Çəhar Asyab rayonu
Çəhar Asyab rayonu - Əfqanıstanın mərkəzi olan Kabil şəhərindən təxminən 11 km şimalda, Kabil vilayətinin isə şimal hissəsində yerləşən rayon.
2002-ci il siyahıyaalınmasına görə təxminən 32.500 nəfər əhalisi var. Əhalinin əksəriyyətini taciklər təşkil edir. Say baxımdan növbəti üstünlük puştunlara aiddir. Rayon ərazisində az sayda Həzaralar (yaxud Xəzərilər) da var.