* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] tar. Keçmiş zamanlarda mülkədarların kəndlilərdən aldıqları natural vergi (məhsul). Tiflisdə “sirk” oyunu həmişə qışda başlanır, ondan ötrü ki, müsəlman bəyləri və mülkədarları özgə vaxt kəndlərdə rəiyyətdən bəhrə yığmağa məşğul olurlar. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / bəhrə2 is. 1. bax bəhər. …Heydərqulu bəhrəni tamam alıb, Hacı Qara Dinməzə satıbdır… N.Vəzirov. [Alı] bir az əvvəl bostandan ilk bəhrə alaraq, iki araba qovun, qarpız dərib hazırlamışdı. A.Şaiq. Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə tutmağı bildiyi kimi, balın və mumun mənfəətini də sayardı. Mir Cəlal. 2. Fayda, səmərə, nəticə. Xülasə, diplomatik danışıqlarımız bir bəhrə vermədi və biz, aydındır ki, ümidsizliyə qapıldıq. C.Cabbarlı. □ Bəhrə aparmaq – fayda götürmək, səmərə götürmək, faydalanmaq. Pəs aqil gərək cəmi-ləzzəti-dünyəviyyədən bəhrə aparsın… M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / bəhrə3 f. pay, hissə, qismət.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bəhrə1 BƏHRƏ I is. [ fars. ] tar. Keçmişdə kəndlilərdən alınan natural vergi. Torpaqdan, mülkdən aldığınız bəhrə sizə bəs eləmirmi? (“Qaçaq Nəbi”). BƏHRƏ II is. [ fars. ] Məhsul, meyvə. Lənkəranın bəhrələrini vəsf edən bir mahnı var.
Azərbaycan dilinin omonimlər lüğəti / bəhrə2 1 сущ. истор. оброк (натуральный налог, взимавшийся помещиками с крестьян). Bəhrə yığmaq собирать оброк 2 сущ. см. bəhər
Azərbaycanca-rusca lüğət / bəhrə1 i. 1. harvest, yield, crop; bu ilin ~si this year’s yield / harvest; bol / zəngin ~ rich / heavy harvest (crop); az / pis ~ poor / scanty harvest; ~ gətirmək 1) to yield / to bear* fruit; 2. məc. to bear* fruit; uzun illərin uzun illərin ~si fruit / result of many year’s labour; zəhmətinin ~sini görmək to reap the fruit of one’s labour
Azərbaycanca-ingiliscə lüğət / bəhrə1 is. récolte f ; moisson f ; fruit m ; résultat m ; bu ilin ~si la récolte de cette année ; bol (zəngin) ~ moisson (récolte) abondante ; ~ gətirmək donner des fruits ; uzun illərin ~si fruit (résultat) de longues années
Azərbaycanca-fransızca lüğət / bəhrə2 [fars.] сущ. ист. дигьек (алатай девирра помещикди лежберривай къачудай харжи, магьсул).
Azərbaycanca-ləzgicə lüğəti / bəhrə(Bərdə, Borçalı, Culfa, Qazax, Şahbuz, Tovuz) keçmişdə məhsulun onda biri həcmində alınan vergi. – On dərzin biri ağanın, doqquzu bizim, buna bəhrə de:ilirdi (Borçalı); – Hər nə əx’səx’ onun onnan biri bə:indi, ona da bəhrə deirdix’ (Bərdə); – Bəhrədə otuz pıtdan dört pıt xanındı (Culfa)
Azərbaycan dilinin dialektoloji lüğəti.