* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. is. Övlad, uşaq, oğul. Ana və bala. Balalara hədiyyə. – Bala baldan şirindir. (Ata. sözü). Biçarə Məşədi Əsgər indi üç gün idi ki, gözüyaşlı ac-acına balalarının əhvalına alışırdı. S.M.Qənizadə. [Ana:] Qulaq asın, mənim balalarım, ürəyimə damıb ki, mən bu yataqdan durmayacağam. M.İbrahimov. // Məc. mənada. [Baş leytenant:] Qafqaz balası, bu körpü cəbhənin mühüm keçidlərindəndir. Mir Cəlal. 2. Kiçik, körpə heyvan, quş. Pişik balası. Tülkü balası. Qarğa balası. – Gah yetişmiş meyvələri dərib yeyərdik, gah quş yuvalarından bala düşürüb oynardıq. S.S.Axundov. □ Bala vermə – heyvanların bala doğma qabiliyyəti. Bala salma – balanın vaxtından əvvəl doğulması, abort. 3. Xitab yerində (çox vaxt “a balam”, “ay balam”, “balam” şəklində də işlənir). Papaqçı dedi: – Bala, mənə şəyird durarsanmı? Rəsul dedi: – Nə üçün durmaram. “Aşıq Qərib”. Ay balam, eybini qan; Bir həya eylə, utan! M.Ə.Sabir. [İsmayıl ağa:] Balam, nə olar bizləri də yada salasan! Üç gündür eşitmişəm buradasan, di gəl, tapa bilmirəm. Mir Cəlal. [Xeyransa:] A balam, deyirəm bir kişiyə məsləhət eləyim, sonra gedək. H.Sarabski. 4. sif. Kiçik, balaca, xırda, körpə. Tamam ağ bədənin güldən əladır; Qamətindir sənubərdən, bala qız. M.P.Vaqif. Aristokratiya xanımları, yenə də gözəl bala dərvişin şəklini … öpür. M.S.Ordubadi. Xan Sultan qoyunu gözləmək üçün bala çobanı dik qayanın başına qaldırmışdı. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / bala3 f. 1) yuxarı, üst; 2) boy; 3) uca, yüksək, hündür.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bala3 1. BALA Gurultunu bir könül nəğməsi yardı: “Bağçada güllər; San bülbüllər; Duyğusuz ellər; Bu balama qurban! (M.Müşfiq); YAVRU Yanında bir yavrusu var, yorulmadan çalıyor... (M.Müşfiq) ÖVLAD (bax); UŞAQ (bax). 2. bala bax balaca
Azərbaycan dilinin sinonimlər lüğəti / bala1 BALA – BÖYÜK Xan Soltan qoyunu gözləmək üçün bala çobanı dik qayanın başına qaldırmışdı (S.Rəhimov); Elmlə qurulur böyük binalar (H.Hüseynzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / bala2 I сущ. 1. разг. дитя, ребёнок 2. в обращении: малыш, детка, милый, голубчик 3. приплод, птенец, детёныш; бала атма выкидыш (о животных), bala çıxar(t)maq выводить птенцов, цыплят II прил. маленький: 1. небольшой по размеру 2. небольшой по возрасту. Bala uşaq маленький ребёнок; биол. bala koloniyalar дочерние колонии, bala hüceyrələr дочерние клетки
Azərbaycanca-rusca lüğət / bala1 i. baby, child, infant; young one; cub; calf; ayı ~sı bear-cub; canavar ~sı wolfcub; pələng ~sı tiger-cub; fil ~sı elephantcalf; baby elephant; quş ~sı nesting; fledgeling (fledgling); ~ çıxartmaq to hatch (d.); ~ salmaq to slip
Azərbaycanca-ingiliscə lüğət / bala1 is. 1) enfant m, bébé m (körpə, uşaq haqq.) ; petit m, -e f ; 2) produit m
Azərbaycanca-fransızca lüğət / bala1 1. сущ. бала; аял, велед, эвлед; ana və bala дидени бала; 2. шараг, бала; pişik balası кацин бала, шенпӀи; göyərçin balası лифрен шараг; 3. бала (яшдиз жувалай гзаф гъвечӀидав рахадамаз лугьудай гаф); balam, a balam, ay balam я бала, ччан бала; 4. прил. гъвечӀи, бицӀи.
Azərbaycanca-ləzgicə lüğəti / bala