yad sözü azərbaycan dilində

yad

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yad • 99.2513%
  • Yad • 0.6967%
  • YAD • 0.0405%
  • YaD • 0.0058%
  • YAd • 0.0058%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Uayldfell-Holldan olan yad qadın
Uayldfell-Holldan olan yad qadın (ing. The Tenant of Wildfell Hall) — Enn Brontenin 1848-ci ildə yazdığı roman. 1968 və 1996-cı ildə əsərin mini-serialı çəkilmişdir. 'Wildfel Hall'ın kirayənişi' - Bronte bacılarının ən kiçiyi olan Enn Brontenin qələmə aldığı ikinci romanıdır. İlk dəfə 1848-ci ildə nəşr edilən əsərin əsas mövzusu, yarı xaraba bir qəsrə yerləşən əsrarəngiz və bir qadının ətrafında cərəyan edən hadisələrdən ibarətdir. Gilbert Markham adlı bir gəncin məktubları ilə başlayan roman, əvvəlcə bir çox əsrarəngizlik daşısa da, hadisələr, romanın əsas qadın obrazı olan Helenin gündəliklərinin nəql edilişindən sonra aydınlıq qazanmağa başlayır. Klassik dünya ədəbiyyatının şedevrlərindən olan roman əsrlər keçsə də maraqla oxunmağa davam edir. The Tenant of Wildfell Hall information and free ebook Arxivləşdirilib 2013-04-22 at the Wayback Machine The Tenant of Wildfell Hall, London: Thomas Cautley Newby, 1848. Scanned first edition, first, second and third volumes from Internet Archive. Online edition of The Tenant of Wildfell Hall with the prologue and the chapters headings included Arxivləşdirilib 2012-03-10 at the Wayback Machine at AnneBronte.com Arxivləşdirilib 2012-03-10 at the Wayback Machine The Tenant of Wildfell Hall Arxivləşdirilib 2009-07-03 at the Wayback Machine at PublicLiterature.org Arxivləşdirilib 2008-05-09 at the Wayback Machine The Tenant of Wildfell Hall - Free Public Domain Audiobook at LibriVox.
Yad (roman)
Yad (fr. L'Étranger) – Fransa yazıçı Alber Kamü tərəfindən yazılmış roman. Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını verilmir. Romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Ancaq bu yadlaşmanın Alber Kamü üçün Marksist yadlaşma təlimi ilə əlaqəsi olmadığını vurğulamaq lazımdır. Buradakı yadlaşma Kamünün məşhur "absurd" fəlsəfəsindən doğur. Qəhrəmanın dediyi "hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir, əslində 30, ya da 70 yaşında ölməyin fərqli olmadığını mən də bilirdim, çünki hər iki halda çox təbii olaraq başqaları yenə yaşayacaqlar və bu minillərlə davam edəcək (…) İnsan madam ki öləcək, bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur", – sözləri, müasir nihilizmin absurd anlayışı əsasında araşdırılmasıdır. Alber Kamünün "Yad" romanı Qanun Nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir (ISBN 2000110844639).
Yad Kennedi
Kennedi abidəsi (ivr. ‏יד קנדי‏‎) — İsraildə, Yerusəlim yaxınlığındakı Mateh Yehuda Bölgəsində yerləşən, 1963-cü ildə Texasın Dallas şəhərində öldürülən ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin xatirəsinə ucaldılmış abidə. 18 metr (59 ft) olan abidə, kəsilmiş ağac kötüyünə bənzəyir. Abidənin içərisində isə Kennedinin tunc relyefi, mərkəzdə isə əbədi alov var. Alov, 51 sütunla əhatə olunmuşdur, bu da ABŞ-nin 50 ştatını və Vaşinqtonu ifadə edir. ABŞ ştatlarının gerbləri (və Kolumbiya dairəsi) sütunların hər birində göstərilir, sütunlar isə incə şüşəli panellərlə ayrılır. Hal-hazırda abidəni eyni anda 100 nəfər ziyarət edə bilər. Abidə 1966-cı ildə Amerika yəhudi icmalarının bağışladığı vəsait ilə inşa edilmişdir. Kennedi abidəsi və ona bitişik gəzinti yerləri Kennedi Sülh Meşəsinin bir hissəsidir. İsraildə bir sıra abidələr üçün (məşhur Holokost xatirə muzeyi Yad Vaşem də daxil olmaqla) istifadə olunan yad sözü Yeşaya Kitabının 56-cı fəsli, 5-ci ayədən gəlir: "Evimdə və divarlarımda onlara bir xatirə və bir ad verəcəyəm" Abidə Yerusəlimdən 7 mil (11 km) uzaqlıqda, Hadassa Xəstəxanası ilə eyni istiqamətdə, Yerusəlim təpələrinin ən üstündə, 825 metr (2,707 fut) yüksəklikdə yerləşir.
Yad Vaşem
Yad Vaşem (ivr. ‏יד ושם‏‎) — İsrailin Holokost qurbanlarına həsr olunmuş rəsmi memorialı. Bu, öldürülən yəhudilərin xatirəsini qorumağa, nasistlərə qarşı mübarizə aparan yəhudilərə və ehtiyacı olan yəhudilərə fədakarlıqla kömək edən qeyri-yəhudilərə həsr olunmuşdur. Yad Vaşem həm də xüsusilə Holokost fenomeni və bütövlükdə soyqırım ilə bağlı araşdırma mərkəzi kimi xidmət edir.
Yad adam
Yad adam (türk. Yaban) — Türkiyə yazıçısı Yaqub Qədri Qaraosmanoğlunun romanı, türk ədəbiyyatında ziyalı-kəndli arasındakı uçurumu dilə gətirən nadir romanlardan biri. Əsər Birinci Dünya müharibəsində qolunu itirən türk zabiti Əhməd Cəlalın xatirələrindən ibarətdir. Hadisələr 1920-ci illər Türkiyə İstiqlaliyyat müharibəsini əhatə edir. Şərəfli döyüş yolu keçən türk zabiti müharibədən sonra sadiq əsgərlərindən birinin dəvətiylə onun kəndinə yollanır. Əsərdə hadisələr Anadolunun ucqar kəndlərindən birində Porsuq çayı ətrafında cərəyan edir. Əhməd Cəlal böyük qürurla vətən uğrunda mübarizədən, bu yolda necə can qoyduğundan danışsa da, kəndlilər onun bu söhbətlərini, fədakarlıqlarını laqeydliklə qarşılayırlar. Ə.Cəlal onlar üçün nə qədər can yandırsa da, onu öz aralarına almır, "yad adam" kimi baxırlar. Çox sevdiyi Əminə belə onu "yad adam", "gəlmə" hesab edərək, Mehmed Əlinin qardaşı İsmayılla evlənir. Kənddəki insanlar bütün sivilizasiyalardan uzaq, heç bir şeylə maraqlanmadan gündəlik öz işlərini görür, Əhməd Cəlal kimi "yad adam"ın vətənpərvərlik çağırışlarına etina etmirlər.
Yad qızı (roman)
Yad qızı - Orxan Kamalın yazdığı və 1960-cı ildə nəşr olunan roman. Müəllif romanı elə həmin ildə yazıb. Sosial sahədə şəxsiyyətin bütün cəhətlərini məharətlə ifadə edən Orxan Kamal təkcə küçələrdə çörək davası çəkən insanları deyil, evlərdəki ailə münaqişələrini də gözəl təsvir edən yazarlardandır. Orhan Kamalın məişət həyatına dair ən mötəbər kitablarından biri olan Yad qızı da cəmiyyətin ailə daxilindəki əksini mükəmməl şəkildə işləyib.
Yad əl sindromu
Yad əl sindromu (ing. Alien hand syndrome) — Alien əl sindromu olaraqda adlandırılan xəstəlik əllərdən birinin nəzarətdən kənar hərəkətlər etməsi kimi əlamətlərlə özünü göstərir. Kənardan baxıldığında bu hərəkətləri xəstənin etdiyini düşünmək olur, ancaq həmin hərəkətlər xəstənin istəyindən kənar edilir.
Yad et məni
Yad et məni — Əzizə Cəfərzadənin "Şirvan" trilogiyasının üçüncü və sonuncu kitabı olan tarixi romanı. Müəllif əsərin 1980-ci ildəki ilk nəşrini "Azərbaycanda Sovet hakimiyyəti qurulması uğrunda gedən mübarizədə inqilabın sədaqətli əsgəri" Əliheydər Qarayevin xatirəsinə həsr edib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Ədalət Rəsulova "Türkay" aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı olan "Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı"nda əsər barədə bu cür qeyd edir: "Yazıçının arxiv materiallarından məlum olur ki, romanda adı keçən Ağali Nasih Nişat Şirvaninin uzun müddət axtardığı oğlu olmuşdur." Filoloq Asifə Telmanqızı "Əzizə Cəfərzadənin bədii dünyası" adlı filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasında bu əsər barədə təhlilinin sonunda qeyd edir ki, bu romandan sonra Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı Ə. Cəfərzadəni o qədər ruhlandırmışdır ki, o, Sabir haqqında ayrıca roman yazmışdır ki, bu əsəri bədii tərcümeyi-hal da adlandırmaq olar. "Yad et məni" romanından fərqli olaraq “Sabir” romanı çoxplanlı deyil, təkplanlıdır və şairin həyat və mübarizəsini ön plana çəkir. Romanda XX əsrin əvvəllərində cərəyan edən hadisələrdən danışılır. Burada Abbas Səhhət, Mirzə Ələkbər Sabir və Ağəli bəy Nasehin obrazları yaradılmışdır. Abbas Səhhətin simasında vətəndaşlıq və xeyirxahlıq, Sabirin timsalında fədakarlıq və cəsurluq, Nasehin şəxsində təvazökarlıq və səmimilik kimi mənəvi-əxlaqi keyfiyyətlər inandırıcı detallar və ştrixlərlə əks olunmuşdur. Lakin yazıçı romanda əsas diqqəti A. Səhhətə yönəltməyə çalışmışdır. Filoloq Asifə Telmanqızı "Əzizə Cəfərzadənin bədii dünyası" adlı filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasında bu romanda Abbas Səhhətin simasında konkret bir şəxsin üstün əks olunduğunu, 3 dostun (A. Səhhət, M.Ə. Sabir, A. Naseh) portret cizgilərinin işləndiyini, birincinin xeyirxahlığı, ikincinin cəsurluğu, üçüncünün təvazökarlığının konkret cizgilərlə verildiyini bildirib. Filoloq A.T.Əliyeva "Bakı Universitetinin xəbərləri" jurnalındakı "Əzizə Cəfərzadə yaradıcılığında şifahi xalq ədəbiyyatı motivləri" məqaləsində bu əsərdən bayatı sitat gətirərək müəllifin təsvir etdiyi əhvalatların ruhuna uyğun bayatı seçib işlətməyi sevdiyini qeyd edib.
Yad et məni (roman)
Yad et məni — Əzizə Cəfərzadənin "Şirvan" trilogiyasının üçüncü və sonuncu kitabı olan tarixi romanı. Müəllif əsərin 1980-ci ildəki ilk nəşrini "Azərbaycanda Sovet hakimiyyəti qurulması uğrunda gedən mübarizədə inqilabın sədaqətli əsgəri" Əliheydər Qarayevin xatirəsinə həsr edib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Ədalət Rəsulova "Türkay" aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı olan "Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı"nda əsər barədə bu cür qeyd edir: "Yazıçının arxiv materiallarından məlum olur ki, romanda adı keçən Ağali Nasih Nişat Şirvaninin uzun müddət axtardığı oğlu olmuşdur." Filoloq Asifə Telmanqızı "Əzizə Cəfərzadənin bədii dünyası" adlı filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasında bu əsər barədə təhlilinin sonunda qeyd edir ki, bu romandan sonra Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı Ə. Cəfərzadəni o qədər ruhlandırmışdır ki, o, Sabir haqqında ayrıca roman yazmışdır ki, bu əsəri bədii tərcümeyi-hal da adlandırmaq olar. "Yad et məni" romanından fərqli olaraq “Sabir” romanı çoxplanlı deyil, təkplanlıdır və şairin həyat və mübarizəsini ön plana çəkir. Romanda XX əsrin əvvəllərində cərəyan edən hadisələrdən danışılır. Burada Abbas Səhhət, Mirzə Ələkbər Sabir və Ağəli bəy Nasehin obrazları yaradılmışdır. Abbas Səhhətin simasında vətəndaşlıq və xeyirxahlıq, Sabirin timsalında fədakarlıq və cəsurluq, Nasehin şəxsində təvazökarlıq və səmimilik kimi mənəvi-əxlaqi keyfiyyətlər inandırıcı detallar və ştrixlərlə əks olunmuşdur. Lakin yazıçı romanda əsas diqqəti A. Səhhətə yönəltməyə çalışmışdır. Filoloq Asifə Telmanqızı "Əzizə Cəfərzadənin bədii dünyası" adlı filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasında bu romanda Abbas Səhhətin simasında konkret bir şəxsin üstün əks olunduğunu, 3 dostun (A. Səhhət, M.Ə. Sabir, A. Naseh) portret cizgilərinin işləndiyini, birincinin xeyirxahlığı, ikincinin cəsurluğu, üçüncünün təvazökarlığının konkret cizgilərlə verildiyini bildirib. Filoloq A.T.Əliyeva "Bakı Universitetinin xəbərləri" jurnalındakı "Əzizə Cəfərzadə yaradıcılığında şifahi xalq ədəbiyyatı motivləri" məqaləsində bu əsərdən bayatı sitat gətirərək müəllifin təsvir etdiyi əhvalatların ruhuna uyğun bayatı seçib işlətməyi sevdiyini qeyd edib.
Yad gəlin (serial, 2020)
Yad Gəlin — Azərbaycanın çoxseriyalı televiziya serialıdır. Hicran adlı qızın toy günü həyat yoldaşını güllələyirlər və ailələr arası davanın böyüməməsi üçün onu rəhmətə gedən oğlanın qardaşına ərə verirlər.
Yad qadının məktubu (novella)
Yad qadının məktubu (alm. Brief einer Unbekannten‎) — Ştefan Svayq tərəfindən 1920-ci illərin əvvəlində yazılmış novelladır. Əsər məktub şəklindədir. Məşhur yazıçıya aşiq olan gizli aşiq məhəbbətini məktubda ifadə edərək yazıçını heyrətləndirir. Novella məşhur roman ustası R.-in ona gələn məktubları yoxlaması ilə başlayır və bir qadının məktubu ilə davam edir. Məktubunda qadın: "Ey məni tanımayan və daima sevdiyim insan, sən" deyə sevdiyinə müraciət edir. Qadının 13 yaşından ona duyduğu saf məhəbbət, 16 yaşında ailəsi ilə başqa yerə köçməsi, lakin bu məhəbbətsiz yaşaya bilmədiyi üçün 18 yaşında yenidən Vyanaya qayıtması, bir-biriləri ilə tanış olmaları məktubda təsvir olunur. Məktubun başlanğıcında qadın uşağının ölümündən bəhs edir. Daha sonra yazıçını ilk dəfə görməsini, hər gün onu güdməsini, yazıçıya hər doğum günündə ağ qızılgüllər göndərməsi haqda yazır. Sevgisini heç vaxt etiraf etməyən qadın, sadəcə, onun xoşbəxtliyi, onunla keçirdiyi xoşbəxt anları və onun oğlu ilə özünü təsəlli edir.
Yad əllərdə: Kindertransport hekayələri
Yad əllərdə: Kindertransport hekayələri (ing. Into the Arms of Strangers: Stories of the Kindertransport) — 2000-ci ildə ABŞ-də istehsal olunmuş sənədli film. Filmdə İkinci Dünya müharibəsi ərəfəsində həyata keçirilmiş "Kindertransport" xilasetmə əməliyyatının tarixindən danışılır. Bu əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Böyük Britaniya təxminən 10.000 gənc qaçqını qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Filmdə Nasist Almaniyasından qaçıb İngiltərədə yaşayan uşaqların göndərdikləri arxivlərdən istifadə edilir. Filmin rejissoru və ssenari müəllifi Mark Conatan Harrisdir. Film 2001-ci ildə “Ən Yaxşı sənədli film” kateqoriyasında "Oskar" mükafatına layiq görülüb. "Yad əllərdə: Kindertransport hekayələri" sənədli filmi 2014-cü ilin dekabrında Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
Yad əllərdə: Kindertransport hekayələri (film, 2000)
Yad əllərdə: Kindertransport hekayələri (ing. Into the Arms of Strangers: Stories of the Kindertransport) — 2000-ci ildə ABŞ-də istehsal olunmuş sənədli film. Filmdə İkinci Dünya müharibəsi ərəfəsində həyata keçirilmiş "Kindertransport" xilasetmə əməliyyatının tarixindən danışılır. Bu əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Böyük Britaniya təxminən 10.000 gənc qaçqını qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Filmdə Nasist Almaniyasından qaçıb İngiltərədə yaşayan uşaqların göndərdikləri arxivlərdən istifadə edilir. Filmin rejissoru və ssenari müəllifi Mark Conatan Harrisdir. Film 2001-ci ildə “Ən Yaxşı sənədli film” kateqoriyasında "Oskar" mükafatına layiq görülüb. "Yad əllərdə: Kindertransport hekayələri" sənədli filmi 2014-cü ilin dekabrında Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
DASD (birbaşa keçidli yaddasaxlama qurğusu)
DASD yəni birbaşa keçidli yaddasaxlama qurğusu (en. Direct access storage device), (ru. запоминающее устройство прямого доступа), (tr. doğrudan erişimli saklama aygıtı) - verilənlərin saxlandığı sahələrə istənilən ardıcıllıqla müraciət etməyə imkan verən yaddasaxlama qurğusu; bundan fərqli olaraq, ardıcıl erişimli (keçidli) qurğularda yaddaş sahələri başlanğıcından başlayaraq ardıcıl olaraq nəzərdən keçirilir. Birbaşa erişimli qurğuya misal olaraq diski, ardıcıl erişimli qurğuya misal olar isə lenti göstərmək olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daimi yaddaş qurğusu
Daimi yaddaş (ROM) - enerjidən asılı olmayan yaddaş. Daxili və ya əsas yaddaşın bir hissəsidir. Daimi yaddaşın tutumu əməli yaddaşa nisbətən az olur və istifadəçilər oraya informasiya yaza bilmir. İnformasiya oraya kompüterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Orada tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanılır. ROM – daimi yaddaşda yerləşir. ROM çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir. ROM-un daxilində olan əmrlər bunlardır: POST (ingiliscə: Power On Self Test) – kompüter qoşulduqda qurğuların elektrik enerjisinə qoşulmasını yoxlayır; CMOS (ingiliscə: Complementary metal-oxide semiconductor) – Fərdi kompüterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompüterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır.
Davud bəy Yadigarov
Yadigarov Davud bəy Sadıq bəy oğlu (1883, Təkəli, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – bilinmir) — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti ordusunda qulluq etmiş hərbçi, general-mayor. Davud bəy Yadigarov 1881-ci ildə Tiflis quberniyasının Borçalı qəzası, Təkəli kəndində bəy ailəsi olan Yadigarovlar ailəsində anadan olmuşdur. Atası torpaq sahibi Sadıq bəy Yadigarov, anası isə gürcü knyaz nəsli olan Rusişvililərdən olan qadın idi. 1903-cü il avqustun 10-da Peterburq yaxınlığındakı Paj korpusunu bitirmiş və Nijni-Novqoroddakı draqun alayında xidmət etməyə başlamışdır. 25 oktyabr 1904-cü ildə kornet rütbəsinə yüksəlmişdir. Rus-Yapon müharibəsində döyüşmüşdür. O, müharibədəki bütün rus qüvvələrinin komandanı A. N. Kuropatkinin sərəncamı ilə könüllü olaraq Mukdenə yaponlarla döyüşməyə getmişdir. Birinci Dünya müharibəsi başladığı zaman ştabs-rotmistr rütbəsində idi və Çar ordusu dağıdıldığı zaman polkovnik olmadı bacarmışdı. 1918-ci ildə Qafqaz cəbhəso komandanı M.A.Prjevalskinin əmri ilə yeni yaradılmış Müsəlman Korpusunun zabitlərindən biri olmuşdur. O, bu ordu birliyində II Qarabağ süvari alayına komandanlıq etmişdir.
Daş Yaddaş (1986)
Filmdə Azərbaycanın qədim tikililəri, mədəniyyət abidələri, qalaları və digər daş yadigarları barədə söhbət açılır.
Daş yaddaş (film, 1986)
Filmdə Azərbaycanın qədim tikililəri, mədəniyyət abidələri, qalaları və digər daş yadigarları barədə söhbət açılır.
Daş yaddaşı (film, 2006)
Film Azərbaycanın qədim və uca dağlarla əhatə olunmuş, uzunömürlülər diyarı olan Lerik rayonunun minilliklərin yadigarları hesab edilən abidələrinə həsr olunub. Təbii mağaralar, qədim tikili və təbii abidələrin nağılı hər kəsin marağına, adına "Beşikdaş" deyilən nəhəng qaya parçasının yırğalanması isə heyrətinə səbəb olur. Filmdə Lerikdə yerləşən 100-dən çox abidənin tarixindən söz açılır.
Dünyanın yaddaşı
Dünya xatirəsi (ing. Memory of the World) — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) dünya irsini qoruma proqramı. 1992-ci ildə qurulub. dünya sənədli irsinin qorunması; istifadəçilərin sənədli irsə bərabər imkanlarını təmin etmək; sənədli irsin mövcudluğu və əhəmiyyəti barədə ümumi şüurun yayılması; proqramı tanıtmaq və əsərlərini geniş ictimaiyyətə təqdim etmək. 1997-ci ildən bəri proqram çərçivəsində sənədli irs qeydləri (beynəlxalq, regional və milli səviyyədə) aparılır. Abidənin beynəlxalq reyestrə daxil edilməsi proqramın ali rəhbər orqanı olan Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənmək və YUNESKO-nun Baş direktoru tərəfindən təsdiqlənməklə həyata keçirilir.
Dünyanın yaddaşı (Afrika)
Dünyanın xatirəsi Layihəsinin Afrika mirası yerlərinin siyahısı.
Fləş yaddaşlar
Fləş yaddaş — enerji kəsildiyində belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən yazıla bilən yaddaş növü.
Forma yaddaşlı xəlitələr
Forma yaddaşlı xəlitələr uyğun əməliyyatdan sonra temperaturun təsiri altında struktur çevrilmələri sayəsində öz əvvəlki formasını alır. Bu xəlitələr 8%-ə qədər uzanma deformasiyasını dəf edərək geri qayıda bilir. Temperatur aktivliyini nəzərə alaraq prosesin tezliyi 2Hs-dən böyük olmur. Forma yaddaşlı materiallarda deformasiya mexanizminin əsasında geriyə dönə bilən termosərtlikli martensit çevrilməsi durur. Austenit tərkibli materialın deformasiyası zamanı o bir haldan digərinə - martensitə çevrilir. Bu materiallarda martensit yüksək termosərtliyə malikdir. Çevrilmə temperaturundan yuxarıda qızdırma zamanı əks proses baş verir, yəni martensitdə yaranan daxili gərginliklər, materialın strukturunu əvvəlki vəziyyətinə qaytarmağa çalışır. Keçid, deformasiyaya uğrayan kristal qəfəsin yenidən düzlənməsi ilə müşayiət olunur. Material öz əvvəlki formasını alır və soyuduqda yenidən martensitə çevrilməsinə baxmayaraq bu formanı saxlayır. Qəfəslərdə bu və ya digər istiqamətdə deformasiya zamanı ayrı-ayrı fazaların dənəciklərinin sərhəd səthləri boyunca yaranan sürtünmə nəticəsində histerezis effekti meydana gəlir.
Genişləndirilmiş yaddaş
1. Genişləndirilmiş yaddaş spesifikasiyası IBM PC sistemlərində yaddaşın genişləndirilməsi üsulunun təsviri; bəzən LIM EMS kimi göstərilir, çünki bu üsul Lotus/Intel/Microsoft triumviratı tərəfindən işlənib hazırlanıb. Intel şirkətinin 80x86 prosessorlarının “real rejim” arxitekturası kompüterin erişiləbilən yaddaşının maksimal həcmini 1 Mbaytla məhdudlaşdırır. IBM PC’nin arxitekturası isə bu fəzanı (sahəni) daha da daraldaraq 640 Kbayt edir. EMS spesifikasiyası bu məhdudiyyətlərdən yayınmağa imkan verir: o, bir neçə 16-kilobaytlıq operativ yaddaş banklarından ibarət olan yaddaş lövhələri (kartları) ilə işləyə bilir ki, onları da proqram yolu ilə qoşmaq və ya açmaq mümkündür. Mərkəzi prosessor belə kartlarda yaddaşı adi yolla ünvanlaya bilmir, ancaq hər bir bankı (və ya səhifəni) prosessorun ünvan fəzasında göstərmək olur. Tut: CONVENTIONAL MEMORY, EXTENDED MEMORY. 2. Genişləndirilmiş mesaj xidməti məlumatların ötürülməsi üçün Samsung, Ericsson, Motorola, Siemens, Alcatel və bir neçə başqa şirkət tərəfindən qəbul edilmiş standart. GSM, TDMA və CDMA standartında işləyən mobil telefonlar üçün SMS standartının genişlənməsidir. EMS texnologiyası SMS və MMS arasında aralıq texnologiyadır, hazırda tamamilə MMS ilə əvəz olunub.
Genişləndirilmiş yaddaş meneceri
Genişləndirilmiş yaddaş meneceri (ing. Expanded Memory Specification və ya qısaca EMS) — spesifikasiyasının proqram hissəsini gerçəkləşdirən qurğu drayveri. Adətən, EMS-sistemlər üçün əlavə aparat təminatı tələb olunsa da, Intel firmasının 80386 və 80486 prosessorları üçün yazılmış menecer-proqramlar bu mikrosxemlərin xüsusi imkanlarının vasitəsilə yardımçı yaddaşın bazasında EMS modelini hazırlaya bilər.
Hardan düşdün yadıma sən... (kitab)
Harri Potter və Ölüm Yadigarları (roman)
Harri Potter və Ölüm Yadigarları (ing. Harry Potter and the Deathly Hallows) — Coan Roulinqin Harri Potter kitab seriyasından sayca yeddinci əsər. Kitabın ingiliscə nəşri 21 iyul 2007-ci il tarixində yayımlandı. Kitabın ingiliscə yayımlanmasından sonrakı ilk 24 saatda 11 milyonu satılmışdır. Kitabın başlığında Bill Uizli və Flyor Delakourun toyu olur. Ancaq Ölüm Yeyənlər toya basqın edir. Harri, Ron, Hermiona və digərləri Nazirliyin Voldemort tərəfindən ələ keçirildiyini və Sehr Naziri Rufus Skrimcerin öldürüldüyünü Kinqsli Şeklbotun toya göndərdiyi patronus vasitəsilə öyrənirlər. Əvvəla Harri, Ron və Hermiona Tottenham Məhkəməsi Yoluna gedib bir kafedə oturub olub keçənləri müzakirə edərkən iki Ölüm Yeyənin basqınına məruz qalırlar. Daha sonra xilas olurlar. Beləliklə, horkruksların axtarışlarına başlanması vaxtının gəlib çatdığını anlayırlar və bu yolda addımlamağa başlayırlar.
Həsən bəy Yadigarov
Yadigarov Həsən bəy İsrafil ağa oğlu — azərbaycanlı hərbçi, general-mayor. Həsən bəy Yadigarov 1856-cı ildə Tiflis quberniyasının Borçalı qəzasınin Təkəli kəndində anadan olmuşdur. Şəmistan Nəzirli. General Yadigarov qardaşları.
Keş yaddaş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Kərim bəy Yadigarov
Kərim bəy Yadigarov — Qafqaz süvari diviziyasının 17-ci Nijni Novqorod draqun alayının korneti. Kərim bəy Yadigarov Tiflis quberniyasının Borçalı qəzası, Təkəli kəndində anadan olmuşdur. Kərim bəy Yadigarov isə ön cəbhədə apardığı uğurlu döyüşlərə görə üçüncü dərəcəli "Müqəddəs Anna" (qılınc və bantla birgə), ikinci dərəcəli "Müqəddəs Stanislav" (qılıncla birgə) və dördüncü dərəcəli "Müqəddəs Anna" (üzərində "İgidliyə görə" yazısı ilə) ordenlərilə təltif olunmuşdur. Şəmistan Nəzərli. General Yadigarov Qardaşları. Bakı. Şirvannəşr. 2004.
Mehriban Yadulla
Mehriban Yadulla — Azərbaycan iqtisadçısı, iqtisad üzrə fəlsəfə doktoru, BDU-nun “İqtisadiyyat” kafedrasının dosenti. 1970-ci il 13 yanvar tarixində Bakı şəhərində (Azərbaycan Respublikası) anadan olmuşdur. 1986-ci ildə Bakı şəhəri 54 nömrəli orta məktəbi fərqlənmə ilə bitirmişdir. 1986-1990-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Maliyyə-kredit» fakültəsinin "Maliyyə" ixtisasını əla qiymətlərlə bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetində 08.00.01- “İqtisadi nəzəriyyə” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1990-cı ildən Bakı Dövlət universitetində çalışır. 2003-cü ildən iqtisad elmləri namizədidir - «Azərbaycanda əmək bazarının təşəkkülü və fəaliyyətinin tənzimlənməsi problemləri» mövzusunda namizədlik dissertasiya işini müdafiə etmişdir. 2013-cü ildə Dosent elmi adını alıb. 2012/2013-cü tədris ilində 5307.01 – “İqtisadi nəzəriyyə” elmlər doktoru proqramı üzrə qiyabi doktoranturaya qəbul olunub. “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin Elmi Şurasının qərarı ilə dissertasiya mövzusu “Milli iqtisadiyyatın səmərəliliyinin xarici ticarət problemləri” (30 aprel 2013 -cü il tarixli 8 saylı protokol) kimi təsdiq edilmişdir.
Naxışların yaddaşı (film, 1973)
Elmi-kütləvi film poetik formada qədim Azərbaycan milli sənət yadigarlarından, naxışlara həkk olunmuş milli mənəviyyatdan bəhs edir. Eləcə də görkəmli alim Xudu Məmmədovun qeyri-adi kəşfi sayəsində bu qədim naxışlarla bir çox kristalların daxili şərti quruluşunun yaxın olduğu açılıb göstərilir. Ekranda kvars kristalının quruluşu əsasında 1322-ci ildə tikilmiş Bərdə türbəsini bəzəyən naxışlar müqayisə edilir. Məlum olur ki, həmin naxışlarla kvarsın quruluş sxemi eynidir. Kadrlar bir-birini əvəz etdikcə gözlərimiz qarşısında tarixi nişanələri olan qədim abidələr, qayalar üzərində naxışlar, göllər, çəmənliklər, canlılar gəlib keçir. 1)1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı Qısametrajlı elmi-kütləvi filmlər bölməsi üzrə filmə II mükafat və diplom verilmişdir. Rejissor: Yalçın Əfəndiyev Ssenari müəllifi: Xudu Məmmədov, Vidadi Paşayev Operator: Zaur Məhərrəmov Bəstəkar: Vaqif Mustafazadə Səs operatoru: Şamil Kərimov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Operativ yaddaş qurğusu
Əməli yaddaş qurğusu (ing. random-access memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur.
Pir Yadigar (Çaypara)
Pir Yadigar (fars. پيريادگار‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (46 ailə).
Qabarcıqlı yaddaş
==Qabarcıqlı yaddaş== Qabarcıqlı yaddaş– silindrik maqnit domenlərdən (nazik pərdə üzərində yerləşdirilmiş halqaşəkilli sabit maqnitlərdən) təşkil olunmuş yaddaş tipi. Qabarcıqlı yaddaşa nisbətən az rast gəlinir; operativ yaddaşdan (RAM) və daimi yaddaşdan (ROM) bahadır. Qabarcıqlı yaddaşın üstünlüyü onun sabitliyindədir (daimiliyindədir): ona yazılmış hər hansı bir şey hətta kompüter söndürüldükdə də dəyişdirilməyənə qədər saxlanılır. Fləş-yaddaşlar meydana çıxandan sonra qabarcıqlı yaddaşlara olan tələbat praktik olaraq azalıb, çünki fləş-yaddaşlar da daimi saxlama xassəsinə malikdir və həm də onların hazırlanması asan və ucuz başa gəlir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Videokartlarda istifadə olunan yaddaş tipləri
Xarici yaddasaxlama qurğusu
Xarici yaddasaxlama qurğusu – kompüterin sistem blokunun xaricində yerləşən verilənlər daşıyıcısı (məsələn, maqnit diskləri və lentləri). Daha formal olaraq, prosessorun yalnız giriş-çıxış kanalları vasitəsilə əlaqədə ola bildiyi yaddaş. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.

yad sözünün leksik mənası və izahı

  • 1 bax yaddaş. □ Yad edilmək – yada salınmaq, anılmaq, xatırlanmaq. Yad etmək (eləmək) – yadına salmaq, xatirə gətirmək, anmaq. Kuyində məhrəm etdi rəqibi səfa ilə; Qəhr ilə etmədi məni həm yad, ağlaram. X.Natəvan. Hərdənbir ana dilini danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə eybi var? C.Məmmədquluzadə. Yad olunmaq – xatırlanılmaq, yada salınmaq, anılmaq. Yad(ın)da saxlamaq (tutmaq) – unutmamaq, daim xatırlamaq, hafizəsində saxlamaq. Bir şair sözünü yadında saxla; Bil ki, bu dünyada hünər qalacaq. S.Vurğun. Yada düşmək – hafizədə, yaddaşda yenidən canlanmaq, xatirə gəlmək; xatırlanmaq. Ac yadına düşməz, hər kim tox olur. Q.Zakir. Fikr etdikcə cümlə bir-bir keçənləri; Yadə düşər, yanar ciyər, ağlaram. M.V.Vidadi. Bayaq fikirləşdiyim sözlərin heç biri yadıma düşmədi. M.Hüseyn. Yada gəlmək – bax yada düşmək. …Elə bir məqam və elə bir iş yadıma gəlmir ki, müsəlman intelligentləri orada qorxaqlıq büruzə verələr. C.Məmmədquluzadə. Yada salmaq (gətirmək) – hafizədə, yaddaşda canlandırmaq, xatirə gətirmək. Keçmişi yada salmaq. – Gedirəm, gəl ötür piyada məni; Qəlbində unutma, sal yada məni. Molla Cümə. Yaddan çıxmaq – hafizədən, yaddaşdan silinmək, unudulmaq. Yadında olmaq – xatirindən çıxmamaq, yadından çıxmamaq, unudulmamaq. [Çərkəz:] …Ay Teybə, a qızım, əriştə yadında olsun haa, axşam sizdəyəm. İ.Məlikzadə. Yadından çıxmaq – hafizəsindən silinmək; unutmaq. Bilmirəm haradan danışmaq istəyirdim, yadımdan çıxdı. C.Məmmədquluzadə. [Mirzə:] Çox razıyam sizdən. Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq indi də mənim yadımdan çıxmır. Ə.Haqverdiyev. // Yadımdadır şəklində – yadımdan çıxmamışdır, indi də hafizəmdədir, unutmamışam. …Bu da yadımdadır ki, tayamızın dal tərəfində itimiz yuvaya nisbət bir deşik qayırmışdı. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / yad
  • 2 sif. 1. Qohum olmayan, qohumluq və ya yaxınlıq əlaqələri ilə bağlı olmayan; özgə, kənar. Yad uşaqlar. Özünü yad adam kimi hiss etmək. – Bir gün kişi diqqət eləyib görür ki, övrəti gündüzlər ayağına corab geymir, … yad kişilərin də yanında ayaqları çılpaq dolanır. C.Məmmədquluzadə. // İs. mənasında. Yadlar buna nə deyərlər? Yadları özünə güldürmə! – Bağrımı yandırdın oda; Sirr sözümü vermə yada. Aşıq Ələsgər. Taleyim belədir. Xalqın yeddi arxa yadları ağzını açanda tərif tökür… Mənim … doğma atam ayağımdan çəkir. Mir Cəlal. 2. Öz vətəni, yeri olmayan; yabançı. Yad şəhər. – Yad ölkədi, düşmən çoxdu; Ərəb atı mən istərəm. “Koroğlu”. [Sona] Sən bu yad yerdə, yad adamın yanına niyə gəlibsən?! M.F.Axundzadə. Rüxsarə tənha olaraq bu qaranlıq vaxtda bu yad evə göndərildiyinin mənasını özünə aydın edə bilmirdi. S.Rəhimov. 3. Ruhca, mahiyyətcə, görüşcə uzaq olan, zidd olan, hər hansı bir səbəbə görə yaxın ola bilməyən; yabançı. Bizə yad görüşlər. – İsmayılzadə təbiətən, diplomatik hiylələrə yad bir adamdı. M.Hüseyn. □ Yad olmaq – təbiətinə, xasiyyətinə uyğun olmamaq, uzaq olmaq, heç bir münasibəti olmamaq. Mənə heç vaxt yad olmadı; Sevinciniz, qəminiz; Xəyallarla nəfəs alan; Cavanlıq aləminiz. B.Vahabzadə. 4. məc. Düşmən mənasında. Qəza tutdu, qədər məni budadı; Ağlatdı dostları, güldürdü yadı… Aşıq Ələsgər. …Dostun da sirrini yada vermək namərdlikdir. C.Məmmədquluzadə. Yadların onda kəsilsin nəfəsi; Bürüsün hər tərəfi nəğmə səsi. S.Rüstəm.

    Azərbaycan dilinin izahlı lüğəti / yad

yad sözünün etimologiyası

yad sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 4 I YAD (məlum olmayan, tanınmayan) [Adilə:] Pah atonnan, elə bil yad adamıq, qaraçı köçündən qırılıb qalmışıq (Ə.Qasımov); BAŞQA Ramazan: Adamın öz daxması başqalarının sarayından qiymətli görünür (M.Hüseyn); BİGANƏ Nə baxırsan oğrun-oğrun; Mənə biganələr kimi (Xəstə Qasım); KƏNAR Şamo: Kənar adam yoxdur? – deyə soruşdu (S.Rəhimov); QIRAQ Stolun başında bir nəfər də olsun qıraq adam yox idi (M.S.Ordubadi); NAMƏHRƏM Şöləxanım: Buyur görək, mən hansı naməhrəmlərlə aşnalıq edirəm (M.F.Axundzadə); ÖZGƏ Biri zəif, zərif, hər bir işdə özgəyə möhtac olduğu halda, o biri polad kimi sağlam bədənli.. bir uşaq idi (S.S.Axundov); QEYRİ, BAŞQASI. II yad bax yaddaş III yad bax naməlum

    Azərbaycan dilinin sinonimlər lüğəti / yad

yad sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 YAD – YAXIN Necə söyləyəsən yaxına, yada; Belə oyunlardan kar aşarmı heç?! (H.Hüseynzadə). YAD – YERLİ Yad üzü görməsin sürfəmiz gərək (S.Rüstəm); Onu yerli əhalidən seçmək mümkün deyildi (S.Vəliyev).

    Azərbaycan dilinin antonimlər lüğəti / yad

yad sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 YAD I is. [ fars. ] Hafizə. Hərdən düşür mənim də; Məktəb illərim yada (Ə.Cəmil). YAD II sif. [ fars. ] Özgə, başqa, qeyri. Onun çörəyilə boya-başa çatmaq; Sonra yad oğluna qoşulub qaçmaq (S.Vurğun).

    Azərbaycan dilinin omonimlər lüğəti / yad

yad sözünün rus dilinə tərcüməsi

  • 1 1. чужой, посторонний, незнакомый, сторонний, чуждый; 2. чужак, незнакомец; 3. память, воспоминание;

    Azərbaycanca-rusca lüğət / yad
  • 2 1 сущ. разг. память. Hamının yadındadır у всех в памяти, yaxşı yadımdadır хорошо помню, iki yazaq, üç yadda два пишем, три в уме; yad etmək: 1. вспоминать, вспомнить; 2. навещать, навестить; yad olunmaq вспоминаться, быть вспоминаемым, вспомянутым; упоминаться, быть упомянутым; ruhunu yad etmək kimin почтить чью память; ehtiramla yad etmək с признательностью (с благодарностью) вспоминать, отдавать, отдать дань глубого уважения; xatirəsini yad etmək kimin почтить чью память. Xatirəsini birdəqiqəlik sükutla yad etmək почтить память минутой молчания; yada düşmək вспоминаться, вспомниться; yadına düşmür не помнит, забыл(а); yada gətirmək припоминать, припомнить, вспоминать, вспомнить; yada salmaq kimi, nəyi вспоминать, вспомнить, припоминать, припомнить кого, что; yadda saxlamaq держать в памяти, держать в голове; помнить; yadda qalmaq остаться в памяти, запомниться; yaddan çıxartmaq kimi, nəyi предавать, предать забвению, забыть, позабыть кого, что; yaddan çıxmaq забываться, забыться, быть забытым; изгладиться из памяти; yaddan çıxartmamaq хорошо помнить; yaddan çıxmamışdır свежо(-а) в памяти, помнится; yadımda deyil, yadıma gəlmir не помню; забыл; yadımdan çıxıb выветрилось из головы, позабыл, запамятовал; yadına da düşmür и не думает (делать что-л.); yadına düşdü: 1. вспомнил; 2. спохватился; yadına gətirmək вызвать в памяти, вспомнить; yadına gəlmək приходить, прийти на память, вспомнить; yadına salmaq (gətirmək): 1. привести на память что к ому; воскрешать, воскресить в чьей памяти, восстанавливать, восстановить в памяти 2. kimin kimi, nəyi напоминать, напомнить кому что; yadında qalmaq: 1. запомниться, жить в памяти, остаться в памяти; 2. запомнить; yadında olmaq помнить; yadında saxlamaq: 1. помнить; 2. запомнить, сохранить в памяти; yadından çıxarmaq выбрасывать, выбросить из памяти; изгнать из памяти; забыть, запамятовать; yadından çıxmaq вылетать, вылететь из памяти, исчезать, исчезнуть из памяти, вылететь из головы; yadından çıxartma ki, не забудь (не забывай), что …; yadında saxla так и знай, заруби себе на носу; yadımdan çıxıb выпало из (моей) памяти что, əgər yadımdan çıxmayıbsa … если память мне не изменяет … 2 I прил. 1. чужой: 1) не свой, не собственный, принадлежащий другим. Yad ellər чужие края, yad ölkə чужая страна, чужой край, yad el чужая земля, чужой край 2) не родной, посторонний. Yad adamlar чужие люди 3) далёкий по духу, по взглядам, не имеющий близости с кем-л., чем-л. Yad adam чужой человек, bir-birinə yad adamlar чужие друг другу (друг для друга) люди, yad görünmək показываться, показаться чужим 2. посторонний. Yad kişi посторонний мужчина, yad kök мат. посторонний корень 3. чуждый (далёкий, противоположный по сущности). Yad ünsürlər чуждые элементы, yad ənənə чуждая традиция 4. вражеский, неприятельский. Yad gülləsi вражеская пуля 5. инородный, чужеродный. мед. Yad cisim инородное тело, yad zülallar чужеродные белки II сущ. 1. незнакомец, чужак 2. иноземец, чужеземец 3. враг, недруг. İtə ataram, yada satmaram брошу собакам, но врагу не продам; yad yerdə на чужбине ◊ yad ocağı чужой очаг, yad qapısı чужой дом, чужой двор; yad qızı чужая дочь (о невестке), yad oğlu чужой сын (о зяте)

    Azərbaycanca-rusca lüğət / yad

yad sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. memory, remembrance; ~ etmək, ~a salmaq 1) to remember, to recall, to bring* back, to call to memory; 2) to visit (d.), to call (at); bir kəsi ~a salmaq to remember / to recall smb.; mahnının sözlərini ~ a salmaq to recall the words of a song; Mən onun adını yada sala bilmirəm I can’t remember his / her name; ~da saxlamaq to remember, to bear* in mind / memory, to carry in mind, to keep* in mind / in memory; bir kəsin ~ında qalmaq to be* retained in smb.’s memory; d.d. to stick* in smb.’s memory; Şer mənim yadımda qalıb The verse has stuck in my memory / mind; ~a düşmək to be* remembered / recalled II. i. stranger, foreigner III. s. strange, foreign, alien; ~ səs strange voice; ~ yer strange place; ~ adam a strange man*; ~ sifətlər strange faces; ~ məfkurə alien ideology; ~ qızı smb. else’s daughter (of daughter-in-law); ~ oğlu smb. else’s son (of a son-in-law) yadca i. the seventh generation

    Azərbaycanca-ingiliscə lüğət / yad

yad sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) mémoire f ; 2) étranger m ; ~a salmaq a) souvenir (se) de, rappeler (se), remémorer (se) ; b) visiter vt, aller vi (ê) voir qn ; ~ səs voix f étrangère

    Azərbaycanca-fransızca lüğət / yad

yad sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. яд, ччара; // сущ. чаради, яд кас; yad olmaq яд хьун, яргъал хьун; 2. ччара, мукьвад тушир, мукьвавал авачир; къерехдин, маса; 3. пер. ягъи, душман манада.

    Azərbaycanca-ləzgicə lüğəti / yad
  • 2 кил. yaddaş; yad etmək (eləmək) рикӀел хкун, рикӀел гъун; yad(ın)da saxlamaq (tutmaq) рикӀел хуьн, рикӀелай алуд тавун, гьамиша фикирда хуьн; yada düşmək рикӀел атун, фикирдиз атун; рикӀел хтун; yada gəlmək кил. yada düşmək; yada salmaq (gətirmək) рикӀел гъун, фикирдиз гъун, рикӀел хкун; yaddan çıxmaq рикӀелай алатун рикӀелай алатна фин; yadında olmaq рикӀел хьун, рикӀелай алат тавун; yadından çıxmaq рикӀелай алатун (фин), фикирдай акъатун; yadımdadır зи рикӀел ала (алазва, алама), зи рикӀелай алатнавач, за рикӀелай алуднавач.

    Azərbaycanca-ləzgicə lüğəti / yad

yad sözünün türk dilinə tərcüməsi

"yad" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yad nədir? #yad sözünün mənası #yad nə deməkdir? #yad sözünün izahı #yad sözünün yazılışı #yad necə yazılır? #yad sözünün düzgün yazılışı #yad leksik mənası #yad sözünün sinonimi #yad sözünün yaxın mənalı sözlər #yad sözünün əks mənası #yad sözünün etimologiyası #yad sözünün orfoqrafiyası #yad rusca #yad inglisça #yad fransızca #yad sözünün istifadəsi #sözlük