* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Odun doğramaq, ağac kəsmək və s. üçün işlədilən saplı, enli və itiağızlı dəmir alət. Balta ilə odun doğramaq. Odun baltası. Balta ilə kəsmək. – Balta ağac kəsməzdi, sapı ağac olmasaydı. (Ata. sözü). // tex. Neft quyularının qazılmasında işlədilən qazıcı alət. Vışkanın təpəsindən bucurqada sarınan kanatı (burazı) keçirmək üçün bir blok asılır və bunun vasitəsilə açıq və ya dəmir ştanqlara bağlanmış balta quyuya endirilib qaldırılırdı. Quliyev. Baltaları işləyir yerin dərin qatına. M.Seyidzadə. ◊ Balta görməmiş – əl dəyməmiş, əl vurulmamış, təbii halında qalmış. Balta görməmiş meşə. Balta ilə yonulmamış – kobud, qaba, tərbiyəsiz, qanmaz adam haqqında. Balta vurmaq məc. – bax baltalamaq 3-cü mənada. [İbrahim bəy:] Sən də, əlbəttə, gərək onu pisləyəsən, çünki balta vuranların birisi sizin cənabınız oldu. N.Vəzirov. Baltanı daşa vurmaq – işi baş tutmamaq, müvəffəqiyyətsizliyə uğramaq, işi nəhs gətirmək. Baltanı dibindən vurmaq – bir şeyə qarşı etiraz etmə, danışmağa, fikir söyləməyə yer qoymamaq, susdurmaq, qəti hərəkət etmək. [İttifaq üzvü:] A yoldaş təhkimçi, siz lap baltanı dibindən vurursunuz. Mir Cəlal. Baltası kəsməmək məc. – sözü keçməmək, nüfuzdan, etibardan düşmək. Buz baltası bax buz.
Azərbaycan dilinin izahlı lüğəti / balta1 Qabaqlar ağac doğrama aləti yox, silah növü olub. Maraqlıdır ki, xəncər yerinə, bötə işlətmişik. Kərtmək, kəsmək yerinə, başa deyilib (baş həm də “yara” demək olub). Başaq sözü ruscaya “острие” kimi tərcümə edilib. “Dil başaq tursa, bütməs” (dil yaralasa, sağalmaz) cümləsi də var. Oraq yerinə baştar da işlənib. Salyan rayonunda yarı böl əvəzinə, böltələ işlədilir. Sünbülə (bu, ərəbcədir) “başaq” deyirik. Bötə (xəncər), başa (kəsmək), başaq (iti), baştar (oraq), böltə (parçala), baş və ya başaq (sünbül), baş (yara) kimi sözlərdən belə nəticəyə gəlmək olur ki, balta sözü “vurma, kəsmə, yaralama” anlamları ilə bağlıdır. Baş təkcə “голова” yox, həm də kəsilməli olan yerdir (sünbül). Oraq ona görə baştar adlanıb ki, başı (sünbülü) kəsmək vəzifəsini yerinə yetirib və s. “Yəhər atın belini basıb” cümləsi var. Buradakı basmaq sözü “yara” mənasını verən baş sözü ilə eyni kökə malikdir və ad-feil omonimi olub. Rus dilindəki кувалда sözü də balta kəlməsinin dəyişmiş formasıdır. Onlarda (ruslarda) dəmirçi çəkici də балодка adlanır. Baltanın kəsər yox, zərbə aləti olması və rus dilində çəkicin də bu kəlmə ilə bağlı olması bir daha göstərir ki, balta sözü bölmək (böltələmək) kəlməsi ilə bağlı yaranıb. Qaqauz dilində balta yerinə, nacat, onun pasını təmizləyən cod kağıza nacdat deyilir. Deməli, türk dillərində balta anlayışı müxtəlif sözlərlə ifadə olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / balta1 BALTA Bitkilərdə başlayan xəstəliklərdən ilk dəfə mən xəbər tutmalı, zərərli sarmaşıqları axtarıb tapmalı və oğru baltasının səsini gündüz də, gecə də lap uzaqdan eşitməliyəm (Ə.Yusifov); TƏBƏR (arx.) Sövdayi-sərim etdi məni taci-zərimdən; Rişəm kəsilirmiş demə kəskin təhərimdən (M.Ə.Sabir).
Azərbaycan dilinin sinonimlər lüğəti / balta2 сущ. 1. топор. Ağackəsən balta лесорубный топор, balta küpü обух топора 2. долото. тех. Balta ağzı кромка долота, baltanın pəri лопасть долота, baltanın tiyəsi лезвие долота, balta şaroşkaları шарошки долота II прил. 1. топорный. Balta işləri топорные работы 2. долотный. тех. Balta poladı долотная сталь, balta sexi долотный цех, balta tavası долотная плита ◊ balta-balta yazmaq писать аршинными буквами; balta vurmaq опрокинуть, свалить; baltası daşa dəymək повернуть оглобли, встретить сопротивление; balta görməmiş нетронутый (о лесе), baltası kəsməmək kimin терять, потерять силу и влияние; лишаться, лишиться прежних позиций
Azərbaycanca-rusca lüğət / balta1 I. i. 1. axe (dülgər ~ sı) bench axe; (balaca) hatchet; ◊ ~nı dibindən vurmaq məc. to ruin / to destroy smth., to set* the axe to smth.; 2. (qazma baltası) chisel II. s. axe; ~ sapı axe-handle
Azərbaycanca-ingiliscə lüğət / balta1 is. hache f, cognée f, hallebarde f, empenoir m ; balaca ~ hachette f
Azərbaycanca-fransızca lüğət / balta1 сущ. 1. якӀв, нажах; // якӀун, нажахдин; balta yarası нажахдин хер; 2. тех. нафтӀадин фурар эгъуьнун патал алат; ** baltanı daşa vurmaq нажах къванциз ягъун, нажах къванце акьун, карди кьил кьун тавун, няс хьун; baltanı dibindən vurmaq нажах кӀанелай ягъун, са кардиз акси хьун, рахуниз (фикир лугьуниз) чка тун тавун, кисарун, къетӀи гьерекат авун; baltası kəsməmək пер. нажахди (якӀу) атӀун тавун, якӀв къуьруь хьун, гаф ише тефин, ихтибардай (нуфуздай) аватун.
Azərbaycanca-ləzgicə lüğəti / balta