dəhrə sözü azərbaycan dilində

dəhrə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dəhrə • 86.4865%
  • Dəhrə • 13.5135%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəhrəv
Qayabaşı (əvvəlki adı: Dəhrəv) — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Dəhrəv kəndi Qayabaşı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qayabaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Toponimikası == Qarabağ silsiləsinin yamacındadır. Keçmış adı Qayabaşı olmuşdur. Kənd coğrafi movqeyi ilə əlaqədar olaraq belə adlandırılmışdı. XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Dəhrəv kəndindən gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsini Dəhrəv (daharav sözündən olub, "təpəlik" deməkdir) adlandırmışdılar. 1992-ci ildən kəndin adı Qayabaşı kimi rəsmiləşdirilmişdir.
Dəhrəz
Dəhrəz — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəhrəz kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. Xocalı rayonunun Ağbulaq inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin yamacındadır. Keçmiş adı Qayabaşı olan bu kənd XVIII əsrdə Qarabağ xanlarına məxsus mulk idi. XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsi bu adı almışdır. Oykonim fars dilindəki dəhliz sözünun variantı kimi "ensiz, dar kecid" mənasındadır.

dəhrə sözünün leksik mənası və izahı

  • 1 is. Ağac budamaq, yaxud çox qalın olmayan ağacları kəsmək üçün burnuəyri kəsici alət. Yox, əfəndim, bu məsələlərdə dəhrə ilə müharibəyə çıxmaq olmaz. N.Nərimanov. …Abbas dəhrəsini və sicimini götürüb ayağa qalxdı… S.S.Axundov. [Yusif] iti dəhrə ilə bir neçə budağı kəsib yerə tökdü. Ə.Abasov. // Ət doğramaq (döymək) üçün alət; ətdöyən, qiyməkeş. Mətbəxdən dəhrə, taxta səsi gəlir. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / dəhrə
  • 2 f. 1) ağac doğramaq, budamaq və s. üçün işlədilən kəsici alət; 2) çapacaq; 3) ətdöyən, qiyməkeş.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dəhrə
  • 3 Burnu əyri kəsici alət. (“Koroğlu” dastanının lüğəti) Oba-oymağın əli yaba, dəhrə, balta tutanı qoşuldu İsabalıya. (“Mahru xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)

    Azərbaycan dastanlarının leksikası / dəhrə

dəhrə sözünün etimologiyası

  • 1 Mənbələrə inansaq, fars sözüdür. Azərbaycan dilində onun müqabilində dımıq (ehtimal ki, dimdik sözü ilə bağlıdır, çünki dəhrənin burnu dimdiyə oxşayır), burnuəyri sözləri işlədilib. Sonra dəhrə onları sıxışdıraraq sıradan çıxarıb. Farsca mənası “əyri” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dəhrə

dəhrə sözünün rus dilinə tərcüməsi

dəhrə sözünün inglis dilinə tərcüməsi

dəhrə sözünün fransız dilinə tərcüməsi

dəhrə sözünün ləzgi dilinə tərcüməsi

"dəhrə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəhrə nədir? #dəhrə sözünün mənası #dəhrə nə deməkdir? #dəhrə sözünün izahı #dəhrə sözünün yazılışı #dəhrə necə yazılır? #dəhrə sözünün düzgün yazılışı #dəhrə leksik mənası #dəhrə sözünün sinonimi #dəhrə sözünün yaxın mənalı sözlər #dəhrə sözünün əks mənası #dəhrə sözünün etimologiyası #dəhrə sözünün orfoqrafiyası #dəhrə rusca #dəhrə inglisça #dəhrə fransızca #dəhrə sözünün istifadəsi #sözlük