* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Şey. Hər zad. Heç zad yoxdur. – Nə şirindir məhəbbəttək zad olmaz; Ölənədək könül ondan yad olmaz. M.V.Vidadi. Mən aşıq qan ayağı; Qan əli, qan ayağı; Aşıq bir zad görübdür; Üç başı, on ayağı. Sarı Aşıq. Kişi, məlum zaddı ki, övrətdən güclü olar. C.Məmmədquluzadə. Yox idi könlünü açası bir zad; Dayanmazdı insan, olsa da polad. H.K.Sanılı. // Bəzən söylənmək, istənilən söz yada düşmədikdə, onun əvəzinə deyilir. O … zadı mənə ver. – Məşədi İbad: – Mən də sən zad deyiləm, rədd ol burdan! Ü.Hacıbəyov. □ Heç zad – heç bir şey. Heç zadın üstündə şagirdi döymək … mötəbər qaydalardan sayılırdı. F.Köçərli. [Məşədi İbad:] İstəyirsən mən də atam kimi səndən heç zad almayım… Ü.Hacıbəyov. 2. Adətən başqa sözlərlə birlikdə qeyrimüəyyənlik bildirir (çox vaxt qoşulduğu sözün ifadə etdiyi şeyin əhəmiyyətsizliyini bildirir). Ona bir az şeydən-zaddan ver. Pul nədir, zad nədir! – Xanım, mən cəlladdanzaddan qorxan deyiləm. “Koroğlu”. [Qurbanəli:] Bir əppəkdən-zaddan ver, zəqqumlanaq. N.Nərimanov. [Sultan bəy Süleymana:] Buyur, gedək o biri otağa, çaydan-zaddan içək, söhbətimizi də orada edək. Ü.Hacıbəyov.
Azərbaycan dilinin izahlı lüğəti / zad2 ZAD1 ə. ərəb, fars və əski Azərbaycan əlifbalarında hərfinin adı. ZAD2 ə. azuqə, yol üçün götürülən yemək və s. ZAD3(Ə)1 f. 1) doğulmuş; oğul, övlad; 2) m. hasil olmuş, törənmiş. Zadi (zadei)-bəşər bəşər övladı, insan oğlu.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / zad2 I сущ. разг. вещь (всякий отдельный предмет). Hər zad всякая вещь II предик. нечто, что-то. Qəribə zaddır что-то необыкновенное, əla zaddır нечто отличное III мест. что-нибудь, кое-что (какой-л. предмет, явление из ряда подобных или любой предмет). Yeməkdən-zaddan almısan? что-нибудь из еды купил? Kitabdan-zaddan nəyin var? что-нибудь из книг есть? ◊ heç zad ничего. Heç zad olmaz ничего не случится; heç zad lazım deyil ничего не нужно; heç zad üstündə ни за что ни про что
Azərbaycanca-rusca lüğət / zad1 i. 1. (şey) thing; hər ~ everything; heç ~ nothing; 2. (konkret məna ifadə etmədikdə) some, any; Ona puldan-zaddan ver, qoy çıxıb getsin Give him some money and let him go away; 3. (yaddan çıxmış sözün əvəzində) it, its; he, she, her Zad yadımdan çıxıb I have forgotten it
Azərbaycanca-ingiliscə lüğət / zad1 is. 1) objet m ; chose f ; hər ~ tout ; heç ~ rien ; 2)(konkret məna ifadə etmədikdə) quelque chose ; qəribə ~dır c’est quelque chose d’extraordinaire ; 3)(hər hansı bir şeyin adını çəkmək istəmədikdə) machin m, truc m ; bu nə ~dır? Qu’est-ce que c’est que ce truc-là? ~ı tapdım j’ai trouvé le truc
Azərbaycanca-fransızca lüğət / zad