Zadar Universiteti
Zadar Universiteti (xorv. Sveučilište u Zadru, lat. Universitas Studiorum Iadertina) — Xorvatiyanın Zadar şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Diyana Vicandır.
== Tarixi ==
Avropanın ən qədim universitetlərindən biri, Xorvatiyanın isə ən qədim universiteti olan Zadar Universitetinin əsası 1396-cı ildə qoyulmuşdur. Lakin 1807-ci ildə fəaliyyəti dayandırılmış, 2002-ci ildə isə fəaliyyətinin yenidən bərpası ilə əlaqədar olaraq Xorvatiya parlamentində qərar qəbul olunmuşdur. 2003-cü ilin yanvar ayından fəaliyyətə başlamışdır.
== Tədris ==
Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur.
== Departamentləri ==
Universitetin 25 departamenti var ki, bu göstəriciyə görə o Xorvatiyanın ən böyük ali məktəbidir:
Arxeologiya departamenti
Klassik filologiya departamenti
Yunan dili və ədəbiyyatı bölməsi
Latın dili və ədəbiyyatı bölməsi
Xorvat və Slavyan araşdırmaları departamenti
Xorvat dili və ədəbiyyatı bölməsi
Rus dili və ədəbiyyatı bölməsi
Ekologiya, Aqronomiya və Akvakultura departamenti
İqtisadiyyat departamenti
İngilis dili departamenti
Etnologiya və Antropologiya departamenti
Fransız dili və İberoromans araşdırmaları departamenti
Fransız dili və ədəbiyyatı bölməsi
İberoromans araşdırmaları bölməsi
Coğrafiya departamenti
Alman araşdırmaları departamenti
Sağlamlıq araşdırmaları departamenti
Tarix departamenti
İncəsənət tarixi departamenti
İnformasiya elmləri departamenti
İtalyan araşdırmaları departamenti
Dilçilik departamenti
Dənizçilik departamenti
Dənizçilik araşdırmaları bölməsi
Dəniz mühəndisliyi bölməsi
Pedaqogika departamenti
Fəlsəfə departamenti
Psixologiya departamenti
Dini elmlər departamenti
Sosiologiya departamenti
Qospik Müəllim Təhsili Tədqiqatları departamenti
Müəllimlərin və Məktəbəqədər Müəllimlərin Təhsili departamenti
İbtidai Məktəb Müəllimlərinin Təhsili bölməsi
Məktəbəqədər Müəllimlərin Təhsili bölməsi
Turizm və Kommunikasiya araşdırmaları departamenti
== Kitabxanası ==
Universitetin zəngin kitabxana fondu var.
== Kontingent ==
2011/2012 tədris ilində universitetdə təxminən 6,000 tələbə təhsil almışdır.