Çaharbağ mədrəsəsi
Çaharbağ mədrəsəsi (fars. مدرسه چهار باغ, azərb. Dörd bağ məktəbi ) və ya bir digər adıyla Madər-i Şah mədrəsəsi - XVIII əsrə aid mədəniyyət kompleksi.
Çaharbağ (Sultani) mədrəsəsi 1706-1714-cü illərdə Şah Hüseyn Mirzənin əmri ilə tikilmişdir. Şah Hüseyn bu mədrəsəni xanədan məktəbi kimi təchiz etdirmiş və dövrün məşhur alimlərindən Məhəmməd Bəkir Hatunabadini mədrəsəyə Mollabaşı vəzifəsinə təyin etmişdir. Gözəl kaşıları ilə diqqəti cəlb edən bu mədrəsənin 90×95 metr düzbucaqlı planı əhatə dairəsi, 60×65 metrlik həyəti, ikimərtəbəli eyvanı və 120 hücrəsi var. Şah Hüseynin də burada özünə məxsus hücrəsi varimiş. Mədrəsəyə Şah Hüseynin anası tərəfindən bir neçə karvansara və bazar yeri bağışlanmışdı. Mədrəsənin planı aşağıdakı kimidir;
Giriş,
Həşti,
Eyvan,
Hücrə,
Sehn,
Müderris hücrəsi,
Künbətxanə,
Şəbistan (gecə ibadətləri üçün nəzərdə tutulan otaq),
Dəstəmazxana,
Xidmət otağı.
Mədrəsə quruluşu daxilində; eyvan, məscid, günbəz, minarə, mehrab, minbər, hərəm, hücrə, hovuz və kitabxana kimi tikililər də varidi.