balta-dəhrə sözü azərbaycan dilində

balta-dəhrə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • balta-dəhrə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Balta
Balta — metalik kəsici tilə malik olan, sapaqda bərk oturdulmuş alətdir. Baltaların müxtəlif növləri vardır. Baltalar adətən dülgərlik işlərində ağacların yonulub formaya salınmasında və kəsilməsində istifadə edilir. Qədimdə baltadan həm əl, həm də atılan silah kimi istifadə edilmişdir. Baltaların kəsici hissəsini sapaqla birləşdirmək üçün, onun tutqac hissəində deşik nəzərdə tutulur. Sapaq bu deşiyə keçirildikdən sonra o pazla bərkidilir. İlk balta hələ qədim daş dövründə mövcud olmmuşdur. Ağaca başlanmış, iti kəsici tilləri olan daş parçalarından balta kimi istifadə edilmişdir. Bu günkü baltlara oxşarı olanlar mezolit (b.e.6000 il əvvəl) dövründən meydana gəlmişdir. Ona qədər insanlar uc hissəsi itilənmiş daşlardan istfadə edirdilər.
Şaroşkalı balta
Qazma baltası- yeraltı yataqlara yol açmaq prosesində dağ-mədən suxurlarının deşilməsi üçün tətbiq olunan deşmə alətinin əsas hissəsidir. Baltalar adətən deşmə ştanqının sonunda bərkidilir və ona deşmə avadanlığından fırlanma hərəkəti verilir. Zərbə ilə işləyən qurğularda balta başlığı metal məftilldən asılır və deşmə lazımi yerə zərbə ilə düşərək həyata keçirilir. == Təsnifatı == Qazma baltalarının sinifləşdirilməsi onun təyinatı və suxura təsirindən asılı olaraq aparılır. Təyinatından asılı olaraq 3 növ baltalar mövcuddur: bütöv qazma üçün (suxuru bütün qazma boyu dağıtmaqla), içlikli qazma (suxur silindrik divar boyu kəsilir, içi isə bütöv qalır) və xüsusi hallar üçün (sementin deşilməsi, quyunun genişləndirilməsi). Suxura təsir etmək xarakterinə görə isə baltalar 4 sinifə bölünürlər: qazma hərəkətli, qazma-ovma və sürtmə-kəsmə hərəkətli. Baltaların əsas elementi olan gövdəsi və işçi hissəsinə görə 3 növ baltalar vardır: diyirlənən, almazlı və kürəkli. Diyirlənən qazma baltası qaz və neft yataqlarının qaılmasımda tətbiq olunan baltaların 90%-ni təşkil edirlrər. Bu baltalar bir, iki, üç və çox saylı diyircəklərə malik ola bilir. Diyirlənən baltaların kəsən hissəinin parametrləri (dişin hündürlüyü və uzunluğu, ilişmə bucağı, itiləmə bucağı, yeyilməsi, dişlər arasındakı məsafə) onların tətbiq olunduğu şəraitdən asılı olaraq təyin olunur.
Balta-Liman konvensiyası
Balta-Limanı ticarət konvensiyası — Osmanlı imparatorluğu ilə İngiltərə arasında 16 avqust 1838-ci il tarixində İstanbulun Balta-Limanı mahalında imzalanmış ticarət müqaviləsi.Osmanlı imperiyası 1826-cı ildən bəri ehtiyac duyduğu yerli xammalın xarici tacirlər tərəfindən ixrac edilməsinin qarşısını alan yed-i vahid (inhisar) sistemini tətbiq etdi. Bu sistem Böyük Britaniyanın mənafeyinə uyğun deyildi və ingilislər onlara Osmanlı ərazilərində imtiyazlar vermək üçün Osmanlı imperiyasına təzyiqlər göstərirdilər. Osmanlı dövlət xadimi,diplomatı Mustafa Rəşid paşa, Misir valisi Kavalalı Mehmet Əli paşanın qiyamını yatırmaq üçün İngilislərdən kömək istədi. Bu yardım qarşılığında, ingilislər Balta-Limanida bir dövlət malikanəsində Böyük Britaniyaya böyük ticarət imtiyazları verən ticarət konvensiyasının imzalanmasını istədilər. Konvensiya 8 oktyabr 1838-ci ildə kraliça I Viktoriya tərəfindən, bir ay sonra sultan II Mahmud tərəfindən təsdiq edildi. == Tarixi == Britaniya imperiyası Osmanlı ərazilərində sərbəst ticarət hüququnu almaq üçün uzun müddət mübarizə aparmışdır. Lakin hər dəfə ingilislərin cəhdləri uğursuzluğa düçar olurdu. XIX əsrin əvvəllərində dərin siyasi və iqtisadi böhran keçirən Osmanlı imperiyası böyük dövlərin güclü təzyiqinə tam gətirə bilmirdi. Həmçinin ölkənin daxili vəziyyəti də Osmanlı dövlətinin xarici təzyiqə müqavimət göstərməsinə imkan vermirdi. 1830-cu illərdə xüsusən Osmanlının ən böyük əyaləti olan Misirdə müstəqillik meyllləri Sultan II Mahmudu ingilislərə güzəştə getməyə məcbur etdi.
"Balta Mika" Milli Parkı
"Balta Mika Braile" (Parcul Natural Balta Mică a Brăilei) — Rumıniyanın cənub-şərqində milli park. Milli park Breila judetsi ərazisində yerləşir. Əsasən su-bataqlıq əraziləri əhatə edir. Sahəsi 17 529 hektar olan bu qoruq Dunay çayının iki kiçik qolu arasındadır. Dunayın mənsəbindən 62 km qərbdədir. Jurjen və Vadu-Ouy kənləri yaxınlığındadır. "Balta" adlı bu ərazidə 7 ada, 52 kiçik göl var. Milli park Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin V kateqoriyasına daxildir. == Ümumi məlumat == Ərazidə yerləşən əsas coğrafi obyeklər Braile düzənliyi, Böyük Braile adası və Kiçik Braile adasıdır. 12 mart 2000-ci ildə ərazi milli park elan edilmişdir.
Balta (cizgi-serial, 2018)
Balta — 6 fevral 2018 tarixindən etibarən yayımlanmağa başlayan, dram, komediya və fantastika janrlarını özündə birləşdirən, müasir Azərbaycanın ilk professional animasiya serialıdır. Serialda baş qəhrəman İsmayılın "bir baltaya sap olmaq" üçün atıldığı sərgüzəştlərdən söhbət açılmışdır. 2021-ci il 7 iyun tarixində isə 38 dəqiqəlik final seriyası ilə izləyicilərinə vida etmişdir. == Məzmun == "Balta" animasiyası Azərbaycan gəncinin gündəlik həyatda yaşadığı problemlərə yumoristik və absurd şəkildə yanaşma göstərən yetkinlər üçün cizgi serialdır. Hekayə bu günə kimi böyüdüyünün fərqində olmayan, avara baş qəhrəmanımız İsmayılın öz ailəsinin güvənini qazanmaq və sevdiyi qız Cananı əldə etmək üçün çox pul qazanmalı olduğunu dərk etməsiylə başlayır. İsmayılın pul qazanmaq üçün əl atdığı yollar bizi macəralardan-macəralara aparır. Azərbaycan dilində, sosial şəbəkələrdə və internet mediasında yayımlanan "Balta" animasiyası 4K keyfiyyəti ilə ümumilikdə 20 nəfərlik komandanın əməyi nəticəsində ərsəyə gəlib. == Cizgi filminin yaradıcı heyəti == Prodüser: Nicat Manafov Layn Prodüser: Elçin Hüseynov Rejissor/Ssenarist: Rəvan Muradov Art Direktor: Əmrah Niyazalı Animatorlar: Vüsal Kərimov, Fərman Dadaşov, Seymur Abdullayev Qrafik Dizayner: Nihad J Layihə Məsləhətçisi: İlkin Yusif == Personajlar == İsmayıl: Hekayənin əsas qəhrəmanı olan İsmayıl 23 yaşında pul qazanmaq üçün yollar axtarır. Musa: İsmayılın kiçik qardaşı. Hüseyn: İsmayılın atası.
I Eyrik Qanlı Balta
I Eyrik Qanlı Balta (norv. Eirik Blodøks; 895 – 954) — I Harald Gözəlsaçın oğlu. Horfaqerlər sülaləsindən Norveçin ikinci konunqu (kralı). == Həyatı == Eyrik I Haraldın çoxsaylı oğullarından biri olub onun Raqnhilddən olan yeganə övladı idi. I Harald böyük oğlu olmamasına baxmayaraq Eyriki uşaqlıqdan özünün sələfi görmüş və onun formalaşmasında böyük rol oynamışdır. Uşaqlıq və yeniyetməlik illərini atasının yanında keçirən Eyrik 927-ci ildə Byarmaland torpağına (müasir Rusiya və Finlandiya sərhədinə yaxın) yürüşə çıxır. Bu əraziləri yağmaladıqdan sonra qardaşı Byörnün yanına gələrək Vestfoldan ataları I Haralda gətirilən vergi və bəxşişləri onun aparmasını istəyir. Ancaq Byörn bununla razılaşmayaraq bütün mal-mülkü adamları vasitəsi ilə paytaxta göndərir və Eyrikə icazĕ vermir. Bundan qəzĕblənən Eyrik bir mûddĕt keçdikdən sonra Seheym şəhərində qaradaşını öldürür. Latın dilli mənbələrdə Eyrikin ləqəblərindən biri "qardaş qatili"dir (lat.

Oxşar sözlər

#balta-dəhrə nədir? #balta-dəhrə sözünün mənası #balta-dəhrə nə deməkdir? #balta-dəhrə sözünün izahı #balta-dəhrə sözünün yazılışı #balta-dəhrə necə yazılır? #balta-dəhrə sözünün düzgün yazılışı #balta-dəhrə leksik mənası #balta-dəhrə sözünün sinonimi #balta-dəhrə sözünün yaxın mənalı sözlər #balta-dəhrə sözünün əks mənası #balta-dəhrə sözünün etimologiyası #balta-dəhrə sözünün orfoqrafiyası #balta-dəhrə rusca #balta-dəhrə inglisça #balta-dəhrə fransızca #balta-dəhrə sözünün istifadəsi #sözlük