* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Susuz və bitkisiz geniş çöl; biyaban, düz. Uzun aylarnan şəhərdə beynini yazı-pozu ilə yorandan sonra, birdən görürsən ki, səhranın ortasında, təmiz və saf havada, quşların və heyvanların içindəsən. C.Məmmədquluzadə. [Dərviş:] Heyvanlar da tək-təkinə dolanmayıb, arxadaşlar ilə gəzdikləri halda mən öz həmcinsimdən ayrı düşüb ormanlarda, səhralarda qalmışdım. A.Divanbəyoğlu. ◊ Səhraya (səhralara) düşmək – vətənindən, yurdundan ayrı düşmək. Olubdu vətəndən avarə Zakir; Düşüb səhralara, dağlara Zakir. Səhraya salmaq – vətənindən, yurdundan ayırmaq, avara-sərgərdan etmək.
Azərbaycan dilinin izahlı lüğəti / səhra3 SƏHRA’ ə. susuz düzənlik sahə. Səhrayi-qəm «qəm səhrası» m. Kərbəla.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / səhra4 bitki örtüyünün inkişafı üçün əlverişsiz şəraitin üstünlük təşkil etdiyi sahələrdə yaranmış landşaft tipi. S. azonaldır. Rütubət və hərarət çatışmazlığı ilə əlaqədar olaraq arid və soyuq səhralar formalaşır. Substratın xarakterindən asılı olaraq daşlı, qumlu, gilli, şorakətli səhralar ayrılır. S. tropik, subtropik və mülayim qurşaqlarda, eləcə də Arktikada və Antarktidada yerləşir. пустыня desert
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / səhra2 SƏHRA Bəyaz çöllər bitib tükəndi, yaşıl düzəngahlar bitib tükəndi, sarı bir səhra başlandı (Anar); BƏRR-BİYABAN (köhn.) [Cahangir bəy:] Səadət, tək səndən ötrü xanimanımda! əl çəkib, bərr-biyabana düşmüşəm (N.Vəzirov); BİYABAN (köhn.) Susuz bir biyabanda yol itirmiş kimi onun əlacı hər bir yerdən üzülmüşdü (Çəmənzəminli); ÇÖL Sağ çöl, sol çöl, arxa çöl, baxırsan, hər tərəf çöl; Ucsuz-bucaqsız çöllər qandan yaranma bir göl (S.Rüstəm); DƏŞT (köhn.) Naləmdə oldu kül bucahan içrə kuhü dəşt; Ey dil, neçin o türreyi-dildar yanmadı (A.Şaiq); QIR (köhn.) Ucsuz-bucaqsız qırlarda, yaşıl yamaclı yaylaqlarda yaşamış, bir çox müxtəlif tarixi və ictimai inqilab və keşməkeşlərə şahid olan xalqın bədii yaradıcılığı da özü kimi... geniş və zəngindir (A.Şaiq); VADİ (kl.əd.) Səhralara tutdu seyl tək üz; Vadilərə açdı çeşmə tək göz (Füzuli); YAZI (qəd.) Bu zəfılə Qövsi məni yazılara salmaz; Gər mur dilin bilsə Süleymani-zəmanım (Qövsi).
Azərbaycan dilinin sinonimlər lüğəti / səhra2 сущ. 1. пустыня: 1) обширная засушливая область с небольшим количеством осадков и скудной растительностью. Qumlu səxra песчаная пустыня, Qaraqum səxrası пустыня Каракумы 2) безлюдное, незаселенное место. Ətraf boş səxradır вокруг голая пустыня 2. поле (безлесная равнина) II прил. 1. пустынный: 1) относящийся к пустыне. геол., геогр. Səxra qurşaqları пустынные пояса, səxra zonası пустынная зона, səxra düzənliyi пустынная равнина, səxra iqlimi пустынный климат, səxra qumları пустынные пески, səxra çöküntüləri пустынные отложения 2) населяющий пустыню, обитающий, произрастающий в ней. зоол. Səxra silvisi пустынная славка; бот. səxra dişəsi пустынномятлик 2. воен., связь. полевой (связанный с действиями в боевых или походных условиях), походный. Səxra artilleriyası полевая артиллерия, səxra poçtu полевая почта, səxra radiostansiyası полевая радиостанция, səxra telefon aparatı полевой телефонный аппарат
Azərbaycanca-rusca lüğət / səhra1 I. i. desert; waste; wilderness; Böyük ~ the Sahara Desert II. s. desert; ~ küləyi desert wind
Azərbaycanca-ingiliscə lüğət / səhra1 is. désert m ; ~ məhkəməsi tribunal m de campagne ; ~ topları artillerie f de campagne
Azərbaycanca-fransızca lüğət / səhra1 [ər.] сущ. баябан (яд, ттар-вал, векь-хъач авачир кьуру ва гегьенш чуьл); ** səhraya (səhralara) düşmək чуьллера гьатун, ватандивай къакъатун; səhraya salmaq чуьллера ттун, ватандивай къакъудун, авара авун.
Azərbaycanca-ləzgicə lüğəti / səhra