşdur. Dünyasını dəyişənə qədər Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin baş redaktoru vəzifəsində işləmişdir. Məhəmməd Baharlının yaradıcılığında elmi-pedaqoji, publisistik və nəsr əsərləri, həmçinin şeirləri başlıca yer tutur. Mətbuatda yüzlərlə yumoristik hekayəsi dərc olunub.
Məhəmməd bəy Baharlı
Məhəmməd bəy Baharlı (XV əsr – 1466)— Qaraqoyunlu əmiri. Əlişəkər bəy Baharlının oğlu. Məhəmməd bəy Baharlı Cahanşahın oğlu Pirbudaq bəyin əmiri olmuşdur. Pirbudaq bəy Şirazda atasına qarşı qiyam qaldıranda Məhəmməd bəy Baharlı onun tərəfində idi. Cahanşah oğlunun qiyamını yatırtmaq istəyi ilə Ucanda düşərgə salmışdır. Məhəmməd bəy Baharlı Pirbudaq bəyin əmri ilə 1500 nəfərlik döyüşçü ilə onun düşərgəsinə hücum etmişdir. Lakin atası Əlişəkər bəyin 5000 nəfərlik ordusu qarşısında davam gətirə bilməmişdir. Məhəmməd bəy Baharlı məğlub olmuş, 300 nəfər döyüşçü ilə əsir düşmüşdür. Məhəmməd bəy Baharlı Cahanşaha qarşı döyüşdüyü üçün edam olunmalı idi. Əlişəkər bəy Baharlının övladı olması onu ölümdən xilas etmişdir.
Məhəmmədhəsən bəy Vəlili-Baharlı
Məhəmmədhəsən bəy Vəliyev-Baharlı (tam adı: Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu Vəliyev; 1896, Şuşa – 24 iyun 1937, Bakı) — Azərbaycan Dövlət Bankının ilk müdiri, iqtisadçı, etnoqraf, siyasi repressiya qurbanı. Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu 1896-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Bakı gimnaziyasını bitirdikdən sonra təhsilini Kiyev universitetinin iqtisadi-coğrafiya fakültəsində davam etdirmiş və 1915-ci ildə oranı bitirmişdir. Baharlı Azərbaycan Demokratik Cumhuriyyəti hökumətinin fəaliyyəti dövründə təsis edilmiş Bakı Dövlət Universitetində dərs demiş, həmin dövrdə, 1919-cu ilin sentyabrın 30-unda yaradılmış Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışmışdır. Sovet dövründə isə əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Plan Komitəsində davam etdirmişdir. O, 1923–1929-cu illər arasında fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Təbliğ Cəmiyyətinin üzvü olmuş, həmçinin 1937-ci ilə qədər gizli surətdə fəaliyyət göstərən Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olmuşdur. M. Baharlı 1926-cı ildə Solovki əsir düşərgəsindən sürgündən qayıtdıqdan sonra, ikinci dəfə 1937-ci ildə həbs edilmişdi. M. Vəliyev (Baharlı) 27 iyul 1937-ci ildə güllələnmişdir. Məhəmmədhəsən bəy Baharlının anadan olmasının 100 illiyi münasibətilə AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov (Baharlı) dövri mətbuatda onun yaradıcılığının müxtəlif aspektlərini işıqlandıran 17 məqalə dərc etdirmişdir. Zakir Məmmədovun təşəbbüsü ilə 25 may 1998-ci ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda yubiley tədbiri keçirilmişdir.
Məhəmmədhəsən bəy Vəliyev-Baharlı

Pirəli bəy Baharlı
Pirəli bəy Baharlı (XV əsr – 1480) — Qaraqoyunlu əmiri. Əlişəkər bəy Baharlının oğlu. Pirəli bəy Baharlı Qaraqoyunlu hökmdarı Cahanşahın əmiri olmuş, onun hərbi səfərlərində iştirak etmişdir. O, Cahanşahın ordusunda Ağqoyunlu Uzun Həsənə qarşı döyüşmüş, müxtəlif illərdə (1457; 1467) iki dəfə Uzun Həsənə əsir düşmüşdür. Pirəli bəy Baharlı Qaraqoyunlu şahzadələri Həsənəli bəyin, Pirbudaq bəyin qiyamlarının yatırılmasında iştirak etmişdir. O, Cahanşahın öldürülməsindən sonra 1467 ildə Muş düzündə baş vermiş döyüşdə Uzun Həsənə əsir düşsə də azad ola bilmişdir. Pirəli bəy Baharlı Cahanşahdan sonra onun kor edilmiş oğlu Yusif Mirzəni taxta çıxarmış, bir neçə döyüşə rəhbərlik etmişdir. Lur-i kuçek hakiminə qələbə çalmış, lakin Uzun Həsənin oğlu Uğurlu Məhəmməd tərəfindən məğlub edilmişdir. Qaraqoyunlu dövlətinin süqutundan sonra atası Əlişəkər bəy Baharlının başçılığı altında Pirəli bəy qardaşları, həmtayfaları ilə birlikdə Mavəraünnəhr hakimi Sultan Əbu Səidin yanına getmişdir. Sultan Əbu Səidin Uzun Həsənlə döyüşdə məğlubiyyətindən və öldürülməsindən sonra da Pirəli bəy qardaşları ilə teymurilərin yanında qalmış, Sultan Mahmud Mirzənin, Əbu Bəkr Mirzənin, Hüseyn Baykaranın müttəfiq olmuşdular.
Praqa baharı
"Praqa baharı" (çex. "Pražské jaro", slovak. "Pražská jar") - Çexoslovakiyada 1968-ci il yanvarın 5-dən avqustun 20-dək cəmiyyətdə gedən kütləvi siyasi liberallaşma prosesi. Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatının qoşunlarının ölkəyə yeridilməsi ilə bu prosesin qarşısı alınmışdır. 5 yanvar 1968-ci ildə Aleksandr Dubçekin Çexoslovakiya Kommunist Partiyası rəhbərliyinə gəlməsi ilə Çexoslovakiya açıq şəkildə SSRİ-dən asılı olmadığını nümayiş etdirməyə başladı. "İnsan sifətli sosializm" yaratmaq məqsədilə Dubçek və onun həmfikirləri tərəfindən həyata keçirilən siyasi islahatlar 1956-cı ildə Macarıstanda olduğu kimi əvvəlki siyasi xətdən tam imtina xarakteri daşımırdı. Lakin Sovet İttifaqının və Avropadakı bəzi sosialist dövlətlərin rəhbərləri Çexoslovakiyadakı islahatları sosialist dövlət quruluşunun əsaslarına və "sosialist bloku"nun bütövlüyünə qarşı yönəlmiş təhlükə kimi qəbul edirdilər. Belə ki, ölkədə senzura kifayət qədər məhdudlaşdırılmış, sərbəst ictimai diskussiyalar genişlənmiş, çoxpartiyalı sistemə keçid başlamışdı. Tam şəkildə söz, toplaşma və hərəkət azadlığı veriləcəyi, dövlət təhlükəsizlik orqanları üzərində nəzarətin gücləndiriləcəyi, şəxsi müəssisələrin açılmasına icazələrin asanlaşdırılacağı və istehsal üzərində dövlət nəzarətinin məhdudlaşdırılacağı bəyan olunmuşdu. Bundan əlavə, ölkənin federasiyaya çevrilməsi və ÇSSR-in tərkibinə daxil olan Çexiya və Slovakiyanın hakimiyyət orqanlarına verilən səlahiyyətlərin artırılması planlaşdırılmışdı.
Praqa baharı (1968)

Rza Bahari
Rza Bahari- şair,Fətəli şah Qacar zamanında yaşayırdı və azərbaycan dilində şeirlər yazırdı.Bahar şəhərində dünyaya gəlib və bu şəhərdə vəfat edib. Nuri, Cavad və Cəlili Hünərmənd, Səid.
Seyfəli bəy Baharlı
Sultanqulu bəy Baharlı
Sultanqulu bəy Baranlı (1518–1543) — Qütbşahlar dövlətinin yaradıcısı. Qaraqoyunlu şahzadəsi idi. 1470-ci ildə, Həmədanın Sədabad kəndində doğulmuşdur. Atası Üveysqulu bəy Baranlı, anası isə Məryəm xanım olmuşdur. Babası Pirqulu bəy Baranlı Qara İsgəndərin, nənəsi Xədicə bəyim isə Cahanşahın nəvəsi idi. Babası öləndə hələ 12 yaşı vardı. Ovlanmaq və hərb ilə məşğul olmaqdan xüsusi zövq alırdı. 31 dekabr 1477-ci ildə Uzun Həsənin ölümü və Sultan Yaqubun taxta çıxmasından sonra ailəsi qorxuya düşdü. Atası Üveysqulu buna görə də qardaşı Allahqulu oğlu ilə birlikdə dini yaymaq bəhanəsilə Kafiristana göndərdi. Nemətulla Vəlinin nəticəsi II Nemətullah da onlara kömək edirdi.
Türk qadınının baharı (film, 1936)
Film Azərbaycan qadınına həsr olunmuşdur. Film saxlanılmayıb. Film Azərbaycan qadınına həsr olunmuş ilk kinooçerkdir. Film bəstəkar Niyazinin sənədli kinoda ilk işidir. Rejissor: Seyfulla Bədəlov Ssenari müəllifi: Seyfulla Bədəlov, Vladimir Yeremeyevin iştirakı ilə Operator: Vladimir Yeremeyev Bəstəkar: Niyazi Səs operatoru: İlya Ozerski Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 132.
Yaz baharotu
İbrahim bəy Baharlı
İkinci Baharlı
İkinci Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun İkinci Baharlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
İkinci Bolşevik Baharı (1931)
İkinci bahar (serial, 2014)
İkinci bahar — Azərbaycanın çoxseriyalı teleserialıdır. Film yaddaşını itirən Nigar (İlahə Həsənova) və ona sahib çıxan Kənanın (İsmayıl Kərimov) ətrafında cərəyan edir. Yaddaşını itirsədə Nigar hər bir şeyi bir-bir xatırlayır...
İkinci bahar (teleserial, 2014)
İkinci bahar — Azərbaycanın çoxseriyalı teleserialıdır. Film yaddaşını itirən Nigar (İlahə Həsənova) və ona sahib çıxan Kənanın (İsmayıl Kərimov) ətrafında cərəyan edir. Yaddaşını itirsədə Nigar hər bir şeyi bir-bir xatırlayır...
İkinci bolşevik baharı (film, 1931)

bahar sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. İlin qış, yay arasında olan fəsli; yaz. Bahar ayları. Bahar yağışı. Havadan bahar qoxusu gəlir (yaz yaxınlaşır.) – Qurbani der: bahar olur, gəlir yaz; Göllərdə üzüşür ördək ilə qaz. Qurbani. …Şairlər bahar fəslini hamıdan artıq dost tuturlar. C.Məmmədquluzadə. Arvadlarımız bahar girəndən sonra payızın axırınadək bağda, əkində gedib işləyirlər. Ə.Haqverdiyev. □ İlk bahar şair. – yaz, yaxud baharın təravət saçan ilk çağı, ilk dövrü. Gül üzünün çiçək açmış gülləri; İlk baharın müjdəsidir aləmə. S.Vurğun. Son bahar şair. – payız. Məktəbin həyətində son bahar yaşıllığının üstünə gəbə, kilim də döşənmişdi. İ.Şıxlı. // Obrazlı təşbihlərdə. Bülbüliqəmzədəyəm, bağü baharım sənsən. Füzuli. Mənim bağım, baharım, həm gülüm, həm bülbülüm sənsən! Nə lazımdır mənə bağü baharü busitan sənsiz. S.Ə.Şirvani. Əyyamibaharü güldür, oğlum! Qoyma məni qəmdə, güldür, oğlum! M.Ə.Sabir. Yavrum, quzum, bahari-həyatın nə cür olar? A.Səhhət. O qartallı dağları sor, nə deyir: – Yüz min bahar gördüm, gəncəm, bax, yenə. A.Şaiq. Keçdi gəncliyimdən otuz beş bahar; Keçdiyim yollara baxdım bir daha. S.Vurğun. 2. məc. şair. Gənclik; gəncliyin dadlı xəyal və arzularla dolu olan dövrünə işarədir. Ömrünün bahar çağında. 3. məc. Yaz havasını xatırladan, yumşaq, ilıq, açıq, mülayim hava haqqında. Bayırda lap bahardır.

    Azərbaycan dilinin izahlı lüğəti / bahar
  • 2 yaz, yaz fəsli; gözəllik.

    Azərbaycan qadın adlarının izahlı lüğəti. / bahar

bahar sözünün etimologiyası

bahar sözünün sinonimləri (yaxın mənalı sözlər)

bahar sözünün antonimləri (əks mənalı sözlər)

bahar sözünün rus dilinə tərcüməsi

  • 1 1. весна; 2. весенний;

    Azərbaycanca-rusca lüğət / bahar
  • 2 1 I сущ. весна: 1. время года. Bahar bayramı праздник Весны, baharın ilk elçiləri первые вестники весны, ilk bahar ранняя весна, bahar yeli дуновение весны 2. перен. молодость, юность. Ömrün baharı весна жизни 3. перен. год. Ömrünün on səkkizinci baharında на восемнадцатом году жизни II прил. весенний. Bahar günləri весенние дни, bahar tətili весенние каникулы, bahar havası весенний воздух, bahar çiçəkləri весенние цветы 2 сущ. муз. бахар (старинный мугам, существующий наряду с двенадцатью основными мугамами)

    Azərbaycanca-rusca lüğət / bahar

bahar sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. spring; erkən ~ early spring; ◊ ömrün ~ı the spring of life; ~ın gözəlliyi beauty of spring II. s. spring; ~ vaxtı / zamanı springtime; ~ çiçəkləri spring flowers

    Azərbaycanca-ingiliscə lüğət / bahar

bahar sözünün fransız dilinə tərcüməsi

  • 1 is. printemps m ; ~ bayramı fête f de printemps ; ~ ətri gəlir cela sent le printemps ; ~ yaxınlaşır le printemps approche, le printemps se fait sentir ◊ bir güllə ~ olmaz une hirondelle ne fait pas le printemps

    Azərbaycanca-fransızca lüğət / bahar

bahar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. гатфар; // гатфарин; bahar ayları гатфарин варцар; bahar yağışı гатфарин марф; ilk bahar шаир. гатфарин сифте кьил; son bahar шаир. зул; 2. пер. шаир. жегьилвал (уьмуьрдин рикӀ жегьилвилин ашкъидалди, верцӀи хиялралди, мурадралди ацӀанвай девирдиз ишара); 3. пер. гатфарин гьава хьтин хъуьтуьл, мили, алахьай, чими гьавадин гьакъинда.

    Azərbaycanca-ləzgicə lüğəti / bahar

bahar sözünün türk dilinə tərcüməsi

"bahar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bahar nədir? #bahar sözünün mənası #bahar nə deməkdir? #bahar sözünün izahı #bahar sözünün yazılışı #bahar necə yazılır? #bahar sözünün düzgün yazılışı #bahar leksik mənası #bahar sözünün sinonimi #bahar sözünün yaxın mənalı sözlər #bahar sözünün əks mənası #bahar sözünün etimologiyası #bahar sözünün orfoqrafiyası #bahar rusca #bahar inglisça #bahar fransızca #bahar sözünün istifadəsi #sözlük