zala sözü azərbaycan dilində

zala

Yazılış

  • zala • 83.3851%
  • Zala • 16.3043%
  • ZALA • 0.3106%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zala (medye)
Zala (mac. Zala megye, xorv. Zalska županija; sloven. županija Zala) — Macarıstanın inzibati ərazi bölgüsü. Zala çayının adından götürülmüşdür. Xorvatiya və Sloveniya ilə, eləcə də, Macarıstanın Vaş, Vesprem və Şomod medyeləri ilə qonşudur. Zala medyesinin mərkəzi Zalaeqerseq şəhəridir. Sahəsi 3784 km²-dir. Balaton gölünün bir hissəsi medyenin ərazisindədir. 10-cu əsrdə macarların Nyek tayfası Balaton gölü ətrafındakı əraziləri işğal etdi.
Zala çayı
Zala çayı— cənub-qərbi Macarıstanda bir çay. Çayın mənbəyi Avstriya və Sloveniya ilə sərhəddəki dağlarda yerləşir. Zala çayının uzunluğu 139 kilometrdir və 2,622 km2 su sərf edir. Bir neçə kiçik çaylar- sağ tərəfdən Felső-Válicka, Szentmihályfalvai patak (kiçik çay), Szévíz csatorna (kanal), Foglár csatorna və sol tərəfdən Szentjakabi patak, Sarviz patak, Széplaki patak, Csörgető patak və Nádas patak çaya tökülərək onu qidalandırır. Zala çayı Keszthely yaxınlığında Zalaegerszeg şəhərindən keçir və Balaton gölünə tökülür. Çay Macarıstanın Vas və Zala əyalətlərindən axıb keçir.
Zala medyesi
Zala (mac. Zala megye, xorv. Zalska županija; sloven. županija Zala) — Macarıstanın inzibati ərazi bölgüsü. Zala çayının adından götürülmüşdür. Xorvatiya və Sloveniya ilə, eləcə də, Macarıstanın Vaş, Vesprem və Şomod medyeləri ilə qonşudur. Zala medyesinin mərkəzi Zalaeqerseq şəhəridir. Sahəsi 3784 km²-dir. Balaton gölünün bir hissəsi medyenin ərazisindədir. 10-cu əsrdə macarların Nyek tayfası Balaton gölü ətrafındakı əraziləri işğal etdi.
Zala Kraly və Qaşper Şantl
Zala Kraly və Qaşper Şantl (sloven. Zala Kralj & Gašper Šantl) — Sloveniyanın Maribor şəhərindən olan vokalist Zala Kraly və multi-instrumentalist Qaşper Şantldan təşkil olunmuş musiqili duet. Zala Kraly və Qaşper Şantl "Sebi" mahnısı ilə Sloveniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə Sloveniyaya finalda 15-ci yeri qazandırmışdırlar. Duet Kraly Şantlın bəstələdiyi və aranjman etdiyin mahnıları ifa etməyə başladıqdan sonra 2018-ci ildə qurulmuşdur. Həmin ildə onların "Valovi", "Baloni" və "S teboi" sinqlları dinləyicilərə təqdim olunmuşdur. 2019-cu ildə isə Štiri adlı debüt mini-albom buraxılmışdır.
Sarolta Zalatnay
Sarolta Zalatnay (tam adı: Sarolta Zalatnay, mac. Zalatnay Sarolta; 17 dekabr 1947 və ya 14 dekabr 1947, Budapeşt) — Macarıstan pop müğənnisi, yazıçı və aktrisa. Ha fiú lehetnék (LP: 1970, CD: 2000) Zalatnay (LP: 1971, CD: 2000) Álmodj velem (LP: 1972, CD: 1994) Sarolta Zalatnay (Supraphon, (1973) Hadd mondjam el (1973) Szeretettel (1975) Színes trikó, kopott farmer (1976) Minden szó egy dal (1978) Tükörkép (1980) Nem vagyok én apáca (válogatás, 1985) Cini vagyok (1986) Privát levél (1988) Ave Maria (1989) Mindig kell egy barát (1995) Fák, virágok, fény (1998) Visszajöttem!
Zalaeqerseq
Zalaeqerseq (mac. Zalaegerszeg) — Macarıstanın qərbində yerləşən Zala medyesində şəhər. Arxeoloji qazıntılara əsasən şəhər Paleolit dövründə mövcud olmuşdur. Dəmir dövründən başlayaraq keltlər burada məskunlaşdılar. 1247-ci ilə aid əlyazmalarda ərazinin adı “Eqerçurq”, 1293-cü ildə “Eqerseq” kimi adlandırılmışdır. 1266-cı ildə Macarıstan kralı IV Bela tərəfindən ərazi Vesprem yepiskopuna hədiyyə edildi. 1568-ci ildən etibarən şəhərdə bir qala inşa edildi. 1570-ci ildə Osmanlı qüvvələri birinci dəfə şəhərə hücum elədilər, lakin bu hücumları uğurlu olmadı. 1600-cü ildə Nadkanija qalasının Osmanlı İmperiyası tərəfindən fəth edilməsindən sonra ərazinin strateji önəmi artdı. 1664-cü ildə Zerinvar qalasının fəthindən bir müddətlik Osmanlı qüvvələri tərəfindən ələ keçirildi.
Zalakaroş
Zalakaroş (mac. Zalakaros) — Macarıstanın Zala medyesində yerləşən rayon. Öz termal bulaqları ilə məşhurdur.
Zalalövö
Zalalövö (mac. Zalalövő) — Macarıstanın Zala medyesində yerləşən rayon.
Zalam
Zalam — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Zalam kəndi rayon mərkəzindən 27 kilometr cənubda Qaraçayın sahilində, Daşüz silsiləsinin ətəyində, Ərəş düzündədir. 550 nəfər əhalisi və 123 təsərrüfatı qeydə alınıb. 290 hektar yararlı torpaq sahəsi suvarma altında olduğundan ərazidə bol məhsul yetişir. Qobu kanal təkcə Zalamı deyil, digər 11 kəndin əhalisini də su ilə təmin edir. Ancaq kənddə 4 artezian quyusu da qazılıb. Ərazidə iki ildir 512 nömrə tutumlu avtomat telefon stansiyası quraşdırılıb. İşıq fasiləsiz verilir. Sayğaclaşma başa çatdığından enerji təminatı rahatlaşıb.
Zalam bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zalanqo rəqsi
Zalanqo rəqsi (yun. Χορός του Ζαλόγγου, Horos tou Zalongou) - Yunanıstanın Souli bölgəsində yaşayan yerli əhalinin özlərini dağdan atmaqla gercəkləşdirilmiş kütləvi intihar hadisəsi. 1803-cü ildə Osmanlı imperiyası ilə Soulitlər arasında baş verən müharibədə osmanlı ordusu qalib gəlmişdir. Osmanlıların əlinə sağ keçmək istəməyən qadınlar, başda uşaqları olmaqla özlərini Zalanqo dağından ataraq kütləvi intihar etmişdir. Hadisənin 1803-cü ilin 16 dekabr tarixində baş verdiyi ehtimal olunur. Hadisə ilə bağlı eyni adda rəqsdə mövcuddur. Qadınların müxtəlif rəqs elementlərinin müşayiəti altında intihar etdikləri rəvayət olunur. Vallja e Zallongut (Zalanqo rəqsi) Çameriya albanlarının mədəniyyətlərində də geniş yayılmışdır. 1803-cü ilin dekabr ayında Osmanlı imperiyası ilə Soulitlər arasında baş tutan müharibdə osmanlı-alban əsilli Əli Paşanın birlikləri qalib gəldi. Soulitlər məğlubiyyətdən sonra Soulini tərk etməyə başladılar.
Zalasentqrot
Zalasentqrot (mac. Zalaszentgrót) — Macarıstanın Şomod medyesində yerləşən rayon.
Zalavan (Sərdəşt)
Zalavan (fars. زلاوان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (10 ailə).

zala sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Zaqatala) 1. əmiarvadı 2. dayıarvadı

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#zala nədir? #zala sözünün mənası #zala nə deməkdir? #zala sözünün izahı #zala sözünün yazılışı #zala necə yazılır? #zala sözünün düzgün yazılışı #zala leksik mənası #zala sözünün sinonimi #zala sözünün yaxın mənalı sözlər #zala sözünün əks mənası #zala sözünün etimologiyası #zala sözünün orfoqrafiyası #zala rusca #zala inglisça #zala fransızca #zala sözünün istifadəsi #sözlük