Altaylı sözü azərbaycan dilində

Altaylı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Altaylı • 84.6154%
  • altaylı • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ənvər Altaylı
Ənvər Altaylı (1944 və ya 1 noyabr 1944, Ceyhan, Adana ili və ya Adana), sovetoloq və köhnə Türkiyə dövlət təhlükəsizlik orqanı işçisi. 1990-cı illərin əvvəllərində Sovetlər İttifaqının dağılması ilə yaranmış vəziyyətdə Orta Asiyada türk respublikalarının təşkil edilməsində iştirak etmişdir. == Ailəsi == Özbək kökənli siyasi mühacir Şakir Altaylı ilə, sovet əsarətindən 1920-ci ildə qaçmış özbək kökənli müfti Əbdürrəhman Kavunçunun qızı Mələk Altaylının ailəsində dünyaya gəlmişdir. == Təhsili == 1958–1961-ci illərdə Bursa İşiqlar Hərbi liseyində təhsil almışdır. Lakin Tələt Aydəmirin dövlət çevrilişinə cəhdi zamanı 1439 hərbi kursantla birlikdə həbs edildi. Bundan sonra 1963–1967-ci illərdə Ankara Universitetində hüquq təhsili almışdır. Həmçinin, sonralar Linz Universitetinin Şərqi Avropa bölməsində dil kursları keçmiş, Şərqi Avropa Universitetində və Köln Universitetində hüquq təhsili almışdır. == Karyerası == 1968-ci ildə MİT rəhbəri general Fuad Doğu tərəfindən MİT-ə sovetoloq olaraq işə götürülmüşdür. 1973-cü ilə qədər burada işləyən Ənvər Altaylı 1977–1980-ci illər arasında Hər Gün qəzetinin baş redaktoru olaraq çalışmışdır. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Orta Asiyada yeni yaranan türk respublikalarının təşkil edilməsində mühüm rol oynamışdır.
Seyfəddin Altaylı
Seyfəddin Əli oğlu Altaylı (türk. Seyfettin Ali oğlu Altaylı; 1 yanvar 1950, Qoçqıran, İğdır ili) — Filologiya üzrə fəlsəfə doktoru, dosent; Lüğətşünas, ədəbiyyatşünas; İzzəddin Həsənoğlunun tədqiqatçısı. == Həyatı == 1 yanvar 1950-ci ildə İğdır ilinin Dizə (Koçkıran) kəndində anadan olmuşdur. 1963-cü ildə İğdır orta məktəbini, 1969-cu ildə İğdır liseyini, 1980-ci ildə isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirmişdir. 1970–1977-ci illərdə İqdırın Aralıq qəsəbəsində və Dizə kəndində müəllim işləyib. Uzun müddət 2015-ci ildən Bakı Avrasiya Universitetində müəllim işləyir. Azərbaycan ədəbiyyatı və Dünya ədəbiyyatından mühazirələr oxuyur. Eyni zamanda Türkoloji Mərkəzdə baş elmi işçi kimi çalışır. 1963-cü ildən şeir yaradıcılığına başlayıb və ilk şeiri İqdırda "Yaşıl İydir" qəzetində çap olunub. 1985-ci ildə TRT "Türkiyənin Səsi" Radiosunun Azərbaycan Türkcəsi Verilişləri Redaksiyasına imtahanla qəbul olunub və 8 ay sonra radionun rəhbərliyinə təyin edilib.
Altaylılar
Altaylılar — türk xalqlarından biri. Əsasən Rusiya Federasiyasının Altay Respublikasında yaşayırlar.

altaylı sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. алтаец, алтайка. Altaylılar алтайцы (тюркские народности, населяющие Алтай)

    Azərbaycanca-rusca lüğət / altaylı

"altaylı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#altaylı nədir? #altaylı sözünün mənası #altaylı nə deməkdir? #altaylı sözünün izahı #altaylı sözünün yazılışı #altaylı necə yazılır? #altaylı sözünün düzgün yazılışı #altaylı leksik mənası #altaylı sözünün sinonimi #altaylı sözünün yaxın mənalı sözlər #altaylı sözünün əks mənası #altaylı sözünün etimologiyası #altaylı sözünün orfoqrafiyası #altaylı rusca #altaylı inglisça #altaylı fransızca #altaylı sözünün istifadəsi #sözlük