yaş sözü azərbaycan dilində

yaş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yaş • 97.0896%
  • Yaş • 2.8382%
  • YAŞ • 0.0721%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yaş (dəqiqləşdirmə)
Azərbaycan dilində aşağıdakıları ifadə edir : Yaş (orqanizm) - canlı orqanizmin anadan olandan ölənədək fəaliyyət göstərdiyi zaman kəsiyi ; Yaş (rütubətlilik) - əşyanın normadan artıq rütubətlilik faizi.
Yaş dəsmal
Yaş dəsmal — və ya "Yaş salfet" — kiçik bir tikə nəmləndirilmiş salfet və ya parça. Ümumiyyətlə qatlanmış və fərdi rahatlığı təmin etmək üçün örtülü olur. Yaş dəsmal şəxsi gigiyena və ya ev təmizlənməsi kimi, təmizləmə məqsədləri üçün istifadə olunur.
Yaş məhdudiyyəti
Yaş məhdudiyyəti — kütləvi mədəniyətdə istehsal olunan verilişlərə, filmlərə və kompüter oyunlarına reytinq sistemi ilə birgə qoyulan dövlət siyasətidir. Bir çox Amerika və Avropa ölkələrində televiziyada 23:00–03:00 saatları arasında göstəriləcək filmlərdən əvvəl yaş məhdudiyyəti cədvəli qoyulur.
Yaş psixologiyası
Yaş psixologiyası - Psixologiya elminin pedaqoji psixologiya ilə sıx bağlı olan digər mühüm bir sahəsidir. Yaş psixologiyası insanda anadan olandan ömrünün axırına qədər psixi inkişafın dinamikasını, qanunauyğunluqlarını, şəxsiyyətin psixi prosesləri və xassələrinin ontogenezdə inkişaf xüsusiyyətlərini öyrənir. == Predmeti == İnsanın psixiki inkişafının hərəkətverici qüvvələri, şərati və qanunauyğunluqları təşkil edir. Psixi inkişafın hərəkətverici qüvvələri anlayışı altında insanın psixi inkişafına təkan verən, onu müəyyən istiqamətə yönəldən səbəblər başa düşülür. Uşağın psixi inkişafının hərəkətverici qüvvələri, hər şeydən əvvəl, fəaliyyətdə yaranan yeni tələbatlarla bu tələbatları ödəmə imkanları arasındakı dialektik ziddiyyətdən ibarətdir. Bu ziddiyyət yalnız kiçik yaş deyil, bütün yaş dövrləri üçün xarakterikdir. Lakin həmin ziddiyyətlər özünü göstərdikdə yaşdan asılı olaraq müəyyən spesifik xüsusiyyətə malik olurlar. Psixi inkişafın şəraiti adı altında daima təsir edən elə daxili və xarici amillər nəzərdə tulur ki, onlar hərəkətverici qüvvələr olmasalar da, inkişafa təsir göstərir, inkişafın gedişini istiqamətləndirir. Psixi inkişafın qanunauyğunluqlarına gəldikdə, onlar ümumi və xüsusi qanunauyğunluqlardan ibarətdir. Həmin qanunauyğunluqların köməyi ilə insanın psixi inkişafını qeyd etmək və bunun köməyi ilə həmin inkişafı idarə etmək mümkündür.
Yaş Çopra
Yaş Ray Çopra (hind. यश चोपड़ा; 27 sentyabr 1932, Lahor, Britaniya Hindistanı – 21 oktyabr 2012, Mumbay) — Hindistan kino aktyoru, prodüser və ssenari müəllifi. == Həyatı == Yaş Çopra 27 sentyabr 1932-ci ildə Lahorda anadan olub. Film çəkmək üçün 1973-cü ildə "Yash Raj Films" kino şirkətini yaratmışdır, hansı ki, bu şirkət Hindistanın ən böyük kino şirkəti idi. Həmin şirkət 20-dən çox film çəkmişdir. Ona görə də Yaş Çopra hind kino tarixinin ən böyük rəhbərlərindən biri hesab edilir və onu Bollivudun "Romantika kralı" adlandırırlar. O, 2005-ci ildə Padma Bhuşan ordeni ilə təltif olunmuşdur. Yaş Çopra 21 oktyabr 2012-ci ildə Hindistanın Maxaraştra ştatının Mumbay şəhərində vəfat etmişdir.
Orta yaş böhranı
Orta yaş böhranı, 1965-ci ildə Eliot Jaques tərəfindən işlədilmiş termindir. Yetkin insanların öz ölümləri barədə düşünməyə, geri qalan həyatını hesablamağa başlaması ilə xarakterizə olunur. Qadınlarda menopauza, kişilərdə isə andropauzadan əvvəl dəyişən hormonlarla əlaqədar olaraq cinsi istəklərin artımına verilən ümumi addır. Qadınlarda böhranlı yaş dövrü 40 yaşından sonra başlayır. Bu böhranlı dövr 55 yaşa qədər davam edə bilər. Bu yaşda qadın artıq yaşının keçdiyini, qocaldığını düşünməyə başlayır. Qadınlar bu hisslərinə görə depressiyaya düşə və ya yenidən sevə bilərlər.
Qadının üç yaş dövrü (roman)
Gənclərin 50 yaşlı teatrı (film, 1979)
Gənzə yaşayış yeri
Gənzə yаşаyış yеri — İndiki Gənzə kəndinin tikintiləri аltındа qаlmışdır. Аrаşdırmаlаr zаmаnı kəndin ərаzisindən оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur. Kəndin içərisində Оrtа əsrlərə аid pir, hаmаm və qəbiristаnlıq indiyədək qаlmаqdаdır. Еpiqrаfik dəlillər və аrхеоlоji mаtеriаllаr Gənzə kəndində XI-XVIII əsrlərdə yаşаyışın оlduğunu dеməyə əsаs vеrir. Еhtimаl ki, kəndin əsаsı dаhа qədim dövrlərdə qоyulmuşdur.
Gəşəlitəpə yaşayış yeri
Gəşəlitəpə yaşayış yeri — Ağcabədi rayonunun Hacılar kəndinin şimal-qərbində yerləşən yaşayış yeri. Diametri 110 m, hündürlüyü 6 m olan təpədir. Onun səthi Qarabağ müharibəsi vaxtı səngərlər qazılması nəticəsində zədələnmışdır. Toplanılmış saxsı kolleksiyası Neolit dövrünə aiddir.
Hacı Mahmud əfəndinin yaşayış evi və müsafirxanası
Hacılar yaşayış yeri
Hacılar — Azərbaycanın Ağcabədi rayonunun Hacılar kəndinin mərkəzində yerləşən abidə. Təpənin diametri 120 metr və hündürlüyü 2,5 metr təşkil edir. Kənd yolu və həyətyanı sahələrin salınması təpənin dağılması ilə nəticələnmişdir. Təpənin şərq hissəsi 50 metr uzunluğa və 30 metr enə malik ərazidə tam şəkildə qazılmış və daşınmışdır. Ərazidən toplanılmış saxsı kolleksiyası Leylatəpə mədəniyyətinə aid edilir.
Hadiqaib yaşayış yeri
Hadiqaib yaşayış yeri — Şərur rayonunda, Axuraçayın sol sahilində hündür dağlarla əhatələnmiş dərədə Orta əsrlərə aid yaşayış yeri. Sahəsi 150x60 m.-dir. Əksəriyyəti dördbucaqlı formada olan evlərin qalıqları (hündürlüyü 50-80 sm) dövrümüzədək saxlanmışdır. Yaşayış yerində orta əsrlər üçün səciyyəvi olan bir neçə təndir qalığı, əllə, bəziləri isə dulus çarxında səliqə ilə hazırlanmış saxsı məmulatları (küp, qazan, küpə və s.) aşkar olunmuşdur. Qabların bəziləri (kasa və boşqab tipli qablar) ağ anqob üzərindən yaşıl, digərləri mavi, həmçinin göyümtül rəngli şirlə örtülmüşdür. Tapıntılara əsasən, Hadiqaib yaşayış yerinin VIII–XVIII əsrlərə aid olması ehtimal edilir.
Hal-hazırda yaşayan yüz dahi
Hal-hazırda yaşayan yüz dahi (ing. Top 100 living geniuses) — Creators Synectics konsaltinq şirkəti tərəfindən hazırlanan, Böyük Britaniyanın Daily Telegraph qəzeti tərəfindən 28 oktyabr 2007-ci ildə dərc edilmiş və indiyədək dünyanın diqqətində olan siyahı. == Siyahının liderləri == 1-2. Albert Xoffman (kimyaçı, İsveçrə) — 27 bal 1-2. Tim Berners-Li (kibernetik, Böyük Britaniya) — 27 bal 3. Corc Soros (maliyyəçi və filantrop, ABŞ) — 25 bal ... 5-6. Nelson Mandela (siyasətçi, Cənubi Afrika Respublikası) — 23 bal ... 12-14. Əli Cavan (alimi, ABŞ) — 20 ...
Hal-hazırda yaşayan yüz dahi (layihə)
Hal-hazırda yaşayan yüz dahi (ing. Top 100 living geniuses) — Creators Synectics konsaltinq şirkəti tərəfindən hazırlanan, Böyük Britaniyanın Daily Telegraph qəzeti tərəfindən 28 oktyabr 2007-ci ildə dərc edilmiş və indiyədək dünyanın diqqətində olan siyahı. == Siyahının liderləri == 1-2. Albert Xoffman (kimyaçı, İsveçrə) — 27 bal 1-2. Tim Berners-Li (kibernetik, Böyük Britaniya) — 27 bal 3. Corc Soros (maliyyəçi və filantrop, ABŞ) — 25 bal ... 5-6. Nelson Mandela (siyasətçi, Cənubi Afrika Respublikası) — 23 bal ... 12-14. Əli Cavan (alimi, ABŞ) — 20 ...
Həftəvantəpə yaşayış yeri
Həftəvantəpə – Güney Azərbaycan ərazisində, Urmiya gölü yaxınlığında, Şapur (salmas) şəhərindən cənubda yerləşir. Həfətvantəpədə arxeoloji qazıntılar C.Barney tərəfindən aparılmışdır. Tədqiqatlar nəticəsində e.ə. III minillikdən başalamış orta əsrlər dövrünə kimi tarixi kəsimi əhatə edən yeddi dövr müəyyənləşdirilmişdir. Təbəqələrin ardıcıllığı xırda sapmalar nəzərə alınmazsa Həsənlitəpə üçün qəbul edilmiş dövrlərlə uyğun gəlir. Həfətvantəpə V dövrü intensiv tikinti fəaliyyətini üzə çıxarır. Binalardan boz gil məmulatından və özündən əvvəlki ənənələri əvəz etdirən qırmızı gil məmulatından ibarət keramika tapılmışdır. Onlar iri saxlanc küplərindən, boğazı və ya lüləyi açıq qablardan ibarətdir. Qablar dalğavari xəttlər və ya üçbucaqlılarla bəzədilmişdir. Əsas tikililər təpənin başında (C.Barney onları Urartu dövrünə aid edir) eləcə də onun altında IV dövr təbəqəsindədir.
I Böyükdüz yaşayış yeri
I Böyükdüz yaşayış yeri — Kəngərli rayonunda, eyniadlı kəndin cənubunda, Araz çayının sol sahilində yerləşən orta əsrlərə aid yaşayış yeri. Abidə 1991-ci ildə qeydə alınmışdır. Daşqınlar nəticəsində abidəyə böyük ziyan dəymiş, onun böyük bir hissəsi dağılmışdır. Tədqiqatlar zamanı burada 10 insan skeleti aşkarlanmışdır. Qəbirlər torpaqda qazıldığı üçün tamamilə yuyulmuş, skeletlər qumun üzərində qalmışdı. Onlar müsəlman adəti üzrə cənub – şərq istiqamətində, sağ böyrü üstə uzadılmışdılar (tədqiqatçılar bu ərazinin yaşayış yerinin qəbiristanlığı olmasını güman edirlər). Orta əsrlər Azərbaycan məişəti üçün səciyyəvi olan çəhrayı rəngli gil qab qırıqları və sair də aşkara çıxarılmışdır. Tapıntılara əsasən yaşayış yerinin XI – XVIII əsrlərə aid olması güman edilir.
I Kültəpə yaşayış yeri (Babək)
Kültəpə — Naxçıvan şəhərindən 8 km aralıda yerləşən qədim yaşayış məskəni. == Ümumi məlumat == Naxçıvan şəhərindən 8 km aralıda yerləşən I Kültəpə yaşayış yeri 1,5 hektara yaxın bir ərazini əhatə etməklə 22,2 metr qalınlığında mədəni təbəqəsi olan yüksək bir təpədən ibarətdir. Təpə bütövlükdə aşağıdan yuxarıyadək kül, xırda daş, təsərrüfat və məişət qalıqları ilə örtülmüşdür. Buradan üzə çıxarılan dörd mədəni təbəqənin aşağıdan birinci "1a" təbəqəsi Neolit dövrünə, "1b" təbəqəsi isə Eneolit dövrünə aiddir. Qalınlığı 3,2 m olan "1a" təbəqəsi abidənin üzərindən 19–22,2 m, "1b" təbəqəsi isə 19–12,8 m dərinlikdə yerləşir. Bu təbəqələrdən tikinti qalıqları, təsərrüfat quyuları, ocaq və kürələr, müxtəlif heyvan sümükləri, daş, sümük və gildən hazırlanmış əşyalar, buğda qalıqları və qəbirlər tapılmışdır. Həmin arxeoloji materiallar Kültəpə sakinlərinin oturaq həyat sürdüklərini sübut edir. E.ə. VII–I minilliklərə aiddir. == Kültəpədəki arxeoloji tapıntılar == 1951-ci ildə Azərbaycan ЕА Tarix İnstitutunun arxеoloji ekspedisiyası Osman Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlanmışdır.
I Kültəpə yaşayış yeri (Maxta, Şərur)
I Kültəpə (və ya I Maxta Kültəpəsi) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində Erkən Tunc dövrünə aid yaşayış yeri. Abidə 1985-ci ildə qeydə alınmışdır. Yer səthindən 2 m hündürlükdəki təpədən ibarət olub əkin sahələri, qərb tərəfdən isə kanalla məhdudlaşmışdır. 1988-1989-cu illərdə V.H.Əliyev və S.H.Aşurovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar (100 m² sahədə) nəticəsində daş və çiy kərpicdən hörülmüş tikinti qalıqları, boz rəngli qab nümunələri, dən daşları həvəng və dəstələr, obsidian və çaxmaqdaşıdan hazırlanmış oraq dişləri, obsidian ox ucluqları, sürtgəclər, ocaq qurğusunun qalıqları və sair maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Kəşfiyyat səciyyəli tədqiqatlar zamanı yaşayış yerindən daşdan inşa edilmiş qədim məbəd, onun içərisindən isə öz bədii gözəllikləri ilə seçilən daşdan yonulmuş bütlər aşkar edilmişdir. 2006-cı ildə qədim yaşayış yerində Azərbaycan-ABŞ birgə arxeoloji ekspedisiyası kəşfiyyat xarakterli qazıntılar aparmışdır. 2008-ci ildən isə abidədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Maxta arxeoloji ekspedisiyası" S.H.Aşurovun rəhbərliyi ilə 300 kv.m. sahədə qazıntıları davam etdirir. İlk dəfə I Kültəpədən əldə olunmuş konusvari və dairəvi gil əşyalar (tokins) hələ e.ə.IV minilliyin sonlarından Azərbaycan ərazisində inzibati idarəetmənin və dövlətçilik ənənələrinin mövcudluğunu təsdiq edir. Tapıntılara əsasən abidə e.ə.
I Təzəkənd yaşayış yeri (Şərur)
I Təzəkənd yaşayış yeri — Şərur rayonunun eyni adlı kəndindən cənub-qərbdə, Araz çayının sağ sahilində arxeoloji abidə. Yaşayış yerinin ərazisi su kanallarının çəkilməsi zamanı tamamilə dağılmışdır. Abidənin ərazisində qara rəngli tuf daşlarından hazırlanmış dən daşları aşkar olunmuşdur. Kür-Araz mədəniyyəti üçün xarakterik olan dən daşlarının arxa tərəfində qulplar yonulmuşdur. Təzəkənd yaşayış yerini e.ə. IV-III minilliklərə aid etmək olar.
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov (film, 2014)
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov — rejissor Sənan Sultanovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə aktyor, film direktoru Tələt Rəhmanovun xatirəsinə həsr olunur.
Kainatın yaşı
Riyazi elm ilə məşğul olan hər kəs Kainatımızın təxminən 13.82 milyard il yaşında olduğunu biləcəklər. Müqayisə edilməsi üçün Günəş sisteminin yaşı 4.6 milyard il, Dünyanın yaşı 4.53 milyard il, canlılığın yaşı 3.9 milyard il, çoxhüceyrəli həyatın yaşı 1 milyard il, ilk onurğalıların yaşı 375 milyon il, ilk primatların yaşı 47 milyon il, ilk insansının yaşı 6 milyon il, ilk insan növünün (Homo sp.) yaşı 2 milyon il, növümüzün yaşı isə 200.000 ildir. Ancaq Kainatın yaşının necə hesablandığı bir çoxlarının bilmədiyi bir mövzudur. Hər nə qədər yenə məşhur səviyyədə fizikayla maraqlanan biri, Kainatın yaşının hesablanmasında “qırmızıya sürüşmə” və ya “Kainatın genişlənmə sürəti” kimi anlayışlara müraciət etmiş olsalar da, bunların riyazi olaraq hesablanmasının necə istifadə edildiyini bir çox adam bilməyəcək. İlk olaraq, Kainatın yaşını hesablaya bilmək üçün Kainatımızın genişlənməkdə olan bir quruluş sahib olduğunu qəbul etməliyik. Bu, əlimizdəki bütün müşahidələrlə uyğun bir iddiadır və Habbl qanunu, qalaktik çoxluqların bir-birindən uzaqlaşmış olmasını birbaşa isbatlamağımızı təmin edir. Ayrıca bu məlumat parçası, Kainatımızın keçmişdə bu günə nisbətən daha kiçik olduğunun göstəricisidir. Bu vacibdir, çünki hesablarımızı buna istinad etmək məcburiyyətindəyik. Kainatın yaşını hesablaya bilmək üçün kainatın görünən genişlənmə sürətinin (bu anda qalaktika çoxluqlarının bir-birindən uzaqlaşma miqdarının) Kainatın tarixi boyunca sabit olduğunu güman edə bilərik. Əlbəttə ki, bu doğru deyil və belə bir fərziyyə hesabımıza bir miqdar səhv qatacaq, ancaq yenə də hesabları asanlaşdırması baxımından faydalı bir fərziyyə olduğunu deyə bilərik.
Kamaltəpə yaşayış yeri
Kamaltəpə — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri. == Haqqında == Şəhərin Qala hissəsinin cənub darvazası qarşısında yerləşən təbii təpəlik yerli əhali tərəfindən Kamaltəpə adlandırılmışdır. Kamaltəpə sözü şəxs adına bağlıdır. Vaxtilə Kamal adlı bir yerli sakin burada təsərrüfat işləri ilə məşğul olduğu üçün təpə onun adı ilə adlandırılmışdır. Qeyd etmək lazımdır ki, bu təpəlik barədə Əl-Müqəddəsinin məlumatı diqqəti cəlb etmişdir: "Qəbələ möhkəmləndirilmiş şəhərdir, çay onun divarlarının arxasından axır. Cümə məscidi şəhərdən kənarda, bir təpənin üstündə yerləşir." Bu məlumatda əvvəla şəhərdən kənarda təpəliyin olması qeyd edilir. Sonra şəhərin ən böyük ictimai binası Cümə məscidinin məhz həmin təpənin üstündə yerləşməsi göstərilir. Hazırda qala divarlarından kənarda Kamaltəpədən başqa təpə yoxdur. Bu fakt Kamaltəpənin məhz Əl-Müqəddəsinin qeyd etdiyi təpəlik olduğunu düşünməyə imkan verir. Kamaltəpə əslində, üç hissədən ibarətdir.
Kamil Yaşen
Kamil Yaşen (12 (25) dekabr 1909, Əndican, Fərqanə vilayəti – 25 sentyabr 1997, Daşkənd) — Özbəkistan yazıçısı. == Həyatı == Kamil Yaşen 1909-cu ildə doğulmuşdu. Kamil Yaşen Özbəkistan Yazıçılar İttifaqının sədri olmuşdu. Kamil Yaşen 1997-ci ildə vəfat edib.
Kamiltəpə yaşayış yeri
Kamiltəpə — Azərbaycanın Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən cənubda yerləşən eneolit dövrünə aid yaşayış yeri. 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası ilə Almaniya Arxeologiya İnstitutunun birgə əməkdaşlığı nəticəsində aparılan arxeoloji tədqiqatlardan məlum olub ki, yaşayış məskəni 7500 il əvvələ aiddi. == Tədqiqatlar == 1955-1956-cı illərdə A.A.İyessen və Ömər İsmizadənin başçılıq etdikləri tədqiqatlar zamanı abidədən saxsı məmulatı, obsidiandan əmək alətləri və çiy kərpicdən tikili qalıqları tapılmışdır. 2008-ci ildə Mil-Qarabağ arxeoloji ekspedisiyası Qalatəpə qədim və ilk orta əsr şəhər yerində axrarışlar edərkən Kamiltəpə yaşayış məskənində kiçik şurf qoymuş və nəticədə çiy kərpicdən hörülmüş tikili qalıqları, obsidian və çay daşlarından hazırlanmış əmək alətləri və saxsı nümunələri aşkara edilmişdir. 2012-ci ildə aparılan tədqiqatlar zamanı Kamiltəpə-4 abidəsində e.ə. VI minilliyin sonlarına aid kərpic arakəsmələrlə bir-birindən ayrılan yeraltı kanallar, yüzlərlə muncuq, dəniz balıqlarının sümükləri, Kamiltəpə-1 abidəsində VI minilliyin ortalarına aid çiy kərpicdən tikilmiş platforma tapılmışdır. Yaşayış məskənində balıq sümüklərinin aşkar edilməsi Mil-Qarabağ düzünün 7 min il əvvəl dənizə yaxın olduğunu sübut edir.
Keçili yaşayış yeri
Keçili yaşayış yeri - Keçili kəndindən şimalda, Kür çayının sağ sahilindən təxminən 1,2 km aralıda yerləşir və sahəsi 1 ha, hündürlüyü 2 m olan təpədən ibarətdir. Arxeoloji qazıntılar nəticəsində burada düzbucaqlı evlərin qalıqları ehtimal olunan möhrə divar qalıqları üzə çıxarılıb. Eneolit təbəqəsindən dən daşları, sürtgəclər, həvəngdəstələr, obsidian və çaxmaq daşı lövhələri, saxsı qab nümunələri tapılmışdır. Keramika nümunələrinin əksəriyyətinin gilinə nəbati qarışıqlar əlavə edilmişdir. Bəzi nümunələrin üzərinə anqob çəkilib. Saxsı məmulat arasında bir neçə boyalı qab nümunəsi, daraqvari alətlə naxışlanmış saxsı qab fraqmentləri də vardır. Keçili yaşayış yeri eneolit dövrünün son mərhələsinə aiddir.
Kolasu yaşayış yeri
Kolasu yaşayış yeri — Culfa rayonunun Ləkətağ kəndindən şimal-şərqdə Kolanısu və Dəmirlisu çaylarının qovşağında İlk Orta əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == Bu yaşayış yerinin sahəsi 2500 kvadrat metrdir. 1991-ci ildə qeydə alınmış və kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Abidə bir-birindən üstdə yerləşən üç terrası əhatə edir. Üzəri uçub tökülmüş inşaat qalıqları ilə örtülmüş, tikintilər tamamilə dağılmışdır. Mədəni təbəqə saxlanmamışdır. Yerüstü materiallar qırılmış dən daşlarından, çəhrayı rəngli bişirilmiş gil qab sınıqlarından və s.ibarətdir. Abidənin VI-VIII əsrlərə aid olduğu ehtimal edilir.
Kuluyevo kənd yaşayış məntəqəsi
Kuluyevo kənd yaşayış məntəqəsi (rus. Кулуевское сельское поселение) — Rusiya Federasiyası Çelyabinsk vilayətinin Arqayaş rayonunda bələdiyyə. İnzibati mərkəzi Kuluyevo kəndidir. == Tarixi == Kənd yaşayış məntəqəsinin statusu və sərhədləri 12 noyabr 2004-cü il tarixli № 292-ЗО "Arqayaş bələdiyyəsi və onun tərkibindəki kənd yaşayış məntəqələrinin statusu və sərhədləri haqqında" qanunu ilə müəyyən edilmişdir.
Köhnə Kotam yaşayış yeri
Köhnə Kotam yaşayış yeri—Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kotam kəndindən şimal şərqdə orta əsrlərə aid yaşayış yeri. == Tarixi == Kəndin xarabalıqları Kotam çayı boyunca uzanır. Kəndin mərkəzi hissəsində məscid binası var. Evlər daş, möhrə və kvadrat formalı çiy kərpiclərdən inşa olunmuşdur. Evlər bir-birinin yaxınlığında, təpənin yamacında düzəldilmiş şəkillərdə salınmışdır. Əkin və bağ yerləri kəndin şimal tərəfindəki sahədə çay boyunca uzanır. Əhalinin əsas məşğuliyyəti bağçılıq, bostançılıq və maldarlıq olmuşdur. Kəndlə üzbəüz çayın sol sahilində Orta əsrlərə aid nekro- pol yerləşir. Kəndin içərisindəki məsciddə və nek- ropolda qalan kitabələrdə kənd sakinləri ilə bağlı məlumatlar var.
Köhnəkənd yaşayış yeri
Köhnəkənd yаşаyış yеri — Şərur rayonunun Siyаqut kəndi yахınlığındа yеrləşir. Yаşаyış yеrindəki binаlаr dördkünc fоrmаlı оlub dаş təməl üzərində çiy kərpicdən inşа оlunmuşdur. Аrаşdırmаlаr zаmаnı yаşаyış yеrinin ərаzisindən Оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа nümunələri аşkаr оlunmuşdur.
Köçəri yaşayış yeri
Köçəri yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kəndindən 7-8 kilometr şimalda XIV-XVII əsrlərə aid yaşayış yeri. == Tarixi == Yaşayış yerində dördkünc formalı tikintilərin qalıqları saxlanmışdır. Divarlar qaya parçalarından gil məhlulu istifadə olunmaqla inşa olunmuşdur. Yaşayış yerinin şimal tərəfində daşdan inşa olunmuş məscidin qalıqları var. Böyük bir qismi dağılmış yaşayış yerinin yerüstü əlamətləri itmişdir. Araşdırmalar zamanı yaşayış yerinin ərazisindən orta əsrlərə aid şirli və şirsiz keramika məmulatlarının parçaları aşkar olunmuşdur. Arxeoloji materiallara əsasən Köçəri yaşayış yerini XIV-XVII əsrlərə aid etmək olar.
Kəruztəpə yaşayış yeri
Kəruztəpə — yaşayış yeri Ağcabədi rayonu Hindarx qəsəbəsindən 250 m şimal-qərbdə, 3 saylı Hindarx kurqanının cənub hissəsində, qobunun sağ sahilində yerləşir. Təpənin səthi ehtimal ki, sovet dövründə kənd təssərüfatı qurğularının tikintisi zamanı hamarlanmışdır. O dövrün yadigarı olaraq təpənin mərkəzində iki silos quyusu hələ də qalmaqdadır. Diametri 215 m, hündürlüyü isə 2 m olan təpə orta əsrlərə aid böyük yaşayış yerinin qalıqlarıdır. Təpənin qobu istiqamətində olan qərb yamaclarında apardığımız müşühidələr zamanı Leylatəpə mədəniyyətinə aid saxsı qab fraqmentlərinə təsadüf edilmişdir. Bu tapıntılara əsasən söyləyə bilərik ki, orta əsrlərə aid yaşayış yeri Leylatəpə məskəninin üzərində salınmışdır. Abidənin ərazisində arxeolji kəşfiyyat şurfunun qazılması olduqca vacibdir.

yaş sözünün leksik mənası və izahı

  • 1 is. 1. Doğuluş, dünyaya gəlmə günündən keçən vaxt, il; insanın, heyvanın, bitkinin böyüməsində, inkişafında dövr; ömür. Bir yaşda olan adamlar. Yaşın neçədir? İnəyin üç yaşı var. – Ağıl yaşda deyil, başdadır. (Ata. sözü). Nola xəm olsa qəddim, səndən artıqdır mənim yaşım. Füzuli. [Əsgər:] Ay xala, bura bax, ağlınca mənim neçə yaşım var? Ü.Hacıbəyov. □ Yaşa dolmaq – böyümək, yaşlı olmaq. İnsan oğlu yarandığı vətənindən kam alar; Ömür gəlib yaşa dolar düz ilqarı görəndə. S.Vurğun. [Hüseyn] bu zavallı arvadın nə qədər böyük əzablarla yaşayıb bu yaşa dolduğunu düşünürdü. S.Rəhman. Yaşı ötmək – hər hansı bir yaş həddini ötmək, keçmək. Yaşı ötdüyünə görə aspiranturaya qəbul olunmadı. Onun əsgərlik yaşı ötmüşdür. Yaşı sanı – ömründəki illər qədər, çoxlu. Usta yaşı sanı bənna yetişdirmişdir. 2. Çıxışlıq halda: yaşından – anadan olduğu gündən: bütün ömrü boyu, ömründə; heç vaxt. Heç dərsə baxmayıb sanki yaşından; Fikirlər quş olub uçdu başından. M.Rahim.

    Azərbaycan dilinin izahlı lüğəti / yaş
  • 2 1. sif. Canına su, rütubət hopmuş; rütubətli, çox nəm, az islaq, sulu (quru ziddi). Yaş paltar. Yaş yer. Yaş qum. Yaş əlləri ilə tutmaq. // Hələ canında su qalmış, qurumamış. Yaş səbzə. Yaş meyvə. – Yaş ağaca balta vurmazlar. (Ata. sözü). [Kərim baba] iki barmaq qalınlığında yaş çubuğu yonurdu. A.Şaiq. Peçdə yanan yaş odunun sızıltısı eşidildi. M.Hüseyn. 2. is. Su, nəm, yaşlıq. 3. is. Göz yaşı. Sözüm yoxdur, fələk gər baxmasa gözdən axan yaşa; Budur qorxum kim, ol seyli-bəla bu körpüdən aşa. Qövsi. Hər şey günəşə qurutdu yaşın; Qövsi-qüzeh açdı tər qumaşın. Xətayi. Bulaqlar qaynaşır yaş kimi duru; Daşlı küçələri hər zaman quru. H.K.Sanılı. Sarxan … yanaqlarına süzülən iri yaş damlalarını sildi. M.Hüseyn. □ (Qanlı) yaş axıtmaq (tökmək) – ağlamaq, acı-acı ağlamaq. Əjdərin arvadı qanlı yaş tökdü; Xırda uşaqları boynunu bükdü. H.K.Sanılı. Məsum kişi özünü saxlaya bilmədi, gözündən parıl-parıl yaş tökdü. Mir Cəlal. Yaş boğmaq – ağlamaq istəmək. Gülsəhəri yaş boğur, rəng verib rəng alırdı. Ə.Vəliyev. 4. sif. və is. qəd. Cavan, gənc, azyaşlı. Dəmbədəm gər düşsə gözdən dürri-əşkim, vəchi var; Yaş uşaqlardır yetim, onlarda yox rəsmiədəb. Füzuli. ◊ Qurunun oduna yaş da yanır – günahsız olaraq cəza çəkənlər haqqında.

    Azərbaycan dilinin izahlı lüğəti / yaş

yaş sözünün etimologiyası

  • 1 “Возрасть” mənasını verən bu söz “bahar” mənalı yaz (ças, caz, yaş) kəlməsi ilə eyni olub, iki bahar arasındakı müddəti bildirib (necə ki, ay sözü eyni adlı planetin iki dəfə təzələnməsi arasındakı zamanı əks etdirir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yaş

yaş sözünün sinonimləri (yaxın mənalı sözlər)

yaş sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 YAŞ – QUPQURU Yaş paltarı o əlindən bu əlinə alırdı (M.Eynullayeva); Zənn eyləməsin könlümün eşq atəşi söndü; Yaxud ürəyim qupquru bir yarpağa döndü (S.Rüstəm). YAŞ – QURU Qurunu yoxlayın, yaşı yoxlayın; Gahdan dolu döyür, gahdan qar yağır (H.Hüseynzadə).

    Azərbaycan dilinin antonimlər lüğəti / yaş

yaş sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 YAŞ I is. İl, sinn. Bahar oldu, qış oldu – itirdiyim ömür, gün; Qazandığım yaş oldu (B.Vahabzadə). YAŞ II is. Ağlamaq nəticəsində gözdən tökülən su. Dedikcə qəlbinə qaranlıq çökür; Gözündən od kimi o, yaşlar tökür (S.Vurğun). YAŞ III sif. Nəm, sulu. Nahid uçuruma enmək istəyəndə ayağı yaş gilin üstündə sürüşdü, az qaldı ki, dərəyə ensin (H.Abbaszadə). YAŞ IV sif. Pis. Məzhəbi, dini, rəhmi yox; İşləri yaşdı, qoymayın! (M.Ə.Sabir).

    Azərbaycan dilinin omonimlər lüğəti / yaş

yaş sözünün rus dilinə tərcüməsi

  • 1 1. возраст, лета, год; 2. мокрый, влажный;

    Azərbaycanca-rusca lüğət / yaş
  • 2 1 I сущ. 1. возраст. Bağça yaşı дошкольный возраст, körpəlik yaşı ясельный возраст, məktəb yaşı школьный возраст, kiçik məktəb yaşı младший школьный возраст, orta məktəb yaşı средний школьный возраст, yaşını təyin etmək kimin, nəyin определить возраст кого, чего, nikah yaşı брачный возраст, ağacın yaşı возраст дерева, геол. geoloji yaş геологический возраст, relyefin yaşı возраст рельефа 2. год, годы, лета. Gənc yaşlarında в молодые годы, uşaq yaşlarında в детские годы, uşaq iki yaşındadır ребёнку два года, mənim yaşımda в мои годы, sizin yaşınızda в ваши годы, neçə yaşın var? сколько тебе лет? yaşa dolduqça с годами, с возрастом, … yaşı tamam oldu исполнилось … лет II прил. возрастной. Yaş qrupu возрастная группа, yaş pedaqogikası пед. возрастная педагогика, yaş piqmenti физиол. возрастной пигмент, yaş xüsusiyyətləri возрастные особенности ◊ ağıl yaşda olmaz, başda olar мудрость в голове, а не в бороде; bir yaşda olmaq kimlə быть одних лет с кем; yaşa dolmaq становиться, стать взрослым, повзрослеть; yaşı keçmək, yaşı ötmək выйти из какого-л. возраста (из годов, из лет); yaşı keçdi, yaşı ötdü kimin годы вышли чьи; yaşına yaraşmır, yaşına görə deyil, yaşına uyğun deyil не по годам, не по летам 2 I сущ. слеза. Yaş tökmək (axıtmaq) плакать, лить, проливать слёзы, acı göz yaşları кровавые слёзы, sevinc yaşları слёзы радости; göz yaşını silmək вытирать слёзы II прил. 1. мокрый. Yaş asfalt мокрый асфальт, yaş dəsmal мокрый платок, yaş şoran почв. мокрый солончак 2. влажный. Yaş torpaq влажная почва (земля); мед. yaş təpitmə влажная припарка, yaş xırıltılar влажные хрипы 3. сырой. Yaş odun сырые дрова; yaş boğurdu kimi слёзы душили кого; göz yaşı kimi как слеза (о чём-л. прозрачном)

    Azərbaycanca-rusca lüğət / yaş

yaş sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. I age; məktəb ~ı school age; orta ~ middle age; səkkiz ~ında at the age of eight; mənim ~ımda of my age Sənin yaşın neçədir? What is your age? Ağıl yaşda deyil, başdadır at. söz. ≅ Age is not guarantee of wisdom II. s. age (attr.); ~ qrupu age group; ~ senzi age qualification III. i. tear; ~ tökmək / axıtmaq to shed* tears (over); to turn on the waterworks idiom.; ~ içərisində in tears; acı ~ tökmək / axıtmaq to cry bitterly, to shed* bitter tears IV. s. tear (attr.); ~ damlası / damcısı tear-drop V. s. wet, green; soggy; ~ paltar wet clothes; ~ oduncaq wet timber; ~ torpaq wet / soggy ground; ~ odun green wood

    Azərbaycanca-ingiliscə lüğət / yaş

yaş sözünün fransız dilinə tərcüməsi

  • 1 I is. âge m ; məktəb ~ı âge scolaire ; mənim ~ımda à mon âge ; ~ın neçədir? Quel âge as-tu? II sif. mouillé, -e ; trempé, -e ; humide

    Azərbaycanca-fransızca lüğət / yaş

yaş sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. яш, йис; уьмуьр; yaşa dolmaq яшар хьун, чӀехи хьун, яшлу хьун; yaşı ötmək яш алатун; yaşı sanı яш кьван, уьмуьрдавай йисар кьван, гзаф; 2. yaşından яшинда, дидедиз хьайи йикъалай; вири уьмуьрда; гьич са чӀавузни.

    Azərbaycanca-ləzgicə lüğəti / yaş
  • 2 1. прил. ламу, таб (мес. кӀарас); кьежей, тӀимил куьцӀей (мес. пине, ччил); таб квай, яд кужумнавай, яд квай; ицӀи; кьеж кумай, кьуранвачир (мес. ттар, емиш); yaş odun ламу кlарас; quru oduna yaş da yanar. Ata. sözü кьурайдак кваз ицlидини куда (гунагьсуз яз, тахсир квачиз жаза чӀугвазвайбурун гьакъинда); 2. сущ. яд, ламувал, табвал; 3. нагъв, вилин нагъв; (qanlı) yaş axıtmaq (tökmək) нагъв авадарун, шехьун, ккуз-ккуз шехьун; 4. прил., сущ. къадим. жегьил, тӀимил яш авай.

    Azərbaycanca-ləzgicə lüğəti / yaş

yaş sözünün türk dilinə tərcüməsi

yaş sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Cəbrayıl) təzə, tər

Azərbaycan dilinin dialektoloji lüğəti.

"yaş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yaş nədir? #yaş sözünün mənası #yaş nə deməkdir? #yaş sözünün izahı #yaş sözünün yazılışı #yaş necə yazılır? #yaş sözünün düzgün yazılışı #yaş leksik mənası #yaş sözünün sinonimi #yaş sözünün yaxın mənalı sözlər #yaş sözünün əks mənası #yaş sözünün etimologiyası #yaş sözünün orfoqrafiyası #yaş rusca #yaş inglisça #yaş fransızca #yaş sözünün istifadəsi #sözlük