Alta sözü azərbaycan dilində

Alta

Yazılış

  • Alta • 50.8475%
  • alta • 38.9831%
  • ALTA • 6.7797%
  • ALta • 3.3898%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Marina-Alta
Marina-Alta (isp. Marina Alta) — İspaniyada yerləşən rayon.
Klaudiya Alta Conson
Klaudiya "Ledi Börd" Alta Conson (ing. Lady Bird Johnson; 22 dekabr 1912[…] – 11 iyul 2007[…], Ostin) — ABŞ-nin 36-cı Prezidenti Lindon Consonun həyat yoldaşıdır. == Həyatı == Ailənin kiçik uşağı Klaudia Alta Teylor, Luiziana sərhədi yaxınlığında, Texas ştatının Karnack şəhərində anadan olub. Atası Tomas Cefferson Teylor (1874–1960) olmuşdur. O sonralar "Ledi Bird" ləqəbəni özünə götürdü. Bu ləqəb bütün həyatı boyu əsl adını dəyişdirəcəkdir. Anasının ölümündən sonra Ledi Bird xalası Effie Pattillo tərəfindən böyüdü. Müxbir olmaq niyyəti ilə, Ledi Bird 1933-cü ildə sənət təhsili aldı və 1934-cü ildə ikinci dəfə isə müxbir olmaq üçün jurnalistika təhsilini aldı, lakin Ledi Bird Lyndon Baines Johnson adlı birisi ilə görüşdükdə onun ambisiyaları təxirə salındı. Gənc istedadlı siyasətçi Johnson ilk görüşündən çox qısa müddət sonra Lediyə onunla evlənməyi təklif etdi, ancaq Ledi Bird yalnız on həftə sonra qəbul etdi. Cütlük 17 noyabr 1934-cü ildə San Antonio, Texasda evləndi.
Akva alta
Akva alta ( – hərfi tərcümədə hündür su deməkdir) — italyan dilindən alınmış və Veneto vilayətində geniş istifadə olunan bir ifadə. Bu, xüsusi intensivliklə vaxtaşırı olaraq Adriatik dənizinin şimal hissəsindəki Venesiya laqununda yerləşən Venesiya və Kyocca şəhər rayonlarında pik həddə çatan güclü və dağıdıcı, Qrado və Triest liman şəhərlərində isə daha zəif daşqınlara səbəb olan təbiət fenomenidir. Kifayət qədər sıx baş verən bu təbii hadisə əsasən payızla yaz mövsümləri arasında müşahidə olunur. Bu dövrdə xüsusi meteoroloji şərtlərin köməyi ilə isti sirokko küləkləri Appenin və Balkan yarımadaları arasındakı Otranto boğazından başlayaraq, Adriatik dənizi hövzəsinin bütün uzunluğu boyunca əsir və ərazidəki şəhərlərdə suyun müntəzəm çəkilməsinə mane olurlar. == Səbəblər == Məişətdə istifadə edilən "acqua alta" termini ümumiləşdirilmiş şəkildə daşqın hadisənini ifadə edir. Texniki nöqteyi-nəzərdən isə, baş verəcək fenomenin təhlükəli olub olmamasını Venesiya şəhərindəki Punta della Salute hidroqrafik stansiyasında qabarmaların səviyyələrinə əsaslanan daha ciddi araşdırmalar nəticəsində müəyyən etmək mümkün olur. Normadan artıq qabarma hadisələrini aşağıdakı kateqoriyalara bölmək olar: intensiv qabarma — ölçülmüş dəniz səviyyəsinin hündürlüyü standart dəniz səviyyəsindən (bu standart 1897-ci il ərzində dəniz səviyyəsinin ölçülərinin ortalaması yolu ilə müəyyən edilmişdir) təxminən 80–109 santimetr daha artıqdır; daha intensiv qabarma — ölçülmüş dəniz səviyyəsi normadan təxminən 110–139 santimetr daha yüksəkdir; ekstremal daşqınlar — ölçülmüş dəniz səviyyəsi 140 santimetrə çatır və ya bu göstəricidən daha çox olur. Bütovlükdə, qabarmaların və çəkilmələrin səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdakı üç amildən asılıdır: Astronomik amil. O, göy cisimlərinin hərəkəti — ilk növbədə ayın, həmçinin günəşin və əhəmiyyəti o qədər də yüksək olmayan digər planetlərin təsiri nəticəsində yaranır (onların təsir gücü yer kürəsinə olan məsafədən asılı olaraq azalır). Bu amil astronomik mexanikanın qanunlarından asılıdır və dəqiq şəkildə hesablana və uzun müddətli dövr üçün (bir neçə il və ya onilliklər) proqnozlaşdırıla bilər; Geofiziki amil.
Avena alta
Avena strigosa (lat. Avena strigosa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria Brot. Avena agraria var. sesquialtera Brot. Avena agraria-mutica Brot. Avena agraria-sesquialtera Brot. Avena alta Cav. ex Roem. & Schult.
Avena fatua var. alta
Yulafca (lat. Avena fatua) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Anelytrum avenaceum Hack. Avena ambigua Schoenb. [Invalid] Avena cultiformis (Malzev) Malzev Avena fatua var. acidophila Kiec Avena fatua var. alcaliphila Kiec Avena fatua var. alta Kiec Avena fatua var. altissima Kiec Avena fatua subsp. brevipilosa Kiec Avena fatua subsp.
Joze Altafini
Joze Juan Altafini (port. José João Altafini; 24 iyul 1938) — Braziliya və İtaliya vətəndaşı olan keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Braziliya millisi ilə 1958 Dünya çempionu olub. Daha sonra İtaliya millisində oynayıb. İtaliya A Seriyasında ən çox qol vuran futbolçuların siyahısında 3-cü yerdə qərarlaşır. Braziliyada 1940-cı illərin tanınmış italiyalı hücumçusu olan Valentino Matsolanın şərəfinə Mazzola (it. Mazzola.Mazzola) ləqəbi ilə oynayıb. == Tərcümeyi-hal == Joze Altafini, sənaye şəhəri olan Pirasikabada Coakkino Altafini (it. Gioacchino Altafini) və Maria Marçesonin(it.
Jurinea altaica
Jurinea altaica (lat. Jurinea altaica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kür altağızı
Kür altağızı (lat. Chondrostoma cyri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin altağız cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür. == Xarakterik morfoloji əlamətləri == Ağızı aypara şəklindədir. Alt çənəsinin arxasında dəliklər yoxdur. Azərbaycan sularından ovlanmış fərdlərinin uzunluğu 25.0 sm-ə, kütləsi 160.0 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub, dibi daşlı olan sularda yaşayır. Dib həyatı keçirir. Əksər fərdləri 4 ilə qədər yaşayır.
Lactuca altaica
Kompas süddəyən (lat. Lactuca serriola) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 30-100 sm, gövdəsi tək və ya bir neçə saydadır, düz, adətən uzun qövsşəkilli budaqları ilə qollu-budaqlı, süpürgəvari budaqlanmış, ağımtıl rəngdədir, şırımlıdır, çılpaq və ya aşağı hissə uzun tikanlarla örtülmüş və milşəkilli kökü olan birillik və ya ikiillik ot bitkisidir. Gövdə yarpaqları çox vaxt şaquli müstəvidə yerləşmişdir, qalın dərilidir, göyümtül-yaşıl rəngdədir, çılpaq, və ya orta damarı alt tərəfdə tikanlarladır, oyuqlu lələkvari bölünmüşdür, hər iki tərəfdən enli neştərvari, uzunsov və ya üç künclü, arxaya qatlanmış payları vardır, kənarları tikanlıkirpikli, dişli, yuxarı yarpaqları bəzən hamısı olur, ayrı deyildir, kənarları qismən iri dişli, oturaqdır və qaidə hissəsi oxşəkilli, qulaqcıqları isə üçbucaq formada sivriləşmişdir. Səbətlərinin uzunluğu 9–14 mm, eni 3-3,5 mm-dir, silindrvaridir, seyrək çiçəklidir, uzunsaplaqlıdır və ya oturaqdır. Toxumları qonur rənglidir, uzunsov əksinə yumurtaşəkillidir. Uzunluğu 3 mm-ə yaxın, eni 1 mm, qaidəsinə doğru daralmış, 7-9 ədəd qabırğası var, toxumun ucuna yaxın yerləşmiş qısa sərt tükləri vardır, uzun, ağ, nazik, uzunluğu 5 mm-ə yaxın dimdiklidir; kəkil (başcıq) ağ rəngdədir, asanlıqla töküləndir. == Sinonimləri == === Homotipik sinonimləri === Lactuca sativa subsp.
Ligularia altaica
Ligularia altaica (lat. Ligularia altaica) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Monqol Altayı
Monqol Altayı (monq. Монгол Алтайн нуруу, Mongol Altaïn nourouou; çin. ənən. 蒙古阿爾泰山脈, sadə. 蒙古阿尔泰山脉, pinyin: Ménggǔ Ā'ěrtài Shānmài) — Altay dağlarının cənub-şərqində yerləşən dağ sistemi. Monqol Altayı Çin və Monqolustanın sərhəddində yerləşir. Monqolustanın ən yüksək dağ silsiləsi. Dərələrlə parçalanmış bir-neçə silsilələrdən ibarət olan Monqol Altayı cənub-şərqdən şimal-qərbə doğru 1000 km məsafədə uzanır. Eni 150 km-dən 300 km arasında dəyişir. Ən yüksək zirvəsi Munx -Xayrxan -Ula dağıdır (4362 m).
Oddi Altarı (Rafael)
Oddi Altar (it. Pala degli Oddi) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502 - 1504 - ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Oddi Altar əsəri hal-hazırda Vatikanda Vatikan muzeyində saxlanılır.
Panthera tigris altaica
Amur pələngi (lat. Panthera tigris altaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Nadir yarımnövdür, bəzi yerlərdə tamamilə yox olub. == Görünüşü == Zahiri görünüşü üçün pələngin görünüşünə baxın. Bədənin uzunluğu 190-290 sm-dir. bəzən 317 sm. Quyruğunun uzunluğu 115 sm. qədərdir. Tük örtüyü qışda hündür, gur və sıxdır. Əsas fon rəngi açıq, narıncı çalarlı tünd sarıdır.
Qorno-Altaysk
Qorno-Altaysk — Rusiya Federasiyasında yerləşən şəhər Altay Respublikasına daxildir
Qovi-Altay vilayəti
== Ərazisi == 1940-cı ildə yaradılan Qovi-Altay vilayətinin ərazisi 141 447 Km2-dır. Qovi-Altay vilayətinə 18 rayon (sum) daxilidir. == Əhalisi == 2017-ci ilə olan məlumatlara əsasən Qovi-Altay vilayətinin əhalisi 57 440 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.
Robinia altagana
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır.
Sorbus altaica
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Terek altağızı
Terek altağızı (lat. Chondrostoma oxyrhynchum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin altağız cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür. == Xarakterik morfoloji əlamətləri == Pulcuqları xırdadır. Alının eni azdır, quyruq gövdəsinin uzunluğu nisbətən çoxdur. Bədənin uzunluğu 25 sm-ə, kütləsi 270 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub, dibi qumlu-daşlı olan axar sularda yaşayır. Əsasən, çayların orta hissələrində rast gəlinir. Orta ömrün uzunluğu 4 il olub, cinsi yetkinliyə 2 yaşında çatır.
Ural-Altay dilləri
Ural-Altay dilləri — XIX əsrin sonu, XX əsrin əvvəllərində kifayət qədər məşhur olan fərziyyə. Bu fərziyyəyə görə Ural və Altay dillərinin eyni mənşədən olduğu ehtimal edilirdi. Ural-Altay dilləri nəzəriyyəsi Ural dilləri və Altay dilləri adlanan iki dil ailəsinin ortaq bir kökdən gəldiyini iddia edilən linqvistik bir hipotezdir. Bu nəzəriyyə 19-cu əsrdə bəzi dilçilər tərəfindən irəli sürülmüş və müəyyən dövrlərdə populyarlıq qazanmışdır, lakin sonradan elmi dairələrdə geniş şəkildə tənqid olunmuş və əsasən rədd edilmişdir. İndi əksər dilçilər bu iki dil ailəsi arasında qohumluq olduğunu qəbul etmirlər. Ural dilləri və Altay dilləri adlanan bu iki dil ailəsi ayrı-ayrılıqda geniş yayılmış dillər qruplarını əhatə edir: Ural dilləri Fin-Uqor dilləri: Buraya Fin, Eston, Macar, Mari, Udmurt və Mordvin dilləri daxildir. Samodi dilləri: Buraya Nenets, Enets, Nqanasan dili kimi dillər daxildir. Ural dilləri əsasən Şimali və Şərqi Avropa, Qərbi Sibir və Ural dağlarının ətrafında yayılmışdır. Altay dilləri Türk dilləri: Azərbaycan, Türkmən, Qazax, Qırğız, Tatar, Özbək dili və digər dillər. Monqol dilləri: Monqol, Buryat, Kalmık dili.
Xəlifə Altay
Xəlifə Altay Qakibula (25 dekabr 1917 – 15 avqust 2003, Almatı) — Qazax yazıçısı və antropoloqu, türkoloq, ilahiyyatçı, yazıçı və tərcüməçi və diaspor rəhbəri. Xəlifə Altay Altay bölgəsində anadan olsa da, milliyətcə qazax idi. Ailəsi Altay qazaxlarındandır. İnqilab zamanı Altayda qazaxların hüquqları uğrunda mübarizəyə qoşulmuşdur. Çin Xalq Respublikası qurulduqdan sonra mühacirətə getməyə məcbur olmuşdur. Xəlifə Altay uzun müddət Türkiyədə yaşayıb yaratmışdır. Burada Qazax diasporunun rəhbəri olmuşdur. 1980-ci illlərin ikinci yarısında SSRİyə Qazaxıstana köçmüşdür. 2003-cü ildə Qazaxıstanda vəfat etmişdir. == Həyatı == Xəlifə Altay 1917-ci ildə Şərqi Türkistanın Altay bölgəsinin Çingil bölgəsində anadan olub.
Əngin Altan Düzyatan
Engin Altan Düzyatan (26 iyul 1979, İzmir, Türkiyə) — Türk aktyor və aparıcı. == Həyatı == Engin Altan Düzyatan, 1979-cu il 26 iyul tarixində Türkiyə Cümhuriyyətinin İzmir ilinin Qarşıyaxa ilçəsində anadan olmuşdur. 1996-cı ildə "9 sentyabr" Universitetinin Teatr fakültəsinə daxil olmuşdur. 2001-ci ildə bu universitetdən məzun olaraq İstanbula gəlmiş və DOT Teatrı və Kenter Teatrında çalışmış, bundan başqa Diyarbəkr Dövlət Teatrında işləmişdir. Engin Altan Düzyatan, Yeditəpə İstanbul, Koçum Mənim, Bir bulud olsam, Qapalıçarşı, Son, Yol Ayrımı və Cinayət kimi televiziya seriallarında və Romantik Komedi 1, Romantik Komedi 2, Bir ovuc dəniz, Nyu-Yorkda 5 minarə, Anadolu Qartalları, Bu işdə bir yalnızlıq var kimi layihələrdə iştirak etdi. Eyni zamanda "Bir Milyon Canlı Para" müsabiqəsinin aparıcısı oldu. Hal-hazırda TRT 1-də yayımlanan Diriliş Ərtoğrul teleserialında Ərtoğrul Qazi rolunu canlandırır. 2014-cü ildə Nəslişah Alkoçlar ilə evləndi və bu evlilikdən Əmir Aras adlı bir uşağı dünyaya gəldi.
Ənvər Altaylı
Ənvər Altaylı (1944 və ya 1 noyabr 1944, Ceyhan, Adana ili və ya Adana), sovetoloq və köhnə Türkiyə dövlət təhlükəsizlik orqanı işçisi. 1990-cı illərin əvvəllərində Sovetlər İttifaqının dağılması ilə yaranmış vəziyyətdə Orta Asiyada türk respublikalarının təşkil edilməsində iştirak etmişdir. == Ailəsi == Özbək kökənli siyasi mühacir Şakir Altaylı ilə, sovet əsarətindən 1920-ci ildə qaçmış özbək kökənli müfti Əbdürrəhman Kavunçunun qızı Mələk Altaylının ailəsində dünyaya gəlmişdir. == Təhsili == 1958–1961-ci illərdə Bursa İşiqlar Hərbi liseyində təhsil almışdır. Lakin Tələt Aydəmirin dövlət çevrilişinə cəhdi zamanı 1439 hərbi kursantla birlikdə həbs edildi. Bundan sonra 1963–1967-ci illərdə Ankara Universitetində hüquq təhsili almışdır. Həmçinin, sonralar Linz Universitetinin Şərqi Avropa bölməsində dil kursları keçmiş, Şərqi Avropa Universitetində və Köln Universitetində hüquq təhsili almışdır. == Karyerası == 1968-ci ildə MİT rəhbəri general Fuad Doğu tərəfindən MİT-ə sovetoloq olaraq işə götürülmüşdür. 1973-cü ilə qədər burada işləyən Ənvər Altaylı 1977–1980-ci illər arasında Hər Gün qəzetinin baş redaktoru olaraq çalışmışdır. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Orta Asiyada yeni yaranan türk respublikalarının təşkil edilməsində mühüm rol oynamışdır.
Abies excelsa var. altaica
Sibir küknarı (lat. Picea obovata) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Təbiətdə Şərqi Sibirdə və Altay dağlarında aşkar olunmuşdur. Hündürlüyü 25 m-ə qədər çatan ağacdır. Çətiri konusvarıdır. Gövdəsinin diametri 1 m-dən çoxdur. Cod iynəyarpaqlarının uzunluğu 1,7-2,2 sm, bitişik və ya şaxələnmiş, göyümtül çalarlıdır. Zoğların yuxarı işıqlı tərəfində iynəyarpaqların yarısı ağımtıl-sarı, günəşdə yanan kimidir. Budaqları üstdən işıqlı görünür. Qozaların uzunluğu 6,5-7,5 sm, diametri təxminən 3 sm, yaşımtıl-açıq qonur, tipik yaşıl iynəyarpaqlı növünə nisbətən daha nazik və yumşaq qabıqlıdır, adi küknara bənzəyir, 6-7 il yaşayır, kölgəyədavamlıdır.
Picea vulgaris var. altaica
Sibir küknarı (lat. Picea obovata) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Təbiətdə Şərqi Sibirdə və Altay dağlarında aşkar olunmuşdur. Hündürlüyü 25 m-ə qədər çatan ağacdır. Çətiri konusvarıdır. Gövdəsinin diametri 1 m-dən çoxdur. Cod iynəyarpaqlarının uzunluğu 1,7-2,2 sm, bitişik və ya şaxələnmiş, göyümtül çalarlıdır. Zoğların yuxarı işıqlı tərəfində iynəyarpaqların yarısı ağımtıl-sarı, günəşdə yanan kimidir. Budaqları üstdən işıqlı görünür. Qozaların uzunluğu 6,5-7,5 sm, diametri təxminən 3 sm, yaşımtıl-açıq qonur, tipik yaşıl iynəyarpaqlı növünə nisbətən daha nazik və yumşaq qabıqlıdır, adi küknara bənzəyir, 6-7 il yaşayır, kölgəyədavamlıdır.
Caragana altagana
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır.
Caragana altaica
Caragana pygmaea (lat. Caragana pygmaea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Caragana pygmaea var. altaica
Caragana pygmaea (lat. Caragana pygmaea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Leonurus altaicus
Tatar damotu (lat. Leonurus tataricus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Leonurus altaicus Spreng. Panzeria tripartita Moench Panzeria villosa Raf.

"alta" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#alta nədir? #alta sözünün mənası #alta nə deməkdir? #alta sözünün izahı #alta sözünün yazılışı #alta necə yazılır? #alta sözünün düzgün yazılışı #alta leksik mənası #alta sözünün sinonimi #alta sözünün yaxın mənalı sözlər #alta sözünün əks mənası #alta sözünün etimologiyası #alta sözünün orfoqrafiyası #alta rusca #alta inglisça #alta fransızca #alta sözünün istifadəsi #sözlük